Nur auf LitRes lesen

Das Buch kann nicht als Datei heruntergeladen werden, kann aber in unserer App oder online auf der Website gelesen werden.

Buch lesen: «Şəhid Ənvər Paşa», Seite 6

Schriftart:

Osmanlı son dövrünün ən böyük təhsil və abadlıq həmləsi onun əsəridir. Sultan II. Əbdülhəmid Xan bir mütəfəkkir deyildi; amma istiqaməti çaşdırıcı dərəcədə doğru idi. Onun istiqamət və səylərini, sırf İslamçılıq həssaslıqlarının doğuracağı siyasi imkanlardan faydalanmaq çərçivəsində şərh etmək, bizə ya-van görünür. Onun səylərini daha əhatəli, daha böyük, daha bütünçü, bir osmanlı-islam mədəniyyətinin diriliş həmləsinə dönük olaraq qiymətləndirmək, gerçəyə daha yaxındır. Hər səviyyədən ən böyük təhsil həmlələri onun zamanında reallaşdırılmışdır. Az qala heç bir Osmanlı əsəri yoxdur ki, onun zamanında bir bərpadan keçmiş olmasın. Abdullah Cövdətlər Avropanın materialist əsərlərini tərcümə edərkən, O, Qəzalinin “İhyayi-Ulumuddin” əsərini türkcəyə tərcüməsini əmr etmiş, bir komissiya qurduraraq işlərə başlatmışdır. Şəxsi puluyla çoxaltdığı “Qurani Kərim”ləri İslam dünyasının hər yanına paylatdırmışdır. Bu kiçik şeylər böyük bir idrak və həmlənin işarəsi kimi görünməkdədir. Sultan Həmidin səy və istiqamətini burada uzun-uzun qiymətləndirə bilməyəcəyimiz üçün, işarə olmaq üçün bir əmrinə daha diqqət çəkək: Sultan Muradı taxta keçirmək üçün çevriliş etməyə çalışan "Əziz Bəy Komitəsi"nə daxil olub, daha sonra xaricdəki ilk Jön Türk qəzeti olan “Gələcək”i İtaliyada yayımlayan Əli Şəfqəti Bəyə, “Misir Hidiv”i vasitəsiylə nizamlı pul köməyi etmişdir. Əli Şəfqəti Bəy, “Qoçu Bəy Risaləsi” zəminində islahat edilməsini müdafiə edən bir Osmanlı ziyalısı idi; yəni qibləsi dəyişməmişdi.

Osmanlı Müsəlman xalqı Sultan Həmidi çox sevmiş və dəfələrlə ona hakimiyyətdə qalmaq şansı vermişdilər. Müsəlman olmayanlar və Qərb təsirində qalıb ona qarşı mübarizə aparanlar isə "müstebit" deyib. Onlar klassik Osmanlı nizamını dəyişdirmək, Sultan Həmid isə qorumaq istədiyinə görə qarşıdurmaları təbiidir.

Bütün dünyada İslam həmrəyliyini qüvvətləndirmək və Xilafətin fəaliyyətini siyasi bir ağırlıq halına gətirmək onun təməl siyasəti olmuşdur. Təbliğatın əhəmiyyətini çox yaxşı anlamış və istifadə etmiş bir dövlət adamıdır. yunan savaşının zəfərlə nəticələnməsi bütün İslam dünyasında coşğunluq və sevincə gətirib çıxarar. Sonrakı bir Cümə xütbəsində, Hindistandan, Ərəbistandan, Afrikadan gələn şahzadələr, şeyxlər, qəbilə rəisləri onu coşğuyla alqışlamışdılar. Səltənətə keçdiyi il başlayan “93 savaşı” fəlakətindən sonra, orduya güvənə bilmədiyini düşünə bilərik; heç olmasa Rusiya qarşısında özünü güclü hiss edə bilməmişdir. Bir az da buna görə, yunan savaşı xaric, demək olar hər məsələni siyasi müzakirələr və manevrlərlə həll etməyə çalışmışdır. Otuz üç il ölkəni savaşa soxmaması, əlbəttə ki, xalq içindəki etibarını da artırmış və keçən zamanlara nəzərən daha dinc və varlı bir həyat imkanı təmin etmişdir. Ancaq bu illər itkisiz keçməmiş, yalnız Sultan Həmidin siyasi nizamları itkilərə maneə törədə bilməmişdir. O illərdə dünya siyasətində az qala birinci siyasi vasitə olaraq görülən ordunu heç qarşıya qoymadan, edilən razılaşmaların tətbiqlərini gecikdirməsinə buraxmaq, araya fərqli yanaşmalar və mənfəətlər soxaraq yeni mövqelərin doğulmasına gətirib çıxarmaq kimi keçici nizamlarla qalıcı nəticələr əldə etmək mümkün ola bilməmişdir.

Yunan Savaşındakı müvəffəqiyyət ONA bu etibarı verə bilməmiş və Sultan Həmidin ordunu heç istifadə etməməsi tənqid olunmuşdur. O isə, bu tənqidlərə, "Hansı ordunu?" deyə cavab vermişdir. Bu gün geriyə baxdığımızda, ordunun heç döyüşə sürüklənməmiş olmasını Sultanın qorxaqlığına deyil, dü-rüstlüyünə bağlamaq məcburiyyətində qalırıq. Çünki, Sultan Əbdülhəmiddən sonra girdiyimiz ilk döyüş Balkan Hərbidir və nəticəsi məlumdur; girə bilməyib, bir nəslin fədailərinə həvalə etdiyimiz isə, Tripoli savaşıdır. Bu gerçəklər ortadaykən Sultanın,= özünə qarşı qiyam edərlər deyə qorxduğu üçün Donanmanı Haliçdə çürütdüyü iddialarını, yeni bir şərhə ehtiyac duymadan oxucu qiymətləndirə bilər. Bu qiymətləndirmə zamanı, Hərbi Rüşdiye və İdadileri Anadolu və Rumelidə yayanın Sultan Həmid olduğu və nəhayət, onu taxtından edənlərin də bu məktəblərdə yetişənlər olduğu unudulmamalıdır. Eyni zamanda Sultan Həmidin dəmiryolu siyasətinin hərbi dəyəri üzərində danışmaq belə çoxdur. Çox təəssüf ki, lazımlı nöqtələrə çatıla bilmədən Böyük Savaş başlamışdır. Bütün bu şərhlərə baxmayaraq, "Hansı ordunu?" dediyi Təşkilati döyüşəcək hala gətirmənin də Osmanlı Xaqanına düşdüyünü ifadə etmək məcburiyyətindəyik.

Qorxaq və vəsvəsəli olduğu məşhur bir qənaətmiş kimi təkrarlanar. Qərbli müşahidəçilər Onun qorxaq deyil, çox balanslı və hesablı olduğunu söyləyirlər. "Bosfordakı qoca tülkü dünya səviyyəsində bir siyasətçidir" kimi qiymət verirlər. Çox şübhəçi olduğu və zaman-zaman bunun qorxu dərəcəsinə çatdığı bilinməkdədir; ancaq, bir şey daha bilinməkdədir ki, bu şübhələrinin hamısında haqlıdır. Padşahına bağlı olduğu və sədaqətlə xidmət etdiyi halda, sürgünə göndərilmiş birini bilmirik! Sürgünə gedən yaxud həbs olunub sonradan yazan və xatirə yayımlayan hər kəs, Xaqana qarşı apardıqları mübarizədəki qəhrəmanlıqlarını danışıblar; məğlub oldum, aldadıldım deyəni yoxdur.

Qorxaqlığı isə onunla mübarizə edən kəsimlərin Sultan Həmidin şəxsiyyətinə uyğun gəlməyən bir yaraşdırmalarıdır. Hər cür təhlükəyə qarşı oyanıq və tədbirlidir, amma qorxulan təhlükə ilə üz-üzə gəlindiyində hər kəsdən daha narahatdır. Bomba hadisəsi Onun şəxsiyyətinin mübahisə edilməz nümunəsini sərgiləmişdir. Cümə qəbulundan çıxmış, avtomobilinə minməyə hazırlaşanda partlayan bomba avtomobili də, atları da, ətrafı da alt-üst etmişkən və hər kəs dəhşət içində qaçışarkən, Onun dimdik ayaqda dayandığı və "Bir şey yoxdur, sakit olun", – deyə ətrafına sükunət təlqin etdiyi görülmüşdür. Bir zəlzələ əsna-sında da eyni rəftar sərgilədiyini deyirlər.

Bütün mənfi təbliğatlara qarşı onun mərhəmətsiz, ədalətsiz bir hökmdar olduğunu göstərən bir işarə yoxdur. Ömürü Sultan Həmid idarəçiliyi mübarizə içində keçən, Onun əffindən faydalanıb, təkrar mübarizəyə qalxan Əşrəf Kuş-çubaşı xatirələrində haqqı təslim edir. Əbdülhəmid Xanın hər səfərində "Bu sonuncu əfvdir" deyib, onu saysız dəfə bağışladığını söyləyən Əşrəf Bəy belə əlavə edər: "Əslində Padşah qəddar deyildi. Sürgünü edama dəyişə bilərdi; sürgün edilənlər həmişə onunla mücadiləyə davam etdikləri halda…" (Əşrəf Kuşçubaşı, Hayberdə türk cəngi, İstanbul 1997, Yay. : Dr. Philip H. Stoddard və H. Bəsri Danışman, s. 219-220)

İttihadçılar, xüsusilə də, Tələt Paşa, zaman-zaman Fəthi Bəy vasitəsiylə, siyasi inkişaflar haqqındakı düşüncələrini öyrənmək istəmişdir. Bir dəfə Sultan Həmid Tələt Paşanın Fəthi Bəy vasitəsiylə soruşduğu suallara tək-tək cavab verdikdən sonra sözünü belə bitirir: "Nə mən sizləri, nə də sizlər məni tanımamışıq; təəssüf edirəm." (Okyar, haqqında danışılan əsər, s. 113) İttihadçı liderləri, Sultan Həmidin cavablarını diqqətlə dinlədikdən sonra, ən kobudları olan Dr. Nazim heyrətlər içində bunları söyləyir: "Bu hala baxın, hamımız bir araya gəlsək, bacara bilməyəcəyimiz mükəmməl gələcəyi izah edir, dərdlərin şəfası üçün resept verir." (Okyar, haqqında danışılan əsər, s. 121) Halbuki onlar özlərinin hər şeyi bildiklərini sanırdılar.

Sultan Həmid taxtdan endirildikdən sonra Hökumət onun fərdi sərvətini də istəyir. Bank hesabları və səhmlər bir siyahı halında özünə təqdim edilir. Sultan Həmid belə danışır: "Bu istənən sərvət, illər ərzində ceb-i humayunu-muzun və Hazine-i Hassadan18 qənaət edilmiş olan məbləğin yalnız təvazökar bir qismidir. Mən otuz iki il içində şəxsimə qanunən, örfen, irsən ayrılmış olan bu pulları, məndən əvvəlki bəziləri kimi sağa-sola dağıtmadım; məktəblər, xəstəxanalar və hər cür ehsan etdim. İndi, ordumuzun ehtiyacı üçün istənir. Fəda olsun… Millətin verdiyi millətə gedir." (Okyar, haqqında danışılan əsər, s. 61)

Taxtdan endirildikdən sonra, “Çırağan Sarayı”nda həyata davam etmək istəyi qəbul edilməz; Selanikə göndərilir. Balkan savaşı buradakı Alatini köş-kündəykən başlayır və 1913-cü ilin əvvəllərində İstanbul Bəylərbəyi Sarayına nəql edilir. Birinci Dünya Müharibəsini görür. 10 fevral 1918-ci günü dünyadan köçür. Tabutunun arxasınca bütün İstanbul və köhnə müxalifləri gözyaşlarıyla gedər. Divanyolundakı türbəyə dəfn edilir.

Nə istədiyimi bilmirəm…

Bütün bu proseslər içində ordu boğazına qədər siyasətə girmişdir və bölünmüşdür. Hərbidə hər gün yeni bir gizli cəmiyyət qurulmaqdadır. Zabitlərin siyasətdən kənarlaşması, qışlalarına çəkilməsi üçün bəzi təşəbbüslər edilir; ordu komandiri Mahmud Şövkət Paşa bir təmimnamə yayımlayır, amma bu asan bir iş deyil. İttihad Tərəqqi Partiyasının 1909-cu ildə Selanikdəki ikinci konqresində də bənzəri şikayətlər və təkliflər olsa da, nəticə olmur.

Ənvər Bəy yenidən 3 Mart 1909-cu ildə göndərilmiş olduğu Berlin attaşesi vəzifəsinə dönmüşdür. 25 Avqust 1909-cu ildə Almaniyada keçirilən ma-nevrlərdə iştirak edir. Oradaykən eyni il ərzində, Saraydan Naciyə Sultanla nişanlanır. Naciyə Sultan hələ çox kiçikdir və Ənvər onu ölənə qədər tərtəmiz bir eşqlə sevəcəkdir. Ənvər Bəyin evlilik işiylə İttihad Tərəqqi Mərkəzi-Ümumisi və Sultan Rəşad daxil hər kəs maraqlanmış, işin bir tərəfindən tutmağa çalışmışdır. Ənvər Bəy, son dərəcə əxlaqlı bir insandır. Sonradan İsmet Paşanın izah etdiklərinə baxılsa, ömürü boyunca naməhrəmə göz dikmədiyini düşünmək mümkündür. Yaxın iş yoldaşlarından olan Xəlil Menteş onun evliliyinin də bir növ Cəmiyyət işi kimi ələ alındığını yazır:

"Cəmiyyət, azadlıq mücahidlərindən bəzilərini şahzadələrlə evləndirməyi düşünmüş, bundan məqsəd də inqilabın yeni əsaslarını Xanədan ailələri arasında yaymaq və azadlığı onlara sevdirmək idi. Bunun üçün Ənvər və (Hafiz) İsmayıl Haqqı Bəyləri seçmişdi. Çünki bu iki şəxs xüsusi əxlaqları etibarilə saf və təmiz, spirt istifadə etməzlər, qumar bilməzlər, xalqın dediyi kimi, dillərinə və bellərinə sahib insanlardı. (Osmanlı Məclisi Məbusan başçısı Xəlil Menteşin xatirələri, İstanbul 1986, s. 252)

Hadisənin şahidi olan yoldaşlarının izah etdiklərinə görə Berlin hərbi attaşesi ikən başına gələn hadisə ancaq filmlərdə görülə biləcək hadisədir: Alman İmparatorunun qardaşı qızı gənc və gözəl bir şahzadə Ənvər Bəyə vurulur. Ənvər Bəy, əsasən, Alman liderlərinin, gələcəyini çox parlaq gördükləri və xüsusi maraq göstərdikləri bir zabitdir; onu hər yığıncağa çağırır və imperatorun əmriylə xüsusi olaraq qarşılayırlar. O qədər ki, bu xüsusi rəftar xarici elçilik mənsublarının və əsgəri attaşelərin şikayətlərinə gətirib çıxarır. Bu şahzadə də hər səfərində Ənvər Bəyin yanında olmağa və ona özünü göstərməyə çalışar; amma Ənvər, ciddi bir Osmanlı zabiti olmaqdan kənar bir rəftar sərgiləməz. Şahzadə Ənvər Bəy üçün xüsusi yığıncaqlar, kokteyllər təşkil edir, amma Ənvər yenə eynidir. Bir gün yenə Ənvər Bəy üçün bir qonaqlıq verər və yeməkdən sonra yataq otağına keçərək yüngül bir paltar geyinir və yatağa uzanır. Ənvər Bəyi çağırtdırır. Tam filmlərdəki kimidir. Mayor Ənvər içəriyə girir, heç bir şey yoxmuş kimi dabanlarını bir-birinə vuraraq sərt bir salam verir və "Məni əmr etmisiniz…" deyərək hazır ol vəziyyətində gözləyir. Qadın dəli olmuş bir halda "Bu adam insan deyil, manikendir!…" – deyə qışqırmağa başlayır…

O günlərində nişanlısı Naciyə Sultana belə yazır:

"İki gözüm, ruhum,

Sevimli məktubunuzu aldım. Sevə-sevə, sevinə-sevinə oxudum. Həyatımda ilk dəfə eşitdiyim həzzi izah edə bilmərəm. Hələ göstərilən təvazökarlıq, onsuz da yüksək olan mövqenizi nəzərimdə bir qat daha yüksəltdi. Sultanım, sizin əzab duymanız, qulunuz üçün ən böyük könül ağrısıdır. Əgər məktublarınız Berlində mənim üçün yeganə təsəlli qaynağı olmasaydı, sıxılmamanız üçün məktub yazmamanızı xahiş edəcəkdim. Ruhum əfəndim, sıxılmayın, düşündüyünüz kimi yazınız; mənim üçün qələminizdən çıxmış iki söz, sağlamlıq xəbəriniz belə kifayətdir. Əgər həyatı bundan belə sizə bağlı və sizin sevincinizlə sevinən, kiçik bir kədərinizlə acı çəkən bəndənizi yaşatmaq istəsəniz, hərdənbir iki sözlük bir iltifatnamənizi əsirgəməyin. Olmazmı, əfəndiciyim?" (Arı İnan, Ənvər Paşanın xüsusi məktubları, Ankara 1997, s. 492)

Ənvər Bəy 12 oktyabr 1910-cu ildə 1-ci və 2-ci Orduların manevrlərində hakim olaraq vəzifə yerinə yetirmək üçün İstanbula gəlir. Ənvər Bəyin, bu tarixlərdən etibarən bir Alman xanım dostuna yazdığı məktublar vardır.19 Bu məktublarında zaman-zaman ölüm istəyini dilə gətirdiyi görülür. Bunun yüksək bir ruhi gərginliyin ifadəsi, yoxsa hələ yolunu tapa bilməmiş bir gərginlik olduğu mübahisəlidir. 21 mart 1911-ci il tarixində İstanbuldan yazmış olduğu məktubda belə deyir:

"Bu gözəl şəhər və onun gözəl mənzərələri, məni sevən insanları, mənə inanan ailəm, bütün bunlar bu ərəfədə sıxır məni. Nə istədiyimi bilmir, ən çox xoşbəxtlik və ən çox bədbəxtlik anlarımda duyduğum bir arzunu düşünürəm. Ah, bir ölə bilsəydim!" (Hanioğlu, haqqında danışılan əsər, 21 mart 1911, Məktub: 2)

Yavuz Sultan Səlimin "Səlim, hər iki dünyadan da sıxılmaqdadır" misrasını xatırladan bu deyim, bəlkə də, bir cahangirlik ruhu olaraq şərh oluna bilər.

* * *

Mart ayı ərzində, Savaş naziri Mahmud Şövkət Paşayla birlikdə Makedoniyaya gedir; Selanik, Monastır və Albaniyanın bəzi şəhərlərini gəzərək Yanaya gəlirlər. (M. Şükrü Hanioğlu, haqqında danışılan əsər, m. 1) Daha sonrakı məktubunda, "Önümüzdəki çərşənbə axşamı Rumeliyə gedirəm" – deyə yazır; Bolqar quldurlarına qarşı görüləcək tədbirlər barədə araşdırma edəcəkdir.

14 apreldə Selanikdədir; "Sərhədin o biri tərəfindən gələn düşmənlərimizə qarşı müdafiəni boynuna götürdüm" – deyə yazır. (Hanioğlu, haqqında danışılan əsər, m. 3, 14 Aprel 1911-ci il ) Eyni məktubda Balkanlarda müxtəlif millətlərin etdikləri müxtəlif təbliğatlara qarşı bir əks-təbliğat tənzimləməsi etdiyini söyləyir:

"Selanikdə bir əks-təbliğat təşkil etdim və başına da ürəkli insan olan əmimi (Xəlil) və başqa yoldaşları gətirdim".

İttihad Tərəqqi Cəmiyyəti Rumelinin müxtəlif bölgələrində məktəblər açmaqdadır. Yalnız Selanikdə on beş xüsusi məktəb açmışdır. Bir dənəsində iki yüz əlli şagird yatılı, iki yüz əlli şagird də gündüz növbəsində oxumaqdadır. "Təhsilə nə qədər əhəmiyyət verdiyimi bilərsən". Yatılıların yetmişini Cəmiyyətin əyalət təşkilatları göndərir. (Hanioğlu, haqqında danışılan əsər, m. 4, 15 aprel 1911-ci il)

17 aprel 1911-ci ildə Hüquq tələbələri və müəllimləri üçün verilən bir axşam yeməyinə qatılır. Özünün protokolda ordu müfəttişi ilə eyni sıraya qoyulmasından çox narahat olur. Sonra məktəbin kiçik şagirdləri Ənvər Bəy üçün bəstələnmiş bir marşı oxumağa başlayırlar.

"Nə edəcəyəmi bilmədim və davamlı alqışlar məni, həqiqətən, qıpqırmızı etdi. Bütün bunlar mənə çox toxundu. Sonunda kiçiklər gəlib əlimi öpdülər; gözlərimdən bir neçə damla yaş axdı (önünə keçə bilmədim). Hər kəs davamlı alqışlayırdı. Məni dünyanın ən xoşbəxt insanı zənn etdiklərindən əminəm. Amma əfsus! Hər şeyi dərinliyinə görmənin və düşünmənin nə demək olduğunu bilmirlər." (Hanioğlu, haqqında danışılan əsər, m. 5, 17 aprel 1911-ci il)

Bolqar quldurların qarşı görüləcək tədbirlər mövzusunda əlaqədarlar şəxslərlə təşkil edilən bir yığıncaqdan dönmüşdür. Düşünəcək çox şey var, – deyir; "Bəzən beynimin nəfəs ala bilmək üçün kifayət qədər geniş bir məkan tapmaq üçün kəlləmi deşmək istədiyini düşünürəm". (Hanioğlu, haqqında danışılan əsər, m. 7, 18 aprel 1911)

Gecə yarısı Selanik qubernatoru onu görməyə gəlir və təkliflərinin Daxili İşlər Nazirliyi tərəfindən qəbul edildiyini bildirir. Ənvər Bəy rəsmi vəzifəsinin xaricində cəmiyyət işləriylə də yaxından maraqlanır; heç bir əhəmiyyətli qərarı onsuz vermək istəməzlər. (Hanioğlu haqqında danışılan əsər, m. 8, 19 aprel 191-ci il) Bəzən sahildə tək başına gəzmək ona sakitlik verir.

"Səma qapqara idi, dəniz sakit idi, gecənin tünd qaranlıqlarında enib-qalxan kiçik yelkənli gəmilər seçilirdi yalnız… Özümü bir az tək hiss edirəm; amma bir iç təkliyidir bu… Bilirsiniz, nə üçün olursa-olsun mədhiyyələr eşitməkdən xoşlanmıram. Vətən üçün edildiyində edilən hər şey çox təbiidir." (Hanioğlu, haqqında danışılan əsər, m. 9, 21 aprel 1911-ci il)

21 Aprel 1911-ci il tarixində dörd minə qədər silahlı əsgəri olan üç katolik alban tayfasının üsyanını yatırmaq üçün etdiyi təkliflər qəbul edilincə, ona gös-təriş verilir. Müsəlman albanlar, xüsusilə İpək bölgəsində əsgərlərimizin yanında olublar. 1 May 1911-ci il tarixli məktubunda da, qiyam qaldıran katolik albanların dörd min olduqlarını yazmışdım, – deyir.

"Keçən il qiyam qaldırmış olan 1,5 milyon müsəlman alban rahat dayanırlar və kimə qarşı mübarizə etmək üçün olursa-olsun hökumətə xidmət edirlər".

Ənvər Bəyin rəsmi yığıncaqlardan çox xoşlanmadığı aydın olur. Avstriyalı yüksək dövlət vəzifəliləri üçün verilən bir yeməkdən sonra bunları yazır:

"Allahım, insanlar nə çox danışa bilirlər. Bitməz tükənməz söhbətlərdə keçən bu yeməkdən sonra özümü, həqiqətən, xəstə hiss etdim." (Hanioğlu, haqqında danışılan əsər, m. 10. 22 Aprel 191-ci il)

Fəth əsnasında məscidə çevrilən, çox gözəl mozaikalarla bəzəkli bəzi kilsələri gəzdiyini, mozaikaların boyanmış olduğunu, buraların yenidən təmir edilməsi üçün çox böyük pullar xərclənəcəyini söyləyir. (Hanioğlu, haqqında danışılan əsər, m. 11, 22 Aprel 1911)

25 apreldə Monastıra gəlir. Bu şəhəri "Mənim zəfərimi hazırlayan şəhər." deyə xarakterizə edir.

"Üfüqdə silah yoldaşlarım və əsgərlərlə tez-tez aşdığım dağların ağ təpələri görünür. İndi can verən sevimli vətənimizə qarşı ürəyimiz sədaqət hissləriylə dolu idi. Quldurlarla qarşılaşmalarımız və hər səfərində qəti bir müvəffəqiyyət əldə etməmiz ürəklərimizi inanılmaz sevinclərlə doldurmağa çatırdı. Və mən qarnizona döndüyümdə sevimli vətənimdən başqa heç bir şey düşünmürdüm." (Hanioğlu, haqqında danışılan əsər, m. 12, 25 aprel 1911-ci il)

Təhlükənin üstünə getməyi sevən adam Hərəkat Ordusunda İstanbula girişini belə izah edir:

"Tam 24-ü səhəri şəfəqlə Peranın qışla divarlarının arxasındakı çox güclü bir düşməni keçib İstanbula səssizcə girmişdim. O gün ölümü axtardım. Amma onu tapmaq üçün hara qaçsam, şimşək kimi qaçırdı. Ən təhlükəli nöqtələr mənim üçün ən təhlükəsiz sığınacaqlar halına gəlirdi. Allahın məni başqa bir şey üçün saxladığını bilmirdim. Amma həyata qarşı xoşgörümü fərq etmədim". (Hanioğlu, haqqında danışılan əsər, m. 13, 26 Aprel 1911-ci il)

O "başqa bir şey"i o gün üçün nə olduğunu düşündüyünü bilmirik.

Ənvər Bəyin bəzi məktublarında gələcək müharibə haqqında sanki açıq bir fikri varmış kimi cümlələr var. 27 Aprel 1911-ci il tarixli məktubunda Monastırda, Padşahın taxta çıxışının ildönümü qeyd etmələrindən danışarkən "Əvvəl əsgəri idadinin gənc şagirdləri keçdi. Bu kiçik əsgərlər, ordunun gələcəyini və yaxın bir zamanda sevimli vətənlərinin qədərini qılınclarının ucunda tutacaqlarını hiss edərmişcəsinə başları dik, sinələri qürurla qabarmış keçirdilər". Eyni mərasimdə komandir çıxışını edərkən, Hökumətin bir xidmətçisi olaraq onun adından danışır. "Qopan alqış tufanı başımı önümə əydirdi. Mən bayram deyil, vəzifə istəyirəm və ümid edirəm burada görəcək bir işim olar." (Hanioğlu, haqqında danışılan əsər, m. 14, 27 Aprel 1911-ci il)

Güclü bir təbiət sevgisinə malikdir. Hər vəsiləylə ətrafındakı gözəllikləri yazmaqdan özünü saxlaya:

"Hava çox gözəldir. Hətta günəş bir az yandırır. Şəhərə on beş kilometr uzaqlıqdakı Priştinq dağlarının dümağ zirvələri kimi möcüzə bir mənzərəm var." (Hanioğlu, haqqında danışılan əsər, m. 14, 27 aprel 1911-ci il)

Cəmiyyətin içindəki anlaşılmazlıqları həll etmək də onun üzərinə düşməkdədir və bunda da müvəffəqiyyətlidir.

Ənvər Bəy təhsillə də çox bağlıdır. Selanikdəki məktəblərin bənzərini də Monastırda axtarır. "Gələcəyin bizim olduğuna burada inana bilərik" deyir. (Hanioğlu, haqqında danışılan əsər, m. 15, 30 Aprel 1911-ci il)

Ənvər Bəyin məktublarından, Hökumət üçün göstərilən səylərin, dağa çıxışların, hamısının təməlində coşğun bir vətənpərvərlik və millətçilik olduğu görülür. Ancaq, Hökumət rəhbərliyiylə əlaqədar nə duyğu, nə də məlumat təcrübəsinə rast gəlinmir. İzahatlarında da vətənin qurtuluşu üçün coşğun bir həyəcanla Hökuməti istəmək vardır. Amma bu, məzmun olaraq kifayət qədər doyurucu olmayan coşğunluq xalqa təsir etmiş və Ənvəri azadlıq qəhrəmanı etmişdir. 4 May 1911-ci ildə, Körpülüyə gedərkən dayandıqları Çitçova kəndində, qonaq edildiyi evə girişini belə izah edər:

"Ev sahibi pilləkənin dibində əlimi, kəndli ürəyinin məmnuniyyətini göstərən, gülümsəyən bir üzlə öpdü. Altmış yaşlarında bir qoca idi. Altı dənə uşağı, onun arxasında, əlləri qarınlarının üstündə qovuşmuş dayanırdılar və otaqda iyirmi qədər yaşlı və gənc ayaq üstə məni gözləyən kəndlilər vardı. Mənə ayrılan şərəf yerinə onları da oturmağa dəvət edən əl işarələri edərək oturdum. Bütün bu yaxşı çöhrələr ürəkləri dolduran saf bir vətənpərvərlik hissinə xəyanət edər kimi idilər. Bu da məni həm kədərləndirir, həm də sevindirirdi. Mənə baxışları güvən və ümid dolu idi. Mənsə onların həyatlarıyla, mülkləriylə, hər şeyləriylə az qala təsadüfü bir şəkildə oynayırdım…" (Hanioğlu, haqqında danışılan əsər, m. 17, 4 May 1911) 90

Ənvər Bəy Tripoli ərəblərini İtalyanlara qarşı ölümə apararkən də eyni duyğuları yaşayacaq.

5 Mayda Tikveşdədir.

"Bu gün elə yorğunam ki, ayaq üstə yatıram. Altı saatdır bölgənin bəylərindən mədhiyyə, ya da şikayətlər eşidirəm; bu məni sıxır. İndi istirahət etmək üçün oturdum, qıçlarımı uzatdım, dizimin üstündə kağızlar; tam Türk işi. Körpülüdən ayrılarkən məni alqışlarla az qala öldürürdülər; stansiyada yığılmış xalq, bitmək bilməyən musiqi və s…"

Tikveşə girərkən onu mərasimlə qarşılayarlar. "Bu kənddə tək başıma qiyamın lideri olaraq ilk cəhdimi xatırladım; kəndli paltarı içində, təpədən dırnağa silahlıydım. Əlimdə tüfəngim tam iyirmi bir saat yandırıcı bir günəşin və şırhaşır yağan yağışın altında çox dağlıq bir bölgədə keçmişdim. Gecənin qaranlığında qalacağım evin qapısının qarşısında gözləyərkən çox yaxınımdan jandarma patrulu keçmişdi. Allahdan paltom, bədənimi və yanımdakı silahı örtürdü. Nəysə, patrul mənə şübhəli bir baxış ataraq keçibdi getdi. Sanki dünənmiş kimi xatırlayıram; tüfəngimi necə də bərk tutmuşdum. Bəzən bir heç qədəri təyin edir!" (Hanioğlu, haqqında danışılan əsər, m. 18, 5 may 1911)

7 may 1911-ci il tarixli, Selanikdən yazdığı məktubunda Balkan Savaşı haqqında uzaqgörənliyi vardır. Belə deyir:

"Çernoqoriyalılara qarşı başladılacaq savaşın bütün kiçik Balkan dövlətlərini də əhatə edəcəyini düşünürəm. Əgər Serbiyada, Bolqarlarla ittifaq etmək istəyən partiya iqtidara gələrsə, ki bu çox mümkündür – Balkanlardakı vəziyyət daha da dəhşətli olacaq. Amma biz hər şeyə etiraz etməyə hazırıq və istər düşmənlərimiz olsun, istər dostlarımız olsun bunu çox yaxşı bilirlər". (Hanioğlu, haqqında danışılan əsər, m. 19, 7 may 1911)

Ənvər Bəy yaxındakı müharibəni görmüş, lakin "Hər şeyə etiraz etmə" mövzusunda özüylə birlikdə dostları da, düşmənləri də yanılmışdı.

"Ziyarətlərdən, dəvətlərdən, uzun çıxışlardan və qeydlərdən yorğun düşdüm! Körpülüdə hər millətdən insanın olduğu böyük bir yığıncaq oldu. Bütün ətraf xalqlarının beş yüzə qədər nümayəndəsi toplanmışdı və Müsəlman Gimnastika Klubu orkestri mənim marşımı çalırdı; bu məni qızartdı…" (Hanioğlu, haqqında danışılan əsər, m. 19, 7 may 1911)

Ənvər Bəyin uzaqgörənliyi Balkan Savaşı ilə qalmaz; Birinci Dünya Müharibəsi haqqında da eyni şeyləri söyləyir:

"Əgər bu il ümumi bir hərbi önləyə bilsək, önümüzdəki il çıxacaq bir hərbə zövqlə etiraz edərik." (Eyni məktub)

Bu ifadələr haradasa açıq məlumat dərəcəsində bir hissi və Osmanlı üçün döyüşün qaçınılmazlığını göstərməkdədir. 27 iyul tarixli məktubu isə çox daha açıq və maraqlıdır. Bu məktubda ingilislərin Almanlara qarşı başladacaqları bir dünya müharibəsindən danışır və bu müharibədə Türkiyənin nə üçün Almanların ittifaqında iştirak edəcəyinin siyasi və geopolitik şərhlərini verir. (Hanioğlu, haqqında danışılan əsər, m. 27, 27 Iyul 1911) Bir çox Osmanlı zabiti və idarəçisi də bunun fərqindədir. Amma, fərdlərin də cəmiyyətlərin də həyatlarında bilmək başqa edə bilmək daha başqa şeylərdir…

Azadlıq Qəhrəmanı Ənvər Bəy, heç olmasa azadlığın elanından etibarən rəsmi vəzifə və imkanlara heç bir zaman sığmadı və onların həmişə üstündə yaşadı. Əsgər içində də, vətəndaşlar içində də onun güc və etibarı, daşıdığı rütbə və vəziyyətin daim çox üstündə idi. Və şərait və yaxud rütbəsini aşan hərəkətlərə girişdiyi zaman da kimsə bunu pis qəbul etmədi. Bu karizmada millət və dövlətə olan saf və dərin bağlanışı, coşqusu, təsiredici bir təşkilatçı olması, Osmanlı xalq dastanlarındakı qəhrəmanları xatırladan təmiz və dürüst şəxsiyyəti əsas olurdu. Həm əsgər, həm də sadə Osmanlı xalqı onu sıravi bir zabit olaraq görmür, daim böyük bir şeylər edən yaxud edəcək bir qəhrəman kimi qəbul edirdilər. Ənvərin cəsarəti və yüksək əxlaqi şəxsiyyəti bu cür münasibəti asanlaşdırırdı. Vətəndaş əsgər Osmanlı ictimaiyyəti ehtiyacı olanı axtarır, bir növ “Keşanlı Əli dastanı” meydana çıxırdı.

Ənvər Bəyin sinif yoldaşı olan Fahrettin Paşa, bunları danışır:

"1911-ci ilin qışında İstanbulda səfərbərlik şöbəsindəydim. Rütbəm mayor idi. Yoldaşlarım olan azadlıq qəhrəmanları Tripolidə və Bingazidə yerli mücahitlərin başında döyüşə davam edirlər. Zaman-zaman Balkanların vəziyyətindən bəhs edirdik. Bir gün yenə belə danışırdıq… Aramızdan bəziləri “ah bu Ənvər bir Trakyadan qayıdıb gəlsə də bizə qoşulsa, baxın işlər necə yoluna girər”, – deyə danışırdılar… Monastır liseyindən Hərbiyəyə gələn bu on altı yaşlı sinif yoldaşım, altı il eyni dərsxanada birlikdə tərbiyəli və utancaq gənc ilə beşinci qisimdə ilk qarşılaşdığımız günü xatırlayıram. Bir qaşının ortasında bir santimetrlik bir ağlıq var. Yoldaşlar ona zarafat edərək bu işarənin, gələcəkdə çox böyük adam olacağına dəlalət etdiyini söyləyirdilər. O da qızarıb-bozarıb, Monastır şivəsi ilə, “Lağ etməyin qardaşlar” deyir… Demək ki, Baş qərargahın gənc işçiləri, o vaxt Tripoli çöllərində çalışan Ənvərin gəlib işi öz üzərinə götürməsində gələcək görürdülər".

Ənvər Bəy bunu anlayır, görür və çətinliyini yaşayırdı. Ancaq, şəxsiyyətini son imkanlarına qədər, bəlkə də, məcbur edərək, ömrünün sonuna qədər bu dastana dəstək oldu və özünə inanıb bağlananları tərk baxdırmadı. 7 May 1911-ci il tarixli məktubunda belə deyir:

"Mənim təvazökar olduğum deyilər həmişə və ürəyimin dərinliyində də eləyəm. Millətin nəbzini də bununla əlimdə tuturam. …Bu gün Tikveş bəylərinin lideri mənə “Bəy, heç bir şey dinləmə. Biz sənin üçün harada istəsən ölməyə hazırdıq, hazırıq və hazır olacağıq. Bu bizim ilk və son sözümüzdür”, – dedi". (Hanioğlu, haqqında danışılan e., m.19 )

Tripoliyə qaçanda orada ətrafında toplanan minlərlə Ərəb mücahidi də az qala eyni sözləri qışqırmış və Padşah imtina etsə də, ölənəcən onun əmrində olduqlarını bildirmişlər. İllər sonra və hər şeyin tükəndiyi nöqtədə Türkistanda ətrafında yığa bildiyi mücahidlər də eyni andı içirdilər. Bunu Ənvər Bəyin ixlası və ovsunlayıcı şəxsiyyətindən başqa bir şeylə açıqlamaq çətindir.

May ayında, İstanbula dönərkən belə yazır:

"Vətən üçün çox faydalı bir məsələ məni İstanbula çağırır. Bu gün səma tərtəmiz. Çöldə hər şey yaşıllaşır. Bütün ağaclar çiçək içində köçəri quşlar qatarın səs-küyündə itən şən marşlar söyləyirlər. Gömgöy səma torpağa kölgə salır. Belə bir gündə insanın dünyada kədər olmadığına inanmağı gəlir. Mən isə belə bir yaz günündən daha melanxolik bir şey olmadığını düşünürəm və sevinclərin çox qısa, peşmanlıqların çox uzun olduğu bu dünyada insan ruhunun əsarəti çox hiss edilir düşüncəsindəyəm". (Hanioğlu, haqqında danışılan əsər, m. 21, İstanbul yolunda)

Tam bir mömin olan Ənvər Bəyin, təsəvvüflə əlaqəsinə dair bir əlamət yoxdur. Məktubdakı ruh əsarəti anlayışını ümumi islam mədəniyyəti içindəki canın bədən qəfəsində həbs olduğu anlayışının və qabına sığmayan bir böyük ruhun ifadəsi hesab etmək lazımdır. Məktub belə davam edir:

"Vətənimi sevirəm və yaralarını hiss edirəm onun. Sizə izah etdiyim şeylər, həyatıma dair mənim çox təbii gördüyüm, amma başqalarının böyük müvəffəqiyyət kimi gördüyü kiçik hekayələrdir… Sizə həmişə özüm haqqında yazmış olmaqdan qorxuram. Əslində müvəffəqiyyətləri izah etməyi və özümü olmaq istədiyimdən başqa göstərməyi sevmirəm. Ən müzəffər işlərdə belə, adımın bilinməməsini və zəfərlərdən tamamilə kənarda qal-mağı istəyərdim". (Hanioğlu, haqqında danışılan əsər, m. 22, 12 May 1911)

Gözəl bir İstanbul gecəsində "Təbiətin bütün bu gözəlliyində həm bir təsəlli, həm də dərin bir kədər tapıram. Amma həyatın melanxolik yanını yalnız indi deyil, burada qaldığım bütün müddət boyunca duyuram… Düşmənlərimizin çalışdıqlarını bilirəm. Amma öz gücümüzə və dostların dəstəyinə güvə-nirik. Məmləkətin hər yerində Almaniyaya qarşı böyük bir simpatiya duyulduğu hiss edilir və xüsusilə, son böhran Almanlara tək mənim bağlı olmadığımı göstərdi." (HAQQINDA danışılan əsər, m. 23, 14 May 1911-ci il, İstanbul)

Məktublarından izlədiyimizə görə Ənvər Bəy həm əsgəri mövqelərə, həm də Hökumətə davamlı təkliflər verməkdədir. (Hanioğlu, haqqında danışılan əsər, m. 24, 14 May 1911)

15 May 1911-ci ildə Dolmabahçe sarayında Ənvər Bəyin nişan mərasimi baş tutur. (Hanioğlu, haqqında danışılan əsər, m. 25, 15 May 1911)

Albaniya və Makedoniyadakı narahatlıq və qiyamları yatırmaq üçün Osmanoğluna olan etibar və sevgini istifadə etmək üçün 5 iyun 1911-ci ildə Sultan Mehmet Rəşad Xan bölgəyə bir gəzintiyə çıxarır. Osmanlı Padşahı şahzadə Ziyaəddin, Ömər Hilmi Əfəndi, Sədrəzəm və bir qisim nazirlərlə birlikdə “Bar-baros” zirehli gəmisi ilə hərəkət edir. 16 iyun 1911-ci il cümə günü, Qazi Hünkar Murad Hüdavendigarın şəhid olduğu Kosova səhrasında yüz min adam ilə möhtəşəm bir Cümə namazı qılınar. Alban üsyankarlardan bir çoxu sakitcə yer öpərək itaətlərini ifadə edərlər. Xristiyan Albanlar üçün də əfv elan olunur. Selanik, Üsküp, Priştina və Monastırı əhatə edən gəzintidə Padşahın keçdiyi hər yerdə xalq "Ata" çağırışlarıyla küçələrə tökülür.

Gizli bir təlimatla Ənvər Bəyin İşkodrada toplanmaqda olan ikinci korpusun qərargah rəisliyini boynuna götürməsi istənilir. (Hanioğlu, haqqında danışılan əsər, m. 26, 27 iyul 1911) 30 iyul 1911-ci ildə müvəqqəti İşkodra qərargahında vəzifəyə təyin edilir. Bu ərəfədə Albaniyanın bəzi bölgələrində Malisörler üsyana hazırlaşırlar. 27 iyul tarixli məktubunda Çernoqoriya məsələsi səbəbindən Giritli birinin dilindən eşitdiyi izahatı İngiltərənin Almaniyanı çökdürmək üçün hər şeyi edəcəyini və Avropadakı müttəfiqlərini kifayət qədər güclü gördüyü zaman bu döyüşə başlayacağını söyləyir. Bu məktub Ənvər Bəyin bəynəlxalq əlaqələrdə nə cür dürüst olduğunu da çox açıq olaraq ortaya qoymaqdadır. Giritli bunları söyləyir: