Umfang 310 seiten
Varlığın dözülməz yüngüllüyü
Über das Buch
Roman bəşəri mövzu olan qadın-kişi münasibətlərinin bəzən mürəkkəb, bəzən də olduqca sadə görünən məqamlarından bəhs edir. İnsanın həyatında rastlaşdığı hər bir halın onun üçün ilk və təkrarsız olduğunu, qərarını sınamaq şansının olmadığını, yaşamaq təcrübəsinin yaşadıqca yarandığını deyən yazıçı, əslində, bütün bunların olmamaq ehtimalının varlığını da inkar etmir. İnsan daim seçim qarşısındadır və bu seçimin yüngüllüyü və ağırlığı onun gələcək həyatının trayektoriyasını cızır.
Məşhur çex yazıçısı, nasiri Milan Kunderanın “Varlığın dözülməz yüngüllüyü” əsəri yaradıcılığında xüsusi yer tutur. Obyekt yenə də insan və onun hissləridir. Yazıçı romanı vur-tut, dörd nəfərin – Tomaş və Tereza, Səbinə və Fransın üzərində qurub. Və əlbəttə ki, insan hisslərinin çözümündə, bir növ, vasitə rolunu oynayan Karenin adlı bir itin.
Genres und Tags
Hinterlassen Sie eine Bewertung