Buchdauer 3 ч. 49 мин.
Yeniyetmə Torlessin sarsıntıları
Über das Buch
Bəşəriyyət nə zamana qədər Hammurapi məcəlləsinin qana-qan, dişə-diş prinsipləri ilə yaşayacaq? Bazini oğurluq edir. Yoldaşlarısa onu cəzalandırır. Şantaş edir, alçaldır, hətta cinsi zorakılığa məruz qoyurlar. Törless sadə bir kəndli ailəsinin nümayəndəsidir, şöhrət zirvəsinə qalxmaq üçün təhsil almaq, kübar mühitə qoşulmaq sevdasına qapılır. Yeni şəraitə asanlıqla uyğunlaşsa da valideynləri üçün darıxır. Məktəbdə oxuduğu zaman ilk dəfə qadın bədənini tanıyır. Raytinq, Baydenber və Törless birlikdə klub yaradır və iyrənc məqsədlərini həyata keçirirlər. Törlessin vicdanı sızlayır. Cəzaların ilkin mərhələsində Törless etiraz etmək, bu iyrənclikdən xilas olmaq istəyir. Lakin bacarmır. Həqiqəti deməyə, mübarizə aparmağa cəsarəti çatmır. O məntiqli gənc olduğu üçün düşünür:
– Əgər bir insan özünün alçaldılmasını qəbul edirsə onu müdafiə etməyin mənası yoxdur.
Çox ziddiyətli məqamdır. Oğurluq edən insana qarşı bu qədər rəzil davranmaq olarmı? Bəzən qanunların caniyə münasibəti caninin mərhuma münasibətindən daha qəddar olur. Bazini də çox anlaşılmaz obrazdır. O oğurluq edir, amma bu hərəkətin oğurluq olduğunu düşünmür. Bu hərəkətinə gizli borc adı verir. Bazini pulu vaxtında qaytara bilmir. Raytinq və Baydenber Bazinidən qisas alırlar.
Törless susur, dostlarını satmaq istəmir. Baziniyə yazığı gəlsə də rəhbərliyə bu haqda məlumat vermir. Bazini işgəncələrə dözə bilmir, cinsi istismardan başqa onu həm də şallaqla döyür, təhqir edirlər. Törlessə kömək üçün müraciət edir. Bu anda Raytinq onları görür və hər ikisini hədələyir. Törlessin hər addımını izləyirlər. Yazdığı məktubla Baziniyə hər şeyi rəhbərliyə deməyi məsləhət görür. Məktəbdə toplantı keçirilir. Raytinqlə Baydenber bütün sinfi Baziniyə qarşı qaldırmağı bacarırlar.
Genres und Tags
Hinterlassen Sie eine Bewertung