Das Buch kann nicht als Datei heruntergeladen werden, kann aber in unserer App oder online auf der Website gelesen werden.
Umfang 230 Seiten
0+
Das Buch kann nicht als Datei heruntergeladen werden, kann aber in unserer App oder online auf der Website gelesen werden.
Über das Buch
Bu kitabı oxumaqla bir həyat hekayəsindən xəbərdar olacaqsan, dostum… O həm sənin, həm mənim, həm də onun hekayəsi ola bilərdi və yaxud olur. Deməli, oxuyacaqların həm onun, həm də mənim hekayəmdir. Bir az da aydın desəm, bu mənim, onun ruhunun hayqırtısıdır. Yox, elə zənn etmə ki, bu hayqırtıda, sadəcə, hüzn və kədər var. Burada həm də mənim (onun) nəşəli günlərimin xatirələri yatır. O xatirələr ki, hər andığımda sanki yenidən onları yaşayırmış kimi hiss edirəm özümü. Sən bəlkə də məni anlamaya, ya da qınaya bilərsən… Hansısa yanlışıma, ya da təəssüfümə görə. Amma hər kəsin yaşadıqları tamlığıyla yalnız onun özünə aydındır. Ayrılıq və ölüm yer üzünün ən ağır çəkilən dərdidir, bunu mən dəfələrlə hiss etmişəm. Ancaq bir də möhtəşəm zaman var ki, o da öz qüdrətini və yenilməzliyini təkrar-təkrar sübut edə bilir insana.
