Nur auf LitRes lesen

Das Buch kann nicht als Datei heruntergeladen werden, kann aber in unserer App oder online auf der Website gelesen werden.

Buch lesen: «Nazim Hikmətlə 3 il yarım», Seite 3

Schriftart:

deyirdi… Sonra rəis və katib otaqlarına çəkildilər, o isə söhbətinə davam elədi:

– Bu, bizim Kamal Tahirdi… Əminəm ki, gələcəyin ən böyük romançılarından biri olacaqdır…”

Bir başqa portreti götürüb:

– Bunu Asri Mehmet çağırırlar… Çankırı həbsxanasının fotoqrafıdır…

Başqa bir portret götürüb, şəlpəqulaq, iri göz, başı daz qırxılmış bir kənd cahılının şəklidir:

– Bu xaşçı Mehmetdir… Kamal Tahirin möhtəşəm bir hekayəsinin qəhrəmanıdır… – Ciddiləşir: –

Bilirsən, bizim bu türk xalqı çox istedadlıdır e.

* * *

O vaxt, xırda bir məsələ üstündə mübahisə elədiyim üçün İzzətlə aram yox idi. Baş nəzarətçidən xahiş etmişdim ki, kameramı dəyişdirsinlər, baş nəzarətçi də məni həmin bölmənin üst mərtəbəsindəki

“təcridxana”lardan birinə göndərmişdi… Yan-yana olan bir neçə belə hücrə vardı, həbsxana qanunlarına riayət etməyən, məsələn, qumar oynayan, kimisə bıçaqlayan, əliəyrilik edənlər bura göndərilir, prokurorluğun təyin etdiyi günə qədər tək qalırdı.

Nazim gəlməmişdən səhv eləmirəmsə, bir həftə əvvəl belə təcridxanalardan birinə – 52 nömrəliyə

köçmüşdüm. Ona da, mən qalan yerdən iki otaq aşağıda bir başqa təcridxana hazırlamışdılar…

Yatacağını, çamadanları, çantalarını Necati, mən və Emin bəy götürdük… O arxamızca gəldi, və

xahiş elədi ki, imkan verək o da yüklərə əl yetirsin. Pilləkənlərdən düşdük, qalxdıq, bir-birinə bağlı, içi-içə dəmir qapılar, kəsif qoxuyan qaranlıq dəhlizlər, dəhlizlərdə iki-iki, üç-üç var-gəl edən, üz-gözünü turşutmuş məhbusların yanından keçdik. Əşyaları onun hücrəsinə qoyub mənim otağıma gəldik.

O elə hey üdüləyib-tökürdü… Cankırıdan, həbsxanadan, həbsxana idarəsindən, Kamal Tahirdən, elə xüsusən, Kamal Tahir və onun dostluğundan danışırdı.

Axır ki, adamlar dağılışdı. Necati, mən və o qaldıq. Birdən Necati qəfil:

– Ustad, bunun çox gözəl şeirləri var, – dedi:

Diksindim və Necatiyə tərəddüdlə baxdım:

– Xeyr. Onlar şeir-zad deyil, elə-belə boşboğazlıqdır.

Necati zarafata salıb dedi:

– Bizə belə demirdin axı…

Düzünü desəm, şeirlərim özümün çox xoşuma gəlirdi. Onlara inanırdım, gözləntilərim vardı, o şeirlərdə bütün varlığım ifadə olunmuşdu və Nazim Hikmət gəlməmişdən əvvəl bu həbsxananın ən böyük şairi mən idim. Baxmayaraq ki, İzzət və Necati də vardı.

– Niyə boşboğazlıq hesab edirsiniz ki, oxuyarsız, qulaq asarıq, – o dedi.

Artıq günorta idi. Ayağa qalxıb balaca maltızımı yandırdım, iki nəfərlik yemək hazırladım.

Yeməyimizin üstünə yumurta vurulmuş sucuk11 qoyduq. Yumurtalı sucuğu balaca çəngəllərimizlə bir qabdan yeməyə başlayanda etiraz elədi, başqa qab istədi. Yeməyi yarı böləndən sonra bir qabdan 11 Sucuq – Türkiyə və Bolqarıstanda istehsal edilən, şişirdilib qurudulmuş bağırsaq içinə ədviyyatlı ət qiyməsi doldurularaq hazırlanan qida məhsulu

9

yeməyin ziyanı barədə danışdı. Bu axmaq adətə görə Orta Anadolu kəndlərində skorbitin12 şiddətlə

yayılmağından danışdı. Yeməyi yeyəndən sonra dedi:

– Siz yemək-içməyi haradan alırsınız?

– Həbsxana baqqalından. Borc dəftəri var, nisyə alıram, baqqal borcumu yazır, ayın əvvəlində

atam pul göndərəndə… – dedim.

Kiçik pulqabısını çıxardanda soruşdu:

– Məsələn, bu yumurtalı sucuğa nə qədər xərciniz çıxıb?

– Neynirsiniz? – dedim.

– Mən də kömək etmək istəyirəm, – ciddi dedi.

– Pulqabından qatlanmış iki lira çıxartmışdı. Xahiş etdim ki, bu gün qonaq olsun.

– Olanım-qalanım bu iki liradır, – dedi – mümkündürsə, mən də bu gündən etibarən sizin dəftərinizdəki xərclərə ortaq olum və ayın əvvəlində…

– Əlbəttə, o nə sözdür…

Mən təzə tanış olduğum adamlara, xüsusən də, məşhurlara çox gec isinişirəm. Bunun şübhəsiz ki, səbəbi məlumdur. Ancaq Nazim Hikmətlə necə qəfil “siz” rəsmiyyətindən “sən” səmimiyyətinə keçdik, indi də təəccüblənirəm. İnsan onunla elə asan dostlaşa, elə rahat danışa bilir ki…

– Bilirsən, təkliyi sevmirəm. İdarədən icazə alsaydıq, sizinlə bir yerdə qalardım… – Bunu da elə

utana-utana dedi ki… Sanki kiməsə əmr verir, yaxud məni bir şeyə məcbur edir, sanki səbrimi daşdıracaq, məni narahat edən bir söz deyir…

– Siz istəyəndən, idarə də razılaşandan sonra, problem yoxdur, – dedim.

Sevindi:

– Heç təsəvvür də edə bilməzsiniz, tənhalığa necə nifrət edirəm… Bircə sətir də yaza bilmərəm, dəli olaram…

Durub icazə almağa getdi. Rəis hələ nahardan qayıtmamışdı. Sonra yenə getdi, birgə qalmağımız üçün xahiş eləmişdi. Rəis, katib və baş nəzarətçi ilə görüşəndən sonra, razı olmuşdu. Gəldi.

– Aman, ay qardaş, idarəyə getmək zülmdü burda: qapı qapı dalınca, kilid kilid üstünə vurulub…

Sən allah, üzümüzə neçə qapı bağlanıb?

– Altı, – dedim.

– Füüüüüüyt!!!

Nazim Hikmətin həbsxanaya gəlməsi ilə bu fit çalması arasındakı vaxt iki saatdan çox deyildi. Mən bu iki saat ərzində onunla “sən” səmimiyyətinə keçmiş, həm onu, həm də yaxınlarını tanımağa başlamışdım:

Anasını, arvadını, oğlunu, bacısını, xalaoğlusu olan yeznəsini, bacısı, qardaşı uşaqlarını və bir çox dostlarını. Bütün bunlar bəs necə baş vermişdi? Bilmirəm. Bunu başa düşmək üçün hər halda Nazim Hikmətin səmimiliyinə bələd olmaq lazımdı. Çünki Nazim elə bir İNSAN idi ki, düşmənləri də onu sevirdi.

* * *

Onsuz da, bu sarıdan narahat idim, nəhayət, soruşdu:

– Təhsillisən?

Bədənimə soyuq tər gəldi və çox utandım. Müxtəlif vaxtlarda bu sualı vermişdilər, utana-utana, yerin dibinə girib “şəhadətnamə”m olduğunu demişdim. Yenə elə oldu. Ancaq o başqaları kimi ağız büzmədi.

– Eybi yox əşi, dövlət məmuru olmaq niyyətiniz yoxdursa, təhsilsiz də keçinmək olar… Mənim ömür boyu buna ehtiyacım olmayıb.

12 Skorbit – C vitamini çatışmazlığından yaranan diş xəstəliyi 10

– …

– Əcnəbi dil bilirsən?

– Az-maz fransızca.

– Daha yaxşı öyrənmək istəyirsən?

– Əlbəttə.

– Yaxşı… İndi sizinlə bir az ümumi məsələlərdən danışaq. Məsələn, bu indiki müharibə – İkinci Dünya müharibəsindən ağlın nə kəsir? Yəni, bu alman hücumlarının səbəbləri nədir?

Uzun-uzadı danışdım.

– Bu fikirlərdə də həqiqət var… Fəqət…

Yenə soruşdu:

– Fəlsəfə deyəndə nə başa düşürsən?

Fəlsəfəyə aid türkcə yazılmış bir xeyli kitab oxumuşdum. O qədər çox kitab oxumuşdum ki, fəlsəfənin bir neçə tərifini bilirdim. Bu tərifləri dalbadal dedim.

O diqqətlə qulaq asandan sonra dedi:

– Görünür, mütaliəli insansınız… Şeirləriniz hanı bəs?

Yenə özümü itirdim, başım hərləndi.

– O qədər primitiv şeirlərdi ki…

– Eybi yox, gətirin baxaq.

Şairlikdən məni çətin bir imtahan gözləyirdi. Ayağa qalxdım. Çamadanımdan şeirlərimi götürüb gətirdim. O, müştüyünə tütün doldurdu, odladı, bir neçə qullab alandan sonra xeyli ciddi görkəm alıb dedi:

– Bəli, eşidirəm sizi.

Oxumağa başladım… Oxuduqlarım heca şeirləri idi: aşıb-daşan hisslərimi səmimiyyətlə, adam kimi yox, “sözün ilahiləşdiyini” iddia edənlərin misralarına oxşatdığım, gülünc günə qoyduğum şeirlər…

Hələ ilk dördlüyü oxuyub-qurtarmamışdım.

– Bəsdi, ay qardaş, bəsdi.... Başqasını oxu.

Halbuki bu oxuduğum ən güclü hesab etdiyim şeirlərdən idi… qəlbimdə nəsə qırıldı…

Bir başqa şeir… İlk, ikinci, üçüncü misranın yarısı…

– Mənasızdı.

– Beynimə qan vurdu, başım fırlandı, utanıb yerə girdim. Yenə bir başqa şeir…

– Biabırçılıqdı.

– Gözlərim qızardı… Əsəbiləşdim. Deyəsən, üçüncü şeiri, onun da ilk iki misrasını oxudum.

– Yaxşı, qardaşım, bütün bu söz oyunlarına, hoqqabazlıqlara, xahiş edirəm, sözlərimdən inciməyin, nə ehtiyac var? Sizin qəlbinizə toxunmayan, qeyri-səmimi şeyləri niyə yazırsınız? Bax, ağıllı-kamallı adamsınız. Duyduğunuz hisləri heç vaxt ruhunuza yaxın olmayacaq tərzdə yazıb gülüncləşdirməklə özünüzə xəyanət etdiyinizi görmürsünüzmü?

Qan beynimə vurdu və bir topa kağız əlimdən düşdü, ta oxuya bilmirdim… Gözlərimin qabağına Necati, İzzət, xüsusən də, o gəldi… Onların indi yanımda olmadıqlarına görə şükür elədim.

Nazim Hikmət elə hey danışırdı: “Realizm” və “aktiv realizm” sözlərindən çox istifadə edir, ədəbi söhbət elədi, ancaq ədəbiyyatdan danışdı. Nə yalan deyim, heç nə qanmadım. İçimdə müqəddəs bir aləm dağılmışdı. Səmimiyyətinə heç cür inanmadığım, dağılmalı olan, yalançı, saxta, haqsız inanclardan qurulmuş, təməli möhkəm olmayan bir aləm!

– İndi siz də mənim şeirlərimə qulaq asa bilərsiniz?

Özümə gəldim. Göz-gözə dayanmışdıq. Əlavə etdi:

– Ancaq xətir-hörmətə görə güzəşt eləmək olmaz! Siz də məni tənqid edin, özü də bacardığınız qədər insafsızcasına…

Əvvəlcə “Nigar və Mustafa” şeirini oxudu. Halbuki mən ondan “Bəhri Xəzər” və “Salxım söyüd”, yaxud “Simavna Qazisinin Oğlu” və ya “Taranta-babu”ya bənzər şeirlər gözləyirdim. Bu oxuduğu 11

onlardan fərqli idi. Asan yazılmış, sadə, adi sözlər idi, ancaq “nədi ki bu… beləsini mən də yazaram”

deyə düşündüyüm şeirlərdən deyildi və bir az əvvəl içimdə bütün həşəmətiylə alt-üst olan “böyük etimadı”mın yerinə “belə yazmaq” arzusunun baş qaldırdığını xatırlayıram.

O oxuyurdu. Qara üzlü dəftərçəsini dayanmadan vərəqləyirdi. Arada dayanıb izah edirdi:

“qaralamasını Cankırı həbsxanasında yazdığım bir şeirin müxtəlif parçalarıdır”.

Der kostenlose Auszug ist beendet.