Nur auf LitRes hören

Das Buch kann nicht als Datei heruntergeladen werden, kann aber in unserer App oder online auf der Website angehört werden.

Основной контент книги Günah keçisi
Günah keçisi
AudioHörbuch

Buchdauer 9 ч. 30 мин.

0+

Günah keçisi

Nur auf LitRes hören

Das Buch kann nicht als Datei heruntergeladen werden, kann aber in unserer App oder online auf der Website angehört werden.

€4,43

Über das Buch

…Karmelə doğru dırmanan avtobus, yolun yarısında ilişdi, özünü topladı və bir təkanla irəli atıldı. Bir ot dənizinin ortasında üzə çıxmış adalar kimi görünən, başdan-ayağa çiçəklərə bürünmüş birmərtəbəli evlər, qıvrılaraq gedən yolun kənarını naxış kimi bəzəyirdi. Eynilə Bağdadda olanda baxdığım, üzərində İsrail təsvir olunmuş rəsmlərdəki kimi idi. Evlər seyrəldikcə, şam ağacları sıxlaşırdı. Hamısı yenicə boy atmış və yamyaşıl idilər, bəzən isə daha solğunu və qocaları rast gəlirdi. Ətrafda xəfif bir yaz küləyi, tərtəmiz hava, meşənin səssizliyi və möhtəşəm sirri hökm sürürdü. Motorun xırıltısı dayanmadan bu səssizliyi yarıb keçirdi. Günəş yolun eniş-yoxuşlarına uyğun olaraq gah görünür, gah gözdən itir, qızılı şüalardan yaranmış bir gül kimi, sanki şam ağacları ilə oynayırdı. Xeyli uzaqlarda üfüq və masmavi dəniz gözə çarpırdı. Tikanlı tellər arasında həbs olunmuş yüzlərlə yamaqlı və uçuq-sökük, torpaq rəngli çadırlardan ibarət “Youth Aliya” (Youth Aliya – 1933-cü ildə yaradılmış, yəhudi uşaqları və gəncləri Üçüncü Reyx nasistlərindən qorumağı qarşısına məqsəd qoyan sionist təşkilat – red.) qaçqın qəbulu düşərgəsi, həyatdan usanmış halda qumsala sərilmiş məğlub əsgərlər ordusuna bənzəyirdi…

Əli Amirin «„Günah Keçisi“» adlı romanı dünyanın bir çox dillərinə tərcümə edilmiş və ekranlaşdırılmışdır. Son dərəcə maraqlı avtobioqrafik “Günah Keçisi” romanının qəhrəmanı Nurinin başına gələn hadisələr əslində müəllifin öz həyatının epizodlarıdır. Patriarxal, qatı dindar ailənin yetirməsi olan Nuri kibutzda yeni dünyanın insanlarıyla qarşılaşır, şərq və qərb dünyagörüşünün kəsişmə nöqtəsində ziddiyyətli günlər yaşayır.

Savaşlar, ölümlər ve köçlərlə parçalanmış ailələr… Vətənsiz qalmış insanlar…

Ailələrini tərk edib kibutzlarda daha yaxşı bir həyat arayan qızlı, oğlanlı uşaqlar.

Yəni bir həyat tərzi, yeni bir dil, yeni inanclar, yeni bir kültür arayanlar.

Kibutzları quranların hər kəsə yuxarıdan aşağı baxan gözəl geyimli və təhsilli uşaqlarla qarşıdurmalar və uyğunsuzluqlar. Sosializmlə və Marksizmlə tanışlıq…

Əli Amirin ustalıqla dilə gətirdiyi bu hekayənin qəhrəmanları, ailələrindən qopmaqda zorlanan uşaqlar. Demək olar ki, hamısı əlləri ilə onlara vəd edilən daha yaxşı bir həyatı dayandırır və sonu qəflət və yoxsulluq olsa belə, ailələrinə qayıtmaq istəyirlər.

Genres und Tags

Hinterlassen Sie eine Bewertung

Einloggen, um das Buch zu bewerten und eine Rezension zu hinterlassen
Hörbuch Эли Амира «Günah keçisi » — online auf der Website hören. Hinterlassen Sie Kommentare und Bewertungen, stimmen Sie für Ihre Favoriten.
Altersbeschränkung:
0+
Veröffentlichungsdatum auf Litres:
09 Februar 2023
Dauer:
9 ч. 30 мин. 07 сек.
Vorleser:
Rechteinhaber:
Аудиокитаб ООО

Mit diesem Buch hören Leute

1x