Hüzur küçəsi

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

– Ah, onun bu qədər xain olacağını necə anlamadım.

Hamilə olduğumu deyəndə, elə bil ildırım vurdu onu. Elə bil heç o əvvəlki Mehmet deyildi! … Nə o əvvəlki sevgi dolu sözlər, nə o əvvəlki davranışlar… Eləcə lağ edib "Özü yıxılan ağlamaz, qızım… Sənin kimilərini çox gördük… Al bu pulu, get bir ginekoloqun yanına, uşağı saldır"– dedi. İnan ki, onu vurub öldürmədiyimi hələ də anlaya bilmirəm.

– Sən də çox təcrübəsizsən, qızım. Yəni, hələ də öyrənə

bilməmisən bu kişilərin necə məxluq olduqlarını? Uşağa qal-dınmı, vəssalam, hər şey qurtardı. Artıq ikinci dəfədir başıma gəlir, özün də bilirsən. Sən də öyrəşəcəksən, narahat olma. Əşşi, olmasın Mehmet, olsun Mətin… Neçə dəfə demişəm sənə, uşaq nə vaxtdır səninçün əldən gedir. Bir dənə

“hə” de…

Başqa bir otaqda isə siyasi mübahisə bütün emosional vəziyyəti ilə davam etməkdə idi. Bu fikir mübarizəsini əsasən mini yubkalı sosialist qızlar aparırdı. Bu qızların çantaları Marks, Lenin, Mao, Engels və Nazim Hikmət kimi qəddar kommunistlərin əsərləri ilə dolu idi. Onlardan biri:

– Bu sistem dəyişəcək, özü də necə dəyişəcək, – dedi.

Digəri soruşdu:

– Dəyişəcək, anladıq yerinə hansı sistem gələcək bəs?

123

– Sosialist sistem, əlbəttə!.. Biz, sosializmi gec-tez bu ölkədə quracağıq.

– Qızım, bunun adını niyə dəyişdirirsən? De ki, kom-munizmi gətirəcəyik bu ölkəyə.

– Lap tutaq ki, elədir. Nə olub ki?

– Heççç … Bizim qız kommunist olub belə çıxır…

– İftixar edirəm! .. Sənin kimi Amerikanın köləsi olmaq-dansa…

Yurdun başqa bir otağında isə hamı öz havasında idi.

Qızlardan biri saçlarına iri biqudilər keçirib, əl və ayaq dır-naqlarına qırmızı lak sürtürdü. Başqa birisi isə əynində ipək yataq dəsti yatağında uzanıb həyəcanla sevgi romanı oxuyurdu. O biri qız isə güzgünün qabağına keçib saçlarını müxtəlif formalara salır və üzünü əcaib formalara salırdı.

Və həmin otağın bir küncündə qibləyə doğru sərilmiş

bir səccadənin üstündə gənc bir qız… Allahın hüzurunda dayanıb, sükut içində namaz qılırdı. Əynində kiçik çiçəkləri olan əflatun rəngli səhər geyimi, başında kənarları bağlı namaz örtüyü var idi …

Bu qız, bir müddət əvvəl Necatinin yolda üzünə tüpürürmüşcəsinə təhqir etdiyi və sonra yoldaşlarından ayrılaraq onların olduğu məscidə gəlib peşmançılıq göz yaşları tökən Seval idi…

Seval namazını bitirdi, salam verdi; təsbehini çəkdikdən sonra əllərini açaraq dua etməyə başladı…

Makiyajını artıq tamamlamaq üzrə olan Aytən yüksək səslə:

– Təkcə, çöldə-bayırda, məscidlərdə qılsan bu namazı, düşünəcəyik ki, Necatini əldə etmək üçün qılırsan – dedi. -

Amma burada da heç vaxtını qaçırmadan qıldığına görə, 124

Bilalla Necati kimi demək sən də əməlli-başlı haqq yoluna qayıtmısan, Seval …

Oxuduğu romandan başını qaldıran Melisa isə lağla və

təhrik edici bir səslə danışdı:

– Yaman qəribə dünyagörüşün var, Aytən. Qadın bir kişini əldə etmək üçün beş dəfə yox, lap beş yüz dəfə də qılar namazı.. Sənə bir şey deyim? Necatinin namazı bir tərəfə

dursun, çox yaraşıqlı oğlandır. Sevalın yerində mən də olsaydım, öz xoşbəxtliyim üçün eyni şeyi edərdim. Halal olsun Sevalım, düz yoldasan…

Seval isə artıq duasını bitirmişdi. Üzündə qətiyyən ma-kiyajdan əsər-əlamət belə yox idi. Sapsarı, mələklər kimi saf bir gözəlliyə sahib idi… Lakin, əsəbindən yumruqları sıxılmışdı. Qızlara xitabən:

– Sizə qıldığım namazın sırf Allah rizası üçün olub Nə-catini əldə etmək kimi alçaq bir düşüncəylə olmadığını sübut edim? Mən Necatinin mənə etdiyi evlənmə təklifini rədd etmişəm. – dedi.

Qızlardan biri xaric, hamısı bir ağızdan:

– Nə danışırsan Seval, doğrudan?… – deyə qışqırdılar. Bu sualı bayaqdan bəridir danışılanlara heç fikir verməyən, dır-naqlarına lak vurmaqla məşğul olan Səfiyyə cavablandırdı:

– Bəli. Seval düz deyir qızlar… Əhməd də dedi … Necati, Sevala keçən gün evlənmə təklifi edib. Lakin Seval qəbul etməyib.

Qızlar maraqla soruşdular:

– Yaxşı, bəs niyə axı, Seval? Niyə bu cür hərəkət etdin?

– Sizlərin dilindən və şübhəli baxışlarınızdan xilas olmaq üçün. Sizə neçə dəfə dedim: "Mən namazı, yalnız dini bir vəzifə olduğu, Allah müsəlmanlara fərz buyurduğu üçün 125

qılıram. Bundan sonra özümü bu səfeh həyatdan ayırıb Allaha layiq bir qul olmağa çalışacağam"… Hər dəfə mənə lağ

etdiniz, mənə inanmadınız. Yoxsa Necati, xüsusilə artıq həqiqətləri anlamağa başlayan mənim kimi bir qız üçün həqiqətən göydən enən mələk kimidir. Bütün həyatımı, göz qırpmadan uğrunda fəda edəcəyim imanlı və mərd bir insan…

– Qızım, sən birəyə hirslənib yorğanı yandırmısan.

Yaxşı, indi bəs nə fikirləşirsən?

Seval, başından namaz örtüsünü çıxara – çıxara cavab verdi:

– Qarşıma mənə İslami bir həyat yaşatdıracaq imanlı başqa bir nəfər çıxana kimi evlənməyəcəyəm. Həm onsuz da oxumaqdan da imtina etmişəm. Məmləkətimə, evimə qayıdıb evimdə oturacağam. Əxlaqi baxımdan çökmüş bir cəmiyyətdə oxumaqdan da iyrənmişəm çünki.

Əmirganın məşhur uca çinarı, kim bilir nə qədər ağrılara, nə qədər iztirablara, nə qədər səadət və

bəxtiyarlıqlara şahid olub bu qədər illər boyunca. Bura səadətini qeyd etmək istəyənlər üçün olduğu kimi, həm də

qəm və kədərlərini ovutmaq istəyənlər üçün də əla bir yer idi …

Günorta günəşi, təpədən dənizin sularında bərq vurur, qağayılar durmadan dalğaların üstündə şən–şən, nazla sü-zürdülər… Bu gözəl mənzərə qarşısında Bilalla Necati həm çaylarını içir, həm də dərdləşirdilər.

– Yaxşı, Seval niyə təklifini qəbul etmədiyini demədi, Necati? ..

– Xeyr, demədi. O, demədi. Heç bir səbəb də gös-tərmədi. Ancaq: "Çox istərdim, amma Necati, bu mümkün de-126

yil. Və səbəblərini də yalvarıram soruşma məndən" – dedi və

uzaqlaşdı məndən. Amma öyrəndim qəbul etməməyinin səbəblərini.

– Öyrəndin? Kimdən? Səbəb nə imiş?..

– Bizim Əhməddən … Əhmədin nişanlısı Sevalla eyni otaqda qalırmiş. Yataqxanadakı bütün qızlar Sevalın namaz qılmağına lağ edirlərmiş. "Necatinin əldə etmək üçün qılır namazı" deyirlərmiş. O da bu fikirləri alt- st etmək üçün mə-nə "yox" deyib … Təklifimi rədd etdikdən sonra da "İndi mənim sırf Allah rizası üçün namaz qıldığımı anladınızmı?" -

deyərək guya onlara səhv olduqlarını sübut edib.

Bilal acı acı güldü və sanki öz-özünə danışırmışcasına:

– Nə qədər ziddiyyət dolu bir tablo… – deyə bildi.

– Ziddiyyətli olan nədir ki, Bilal?

– Heç .. Sənin vəziyyətinlə mənim vəziyyətim. Nəysə, fikir eləmə… Sən indi sənə deyəcəklərimə yaxşı qulaq as. Və

dediklərimə əməl etməyə çalış.

– De Bilal .. Bilirəm ki, sənin hər dediyin doğrudur. Bu vəziyyətdə nəyi tövsiyə etsən onu da edəcəyəm ..

Bilal:

–İndi iltifat etmək vaxtı deyil, – dedi. – Bu sənin həyat məsələndir. Belə bir qızı belə bir şəhərdə tapmaq üçün bu gün əlində çıraq bütün şəhəri gəzməlisən. İndi bax qardaşım, gedib Sevalı tapmalı və onunla ciddi – ciddi üz – üzə

oturub danışmalısan. Ona söylə: boş bir kapriz ucbatından bir, hətta iki həyat fəda edilməz. Nə yolla olursa olsun onu razı salmalı, sonra da dərhal ailəsindən istəməlisən… Gerisini sən məndən daha yaxşı düşünərsən hər halda.

Necati, məmnunluqla Bilala baxdı və sevinclə: 127

– Mənə güc verdin Bilal, – dedi. – Bəli, ən doğrusu budur.

Bu dəqiqə gedib onu tapmalıyam. Qızlara nə deyib bilirsən:

"Əgər onunla evlənsəydim, həm onun istədiyi kimi əxlaqlı ev xanımı, həm də Allahın sevdiyi gerçək möminələrdən olardım "… Ey adəm övladı, sən işə bax. Gör bu qız, bu qısa müddət ərzində nə böyük dəyişikliklər yaşayıb?!

Bilalın üzündəki iztirab cizgiləri daha da dərinləşmişdi.

Gözlərini lap uzaqlara, dənizlərdən də uzağa, üfüq xət-tinin meydana gətirdiyi nöqtəyə zilləmişdi. Qulaqlarında Feyzanın dayəsinə dediyi sözlər əks-səda verirdi:

– O vaxta kimi dəstəmazını alıb namazını qılan, tam onun istədiyi dindar bir qız kimi görünüb, evlənərəm. Evləndikdən sonra onun istədiyi kimi həyat yoldaşı olacağıma söz verərəm. Evləndikdən sonra isə, onsuz da o, mənim olacaq.

Bilal, böyük bir pərişanlıq içində birdən yerindən durdu və oturduğu yerdən ona heyrətlə tamaşa edən Necatiyə baxmadan:

– Nəyə dayanmısan axı? Tez ol, axtar onu, həyatda belə

təmiz yaradılışlı qızlara çox nadir hallarda rast gəlir insan.

Vaxt itiirmədən Sevalı tap … Və onu da, özünü də xilas etməyə çalış…

Necati çaşqın halda ayağa qalxdı:

– Oldu, Bilal, amma sənə nə olub? Niyə belə günlərdir əsəbi və üzgünsən?

Bilalın əsəblə qalxan çiyinləri çökdü, başını önə əydi:

– Yox, mənə heç nə olmayıb, Necati – dedi… – Sən, indi mənə fikir vermə, özünü fikirləş. Sənin qismətinə çıxan o qızın qiymətini bil…

128

Bundan sonrakı günlərdə Bilal avara insanlar kimi çöldə-bayırda gəzişdi. Gah bir dəniz kənarında saatlarla dalğaların gəlib sahilə çırpılmasına tamaşa etdi, gah hardasa çəmənlikdə ağaçlann kölgəsinə uzanıb yarpaq xışıltısına, quşların səsinə qulaq asıb vaxtını öldürdü… Bəli, vaxtının qiymətini hər kəsdən daha yaxşı bilən və bu vaxtları çox gözəl dəyərləndirməyi bacaran Bilal, indi avara kimi orda-burda vaxt öldürürdü. Halbuki belə boş zamanlarında və

üstəlik belə gözəl hər kəsdən uzaq yerlərdə o, daim uca Allahı düşünər. Onun sonsuz rəhmətini, şəfqətini, qüdrətini və

kərəmini uzun-uzadı fikirləşərdi. Və bilərdi ki, bu cür təfək-kürlə keçən anlar, minlərlə illik ibadətə bərabərdir.

Lakin indi o, Allahı yox, şeytanı düşünürdü… Bəli şeytanı… Məhz şeytanı düşünürdü… Müxtəlif əsərlərdə neçə

dəfə oxumuşdu: İnsanın fikrini Allahdan uzaqlaşdıranlar əslində insan surətinə bürünmüş şeytanlardır. Üstəgəl, hər namazdan sonra "Allahım, sən məni inni və cini şeytanların şərindən qoru" – deyə dua edən elə bil o deyildi.

Amma, budur, bir insan cildində şeytan qısa bir müddət ərzində onun mənliyini alt – üst etmişdi… Ağlında o, fikrində o idi təkcə. Feyza düşüncələrini də, iradəsini də, məntiqini də alt-üst etmişdi… Bir tərəfdən ondan bütün mənliyi ilə nifrət edir, bir tərəfdən də bütün ruhu ilə onu sevməkdən özünü uzaq tuta bilmirdi… İki bir- birinə zidd fikirlər arasında sözün əsl mənasında əldən düşmüşdü…

 

Təhsilə davam edə bilmir, dərslərinə çalışmır və müb-təlası olduğu dini əsərləri də əlinə götürüb oxuya bilmirdi artıq. Bu vəziyyətə mütləq bir son verəcək, Feyzanı həyatından tamamilə siləcək bir çarə tapılmalı idi. Lakin ən mühüm məsələ, bu "son"un nə olacağı ilə bağlı idi.

129

Bir gün axşam, anası ilə oturub söhbət etməyə başladı Bilal… Və səhərə kimi ana- bala bu "Son"un nə olacağı, necə

olacağı ilə bağlı danışdılar, danışdılar. Ancaq sübh namazlarını qılandan sonra bir neçə saatlığına yuxuya getdilər. Yuxuya gedəndə hər ikisinin də üzündə məqbul bir qərara gəlməyin gətirdiyi məsud bir üz ifadəsi var idi.

***

Aradan bir ay ya keçmiş, ya da keçməmişdi … Hüzur küçəsi fövqəladə günlərindən birini daha yaşamaqda idi.

Uşaqlar: "gəlin bu gün gələcəkmiş" – deyə səs – küy salır, şən

– şən tullanıb düşürdülər. Hüzur küçəsindəki bütün pəncərələr açılıb, örtülü gənc qız və qadınlar pəncərələrdən baxırdılar. Binanın da bütün pəncərələri açılmış, açıq – saçıq, modabaz ərköyün qız və qadınlar, pəncərələrə doluş-muşdular yenə. Mənzilin pəncərələrindən bellərinə kim sallanan qızlar, yenə yüksək səslə bir-birləri ilə danışırdılar.

– Necə də xəbərimiz olmayıb, görürsən? Qaşla göz arasında işi həll ediblər…

– Ay qız, qızı Bursadan alıblar. Nikahı da orda bağlayıblar.

– Yaxşı, başa düşdük… Bu küçədə heç gənc qız yox idi ki, bunlar gedib Bursadan qız alıblar?

– Əşşi.. Suala bax da. Uşaq əlbəttə düz fikirləşib. Bu küçədə bəs qədər gənc qız var. Birini alsa, o birilər inciyəcək-dilər.

– Doğrudan, lap ürəyim gedir gəlini görmək üçün.

Görəsən gəlinlikdə gətirəcəklər qızı?

– Əlbəttə… Bizim Yıldızı Bursadan almışdılar, gəlinliklə

gətirmişdilər evə.

130

Xadimə aşağıdan, qapının ağzından başını yuxarı qaldırıb hamısına birdən səsləndi:

– Canım, heç gəlin görməmisiniz ömrünüzdə siz? Ma-raqlanmayın bu qədər… Gələndə onsuz da görəcəksiniz.

Feyzagilin pəncərəsində isə Feyza, anası və dayəsi danışmalara heç fikir vermədən dayanmışdılar. Feyzanın üzündə qanı donmuşdu. Heykəl kimi yerindən tərpənmirdi.

Əynində geniş, gözəl bir paltar var idi. Saçları üzünə da-ğılmışdı. Pərişan bir halda maraq və həyəcanını gizlətmək üçün bütün gücünü sərf edirdi…

Nəhayət uşaqların qışqırıqları ilə küçədə hamı bir – birinə dəydi:

–Gəlirlər! … Gəlirlər! …

– Onlardır, onlardır!… İnan ki, Bilal qardaşdır maşının içində! ..

Hamı susqun, maraq və həyəcan içində uşaqların əl çala-çala qaçdıqları tərəfə baxırdılar. Bir azdan gözlənilən avtomobil göründü. Avtomobil yavaş-yavaş Bilalgilin evlərinə tərəf yaxınlaşırdı. Nəhayət uşaqların sevinc qışqırıqları arasında qapılarının ağzında dayandı. Açılan arxa qapıdan əvvəlcə Bilalın anası endi. Sonra əynində çəhrayı, zərif bir plaş, başıörtülü təvazökar və olduqca gözəl bir qız göründü. Ən son maşından düşən Bilal qaçıb əlindəki açarla küçə qapısını açdı.

Lakin avtomobildən gəlin paltarında və ya heç olmasa şapkalı və yaxud açıq bir gənc qız çıxacağını zənn və ümid edən bina sakinləri maşından düşən hicablı bir qız olduğunu görən kimi, əvvəl bunu heyrətlə qarşıladılar, daha sonra isə

Bilala və yeni gəlinə qəhqəhə çəkərək gülməyə başladılar.

131

Təkcə Feyzanın gözləri heyrətdən böyümüşdü. Lal olmuşdu, heykəl kimi donub qalmışdı pəncərənin qarşısında…

Bilal, lağ edən qız və qadınların qəhqəhələrinə fikir verməyib vüqarla əvvəlcə anasının içəri keçməyinə kömək etdi, sonra gənc qızın içəri girməyini gözlədi, dalınca da özü içəri girib qapını bağladı.

Bağlanan taxta qapının çıxardığı səs, Feyzanın beynində

böyüdü, böyüdü və o, qəfil parket döşəməyə yıxıldı. Huşunu itirdi… Anası və dayəsi Feyzanı böyük bir təlaş və kədər içində qucaqlayıb yataq otağına apararaq, çarpayısına uzat-dılar. Emel xanım bir tərəfdən ağlayır, bir tərəfdən də qızının biləklərini, sinəsini spirtlə ovuşdururdu… Feyza bir-iki saat davam edən huşsuzluqdan sonra gözlərini açdı. Qarşısında anası göz yaşı tökürdü. Ayişə xala isə kədərlə əllərini ovuşdururdu. Feyza bu iki qadını ancaq qalın bir duman pər-dəsinin arxasından görə bilirdi. Bədəni qızdırmadan yanırdı. Anasının qoyduğu termometr baxsaq qızdırması qırx dərəcəyə yaxınlaşırdı.

Bir neçə saat keçmişdi qızdırmasının düşməməsi və

Feyzanın vəziyyətinin get- gedə pisləşməsindən sonra Emel xanım həkim çağırmaq məcburiyyətində qaldı. Emel xanım ağlamaqdan şişmiş gözləri ilə pərişan bir halda müayinədən sonra otaqdan çıxan həkimdən soruşdu:

– Həkim, xahiş edirəm gizlətməyin, vəziyyəti pisdir? Balamın halı niyə belə birdən birə pisləşdi? Yalvarıram, deyin!…

Həkim sakit və təmkinli bir səslə:

– Narahatlığa heç bir əsas yoxdur, xanım – dedi. – Ancaq keçirdiyi ani və böyük bir kədər buna səbəb ola bilər. Əsəblə

132

bağlıdır. Verdiyim dərmanlarla, xüsusilə damara vurulan iynələrlə əsəb sarsıntıları qısa müddət ərzində keçəcək. Ancaq qızınızın həyatında onu təsəlli edə biləcək böyük və müsbət bir dəyişiklik olmazsa, vəziyyəti irəlidə pisləşə bilər. Yox…

Yoox… Ağlamayın elə. Həyatın zövq və ləzzətləri olduğu ki-mi, belə əzablı tərəfləri də var. Və şübhəsiz ki, hər ikisində

də Allahın hikmətləri mövcuddur.

Qadın evin qapısını açıb həkimi yola salarkən, gözlərini silib:

– Təşəkkür edirəm, həkim .. Sağ olun, – dedi – Amma, nə

də olsa anayıq da. Övladımın birdən-birə belə yeməkdən-içməkdən kəsilib xəstələnməsi çox pis təsir etdi mənə. Biz onu əl üstündə böyütmüşük. Balam heç vaxt pis gün görməyib. Hər nədirsə sizə də çox təşəkkür edirəm. Verdiyiniz dərmanların hamısını dərhal aldıracağam …

– Xudahafiz …

– Gülə-gülə…

Günlər bir-birini əvəz edirdi, lakin Feyzanın vəziyyətində heç bir müsbət dəyişiklik müşahidə olunmurdu.

Feyza yatağın içində əridikcə ərimiş, bir neçə gün içində

əməlli – başlı sınıxmışdı. Üzü bir payız yarpağı kimi solmuş, dodaqlarının rəngi çəkilmiş, o ovsunlayıcı gözlərin işığı azal-mış, o əvvəlki şuxluğu qalmamışdı …

Günlərdir heç nə yemirdi… Verilən hər şeyi rədd edir, heç kimlə danışmaq istəmirdi. Gecə – gündüz düşünür, düşünür; ağlayır, ağlayır, ağlayır; dərin düşüncələrə dalırdı yenidən. Bilalın belə qəfil evlənməyi, onun üçün bir şok olmuşdu sanki… Düşünür, düşünür, qəbul edə bilmirdi heç cür bu nəticəni…

133

Yenə belə qarabasma düşüncələrə daldığı bir axşam yatağının içində hönkürtü ilə ağlayanda, Ayişə xala da bir tərəfdən şəfqətlə onun saçlarını sığallayırdı. Nəhayət Feyza günlər sonra ilk dəfə danışdı. Xəstə, pərişan bir halda başını yüngülcə iki tərəfə yelləyib için – için ağlayaraq:

– Niyə, xala, niyə? Mən buna layiqəm ?.. Halbuki məni sevirdi. Özü dedi bunu. İnan ki, sevirdi məni, xala… Mənim də onu dəli kimi sevdiyimi də bilirdi… Cahil və sadə bir qızına necə dəyişə bilər məni axı? İnana bilmirəm, xala, inana bilmirəm… Söylə, niyə, axı, niyə?…

Qulluqçu əyilib, Feyzanın göz yaşı ilə islanan yanağından öpdü:

– Sənə bunların cavabını indi verə bilməyəcəyəm, mənim ərköyün balam … İndi "Niyə? Nə üçün?" kimi suallar ze-hinini məşğul edir. Bir gün əminəm ki, bunların cavabını sən öz-özünə tapıb verəcəksən. İndi bir kənara qoy bu düşüncələri və gözlərini sil, yatmağa çalış…

– Yatmaq? Bu düşüncələrin meydana gətirdiyi qa-rabasmalar içində yatmaq olar görəsən? Pərişan oldum, xala.

Yoxam artıq mən. Həyatda ciddi-ciddi sevdiyim yeganə ki-şi idi o mənim üçün. O gecə sahildə həm balaca uşaq kimi üstümə qışqırırdı, həm də həyəcandan titrəyən bir səslə dediyi sözlər heç yadımdan çıxmır. "-Əyniniz də çox nazikdir.

Hava isə sərindir. Soyuqlayıb xəstələnəcəksiniz" – deyərək əynindəki plaşını çıxarıb mənə verdi. Xala, bu sözləri elə mə-ni sevdiyini sübut etmir?…

Feyza yenidən hıçqıraraq üzünü yastığında gizlədib ağlamağa başladı:

134

– Yaxşı, nə üçün, nə üçün Allahım, o bəsit qızı seçdi, mə-ni yox? Artıq düşünə bilmirəm, başım işləmir. Dəli olacağam, dəli!

Ayişə xala fikirli halda ayağa qalxdı. Qapıya tərəf gedən-də:

– Düşünmək üçün hələ çox zamanın var – dedi. – Dedim də sənə. Yaxşı düşünsən taparsan bunların cavabını… Yaxşı, yuxun şirin olsun. Yatmağa çalış. Özünü daha çox əldən salma…

Karaqöydə, böyük bir ticarət mərkəzlərindən birinin beşinci mərtəbəsində liftdən düşən uzun boylu, aerodrome pa-paqlı cavan bir gənc bir adam, dəhlizlə üzbəüz qapıdan içəri girdi. Bura son dərəcə lüks və komfortlu geniş bir ofis idi.

Qapı ilə üzbəüz böyük masanın arxasında Feyzanın atası Nəcməddin bəy telefonla danışırdı. İçəri girən gəncə yan masadakı sarışın mini yubkalı katibə qız oturmaq üçün yer göstərdi.

Bir neçə dəqiqə sonra Nəcməddin bəy telefonun dəstəyini yerə qoyub səmimi bir təbəssümlə gələn qonaqla görüşdü. Gənc sözü uzatmadan tez mövzuya girmək istəyirdi. Özündən əmin bir şəkildə oturduğu dərin kresloda bir az da rahatlanaraq:

– Cənab, – dedi … Ziyarətimin səbəbinə keçməmişdən əvvəlcə özümü təqdim edim. Mən inşaat mühəndisi Səlim Taner. İnşaatdan başqa, həm də ticarətlə məşğulam. Səfərimin səbəbinə gəldikdə isə qızınız Feyza xanımla evlənmək istəyirəm… Əgər siz də etiraz etməsəniz. Sizə bəri başdan qızınız üçün çox lüks həyat yaşadacağıma söz verirəm.

135

Nəcməddin bəy yandırdığı siqarından ciyərlərinə çəkdiyi tüstünü havaya buraxıb üzündə məmnunluq təbəssümü deyilənlərə cavab verdi:

– Vallah, Səlim bəy, özünüzü uzun-uzadı təqdim et-məyinizə ehtiyac yoxdur. Hər nə qədər şəxsən olmasa da, iş

həyatında qiyabi də olsa tanıyıram sizi… Ancaq Feyza elə bir qızdır ki, onun atası olsam da, mən də onu tam anlaya bilmirəm. Bu günə kimi qapımıza gələn bütün elçiləri rədd edib… Yəni, mənlik bir şey yoxdur, hər şey birbaşa Feyzanın verəcəyi qərardan asılıdır.

– Cənab, mən Feyza xanımı, bu yeni il axşamı təşkil olunan “Çınar”dakı rəqs gecəsində görmüşəm. Lakin heç də

elə de-diyiniz qədər müşkül sayıla biləcək bir gənc qıza bənzəmir, Feyza xanım. Ümid edirəm ki, özü ilə

danışdıqdan sonra mənə müsbət bir cavab verəcəksiniz…

– İnşallah Səlim bəy. Belə bir evlilikdən mən də böyük məmnunluq duyaram. Qızım bu günlərdə özünü bir az yaxşı hiss eləmir, amma məsələni ilk fürsətdə evdə açıb sizi xəbərdar etməyə çalışacağam.

Səlim başını məmnunluqla yelləyərək ayağa qalxdı:

– Çox sevinərəm, Nəcməddin bəy. Elə isə icazənizlə mən gedim. Buyurun, bu da kartım. Zənginizi səbirsizliklə gözləyəcəyəm. – dedi və Nəcməddin bəyin dostluqla uzanan əlini sıxaraq , gəldiyi kimi yenə özündən əmin addımlarla çıxdı otaqdan …

Atasının etdiyi təklif Feyza üçün göydəndüşmə oldu.

Düşünmək üçün vaxt da istəmədi heç. Bu qəfil “hə” cavabı hamını heyrətləndirmişdi. Nəcməddin bəy də, Emel xanım da, Ayişə xala da nə deyəcəklərini bilmirdilər.

136

O gecə yataq otaqlarına keçəndən sonra Nəcməddin bəy sevinirdi.

– Bilirsən, Emel, – dedi … – Feyza həyatının bəlkə ən doğru qərarını aldı bu gün.

– Doğurdan, Nəcməddin?

– Əlbəttə, o nə sözdür? Sən nə deyirsən Emel, oğlan ölkənin ən tanınmış memarlarından biridir… Zənginlik, sərvət, yaraşıqlılıq, nə qədər istəsən hamısı var onda… Xülasə, tam bizim istədiyimiz bir kürəkən …

– Amma Feyzanı görmürsən? Xanım qızımız elə bil can-dərdi “bəli” – dedi. Məncə o, ürəkdən razılaşmadı sənin tək-lifinlə.

Nəcməddin bəy, birdən qaşlarını çatdı və əsəblə:

– Nədi, o qabaqkı evdə yaşayan molla olsaydı, ürəyindən olardı, hə?… – deyə soruşdu

Otağa uzun müddət davam edən dərin bir səssizlik çökdü… Sonra Emel xanım ürkək ürkək:

– Demək sən də anlamışdın vəziyyəti – dedi -, hə, Nəcməddin bəy?

– Anlamamaq üçün insan nə bilim nə olmalıdır. Könlünü o gəncə verəndən sonra qızımın üzündən zəhrimar yağırdı.

– Haqsızlıq edirsən, məncə, Nəcməddin, sən heç sev-məmisən? Unutma, biz də bir-birimizi sevərək evlənmişik …

Yəni sevməyin nə demək olduğunu sən də bilirsən, mən də…

– Emel, düz deyirsən, amma, nə sən, nə də mən belə

mollaya ürəyimizi verməmişik. Nə deyib atalarımız: taylı ta-yını tapmasa… Buyur, bax, necə ki, uşaq tapdı özünə uyğun birini – hicablı bir qız. Gözü yığışdı ətrafdan… Bizim qızımız 137

səncə elə xanım–xatın oturub evdə ərini gözləyə bilər? hər halda bütün gün gəzmək, dolaşmaq istəyəcək.

– Nə deyirsən? Necməddin bəy… Molla-zad… Bilal deyilən o gəncin belə birdən evlənməyi, Feyzanı məhv elədi…

Qızımızın həyatının nuru söndü elə bil… Səlim bəyin təklifini də bir anda qəbul etməsi tezliklə burdan xilas olmaq üçündür. Yazıq balam…

– Eeeh … Yaxşı da, sən də üzülmə… Görərsən bax, o zənginlik, o ehtişam və o hərəkətli və rəngli həyat çox qısa zamanda Feyzanı öz əvvəlki şənliyinə geri qaytaracaq…

 

– İnşallah Necməddin bəy. İnşallah dediyin kimi olar.

***

Bir neçə ay içində bu Hüzur küçəsinə girən üçüncü gəlin maşını idi. Binanın qarşısında dayanan uzun, qırmızı

“Chevrolet” markalı avtomobilin bütün ətrafı zambaqlar və

qərənfillərlə bəzədilmişdi. Ən önə də sarı saçlı, böyük bir gəlin kuklası qoyulmuşdu … Qırmızı avtomobilin arxasında isə

küçənin girişinə kimi uzanan böyük bir avtomobil karvanı var idi …

Məktəbdən çıxan uşaqlar, gəlin avtomobilinin ətrafına yığışmışdılar, bu bəzəkli- düzəkli gəlin maşınına maraqla və

heyranlıqla tamaşa edirdilər. Gəlin maşınının üstünə qoyulan böyük kukla hamısının yuxusuna haram qata bilərdi.

Mənzərə əvvəlkilərdən elə də çox fərqli deyildi… Yenə

taxta evlərin pəncərələrindən başı bağlı gənc qız və xanımlar, binanın pəncərələrindən isə açıq-saçıq qızlar, qadınlar baxırdılar. Bilalgilin pəncərəsindən isə Bilalın anası və

xanımı, az sonra evdən çıxmalı olan gəlini görmək üçün sə-138

birsizliklə gözləyirdilər. Hər kəs bir söz deyirdi, hamı danışırdı.

Nəhayət uşaqlar, binadan içəri baxıb hamısı bir ağızdan:

– Gəlir … Gəlir! … Gəlin bacı gəlir!… – deyə qışqırmağa başladılar. Hamı nəfəsini tutub gəlinin çölə çıxmağını gözləyirdi. Bir azdan Feyza öz gələcək həyat Səlim bəy ilə, kürəyində şahanə quyruqlu bir gəlinliklə qapıda meydana çıxıb. Dümağ tüllər arasında gözəlliyi qat-qat artmış, bu halda uşaqların xəyallarında olan pərilərə oxşamışdı. Saçları qıvrım- qıvrım çiyinlərindən aşağıya tökülmüş, qıvrımların aralarına süni ağ çiçəklər yerləşdirilmişdi …

Daha gəlinlə bəy qapıda görünən kimi binadakı qızlar və qadınlar sevinclə qışqıraraq pəncərələrdən aşağıya gəlin və bəyin üzərinə lent yağdırmağa başladılar. Bu əsnada Bilalın anası, pəncərənin qarşısında səssiz-sakit göz yaşı tökürdü. Oğlu ona hər şeyi danışmışdı. Yaşlı qadın, gəlinliyi içində su pərisi kimi gözəl görünən bu gənc qızın Bilalının ilk sevgisi olduğunu düşündükcə oğlunun o vaxt çəkdiyi iztirabı anlayırdı… Həqiqətən də, bu cür gözəlliyə sahib qızın cazibəsi və yaxın əlaqəsi qarşısında yaxşı duruş gətirmişdi Bilal … Yaşlı qadın bu düşüncələrlə, namaz örtüyünün ucu ilə yanaqlarına süzülən yaşları qurulayanda onun ağladığını görən gəlini:

– Nə olub, anacan, niyə ağlayırsınız?… – deyə soruşdu.

Bilalın anası halını bildirməmək üçün böyük bir səylə:

– Heç mənim balam, – dedi – heç nə olmayıb… Özün bilirsən də, qadın tayfasıyıq, bir gəlin görən kimi dözə bilmirik.

139

Elə bu vaxt gəlin və bəy maşına minən kim, maşın karvanı siqnal çala- çala irəliləməyə başladı. Siqnal səsləri bütün küçəni bir anda bayram yerinə çevirmişdi.

Karvan elə yenicə bir balaca irəliləmişdi ki, küçənin başında, qoltuğunda kitabları ilə Bilal göründü. Karvan yavaş-yavaş Bilala tərəf gəlirdi. Nəhayət küçənin ən dar yerində üz-üzə gəldilər. Bilal ən öndəki gəlin maşının içində

gəlinlik geyinmiş Feyzanı görmüşdü. Bir anda ürəyinin tel-lərindən bir-ikisinin qırılmış olduğunu hiss etdi. Dayandı, gözləri tor görməyə başlamışdı. Lakin avtomobil əməlli –

başlı üstünə gəlirdi. Maşından xilas olmaq üçün yan tərəfə

qaçmaq istədi. Ancaq ayağı bir daşa ilişdi və arxası üstə yerə

yıxıldı. Əlindəki kitablar ətrafa səpələndi. Bu hadisədən sonra

istər-istəməz

maşın

karvanı

yavaşlamaq

məcburiyyətində qaldı. Bilal tez özünə gəldi ayağa durdu, əyilib yerdəki kitabları yığışdırıb bir qapının pilləkənlərinə

çıxıb maşın karvanına yol verdi.

Bilalın yıxılmağı Feyzaya intiqam almaq üçün əla bir fürsət yaratmışdı. Feyza Bilalı o cür kitabları yerə dağılmış, arxa üstə yerə yıxılmış vəziyyətdə görən kimi Bilalın eşidəcəyi şəkildə qəhqəhə çəkməyə başladı, məsud bir ifadə ilə

başını Səlimin çiyninə söykədi.

Maşın karvanı küçədən çıxıb digər küçələrdən keçib şose yola çıxanda Səlim qara toy kostyumunun yaxasına bir neçə damcı yaş süzüldüyünü görüb, Feyzanın çiyninə söy-kədiyi başını əli ilə yuxarı qaldırdı. Feyza ağlayırdı. Səlim gənc qızın üzünü şəfqətlə sığallayıb:

– Nə olub, ağlayırsan, Feyza? Səni başa düşürəm, – dedi,

– Bütün gənc qızlar bax belə həyəcan hiss edirlər sənin kimi…

140

Feyza Səlimə cavab vermədi. Gözlərindən süzülən yaşlar yanaqlarına süzülür, hıçqıra – hıçqıra ağlayırdı. Bir müddət sonra isə artıq özünü saxlaya bilmirdi. Bilalın yerə yıxılmağına gülmüşdü, indi isə hıçqıra-hıçqıra fəryad edərək ağlayırdı. Səlimin bütün israrlarına bamayaraq o, susmağa davam edirdi. Ancaq:

– Heç nə olmayıb! – deyə bildi – Heç nə olmayıb! Xahiş

edirəm Səlim, məndən heç nə soruşma. O, Hüzur küçəsindən ayrılırdı, amma canının bir parçasını, ürəyini burda qoyub gedirdi…

Maşın karvanı Hilton Otelinin qarşısında dayananda Feyza özünü toplayıb, uzun tül duvağını qoluna atıb gəlin maşınından endi. Göz yaşlarından pozulan makiyajını təzələmək üçün Emel xanım qızını alıb soyunub geyinmə və

makiyaj otaqlarının olduğu yerə gətirdi. Feyza robot kimi anasının əmrlərinə tabe olur, o nə desə razılaşır, səsini çıxar-mırdı … Nəhayət qara və yaşıl sürmələrlə gözləri boyan-dıqdan sonra çölə çıxdı. Səlim qüssəli bir halda çöldə gözləyirdi. Feyzanın duvağının altından görünən üzünə narahatlıqla baxaraq:

– Necəsən indi, mələyim? – deyə soruşdu. Feyza sadəcə:

– Yaxşıyam. Gəl, xahiş edirəm, içəri girək, – deyə bildi.

Salonda orkestr "Mavi Tuna" nı çalırdı. Bəylə gəlinin içəri girdiyi elan edildi… Gənc cütlüyün qol qola salona girməsi ilə, qulaqlarda cingildəyən alqış tufanı qopdu… demək olar ki, bütün İstanbul elitası bu toyda idi. Böyük iş adamları və adları qəzetlərin dedi-qodu sütunlarında düşməyən bir çox milyoner xanımı bir arada yüksək səslə danışaraq və

qəhqəhələrlə gülərək toyun ləzzətini çıxarırdılar.

141

Feyza Səlimin qoluna girib ağır-ağır rəqs meydançasına tərəf addımlayanda dizlərinin əsdiyinin hiss edirdi. Üzü o qədər makiyaja baxmayaraq yenə rəngsiz və durğundur.

Rəqs meydançasının ortasına gəldilər və "Yaşa, va-rol"-

sədaları altında Səlim Feyzanın duvağını açdı və ha-mının içində ona qucaqlayıb eşq filmlərindəki kimi böyük bir ustalıqla mədəniyyətin növbəti vəzifəsini yerinə yetirdi.

Qonaqların yüksək səviyyədə əyləndikləri, daha doğrusu əylənmələrinin təmin edildiyi bir toy idi bu. Bu cür görkəmli bir toyun içində məmnun və məsud olmayan bir adam var idi: o da Feyza! Ağappaq gəlin paltarları içində kədərli bir gəlin…

Kadıköydə hərəkət edən bir gəmi, axşamın qaranlığında suları yara-yara körpüyə tərəf irəliləyirdi… Hava olduqca sərt idi. Necati heç kimin olmadığı göyərtədə tək başına qollarını məhəccərə söykəyib sarı saçları küləkdə uçuşa – uçuşa dənizin ağ köpüklü sularına tamaşa edirdi… Qarşı tərəfdən gələn projektorun işığı ilə aydınlanan üzündə dərin əzabın və kədərin ifadəsi oxunurdu.

Necatinin bu kədərli halı çox da yeni sayılmazdı. Bu dərd və kədər hələ hidayətə çatdığı ən məsud günlərində

yüklənmişdi onun çiyinlərinə. Anası, atası və bacısı… Onların yaşadığı həyat… Onların qeyri- İslami və qeyri- əxlaqi geyimləri… Və onların Necatiyə qarşı etdikləri… Necatini aylardır üzən, onun kədərlənməyinə səbəb olan şeylərdir bunlar. Ailənin bütün üzvləri namaza başlayandan bəri ona düşmən kəsilmişdilər. Namaz qılması evdə elə böyük hadisələrə səbə olmuşdu ki, Necati az qala evi tərk edib, bir daha ailəsinin yanına gəlməməyi də düşünmüşdü hətta.

Atası, qışqır – bağır salır, anası acı – acı dizlərinə döyürdü: 142

– Təəssüflər olsun … Biz, səni oxuyub aydın və qabaqcıl bir insan olmağın üçün bu qədər əmək sərf etdik. Halbuki sən mədrəsədə oxuyan bir cahil molla kimi çıxdın qabağımıza.

Necati onlara nə söyləsə, qətiyyən razı sala bilmirdi …

O, onlara hər dəfə Allahın əmrlərini xatırladanda, onlar da ona zamanın zərurətlərini xatırladırdılar. Evdə qonaqların da olduğu bir gün Necati dəstəmaz almaq üçün qollarını çırmalayaraq yanlarından keçirdi ki, evdəkilər yenə ona qarşı lağla danışmağa başladılar:

– Görürsünüz, siz Allah, bu uşağa nə oldu birdən – birə, biz də anlaya bilmirik, inanın … Hacılarla, mollalarla oturub durur deyəsən. bir az da keçsə başını səcdədən qal-dırmayacaq.

Onlar durmadan şikayət edirdilər. Bacıları da mini yubka və qısa paltar geyindikləri üçün onları tənqid edən qardaşlarına artıq əvvəlki kimi yaxınlıq göstermirlar, hətta gizli və ya aşkar qıldığı namaza da lağ edirdilər. Ancaq on beş yaşındakı kiçi qardaşı Əli gizli bir rəğbətlə böyük qardaşının qıldığı namazlara heyranlıqla tamaşa edir, atasının, anasının və bacılarının ona qarşı davranışlarını bir cür qəbul edə