Buch lesen: «Fərdi effektiv sürətli oxu»
Reha Oğuz Türkkan
Toğrul Türkkan
Türk Gələcək Tədqiqatlar Vəqfinin fəxri rəhbəri olan Ord. Prof. Dr. Reha Oğuz Türkkan Nyu York, Kolumbiya və CCNY universitetlərinin keçmiş təhsil işçisidir. 1960-1969-cu illərdə Amerikada 124 təhsil mərkəzi (UNİTEQ) yaradıb (bunlardan beşində sürətli oxuma kursları açıb). Rəhbəri olduğu “Learning foundations” vəqfinə ABŞ tərəfindən dörd əyalətin təhsil üsullarını yeniləmə tapşırığı verilib. 1970-ci illərdə “Learning Materials Publishing” nəşriyyat evinə rəhbərlik edib.
Son yüz ilin ən önəmli psixoloqlarından olan tanınmış elm adamı prof. Skinner (Harvard universiteti) və prof. Crouder ilə (UCLA) birlikdə “Suallarla proqramlı öyrənmə”
metodunu təkmilləşdirmiş, bu yeni metodun üç yaradıcısından biri olaraq ABŞ-dakı təhsildəki xidmətlərinə görə “Who’s Who” ensiklopediyasında yer alıb. ABŞ tərəfindən 4
əyalətin təhsil planlanması və Sunrise Açıq Universitetinin tərkibində təhsil texnologiyası məsləhətçisi vəzifəsini daşıyıb.
124 məktəb (4-ü sürətli oxuma və kompüter üzrə) açıb. Eyni istiqamətdə Türkiyədə Yaykur Açıköğretim Universitetini yaradıb. 1975-1976-cı illərdə Milli Təhsil Nazir-liyinin Yaykur Açık Universitetlərinin qurucusu və idarəçisi vəzifələrini həyata keçirib.
1976-cı ildə NASA-ya məsləhətçi olaraq Hindistandakı peykli təhsil çalışmalarını incə-ləyib.
ABŞ-da olduğu müddətdə “Psixologiyanın iş dünyasında nailiyyətə təsiri və tətbiqi, razısalma psixologiyası və satış texnikaları” mövzularında iş dünyasına aid təlimlər verib, müxtəlif şirkət və qurumlarda məsləhətçi və Direktorlar Şurasının sədri kimi fəaliyyət göstərib.
1970-ci illərdə Türkiyədə sürətli oxuma adı ilə “Speed reading” texnikasını tanı-dıb, 1976-80-ci illərdə Milli Təhsil Nazirliyi, daha sonra isə Mədəniyyət və Daxili İşlər nazirliklərinin rəhbər işçilərinə, Boğaziçi Universitetinin təhsil işçilərinə və bir neçə firmalara kurs və seminarlar keçib. Sonralar isə xalqa açıq seminarlar verməyə başlayıb. “Çox sürətli oxuma” mövzusundakı Türkiyədəki ilk kitabını 1985-ci ildə yazıb.
1987-ci ildən etibarən yaradıcısı olduğu Türk Gələcək Tədqiqatlar Vəqfi daxilində əksər firmalara, ictimai təşkilatlara, məktəblərə və kurslara təhsil verib, xalqa açıq seminarlar təşkil edib. Yetişdirdiyi təlimçilər (Mustafa Ruşen, Muhsin Kadıoğlu, Toğrul Türkkan və başqaları) sürətli oxuma mövzusunu bütün Türkiyəyə yayıblar.
Toğrul Türkkan
Orta təhsilini Kadıköy Anadolu Liseyində, ali təhsilini Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsində tamamlayıb. 1966-cı ildən etibarən Türk Gələcək Tədqiqat Vəqfi daxilində sürətli oxuma təlimləri verməkdədir. 2000-ci ildə Reha Oğuz Türkkanla birlikdə
“dörd mərhələli effektiv sürətli oxuma sistemi”ni təkmilləşdirib. Kompüter dəstəyi ilə
sürətli oxuma təhsil proqramı kursunun səmərəsini böyük nisbətdə artmasını təmin edib.
2002-ci ildə HızlıOku.Pro kompüter məşq proqramını hazırlayıb.
Müxtəlif jurnal və kitablarda nəşr olunmuş məqalə, esse və hekayələri var.
1
Yeni eraya qədəm qoyan bəşəriyyət hər keçən gün öyrənmək qabiliyyətini inkişaf etdirir. 1960-cı illərdə ortaya çıxan sürətli oxu texnikası da tədris psixologiyasında reallaşan inkişafın ardınca davamlı şəkildə yükəliş dövrünə qədəm qoydu.
İstədik ki, 8-10 nəfərlik kurs mühitindən daha geniş topluluqlar informasiya əsrinin ən həyati ehtiyaclarından olan effektiv və sürətli oxuma mövzusunda özünü inkişaf etdirsin. Bu kitab effektiv sürətli oxuma alışqanlığını öz-özünüzə vərdiş halına gətirə bilməyiniz məqsədilə hazırlanıb.
2
Fərdİ effektİv
sürətlİ oxu
3
Önsöz
Bu kitaba 20 illik təcrübə və kurs səriştəsinin məhsulu demək, hər halda çox da yanlış olmaz.
60-cı illərdə professor Reha Oğuz Türkkanın Amerikada öyrəndiyi və o illərdə açdığı “Suallarla proqramlı öyrənmə” məktəblərində tədris etdiyi “Sürətli oxu” ilə Türkiyə 1987-ci ildə tanış oldu. Türk 2000 Vəqfi və 2003-cü ildən etibarən də ALGE nəzdində o vaxtdan bu günə fərdlərə, özəl firmalara, məktəblərə, ictimai qurum və təşkilatlara qədər bir çox kurs, seminar təşkil edildi.
2000-ci ildə kitabın iki müəllifi sürətli oxuma ilə effektiv oxuma texnikalarının bir araya gətirilməsilə Effektiv Sürətli Oxuma sistemini inkişaf etdirdilər. Bu proses sürətli oxudan daha yaxşı, əhatəli oxuma/öyrənmə metodu olan bir sistemin tədrisinə əsaslanır.
Yeni eraya qədəm qoyan bəşəriyyət hər keçən gün öyrənmək qabiliyyətini inkişaf etdirir. 1960-cı illərdə ortaya çıxan sürətli oxu texnikası da tədris psixologiyasında reallaşan inkişafın ardınca davamlı şəkildə yükəliş dövrünə qədəm qoydu.
İstədik ki, 8-10 nəfərlik kurs mühitindən daha geniş
topluluqlar informasiya əsrinin ən həyati ehtiyaclarından olan effektiv və sürətli oxuma mövzusunda özünü inkişaf etdirsin. Bu kitab effektiv sürətli oxuma alışqanlığını öz-özünüzə vərdiş halına gətirə bilməyiniz məqsədilə hazırlanıb.
4
* * *
Mütaliə əsnasında göz mətn üzərində soldan sağa doğru hərəkət edir; müəyyən yerlərdə dayanır; bu fasilələrdə eynən fotoaparat kimi gördüyü kəlmələrin şəklini çəkib beynə göndərir; beyin də daha öncədən öyrənmiş olduğu bu simvolları çözür, bir araya gətirir və fikri aydınlaşdırır.
Sürətli oxu kursu keçməmiş şəxs kəlmə-kəlmə oxuyur, özlüyündə səsləndirir, gözü mətn üzərində yavaş sürüşür və uzun fasilələr edir. Bu səbəbdən dolayı normal insanın oxu sürəti “tısbağa sürəti”ndə qalır.
Ləng oxucu inkişaf edən və sürətlə dəyişən informasiya əsrinə ayaq uydurmaqda çətinlik çəkir. Sürətli oxuma metodu müxtəlif göz gimnastikası vasitələri, gözün focus-lama tutumunu artırma, görmə arealını genişləndirmə tə-məlinə arxalanır. Beləcə, müəyyən məşq müddətindən sonra oxucuların oxu sürəti 200-300 faizə qədər yüksələ bilir.
Uzun adı “4 Mərhələli Effektiv Sürətli Oxuma Sistemi” olan, ESO proqramı oxucuların informasiyaya daha sürətli, effektiv şəkildə çatmalarını və məhsuldar oxuma vərdişinə sahib olmalarını təmin etmək üçün yaradılmış, nəzəri-praktiki əsaslı oxuma/öyrənmə sistemidir.
Effektiv Sürətli Oxuma sistemi daha sürətli, effektiv, çevik və məhsuldar oxuma vərdişi yaradan kompleks sistemdir. Proqram 15-20 gün ərzində müəyyən çalışma pe-riodu halında tətbiq edilir.
20 günlük bu çalışma nəticəsində əvvəlkinə nəzərən orta hesabla 2,5 dəfə sürətli oxuyan, oxuduqlarını daha yaxşı qavrayan və daha uzun müddətə yadında saxlaya bilən oxucu halına gələcəksiz.
5
Niyə sadəcə sürətli oxu deyil, “Effektiv Sürətli Oxuma Sistemi”?
Çünki Effektiv Sürətli Oxuma Sistemi sadəcə göz sürətini artıran bəsit məşqlərdən ibarət üsul deyil. Sürətli oxuma texnikaları Effektiv Sürətli Oxuma Sisteminin sadəcə bir hissəsini təşkil edir.
* * *
Effektiv Sürətli Oxuma Sisteminə bir neçə cümlə ilə
bu şəkildə xülasə vermək olar. Verdiyimiz ipuclarından sonra əsas məsələyə keçmək olar. Kitab vasitəsilə addım-addım irəliləyəcəyik. Sistem 20 günlük çalışma proqramı olaraq hazırlanıb. Hər gün nizamlı şəkildə məşqinizi davam etdirməyə diqqət göstərin. 20 gündə 20 saat ayıraca-ğınız bu metod həyatınıza minlərlə saat əlavə zaman qa-zandıracaq.
Reha Oğuz Türkkan
Toğrul Türkkan
6
Təşəkkürlər
Türkiyədə 15 ildən artıqdır tədris etdiyimiz “Sürətli Oxuma Kursları”nı və 2000-ci ildə müasir oxuma/öyrənmə
metodu kimi inkişaf etdirilən “Effektiv Sürətli Oxuma Sistemi”ni və sistemin kitabını ərsəyə gətirmək uzun və yorucu əməyin nəticəsində gerçəkləşdirildi. Bu çətin prosesdə
istənilən məsələdə dəstəyini bizdən əsirgəməyən, başda Əmrə Şahinər olmaqla, Sərdar Süvariərol, Alpar Cəng Aslan, Barış Nargiləçi və tövsiyə, eləcə də məsləhətləriylə bizə
çox köməyi toxunan Tunc Çəlik və Yaşar Atilla İlmana şük-ran borcluyuq.
Reha Oğuz Türkkan
Toğrul Türkkan
7
BİRİNCİ FƏSİL
BAŞLANĞIC SÜRƏT VƏ
ANLAMA TƏYİNATI
8
9
Effektiv Sürətli Oxuma Sistemini öyrənməyə başlamazdan öncə sürətinizi və qavrama səviyyənizi təyin etmək üçün iki dəfə yoxlama mütaliəsi edəcəyik. Beləcə, iyirmi günlük tədris kursunun sonunda yetişdiyiniz sürət və qavrama səviyyəniz ilə başlanğıcdakı vəziyyətinizi müqayisə
edə biləcəksiniz.
Bir deyil, iki mətn oxuyacağıq. Çünki insanın təkcə
bir oxu sürəti yoxdur. Oxucu önünə gələn hər mətni eyni sürətlə oxumur.
Oxuma sürəti oxunan mətnin xüsusiyyəti – yəni çətinlik/asanlıq dərəcəsiylə və oxucunun mövzuya duyduğu maraqla yaxından əlaqəlidir. Normal oxucu maraqlandığı, məsələn, futbol haqqında, bir yazını dəqiqədə 200 kəlmə
sürətlə oxuduğu halda fəlsəfi məqalədə sürəti 100 kəlməyə
(və təbii ki, qavrama səviyyəsi də) düşür. Bu səbəbdən dolayı biri asan, digəri qarmaşıq olmaqla iki fərqli mətn oxuyacaqsınız. Bu iki mətnin oxunmasının orta sürəti sizin Effektiv Sürətli Oxuma Sistemi tədrisinə başlamazdan öncəki sürət və qavrama nəticənizlə qarşılaşdırılacaq.
“Vərdiş” mətnini önünüzə qoyun. Mətni vaxtı ölç-məklə normalda oxuduğunuz sürətlə oxuyun. Məqsəd sadəcə başlanğıc səviyyənizi təyin etməkdir. Mütaliəni bitirdikdə nə qədər vaxtda oxuduğunuzu qeyd edin (məsələn 150 saniyə).
10
Vərdiş
Vərdiş psixologiyada çox az düşünmə tələb edən, ya da heç düşünməyə gərək qalmadan nizamlı olaraq təkrarlanan və doğuşdan olmayıb, öyrənilən bir davranış kimi səciyyələndirilir. Vərdiş qidalanmaq və yatmaqdan, düşünmək və reaksiya göstərməyə qədər hər fəaliyyətin parçasını təşkil edə bilir. Gücləndirmə, reaksiyaya səbəb olan xəbərdarlığın hər ortaya çıxmasında reaksiyanın və ya davranışın təkrarlanmasını təmin edir. Hər təkrarla davranış da-ha da avtomatikləşir. Beyin şüursuz olaraq hərəkəti yönlən-dirir. Şəxs düşünmədən komandanı yerinə yetirir. Düşünmədən qalstukunu bağlayır, ayaqqabısının iplərini ilikləyir və sair.
Paralel olaraq bəzi vərdişlər, xüsusən də coşğunun yer aldığı anlarda bircə təcrübə ilə də meydana gələ bilər.
Bu mövzu ilə bağlı köklü araşdırmalar aparan filosof və
psixoloq Uilyam Ceymsin “Psixologiyanın prinsipləri”
(1890, Principles of Psychology) adlı kitabında apardığı araşdırmadan görünür ki, vərdişlər yüksək zehni proseslərin daha əhəmiyyətli və təcili işlər üçün saxlanma vasitələri olaraq faydalıdırlar; amma az təkrarlanan davranışların kodlaşmasına da səbəb olurlar. Şəxs alışmış olduğu vəziyyətin əksi olan hərəkəti etməkdə çətinlik çəkir. İki barmaqla yazı maşınında yazmağı öyrənən bir insanın on barmaqla yazması bu maşından heç istifadə etməmiş birindən daha çətindir.
Arzuedilməz vərdişlərdən azad olmanın ümumilikdə
4 üsulu var:
11
1. Əvvəlki reaksiyanın yerinə yenisinin qoyulması –
məsələn, dözülməz şəkər yemə istəyinin qarşısını almaq üçün konfet əvəzinə meyvə yemək, ya da effektsiz, yavaş
oxuma vərdişinin yerinə sürətli oxunu qoymaq.
2. Bezginlik, yaxud xoş olmayan digər reaksiya yara-nana qədər o davranışı təkrarlamaq – məsələn, siqaret alu-dəçiliyinin yerini siqaretdən iyrənmənin alması məqsədiylə
ürəyi bulanana qədər həmin şəxsi siqaret çəkməyə vadar etmək.
3. Fərdi reaksiyanı doğuran xəbərdaredicidən tədric etmək məqsədilə mühit dəyişdirmək, ya da o davranışı doğuran simulyatoru yavaş-yavaş həyata keçirmək – məsələn, yetkin insandakı uşaqlıqdan qalma it qorxusunu ona bir küçük verərək yenmək;
4. Cəzalandırmaq; Bu sonuncu üsul bəlkə də ən az effektiv olanıdır.
Saatınıza baxın. Neçə saniyədə bitirdiyinizi qeyd edin.
Bu mətnin söz sayını göstərən 283-ü sərf etdiyiniz saniyə sayına bölüb, 60-a vurun. Məsələn, 90 saniyəyə bitirmisinizsə, aparacağınız əməliyyat:
(283/90)x60 =189.
Ümumiləşdirmə lazım olarsa (söz sayı / bitirmə müddəti)x 60 hesablamasının sonu mətnləri dəqiqədə neçə kəlmə sürətiylə oxuduğunuzu göstərir.
İndisə mətn haqqındakı aşağıdakı sualları cavablayın: 1. Psixoloqlar vərdişə necə tərif verirlər (bir cümlə ilə
yazın)?
...............................................................................
...............................................................................
12
2. Mətndə avtomatik vərdişlərə hansı misallar göstərilib?
...............................................................................
...............................................................................
3. Uilyam Ceyms vərdiş haqqında hansı önəmli nüan-sı vurğulayıb?
...............................................................................
...............................................................................
4. Arzuedilməz vərdişlərdən azad olmanın yollarını bəndlər şəklində yazın.
...............................................................................
...............................................................................
Cavablarınızın doğruluğunu yoxlayın.
1. Vərdiş psixologiyada çox az düşüncəyə yer qoyan, yaxud heç düşünməyə gərək qalmadan nizamlı olaraq təkrarlanan və anadangəlmə olmayıb, sonradan qazanılan davranış kimi təsvir edilir.
2. Qalstuk və ayaqqabını bağlamaq.
3. Vərdişlər yüksək zehni proseslərin daha əhəmiyyətli və təcili işlər üçün saxlanma vasitələri olaraq faydalıdırlar; amma az təkrarlanan davranışların kodlaşmasına da səbəb olurlar.
4. Fərdi reaksiyanı doğuran xəbərdaredicidən tədric etmək məqsədilə əhatə dəyişdirmək, ya da o davranışı doğuran simulyatoru yavaş-yavaş həyata keçirmək, cəzalan-dırmaq.
Doğru sayı 25-ə vuraraq qavrama səviyyənizi tapın (Məsələn, iki tam, bir yarımçıq cavabınız varsa, iki tam üçün 50, yarım üçün 12,5 62,5 edər).
13
Eyni şəkildə aşağıdakı “Osmanlıda zanbaq dövrü”
başlıqlı parçanı vaxt quraraq oxuyun. Bitirəndən sonra neçə
söz oxuduğunuzu sayın.
14
Osmanlıda zanbaq dövrü
Zanbaq dövrü Osmanlı tarixində 1718-1730-cu illər arasında yaşanan ziddiyyətli, keçici və yenilikçi dövrdür.
Müəyyən məşhur tarixi axın tərəfindən çox sonradan qoyulan adı bu dönəmdə sarayda və İstanbulun varlı təbəqəsi arasında başlayan zanbaq yetişdirmə marağına işarəni ifadə edir. İlk dəfə Yəhya Kamal Bayatlının istifadə etdiyi
“zanbaq dövrü” birləşməsi Əhməd Rafiq Altınayın sözügedən dövrü incələyən əsərinə eyni adı verməsilə tarixi terminologiyaya əlavə edilib.
Bu dönəm, məsələn, yenilənmə axtarışı kimi yeganə
axın deyil, bir-biriylə iç-içə əlaqəli olan ən azı üç prosesin kompleks məhsulu sayılmalıdır. İnkişaf edən kapitalizmin təməlində müasirləşən Avropa dövlətlərinə qarşı bir müddət mühafizəkar tərzdə diqqətəlayiq dəyişiklik aparmadan müqavimət göstərməyə çalışan Osmanlı İmperiyası XVII əsrdə ortasına sürükləndiyi hərbi və siyasi rəqabət girda-bından ağır məğlubiyyətlərlə çıxmağa başlayanda böyük özünəinam böhranına uğramışdı. Bu, ilk dəfə Qərbin açıqca nümunə kimi götürülməsi meylini doğurmaqla yanaşı, elit təbəqənin öz içərisində islahatçı və mühafizəkar cəbhələrə
ayrılmasına yol açdı. Digər tərəfdən eyni məğlubiyyət, uğursuzluqlar zənciri, xanədanın, eləcə də böyük fiqurların artıq savaş meydanlarında zəfər və qəhrəmanlıqlar yoluyla legitimlik axtarışından daha xüsusi, şəxsi bir ruh aləminə
çəkilməsinin də səbəbi oldu. İctimai təməldəysə kadr hazır-lığı sisteminin təkmilləşdirilməsi, əhali artımı, o cümlədən, düzənlik ərazilərdə yoxsullaşma işarələrindən dolayı şəhər-lərə, xüsusilə, İstanbula köçdə və vəziyyəti sarsılan kəsim-15
lərin yaşadığı narahatlıqda artım aydın göründü. Bu fakt elit təbəqə daxilində mübarizənin taleyinə təsir edərək, ilk yenilikçi cərəyanın ömrünü qısaldan rol oynadı. Sədrəzəm Nevşəhirli Kürəkən İbrahim Paşa Pojarevats müqaviləsini
(1715-1718 Osmanlı-Avstriya-Venedikt müharibəsinə son
qoyan, yuxarı Serbiya, Belqrad, və Banat yaylasının Avst-
riyaya, Dalmatiya, Bosniya, Albaniya sahillərinin Vene-
diktə verilməsi, Moranın Osmanlılarda qalması kimi mad-
dələrdən təşkil edilmiş 21 iyul 1718-ci ildə imzalanan mü-
qavilədir. C.Q.) fürsət bilərək Osmanlı dövlətində müəyyən bir sülh dövrü bərqərar etdikdən sonra ilk növbədə orduda quruculuq həyata keçirdi, dövlət heyətlərində ixtisarlar apardı və yeni vergilər qoydu. Ardınca Paris və Vyanadan gətirdiyi proyektlərdən ilhamlanaraq İstanbulun abadlığına diqqət ayırdı. Halicin rekonstruksiyası üçün öncə Kağıtha-nədə padşah üçün bir köşk (Sadabad qəsri) tikdirdi. Rəngarəng saray həyatından xoşlanan III Əhmədin də razılığını verdiyi Kağıthanə dərəsi və Halic çevrəsi yeni görünüşə bü-ründü. Sadabad qəsri çevrəsindəki zanbaq bağçaları İstanbul əhalisinin varlı qismləri arasında sürətlə yayılan zanbaq yetişdirmə dəbinin yaranmasına yol açdı. Geniş və kübar gəzinti yerləri açılaraq müharibə illərinin gətirdiyi pessimist, durğun mühitin yerini hərəkətli və əyləncəli şəhərli aristokrat həyatın almasına çalışıldı. Köhnə yanğın yerləri təmizlədilərək buralarda modern məhəllələr quruldu. Səh-ralardan köçüb gələnlərin doldurduğu tarixi yarımadanı yavaş-yavaş tərk edən elit təbəqənin idarə etdiyi Üsküdar, Bəylərbəyi, Bəbək, Fındıqlı, Əlibəyköy, Ortaköy ilçələrində
köşklər və bağlar salındı. Şəhərin yanğından mühafizəsi üçün Yeniçəri Ocağından ayrılan bir birliyə yanğınsöndür-mə təlimi verildi. Bundan başqa, ticarətin inkişafı üçün ix-16
racatı asanlaşdıran addımlar atıldı. Çini qabların istehsalı, çuxa və qumaş toxunması üçün emalatxanalar açıldı. Yalo-va Kağız Fabriki, 1727-ci ildə İbrahim Mütəfərrika tərəfindən ilk Osmanlı mətbəəsi quruldu. Mədəniyyət və incəsənət həyatına təsir edən cəhdlərlə, salnaməçilik, şeir anlayışı və təməl elm sahələrinə baxış dəyişməyə başladı. Qərbdən və Şərqdən olan önəmli müəlliflərin əsərləri türkcəyə tərcümə edildi. Alimlər, sənətçilər, eləcə də şairlər dövlətdən dəstək gördülər. Yad ölkələrə qarşı kompromis və dostluğa söykənən xarici siyasət yürüdülməyə başlandı. İngiltərə, Fransa və Fələmənglə diplomatik əlaqələr yaradıldı.
Zanbaq dövründəki yeniliklər, xüsusilə, mühafizəkar dairələrin böyük etirazına yol açdı. Bu arada saray ətrafıyla İstanbulun varlı əhalisinin əyləncə və istehlak xərcləri ölçü-süzlüyə üz tutarkən xalqın getdikcə yoxsullaşması, Anadoludakı tayfaların yerləşdirilməməsi, artan quldurluq hadisələri, yeni vergilərin yaratdığı etirazlar, İranla davam edən münaqişələr, xüsusilə də qeyri-müsəlmanlara verilən imtiyazlar, elit təbəqənin mühafizəkar qisminin əl altından qı-zışdırıb, təşkilatlandırdığı Patron Xəlil Üsyanı üçün uyğun mühit yaratdı. Zanbaq dövrü 1730-cu ildə bu qiyamla ömrünü başa vurdu.
Saatınıza baxın. Neçə saniyəyə bitirdiyinizi qeyd edin. Bu mətndə 528 söz var. Eyni formuldan istifadə edərək sürətinizi təyin edin, daha sonra aşağıdakı qavrama suallarına cavab verin.
1. Zanbaq dövrü hansı illəri əhatə edib? Mətndə necə
bir dönəm kimi qiymətləndirilib?
...............................................................................
...............................................................................
17
2. Bu dövr bir-biriylə kəsişən hansı üç fərqli prosesin kompleks məhsulu sayıla bilər?
...............................................................................
...............................................................................
...............................................................................
3. Elit təbəqə bu dövrdə hansı bölgələrdə yerləşmişdi?
Hansı səbəbdən dolayı şəhərin bu qismlərində yaşayır-dılar?
...............................................................................
...............................................................................
4. Patron Xəlil qiyamına yol açan səbəblər hansılar idi?
...............................................................................
...............................................................................
Cavablarınızın doğruluğunu mətnlə tutuşduraraq yoxlayın:
1. Zanbaq dövrü Osmanlı tarixində 1718-1730-cu illər arasında yaşanan ziddiyyətli, keçici və yenilikçi bir dövrdür.
2. Qərbin nümunə olaraq götürülməsinin nəticəsi kimi dominant sinfin daxilində islahatçı və mühafizəkar qa-nadlara bölünməsi, xanədanın, böyük nüfuz sahibi olan-ların şəxsi ruh aləminə çəkilməsi, eləcə də İstanbula köçdə
və əhalinin maddi dayanıqlığı sarsılan qisminin narazılı-ğının zirvəyə çatması.
3. Düzən ərazilərdə köç ucbatından əhali sıxlığı ilə
qarşı-qarşıya qalması ucbatından elit təbəqə şəhərin Üsküdar, Bəylərbəyi, Bəbək, Əlibəyköy, Ortaköy səmtlərində
imarətlər ucaldaraq orda yerləşdilər.
4. Saray ətrafı ilə İstanbulun varlı əhalisinin əyləncə
və istehlak xərclərinin ölçüsüz dərəcədə artması, xalqın 18
getdikcə yoxsullaşması, Anadoludakı tayfaların yerləşdiril-məsinin yolunda getməməsi, quldurluğun artması, yeni vergilərin doğurduğu etirazlar, İranla davam edən münaqişələr və xüsusilə, qeyri-müsəlmanlara verilən imtiyazlar, aristokrat təbəqənin mühafizəkar qisminin əl altından qızış-dırıb təşkilatlandırdığı Patron Xəlil Üsyanı üçün uyğun mühit hazırladı.
Doğru cavab sayını 25-ə vurub, qavrama səviyyənizi tapın (Məsələn, bir tam və iki yarım cavabınız varsa, bir tam üçün 25, iki üçün də 25, edər 50).
Son olaraq iki sürət səviyyənizi toplayıb, ikiyə bölün və orta hesabla dəqiqədə neçə kəlmə oxuduğunuzu təyin edin. Eyni şəkildə iki qavrama faizini də toplayıb, ikiyə bölün (Məsələn, mətnləri 187-150 kəlmə sürətiylə oxumusu-nuzsa (187+150)/2=169). Bax, bu rəqəmlər sizin hazırkı, yəni sürətli oxuma kursu keçməzdən öncəki mütaliə sürətinizi və qavrama səviyyənizi göstərməkdədir.
Effektiv sürətli oxuma kursunu tamamladıqdan sonra geriyə baxdığınızda nə qədər irəlilədiyinizin fərqinə varacaqsınız.
19
İKİNCİ FƏSİL
SÜRƏTLİ OXUMA NƏDİR?
FUNKSİYALARI NƏLƏRDİR?
20
21
Sürətli oxumanın tarixçəsi
İkinci Dünya müharibəsi vaxtı Lüftvafe (Alman Hərbi Hava Qüvvələri) təyyarələri Londonu gecə-gündüz bomba-layırdı. İngiltərə səmasında ingilis və alman qırıcıları dö-yüşür, bir-birilərinə hücum edirdilər. London ətrafında qül-lələrdə gözətçilər yaxınlaşan təyyarələrin emblemlərini görüb, dostmu, düşmənmi deyə, anlamağa çalışırdılar. Düşmən simvollarını görər-görməz həyəcan siqnalını işə salır, əhalinin vaxtında sığınacağa yetişməsinə yardım edirdilər.
Oxşar şəkildə ingilis pilotlarının yaxınlaşan təyyarə-nin emblemini çox tez görmələri həyati önəm daşımaq-daydı. Bəzən gözətçilər, yaxud pilotlar təyyarə emblemlərini seçməkdə gecikir, bombalar düşməyə başlayırdı. Bunun qarşısını almaq üçün ingilislər Ohayo Universitetindən doktor Renşovun ixtirasıyla indi “takistoskop” dediyimiz cihazı patentləşdirdilər. Göz sürətini çoxaldan bu bəsit cihaz böyük ehtimalla bir çox ingilisin həyatını qurtarıb. Mər-cəyi saniyənin, 25, 50 və 100 faizi sürətində açılıb-bağlanan bu alətlə pilot və gözətçilər yetişdirilirdi. İngilis və alman təyyarələrinin olduqca böyük şəkillərini göstərərək başla-nan təlimlərdə şəkillər get-gedə kiçildildi; şəklin görünüb-yox olma vaxtı getdikcə qısaldıldı. Nəticə etibarilə müda-vimlərin idrak sürətləri təəccübləndirici şəkildə yüksəldi.
Beləliklə, bombardmançı təyyarələr daha erkəndən nəzərə çarpır, pilotların reaksiya sürətləri artır, gözətçilər əhaliyə daha tez xəbər verə bilirdilər.
Sonralar bu icaddan Amerika Birləşmiş Ştatları Quru Qoşunları və Dəniz Qüvvələri pilotları da yararlandı.
22
Amerikada təlimçilər bundan xəbər tutduqda aləti söz seçməyi sürətləndirməkdə yoxladılar və beləliklə, sürətli oxuma yarandı.
Gözün vücudun hər hansı orqanı kimi məşq sayəsində daha effektiv olmağa başladığını isbat etdilər. Beləcə,
“tənbəl göz” daha çevik davranmağa və gördüyü şəkli (rəsmi, emblemi, sayı, yazını) daha sürətli şəkildə beynə (əsl görmə funksiyasını yerinə yetirən mərkəzə) yollamağa alışdı.
Əllinci illərdə Amerikada sayları kifayət qədər çox olan təşəbbüskarlar tezliklə kurslar yaradaraq sürətli oxumağı tədris etməyə başladılar. Müəyyən qəbuletmə müddətindən sonra məktəblər də sürətli oxumanı mənimsədi-lər. Hazırda Amerikada ibtidai sinifdən universitetə qədər hər səviyyədə “Speed reading” dərsləri verilməkdədir və