Das Buch kann nicht als Datei heruntergeladen werden, kann aber in unserer App oder online auf der Website angehört werden.
Buchdauer 7 Std. 34 Min.
0+
Das Buch kann nicht als Datei heruntergeladen werden, kann aber in unserer App oder online auf der Website angehört werden.
Über das Buch
Uyğur elindən Serbiyayadək böyük bir ərzidə geniş şöhrət tapmış, duzlu-məzəli hekayətləri, tutarlı cavabları el məsəllərinə çevrilmiş, xalqın rəğbət və məhəbbətini qazanmış Molla Nəsrəddin xalq müdrikliyinin timsalıdır. O nə coğrafi sərhəd tanıyır, nə zaman sərhədi. O həmişə yaşardır.
Molla Nəsrəddin lətifələri dövrün haqsızlığına, yalançı din xadimlərinin, dövlət adamlarının, hakimlərin rüşvətxorluğuna, ədalətsizliyinə qarşı çevrilmiş bir ittihamnamədir. O yerdə ki, xalq öz etirazını, narazılığını, qəzəbini gülüşlə, kinayəylə, rişxəndlə ifadə etmək istəyir, o yerdə mütləq Molla Nəsrəddin zahir olur…
