Umfang 520 seiten
REBEKKA
Über das Buch
Valideynlərini itirmiş gənc qız varlı vulqar amerikalı qadının yanında işləyir. Onunla Monte-Karloya gəlir və burada bir il əvvəl arvadı faciəli şəkildə həlak olan ingilis aristokratı Maksimilian de Vinterlə tanış olur. Az bir müddət sonra evlənib Maksimin bütün İngiltərədə öz gözəlliyi və möhtəşəmliyi ilə məşhur olan malikanəsinə Menderlə gəlirlər.
Menderldə gənc missis de Vinter Maksimin birinci arvadı Rebekkanın sanki ölməmiş kimi hələ də hər şeyə və hər kəsə hakim olduğunu görür. Gənc qadın onun yox, Rebekkanın hələ də Menderlin sahibəsi olduğunu hər addımda hiss edir. Ətrafda hər kəs Rebekkanın valehedici gözəlliyindən, zərifliyindən, ağlından, əfsanəvi bir qadın olduğundan danışır. Gənc missis de Vinter həyat yoldaşının hələ də Rebekkanı sevdiyini, onunla evləndiyinə görə peşman olduğunu düşünür və əzab çəkir.
Lakin qəflətən baş verən bir hadisə aylar boyu sürən bu iztiraba son qoyur, Menderlin sakinlərinin keçmişi haqqında bütün sirləri üzə çıxarır…
Daphne du Maurier-nin bu əsəri gözlənilməz sonluqlu psixoloji-detektiv trillerdir. Roman XX əsrin 100 ən yaxşı detektiv romanı siyahısına daxil edilib. Əsasında bir çox film çəkilib.
Genres und Tags
Hinterlassen Sie eine Bewertung