Umfang 80 seiten
Timsah
Über das Buch
"1865-ci ildə çap olunan “Timsah” hekayəsi o dövrün ədəbi çevrələri ilə yanaşı, siyasi dairələrində də böyük müzakirələrə səbəb olur. Bəziləri hekayənin qəhrəmanı İvan Matveiçin N. Çernışevskinin parodiyası olduğunu düşünür. Amma Dostoyevski bu yozumları qəbul etmir, hekayəni “gülüş üçün yazılmış ədəbi oyun” hesab edir. Yazıçı inkar etsə də, “Timsah” Dostoyevskinin ən siyasi mətnlərindən biridir. Hekayə əsasən metaforun zənginliyi, universal süjet xətti, siyasi və iqtisadi mövzulara ironik yanaşması ilə səciyyələnir.
“Timsah” qeyri-adi mövzusu ilə bərabər – liberal bir məmur qəfil timsahın qarnına düşür – üslub baxımından da diqqət çəkir. Dostoyevskisevərlər bu dəfə onun qələminin tamam başqa bir çaları ilə tanış olacaqlar; adət etdiyimiz dərin psixoloji təhlillər, uzun və qəliz cümlələr bu hekayədə gözə dəyməsə də, oxucu hər fraqmentdə bir kinayə, hər epizodda bir sətiraltı məna ilə qarşılaşacaq."
Genres und Tags
Hinterlassen Sie eine Bewertung