Buch lesen: «Egilin Saqası»
ÖN SÖZ
Egilin Saqasını başa düşmək üçün onun arxasındakı tarixi və mədəni mənzərini görmək lazımdır. Bundan ötrü ədəbi əsrələrlə zəngin olan orta əsrlər Skandinavyası dövrünü, yəni Egilin aid olduğu dünyanı tanımağımız məqsədəuyğun olardı. Bundan ötrü əvvəlcə Vikinq dövrünə xəyali bir səyahət edək. Yüz illərdən bəri "barbar" Skandinav döyüşçüləri haqqında danışılırsa, bunun səbəbi və kökləri Vikinq Dövrü deyə adlandırılan dönəmdə axtarılmalıdır. Vikinq yürüşləri, təxminən 300 il sürən zaman boyunca sürmüş, vikinqlər Qərbi Avrasya və Şimali Atlantikin əsas qəhrəmanları olmuşlar, onlar ictimai həyatın bütün sahələrində öz izlərini buraxmışlar. Avropa, Britaniya, Rusiya, Xəzər, Qafqaz, Bizans, Ağdəniz,
Hətta Cənubi Amerikaya hücumlar edərək qarət, mal və əsir ticarəti, koloniyalaşdırma fəaliyyətlərində olmuşlar. Davamlı olaraq yürütdükləri ticarət və səyahət fəaliyyətləri sayəsində yeniliklərə çata bilmiş və hətta hunları özlərinə uyğunlaşdıra bilmişlər.
Vikinqlər, xıristian Qərbdə bütpərəst olaraq tanınırdı. Onların tarixi ilə bağlı məlumatlar arxeoloji qazıntılardan və yazılı qaynaqlardan əldə edilir, fəqət Vikinq kəlməsinə X əsrin sonlarınadək Qədim Şimal (Ədəbiyyatda: "Old Norse", İsland dilində "Fornnomena") qaynaqlarında rast gəlinmir. Bu adın ehtimal olunan ilk keçdiyi qaynaq, X əsr əlyazması olan Codex Exoniensis'in içində yer alan və VII əsrə aid olan Widsith adındakı İngiliscə şeirdir. Bu uzun şeirdə Vikinqlər, "Wicinga-cynn" şəklində anılır. Sözün etimologiyası hələ də sual altındadır. Bir versiyaya görə kamp, istehkam anlamına gələn qədim İngiliscə olan "wic" kəlməsindən törəmişdir. Bilinən bir faktdır ki skandinaviyalılar İngiltərədəki işğal, hərbi hücum, qarət hərəkatları zamanı müvəqqəti əsgəri bölgələr qurmaqdaydılar. "Wic" kəlməsi eyni zamanda qəsəbə ya da bazar anlamında işlənirdi. Qədim Şimal dilində "-ing" şəkilçisi bir yerə ya da bir qrupa aid olmaq anlamını qazandırır.
Belə olan halda Vikinq, bir fiyorddan gələn adam anlamında ola bilər.
Bir versiyaya görə Oslo fiyordunu da əhatə edən "Vikin" bölgəsindən törəmiş ola bilər. Bütün bu etimoloji ehtimallara görə Vikinqlər, həm tacir həm də qarətçi xüsusiyyətlərinə görə tanınmaqdadırlar.
Vikinq istilaları VIII əsrdə başladı. 300 il boyunca Norveç və Danimarka kökənli skandinaviyalılar əvvəlcə pirat, daha sonrakı dönəmlərdə fateh və kolonizator olaraq Avropa tarixində önəmli bir rol oynamışlar. Skandinaviyalıların gerçəkləşdirdiyi, tarixdə qeydə düşmüş ilk hücumlar və qarətlər, 793-cü ildən başlayaraq Britanya və çevrə adalarındakı monastırlara qarşı olmuşdur. Avropa qitəsində isə Şarlman, piratlara qarşı 800-cü ildə bir müdafiə xəttini təşkil etdi.
810-cu ildən öncə bu sahillərdə bir hərbi hücum qeyd edilməmişdir; fəqət bu,
Skandinav yürüşlərinin buralarda daha öncəki tarixlərdə sıxıntı yaratmadığı anlamına gəlməz.
Frisiadakı Dan işğalına qarşı, Frank müdafiə xətləri 811-ci ildə güçləndirilmişdir. Nəticədə, VIII əsrin son on ilindən başlayaraq hücumlar ciddiləşməyə və Manş Dənizinin hər iki sahilindəki hakimiyyətlər buna qarşı tədbirlər almağa başlamışdı.
"Svear" olaraq bilinən İsveç kökənli diger skandinaviyalılar da iki əsas rota vasitəsilə (Vareng-Grek və Volqa ticarət yolları) Şərqi Avropada və Xəzər bölgəsində təsir göstərdilər. Bu qruplar Qərbi Avropada, Danlar ya da Normanlar, bəzən də dinsizlər və ya bütpərəstlər kimi tanınmışlardır. Şərqi Avropada isə Slavlar, yeni gələn işğalçıları "Rus" olaraq adlandırdı. Bu ada müxtəlif şəkillərdə ərəb və Bizans-Yunan qaynaqlarında da rast gəlinir. Vikinq hərəkatının səbəbi olaraq, Skandinaviyadakı artan əhali sayı, torpaqların yetərsizliyi göstərilir. Bu, istifadəyə əlverişli çox az torpağı olan Qərbi Norveç üçün keçərli ola bilər. Skandinaviyanın digər bölgələrində Vikinq Dövrünün əvvəllərindən başlayaraq "Rus" sözü (Yunan qaynaqlarında "Rhos") Qərb və Şərqi Avropadakı bir çox qaynaqda Şərqi Avropadakı Vikinqləri tanımlamaq üçün işlənir. Ladoga gölü ətrafındakı Finlərin İsveçlilər üçün söylədiyi "Rotsi", Slavcada “Rus”a çevrilmişdir.
Rus adının haradan gəldiyi ilə əlaqədar versiyalar bununla bitmir. Kiməsə görə Swede tayfaları Roslagen şəhrindən gəlmişlər və Finlər oradan gələnləri rus adlandırmışlar. Başqa bir teoriyə görə Yunanların bu şimal insanlarının üzlərinin rənginə görə onları yunan dilində "qırmızı" – Rhos adlandırmışlar.
Bütün Vikinq Dövrü boyunca başlıca məqsədləri qızıl, gümüş və digər dəyərli əşyaların ya birbaşa ya da kölə satışı kimi dolayı yollarla əldə edilməsi idi. Şərqi Avropada bunu əsasən kürk və kölə satışıyla təmin etməkdə idilər. Vikinqlər, bunun yanında cəsarətlərini artırır, şöhrət və ayrıca döyüşçü və dənizçi olaraq qabiliyyət qazanırdılar. Bunların siyasi sürgün mahiyyəti daşıyanları, döyüşçü mahiyətlərini artırıb Skandinaviyada və ya fatih olaraq dış diyarlarda güc qazanma peşində idi. Vikinq yürüşlərinin artmasının səbəbini anlamaq üçün əsas amil, Şimal-qərbi Avropada, Britanya ilə qitə arasında VII əsrin sonlarında ciddi dərəcədə genişlənən ticarət həcmidir. Bunun nəticəsində bir çox ticarət şəhəri ortaya çıxdı və ya inkişaf etdi. Skandinaviya və Baltik bölgəsi bu gəlişmədən təsirləndi və istehsal etdikləri kürklər Qərbi Avropada yüksək qiymətə alıcı tapmağa başladı. Skandinaviya və Şərqi Baltik, Qərbi Avropalıların ideal ticarət məkanları idi. Yüksək keyfiyyətli kürk təmin edilən başlıca yerlərdən biri olan bu günkü şimal-qərbi Rusya VIII əsr boyunca Svearlar qədər Fin, Slav və Balt tayfaları tərəfindən də sömürülmüşdür. Bu əsrin ortalarında Fin, Slav və bəzi Skandinav xalqları ortaq yaşadıqları, Volxov çayı ağzından 20 kilometr aralıdakı Ladoga gölü boyunda yerləşən Staraya Ladoga (Əski Ladoga) şəhəri bu fəaliyətlərin mərkəz nöqtəsi halındaydı.
Qərbi və Şimali Avropa arasındakı bu ticari əlaqələr, daha sonrakı Vikinq axınlarına yol açdı. Qərbi Avropa gəmiçiliyi Skandinaviyada tanındı və uyğunlaşdırıldı. Avropanın zənginlikləri haqqında bilgiləri artdı və bu surətlə Avropa krallıqları arasındakı çatışmalardan kar əldə etmədə ustalaşdılar. Vikinq şəfləri, ticarət mərkəzlərini və yollarını kontrol altında tutmaqla zənginlik və güc qazandılar. Dan kralları, Baltikin girişini tutduqları üçün ən karlı çıxan onlardı.
Skandinaviyada Vikinq Dövründən öncə gerçək anlamda şəhərləşmə yoxdur. Vikinq Dövründə belə Skandinav insanı əsasən düzənlik bölgələrdə yaşayırrdı. Danimarka və Güney İsveçdəki əkinəyararlı torpaqlarda əkin əkilirdi. Norveçdə coğrafi şərtlər üzündən təsərrüfatlar birbirindən aralı qurulmuşdu. Danimarkada isə, əksinə, yerleşmənin əsas modeli kiçik kəndlərdi. Buna qarşı ticarətin və rifahın artmasıyla birlikdə əhali çoxalmış, böyük və qalıcı məskənlər qurulmağa başlanmış, bazar, din, hökümət, pul basma kimi ictimai təşkilatlanma işlərində mərkəziləşmə güclənmişdir. Bunlardan biri olan Hedeby, Jutlandın güneyində yerləşən və Vikinq məskənləri haqqında ən çox bilgi verən arxeoloji məkanlardan biridir. Məzar quruluşundan anlaşıldığı qədər fərqli siniflər olmuşdur. İsveçdəki Airka və Norveçdəki Kaupang da Hedeby ilə bənzər özəlliklər daşıyır. Birkadakı zəngin sinifə mənsub adamların məzarlarında İngilis qabları, gündoğan ölkələrin qumaşları və şərqdəki krallıqlardan gələn bir çox başqa tapıntılar ələ keçmişdir.
Vikinq axınlarının əsası olan yüksək dənizçilik texnikası bu axınların və ticari fəaliyetlərin təməlini təşkil edirdi. Bu texnikalara Vikinq dünyasında verilən önəm şeirde, incəsənətdə, hətta ölü basdırma üsullarında özünü göstərir. VIII əsrədək dənizaşırı axınlara uyğun dayanıqlılıqda və böyüklükdə təknələr düzəldilməmişdir. Yükdaşıma təknələri savaş təknələrilə müqayisədə daha qısa, daha geniş və gövdəsi daha ağır olurdu.
Açıq dənizə əlverişli ticarət təknəsi "knarr" yelkənlə idarə edilirdi. Dənizaşırı olmayan yerli ticarətdə daha kiçik təknələr istifadə olunurdu.
Təknə sadəcə inkişaf edən Vikinq Dövrü ticarəti üçün deyil, daha böyük anlamdakı bir inkişafın da əsas ünsürlərindən idi. Təknələrin daşıdığı mədəniyyət cənub-qərbi Finlandiya sahilləri, Rusiya sərhədləri kimi bölgələri öz təsiri altına almışdı.
Saqalar, İslandiyalıların dünya yazılı ədəbiyyat mirasına ən böyük Mədəni töhfələrdəndir. Bunlar Qədim Şimal dilində yazılmış olan və İslandiyaya köçlər, qan davaları, antik Skandinav və Germen tarixi kimi mövzuları əhatə edən mətinlərdir. XII – XIV əsrlər arasında yazılsa da, XI – XI əsrlərin hadisələrindən bəhs olunur. Bir çox saqa gerçək hadisələrdən bəhs etsə də süjet boyunca əfsanəvi, fövqəltəbii, fantastik hadisələr də vardır. Dolayısıyla tarixçilər üçün tam anlamıyla etibarlı qaynaqlar deyildirlər.
Bu ümumi girişdən sonra Vikinqlər haqqında bir az daha ətraflı bilgi verək.
Qərbdə Vikinqlər
834-cü ildə Frank müdafiəsinin müqaviməti iç siyasi çəkişmələr Üzündən qırıldı. İmparator Louis, oğulları tərəfindən taxtdan endirildi, lakin tacını yenidən ələ keçirə bildi. Buna cavab olaraq ən böyük oğlu Lothar atasına qarşı mübarizəsini sürdürdü və ehtiyac duyduğu hərbi güc üçün sürgündə olan Dan Kralı Haraldın Vikinq flotunu məmnuniyyətlə qəbul etdi. 838-ci ildə Batı Saksoniyaya qarşı Britonların dəstəklənməsi, 844-cü ildə Northumbria kralının təkrar taxta çıxmasına yardım edilməsi, 842-ci ildən etibarən İrlandiya krallarıyla ittifaqa gedilməsi də bənzər müttəfiqlik örnəkləridir.
Louisin oğulları arasındakı daxili savaş 843-cü ildə sona çatanda Vikinqlər, Frankların, hərəkətə uyğun çaylar üzərində qurulan həssas monastırlar və şəhərlər üçün sülhün qorunması adına yeri gələndə böyük pullar ödəməyə hazır olduqlarını kəşf etdilər.
Vikinqlərin 845-ci ildə Parisi mühasirəyə alması girov qarşılığında aradan qaldırıldı. IX əsrin ikinci yarısında artıq Qərbi Frank Krallığının bütün əsas çaylarında Vikinq gəmiləri meydan sulayırdı və krallıq böyük sıxıntı içində idi. IX əsrin ortalarında Vikinq axınlarının əsas maraq göstərdiyi bölgə hər şeyə rəğmən Frankiya torpaqları olsa da Britanya da axınlardan payını almağa davam edirdi. Vikinq gəmiləri London, Canterbury, Kent şəhərlərini xərac verdikləri halda qarət edirdilər. İberiya bölgəsi də olduqca cazibəli idi. Buna qarşı, IX əsrdə bu bölgəyə yalnız iki Vikinq səfəri düzənlənmişdi. IX əsrin sonundakı ikinci axınlarına qarşılıq olaraq Kurtuba xəlifəsi, yeni bir donanma inşa edərək müdafiəsini gücləndirdi. Bu tarixdən sonrakı 100 il içində başqa bir Vikinq axını qeyd edilməmişdir.
İrlandiyada daha erkən fəaliyyət göstərən Vikinqlər, bu bölgədə Frank ölkəsi ya da İngiltərədə olduğu qədər dəyərli mədən məhsulu əldə edə bilməyince, İspaniya və Şimali Afrikadakı Müsəlmanlara satılmaq üçün çox pul gətirən kölə ticarətinə girişmişdilər.
IX əsrin ikinci yarısında Qərbi Frank kralı Charles, axınçıların insafına tərk edilmiş olan bölgələrdə idarəetməni gücləndirib müdafiəni möhkəmləndirdi. Seine və Loirea çayları üzərində gəmilərin keçməsini əngəlləyəcək körpülər inşa edildi, şəhərlər və monastırlar gücləndirildi. Bu önləmələr, Vikinq axınlarının o zamandan sonra İngiltərəyə üz tutmasına yol açdı. 866-cı ildə, o zamankı salnaməçilərin "Great Army" (Böyük Ordu) olaraq adlandırdığı bir donanma Şərqi Angliaya hücum etdi. Anqlosakson Xronikasında dalğa-dalğa gələn və bu dəfə əməlli başlı qalıcı olan hərbi hissələrdən söz açılır. Beş il sonra sadəcə bir krallıq, Wessex salamat qalmışdır. Yeri gəlmişkən bunu da söyləmək gərək, bu kolonizatorların yerləşdikləri bölgələrdəki dialekt üzərində dərin təsirləri vardır. Əkinçiliyə bağlı kəlmələrə və bölgədəki yer adlarına baxanda, gələnlərin bir çoxunun sadəcə vurub qaçan qarətçilər deyil, hər birinin əsl əkinçi olduğu anlaşılır.
Great Army'nin səfərləri ilə eyni zamanda Norveçlilər də İslandiyanın koloniyalarına girişmişdi. Adanın varlığı bilinmir deyildi, amma IX əsrdən öncə, tək-tük İrlandiyalı keşişlərdən başqa məskunlaşmağa açılmamışdı. Köç, Harald dövründən öncə başlamış, ancaq onun IX əsrin sonunda Hafrs fiyordunda qazandığı qəti qələbədən sonra sürətlənmişdi. İslandiyalılar daha sonralar qurucu babalarının, bütün Norveçi öz hakimiyyəti altında birləşdirən ilk kral olan Gözəlsaçlı Haraldın (Haraldharfargi) tiranlığından qaçanlar olduğunu vurğulamışlar. Təqribən 60 illik bir müddətin sonunda insanların yaşamasına uyğun olan bütün torpaqlar paylaşıldı və bu aşamadan sonra artıq, yaşamağa daha az uyğun olan şimal-qərbi İslandiyadakı dik yalılarla əhatəli fyord bölgələrinə üz tutuldu.
X əsrdə Qrenlandiyaya yerləşənlərin, əsrin sonuna gələndə nüfuzları 300 təsərrüfata qədər çıxmışdı. İslandiya Saqalarına görə, Qrenlandiyaya yerləşən bu köçlər Amerika qitəsinin şimalına da çatmışdılar. Newfoundlandin şimal ucundakı arxeoloji qazıntıların arxeoloqların əsas düşərgəsi olduğu nəticəsinə varılmışdır. IX əsrin sonundan etibarən Skandinav xalqlarının İngiltərədəki fəaliyyətləri dramatik bir tənəzzülə uğradı. X əsrin ilk yarısında Alfred, Skandinavların kontrolunda olan bölgələrin fəthinə girişdi. Skandinav krallarının ən sonuncusu Qanlıbalta Eirikrun da öldürülüb zərərsizləşdirilməsiylə ada nəhayət tamamən ingilislərin hakimiyyətinə girdi, amma hər şey bitməmişdi. X əsrin sonlarında, birbaşa Skandinaviyadan gələn gəmilər Qərbi Avropanı yenidən təhdid etməyə başladı. Qitənin sahil bölgələrindəki Elbedən Şimali
İspaniyaya qədər bir çox məskən saldırıya uğradı; lakin əsl hədəf, böyük və getdikce genişlənən şəhərləri ilə, dövriyyədəki yüksək keyfiyyətli gümüşdən düzəldilən pulu olan İngiltərə idi. İngiltərəyə ilk böyük həcmli hücum 991ci ildə gerçəkləşdiyi demək olar ki dəqiqdir. Haçasaqqal Svenin rəhbərlik etdiyi bu ilk səfəri, qısa aralıqlarla gerçəkləşən üç səfər daha izlədi. Bu səfərlərdə Vikinq qüvvəttləri böyük qənimətlər qazandı. Hər şeyə rəğmən X əsrdə Qərbi Avropada Vikinqlər üçün fürsətlər son dərəcə məhdud qaldı. Göz qamaşdıran hədəflər sağlam idarəetmə ilə qorunurdu və bununla bağlı olaraq yaxşı təşkilatlanmış ordularla müdafiə olunurdu. X əsrin son iyirmi ilindəki qeydlərə əsasən Vikinqlər, qarət axınlarıyla zənginliklərinə göz dikdiyi hədəflərin çox azında başarılı olmuşdur. Böyük ordular gərəkdirən bu axınlar üçün bu cür tşkilatlanmalar çox zaman başarılamamışdır.
Bunun bir səbəbi Skandinaviyadan qalan çatışmalarını qitəyə daşıyan birbirinə rəqib liderlərin varlığı olduğu söylənir.
Şərqdə Vikinqlər
Şərqi Avropa Slavları Avropanın digər bölgələrindən fərqli olaraq Norman yerinə "Rus" ya da "Vareng" kəlmələrini işlədir.
Slav bölgələrindəki Vikinq fəaliyyətlərinə dair əsas qaynaqlardan biri “Povesti Vremennıx Let”dir. Buna görə Vikinqlərin başçısı Rurik və tərəfdarları, 862-ci ildə Slav tayfaları tərəfindən özlərinə hökmdarlıq etmələri üçün çağrılmış və vergi-xərac şəbəkəsini bu günkü şimal-qərbi Rusyadan Orta və Yuxarı Dinepr çayı bölgəsinə qədər genişləndirmişlər. Povestdə danışılanlar, Skandinav üslubunda tapıntılar və bəzi məzarlar vasitəsilə təsdiq edilməkdədir. Daha artıq qarət və geniş miqyaslı koloniyalarla bilinən
Qərbdəki Vikinq fəaliyyətlərinin əksinə Şərqdəki təşkilatlanma ticari mənfəətlərə uyğun olaraq inşa edilmişdi. Belə ki, Vikinq hərəkətlərinin Qərbi Avropada geriləməsinin səbəblərindən biri, böyük zənginliklər vəd edən Şərqə yönəlmək ola bilər. Bölgədəki böyük ticarət şəbəkəsinin iki əsas rotası vardı: Şərqi Baltiki Bizansa bağlayan Dinepr boyunca Vareng-Grek rotası və Volqa xətti boyunca şimal-qərb Rusyanı Xəzərə və Bağdada bağlayan Volqa ticarət rotası.
İslam dünyasına aid böyük miqdarlarda sikkənin 790-cı illərdə Skandinaviyaya gəlmiş olması, bölgə mallarının Xəlifəliyə ixrac edildiyini söyləməyə əsas verir. Təxminən iki yüz il boyunca İslam dünyasına Xəzər Dənizi yoluyla birbaşa və ya Don və Volqa yoluyla dolaylı olaraq ixrac edilən malların qarşılığı olaraq ödənən əsasən gümüş pullar, Şərqi Avropada zənginlik yaratmışdır. Müasir ərəb mətnləri bu tacirləri "Rus" olaraq adlandırır. Bunların çoxunun Şərqi İsveçdən gələn Svear xalqına mənsub olduğunu təxmin etmək olar. IX əsrin ikinci yarısında İlmen gölünün şimalında, bir adanın üzərində yeni bir məskən quruldu. Daha gec dönəmlərin İslandiya Saqala-rında sözü keçən bu yerləşim, Holmgarôr idi. Slav dilində, 100 il sonra 2 kilometrə qədər kənarda qurulacaq olan Novqorod (Yeni Şəhər və ya Yeni Qala) ilə əks mənada olaraq Gorodişçe (Köhnə Şəhər və ya Köhnə Qala) da deyilirdi. Slav və Skandinav əsilli gəlmələrlə Gorodişçe, Şərq və Qərb bazarlarında get-gedə artacaq olan Rus mallarının ən önəmli ticarət mərkəzi halına gəldi. Ən diqqət çəkici Skandinav yayılması, Orta Dinepr üzərindəki Kiyevlə təmsil olunur. Bu şəhər-dövlət IX əsr sonlarında Skandinav soylu bir sülalə tərəfindən idarə edilirdi. Əvvəllər, Xəzələrə vergi verirdilər. Kiyevi idarə edən Skandinav kökənli sülalə IX əsrin sonunda Slavlaşdı. Bu durumu, iş başında olanların adlarındakı dəyişiklikdən görmək olar. 913-945-ci illər arasında Kiyevin başındakı lqor (Skandinavca "İnqvar" kökənindən) və Olqanın (Skandinavca "Helqa" kökənindən), 964-971-ci illər arasında Kiyevin başında olan oğullarının adı Svyatoslav idi. Bunun davamında özlərindən sonra gələnlər "Rus" olaraq adlandırılmağa davam etdilər. Bu ad, o tarixdən sonra Skandinavlara şamil edilmədi.
Erkən X əsrdə Skandinaviyada dövriyyədə olan pulları araşdıranda Samani sikkələrinin Baltik bölgəsinə gəldiyi görünür. Təqribən 965-ci ildən sonrakı iyirmi illik bir zamanda Skandinaviyaya gələn İslam sikkələrinin sayında bir azalma olmaqla bərabər, Rusyaya gəlib çatan sikkələrin sayında bir azalma olmamışdır. Skandinaviyada əsrin ilk yarısındakı para axışının daha sonra son dərəcə azalması, bu paranın əldə edilmə yollarının kəsintiyə uğramasıyla açıqlana bilər. Buna görə müstəqil qruplar tərəfindən çox güman ticarət, xərac və ya qarət yoluyla əldə edilən pul axışı, Rus şahzadələrinin bu cür axınlara qarşı müdafiəni gücləndirmələri ilə kəsintiyə uğramış ola bilər. Əgər durum belədirsə, bu müvəffəqiyyətin bağlı olduğu səbəblərdən biri böyük ehtimal, Slavcada "Varyaq" olaraq Rusyaya girən lslam gümüşünün həcminin X əsrdə diqqət çəkici bir şəkildə böyüməsinin səbəbi, Hindukuş Dağlarında kəşf edilən böyük gümüş yataqları idi. Bu, Samanilərə böyük mikdarlarda gümüş sikkə basma imkanı verdi ki önəmli bölümü Rus bazarlarından təmin edilən malların ticarətində istifadə olunurdu. Bu ticarət və gümüş bolluğu, 900-cu illərdən sonra Qərbi Avropanı daha az karlı görməyə başlayan Vikinqlər üçün böyük fürsətlər vermişdir.