Koroğlu

Text
Autor:
Aus der Reihe: Uşaq ədəbiyyatı #36
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Koroğlu
Koroğlu
E-Buch
1,18
Mehr erfahren
Schriftart:Kleiner AaGrößer Aa

KOROĞLU



DASTANI





(UŞAQLAR ÜÇÜN)











KOROĞLU





Ölkəni istila etmiş türk işğalçıları – paşalar və xanlar ca-maatı çapıb-talayırdılar.



Xalqın qəzəbi aşıb-daşırdı.



Vətənin qəhrəman oğullarını öz ətrafında toplamış Ko-roğlu uca bir qayaya söykənib gələcək mübarizələr haqqında fikirləşirdi. O, bilirdi ki, qarşıda çox çətin vuruşmalar var.



Koroğlu adı ilə məşhur olan bu qəhrəman, Həsən xanın ilxıçısı Alı kişinin oğlu idi. Ömrü boyu xana qulluq etmiş Alı kişi xanın qəzəbinə gəlmişdi: xan gözlərini çıxartdırmışdı. Elə buna görə də onun oğlu Rövşəni xalq Koroğlu adlandırmışdı. Əhvalat belə olmuşdu:



Bir gün Həsən xan Alı kişini çağırıb dedi:



– Dostlarımdan biri mənə qonaq gəlib. Ona iki yaxşı at bağışlayacağam. Səhər ilxıdan iki at ayır.



Alı kişi iki yaxşı qulun ayırdı. Bunların atalarının dərya ayğırı olduğunu yaxşı bilirdi.



Səhər Həsən xan bir paşa ilə ilxıya baxmağa gəldi. Bu adam Bağdad paşası Hasan paşa idi. Qəddarlıqda, zülm-karlıqda tayı-bərabəri yox idi. Osmanlı sultanının sağ əli idi. Harada üsyan qalxsa, hansı camaat vergi verməsə sultan ora-ya Hasan paşanı göndərərdi. Odur ki, yerli xanlar, satqın feodallar onun adı gələndə tir-tir əsər, qulluq göstərmək üçün əllərindən gələni əsirgəməzdilər.



Hasan paşa qulunlara baxıb xana istehza ilə dedi:



– 

Mənə bunları verirsən? Belələri bizdə nə qədər istəsən var. Səni bu qədər xəsis bilməzdim…



Xan qəzəbləndi. O, Alı kişini danışmağa belə qoymadı:



– 

Hanı mənim nər-nər nərildəyən bədölərim? Hanı ay-ğırlarım?!



Alı kişi qorxa-qorxa dedi:



– 

Həsən xan, paşaya bunları layiq gördüm. Mən at sər-rafıyam, gələcəkdə bunlara quş da çatmayacaq…



Hasan paşa özündən çıxmışdı. O, cəlladı çağırıb dedi:



– 

Bu axmaq qoca deyir ki, yaxşı at sərrafıyam. Bu qulu-nun hərəsinə onun bir gözünü qurban elə.



Cəllad əmri yerinə yetirdi: ağsaçlı qocanın gözlərini çı-xardıb yerə atdı.



Xan gedəndə dedi:



– 

Bu qulunları ona zəhməthaqqı verin!





TƏZƏ YURD





Bir qədər keçdikdən sonra qoca ilxıçı qulunları çəkə-çəkə evinə qayıtdı. Oğlu Rövşəni çağırdı. O, atasını belə görüb yerindəcə dondu. Əhvalatı dinlədikdən sonra intiqam almaq istədi, lakin Alı kişi razılıq vermədi.





– Əgər mənim oğlumsansa, dünya görmüş qoca atanın məsləhəti ilə hərəkət et, – dedi. – Oğul, biz daha burada qala bilmərik, tez ol, yola hazırlaş.



Ata-bala atları da götürüb yola düşdülər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib bir çay kənarına çat-dılar.



Rövşən dedi:



– Atacan, gəl, burada yurd salaq.



– Oğul, bura nə cür yerdi?



– Çay kənarıdır, səfalı yerdir.



Alı kişi dedi:



– Yox, oğul, burada yurd salmaq olmaz. Həsə xan xəbər tutar, namərdlik edər.



Onlar yenə xeyli yol getdilər. Gəlib səfalı bir çəmənliyə çatdılar. Rövşən buranı bəyəndi.



– Atacan, g�

Sie haben die kostenlose Leseprobe beendet. Möchten Sie mehr lesen?