Hüzur küçəsi

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

çəkərək:

– Eee .. Avtomobilə kimi belə getdi deyək. Yaxşı, bəs avtomobildə nə edəcək, xanım? Pəncərələrdən görünməyəcək ki, onsuz da? Axmaq!. – dedi.

Lakin, iş heç də Ülkərin zənn etdiyi kimi axmaqlıq zad deyildi. Hamının başı gəlinin çıxışına qarışmışdı. Nazim bəy bu işi həll etmişdi. Nazim həkim əvvəldən hazırlamış və

kənarlara çəkilmiş olan sıx toxunmuş tül pərdələri çəkərək avtomobilin yan və arxa pəncərələrini görünməyəcək şəkildə

örtmüştü. Ön tərəfdən görünməməsini təmin etmək üçün isə, sürücü tərəflə arxa tərəfi ayıran bölməyə də pərdə çəkilmişdi. Beləcə, arxa oturacaqda oturan gəlinin küçədə gö-rünməsi mümkün olmurdu…

Şükran, gəlinliyinin ətəklərini tuta – tuta maşına tərəf getdi və özü üçün ayrılmış olan arxa hissəyə gəlini aparmağa gələn iki xanımla birlikdə oturdu. Həyəcanından ağappaq üzü tamamilə qızarmış və gözəlləşmişdi.

Gözlərindən süzülən yaşlar yanaqlarını isladıb, əlindəki çiçək buketinin üstündə toplanırdı.

Bunlar, sevinc və səadət göz yaşları idi. Bəli, çox xoşbəxt idi Şükran… Allah nəhayət ki, dualarını qəbul edib və ən kritik zamanda qarşısına belə imanlı bir insan çıxarmışdı.

Bu, heç şübhəsiz ki, Allah-Təalanın əmr etdiyi yoldan getməsinə cavab olaraq Cənabi-Haqqın ona bəxş etdiyi ən mənalı bir hədiyyə idi …

82

O əsnada bir neçə avtomobil də gəldi evin qabağına.

Digər qadınlar və kişilər də bu avtomobillərə mindilər. Və

maşın karvanı hərəkət etdi.

Binadakılar dərin bir səssizliyə qərq olublar. Nə gülən, nə qəhqəhə çəkən, nə də ağzını açıb da bir söz söyləyə bilən var idi. Hamı, dərin bir heyrət içində karvanın irəliləməsinə

tamaşa edir.

Şükranın xeyir dualarla gəlin köçməyindən bir neçə gün sonra idi. Bilal, həmişəki kimi yenə başının altına iki yastıq qoymuş və arxası üstə uzanıb pəncərənin qarşısındakı divanda kitab oxuyurdu. Bir neçə saat fasiləsiz oxuduğundan bir müddət sonra, əlləri yana sürüşdü və gözləri örtüldü. Uzandığı yerdə yuxuya getdi.

– Teoman! Teoman …

Bu, bir musiqi nəğməsi idi yəqin… Bəlkə insanı ovsunlayan sehrli bir melodiya idi kim bilir?… Bilal, yuxunun içində qəribə bir hal hiss etdi və gözlərini açdı…

– Teoman … Teoman …

Bir qadın səsi … Daha doğrusu büllurdan bir çayın səsinə bənzəyən həlim, isti bir gənc qız səsi idi bu …

Bilal gözlərini təzədən yumdu. Amma ürəyinə ilıq bir hissin axdığını hiss edirdi …

Səs, üçüncü dəfə bütün ahəngdarlığı ilə otağın içində

əks – səda verdi:

– Teoman! … Teoman! …

İliklərinə kimi gizildədi bir daha Bilal. Indiyə kimi qadınların nə səslərinə, nə də özlərinə bir əhəmiyyət verməzdi axı o… Bəs indi nolub belə? …

Ürəyi təzədən dəli kimi döyünməyə başladı. Qəfil bir hərəkətlə, yuxuda gezinirməşcəsinə qalxdı. Ovsunlanmış

83

kimi əli pərdəyə getdi. Və ömründə heç etmədiyi bir hərəkətlə pərdəni açıb, səsin sahibini görmək üçün çölə baxdı…

Üzbəüz mənzillərdən birinin pəncərəsindən bir gənc qız aşağıya sallanmış, küçədə oynayan uşaqlara doğru səslənirdi:

– Teoman! … Haydı, gedirik. Al topunu, dərhal gəl! …

Bilal nə etdiyini bilməz halda qızdan gözlərini ayı-rabilmirdi. Ən mahir bir rəssamın fırçası belə belə bir gözəllik cədvəlini canlandıra bilməzdi. Qapqara, çiyinlərindən aşağı bir şəlalə kimi dalğa dalğa tökülmüş gümrah bir saç yağışı. Gözoxşar alıcı bəyazlıqda sədəf kimi duru və

tərtəmiz bir bədən… Ovsunlayıcı, şahanə bir gözəllik … Yalnız aşağıya baxdığı üçün gözlərini görmək mümkün deyil.

Nəhayət, başını qaldırdı. Lakin kaş ki, qaldırmaz olsaydı. Yay kimi uzanan qapqara qaşların altında, yenə tünd qara, tez uzun və əyri kirpiklərin çərçivələdiyi iri, yosun yaşılı bir cüt göz, bir anda Bilalın gözlərinə ilişib qaldı …

Bilal, alt-üst olmuşdu. Nəfəsinin kəsildiyini, başının döndüyünü hiss etdi. Bədənində dövran edən qan, alov alov yanırdı sanki … Bu bir anlıq baxışmaq, onun bütün iradə və

şüurunu bir anda əridib, hərəkətlərinin istiqamətini dəyiş-dirmişdi…

Bütün gücünü sərf edib özünü toplayacağı bir anda, gözlənilməz bir hadisə baş verdi. Qız, Bilalın üzünə birdən pəncərəni bağladı və tül pərdəni yaşmaq kimi şahanə

gözlərinin altına örtüb can alıcı bir təbəssümlə onu süzdü.

Sonra yenə sərt və ani bir hərəkətlə pərdəni örtərək içəri qaçdı; nəzərdən itdi …

Bilal bir an olduğu yerdə quruyub qaldı. Sonra o da açdığı pərdəni qəzəblə bağlayıb ayağa qalxdı. Qəzəbindən 84

olduğu yerdə əsirdi. Niyə açmışdı bu pərdəni?.. Niyə bu iki qəpiklik ərköyün qıza baxaraq özünü bu qədər alçaltmışdı?

İzzəti-nəfsini bu modabaz zəmanə qızının ayağı altına atmışdı. Peşmanlıq duyğusu ürəyini yandırıb yaxırdı. Qəflətən arxasını pəncərəyə çevirib əllərini qoltuğuna qoyub hiddət və hirslə otağın ortasında dimdik, ayaq üstdə

dayandı.

Lakin şüuru alt-üst olmuşdu bir dəfə. O gözlər? .. O, içində bir an əriyib, yox olduğunu hiss etdiyi iri gömgöy gözlər? Ya o büllur səs?…Bir müddət eləcə əlləri qoltuğunda heç tərpənmədən ayaq üstə dayandı. Elə bir vəziyyətdə idi ki, sanki bir addım da atsa, sərxoş kimi səndələyəcək və

üzüüstə yerə səriləcəkdi. Bu günə kimi heç bir qadın və qız ona bu qədər belə təsir göstərə bilməmişdi… Yaxşı, bəs indi?

Bu ürəyini yerindən çıxacaqmış kimi qüvvətli döyüntü nə

idi?

Üstəlik o günə kimi heç vaxt hiss etmədiyi qəribə bir hərarət bürümüşdü bütün bədənini. Və bunların hamısı bir neçə saniyənin içində baş vermişdi. O, öz qarmaqarışıq hislərini təzədən bir yerə yığmaq və təhlil etmək üçün tam səfərbər olmuşdu ki, qarşı binadakı pəncərə bir də açıldı. Və

eyni qızın səsi, bu dəfə daha sərt, amma yenə çox şirin ahəngli bir musiqi kimi otağın içində dalğa-dalğa yüksəldi:

– Teoman! .. Tez gəl deyirəm sənə. Mən sənə neçə dəfə

demişəm ki, o burnufırtıqlı uşaqlarla oynama… Eybi yox, görərsən! Tez elə çıx yuxarı! …

Bilal, eşitdiyi sözlər qarşısında olduğu yerdə donub qaldı. Arxasına dönüb baxa da bilmədi heç. Bədəni daş kimi quruyub qaldı… Bu vaxt otağın qapısı açıldı və əlində qəhvə

85

sinisi ilə anası içəri girdi. Qapını ayağı ilə örtdü. Sini ilə

otağın ortasına doğru gedə – gedə oğlundan:

– Dərsini hazırladın, oğlum? – dedi. – Mən də bir az yorğunluğun çıxsın deyə sənin üçün qəhvə dəmləmişdim.

Nolub sənə? Niyə elə ayaq üstdə, əsəbi – əsəbi dayanmısan?

Üzün də ağappaqdır. De görüm, nə olub sənə?

Bilal, bu yumşaq, lakin narahat səsdən sonra özünü yığışdırdı. Anasının əlindən qəhvə fincanını alıb:

– Yox, anacan, mühüm bir şey deyil – dedi. Bu qarşıdakı binaya yeni köçənlərin ərköyün qızı əsəbiləşdirdi məni…

Qardaşının üstünə bizim küçənin uşaqları ilə oynayır deyə

elə həyasızca qışqırdı ki… Bizim gözümüzün bəbəyi kimi baxıb, üstünə titrədiyimiz günahsız körpələr sən demə pis və

burnu fırtıqlı məxluqlar imiş! ..

– Sən buna görə üzülmə, mənim balam. Kim nə əkirsə

onu da biçir bu dünyada. Sən özün də demişdin axı məsciddə, "Bunlar bizə yuxarıdan aşağı baxacaq, bizə lağ

edəcəklər. Amma biz bunlara fikir verməməliyik"… Bax, görürsən necə demişdinsə, elə də olur. Gəl, biz də fikir verməyək elə şeylərə? oldu, övladım? Sən qəhvəni iç ki, əsəblərin sakit olsun, dərslərini oxu. Mən düşüm aşağıda paltarları yuyum.

Anası, paltarının aşağı düşən qollarını yenidən dirsəklərindən yuxarı çımarlayıb qapıdan çıxdı. Bilal yerdə

döşəkçənin üstündə oturub qəhvəsini ağır – ağır içməyə

başladı. Sonra fincanı küncdəki dolabın üstünə qoyub təzədən kitabını götürdü və zehnindəki bütün düşüncələri özündən uzaqlaşdırmağa çalışaraq, kürəyi üstə divana uzandı. Qaldığı yerdən oxumağa başladı. Lakin, mümkün deyildi. Sətirlər sanki gözlərinin qarşısında rəqs edirdi. Və

86

bu sətirlərin arasından qarşıdakı mənzilin ərköyün qızın yaşmaqlı, gülümsəyən, iri, gömgöy gözləri peyda oldu qəflətən. Elə şux, can alıcı baxışlardı ki… Bilal, bir anlığa şirin bir həzz içində çox qəribə, heç vaxt yaşamadığı bir duyğu ilə

gözlərini yumdu. Lakin bu səadət anı, ancaq bir neçə saniyə

çəkdi. Qızın səsi, dərin uğultular halında qulaqlarında cingildəməyə, daha sonra isə divarlara dəyə – dəyə otağın içində əks – səda verməyə başladı:

–Mən sənə neçə dəfə demişəm ki, o burnufırtıqlı uşaqlarla oynama… Kitabı örtdü.Bu dəfə elmi bir əsər aldı əlinə. Onu oxumağa çalışdı. Lakin yenə eyni gözlər, eyni baxış, sətirlərin üstündə eyni gülümsəyən formada Bilala baxır … Başqa bir səhifə, başqa bir kitab … Lakin boş

cəhdlərdir hamısı… Həminki gözlər, həminki baxışlar sətirləri sanki qalın və cadulu bir pərdə kimi bürüyür, Bilalın hislərini alt-üst edirdi. Sonra da hər dəfə o əks – səda verən səs:

– Mən sənə neçə dəfə demişəm ki, o burnufırtıqlı uşaqlarla oynama…

Bilal, bir anda nə baş verdiyini anlaya bilmirdi heç cür.

O, belə bir cüt gözün təsirinə düşəcək insan deyildi. Olsa, olsa, gəlib keçici bir hisdir bu … Əlbəttə keçib gedəcəkdi.

Keçib getməli idi də. Elə bu düşüncə ilə bir yay kimi yerindən atıldı. Pencəyini və dərs kitabını götürüb qapını açdı. Qaçaraq addımlarla pilləkənləri endi. Dəhlizdə paltar yuyan anasının yanından keçib, qapıya tərəf getdi.

Ayaqqabılarını geyinib, üzünə heyrətlə baxan anasına

"Xudahafiz" deyərək qapıdan çıxmaq istəyirdi ki, anası:

– Övladım, bəs sənin çox dərsin var idi? Hara gedirsən?

– deyə soruşdu.

87

Bilal sadəcə:

– Bayırda çalışacağam. Axşam üstü gələcəyəm anacan…

– deyib küçə qapısını açdı və özünü çölə atdı çətinliklə.

Dalğaların gəlib sahilə çırpıldığı dəniz kənarı .. Bilal sahildə bir qaya parçasının üstündə oturub. Əlində kitab, dərindən nəfəs alaraq yosun qoxulu tərtəmiz dəniz havasını ciyərlərinə çəkir… Sahilə və qayalara çırpılan su damcıları, arada onun üzünə və saçlarına da sıçrayır… Ətrafda ancaq dalğaların və qağayıların səslərindən başqa heç bir səs yoxdur. Bilal nə vaxt sıxılsa, sakit bir yer axtarsa dərhal mavi dənizin qoynuna gəlirdi…

 

Kitabını çıxardı. Və təzədən qaldığı yerdən oxumağa başladı. Lakin qəribəsi o idi ki, kitabı oxuya bilmirdi…

Sətirlər birdən-birə yenə bir-birinə qarışdı. Və kitabın səhifələrində yenə yaşmaqlı, yosun rəngli bir cüt göz peyda oldu. O mənalı, o yandırıcı, o şəhanə gözlər!.. Bilal sanki şirin bir yuxunun rəngli aləmlərində üzürdü. Hava olduqca sərin idi, amma buna baxmayaraq bədəni od tutub yanırdı.

Hələ ürəyini demirik… Dəli kimi çırpınırdı. Gözlərini kitabdan qaldırıb, qarşısındakı mavi dənizin ənginliklərinə

zillədi. Bu dəfə eyni şahanə gözlər, suların içində özünü biruzə verdi. Böyüdü, böyüdü, böyüdü və bütün bir dənizi bürüdü. Sonra munis bir səs qulağına gəlməyə başladı. Eyni səs, bir az sonra pərdə – pərdə yüksəlib, havada dərin və

əsəblərə təsir edəcək əks – səda yaratmağa başladı:

– Mən sənə neçə dəfə demişəm ki, o burnufırtıqlı uşaqlarla oynama…

Bilal iki əli ilə başını qovzadı… dərhal halından nəfsi ilə

dərin mübarizə apardığı hiss olunurdu. Özündə baş verən bu ani dəyişikliyə, bir baxışın və bir səsin ruhunda qopardığı 88

fırtınaya heç cür məna verə bilmirdi. Bir-birinə zidd hiss və

düşüncələr içində, bu qısacıq müddət ərzində mənliyi necə

də alt-üst olmuşdu. Birdən bütün hər şeyi ilə Rəbbinə

sığınmaq ehtiyacını hiss etdi:

– Ya Rəbbim, – dedi – Mənə nə olub belə? O ərköyün, modabaz qız niyə birdən birə mənliyimə hakim oldu bu cür?.. Yoxsa sevgi deyilən, eşq deyilən şey, budur? Lakin mən belə bir qıza aşiq ola bilmərəm. Yox, yox… Bu keçici bir hisdir. Əminəm ki, səhər hər şey keçib gedəcək. Onu heç düşünməyəcəyəm. Pəncərələrinə də bir də baxmayacağam.

Allahım!… Sən mənə kömək et, sən işlərimdə mənə çətinlik nəsib etmə!…

Gözlərinin qarşısında qağayılar uçuşurdu. Dalğalar getdikcə daha sərt çırpılırdı qayalara… Artıq yavaş-yavaş

qaranlıq çökürdü şəhərə. Üfüqdə yeddi rəngi ilə itən günəşin yerində göydə ay çıxırdı.

Bilal, hələ də gözləri dənizin dalğalarında, qayanın üstündə oturub qaralan sulara tamaşa edirdi. Nəhayət, yavaş- yavaş ayağa durdu, çiyinləri sallanmış bir vəziyyətdə

ayaqlarının altında xırçıldayan çınqıl daşlarını əzərək addımlamağa başladı. Axşamın alaqaranlığında uzaqlaşan kölgəsi kiçildi, kiçildi və nəhayət qaranlıqlar içində

görünməz oldu.

Gecə …

Bilal, yatağında kürəyi üstə uzanıb… Gözləri tavanda sabit bir nöqtəyə dikilib. Üzü durğun və düşüncəli… Birdən baxdığı nöqtədə, yenə o qızın yaşmaqlı gözəl gözləri peyda oldu. Bilal cəld bir hərəkətlə qolu ilə gözlərini bağladı.

Sonra, mənliyini alt-üst edən bu xəyaldan xilas olmaq istəyirmişcəsinə, üzünü divara tərəf çevirdi. Ancaq yox… Qızı 89

gözləri, eyni işvəli baxışları ilə orda da, divarın üstündə də

əks olunmuşdu. Bilal dəli olmaq dərəcəsinə çatmışdı. Bu dəfə çarəsizlik içində yorğanı başına çəkməyə məcbur oldu.

Bununla da o əzabverici baxışlardan xilas olmaq istədi. Lakin o gözlər, o yandırıb yaxan, adamı əfsunlayan gömgöy gözlər bir an belə olsun onu rahat buraxmırdı. Artıq yuxula-rında da onu narahat edirdi.

Ertəsi gün… Professor fakültədə, dərs otaqlarından birində bəzi düsturların izahlarını verir. Tələbələr isə

diqqətlə professorun dediklərini dinləyir. Bilal, yuxusuz və

narahat keçən bir gecənin yorğunluğu içində yerində oturub.

Yanında həmişə olduğu kimi Necati var. Professor taxtada dərslə bağlı düsturlar yazır. Bilal, həmişəki kimi gözlərini diqqətlə taxtaya zilləyib müəllimin yazdığı düsturlara baxır.

Lakin bir müddət sonra taxtadakı şəkillər birdən-birə

qarışdı. Qəfildən bütün düsturlar bir-birinə girdi. Sonra isə

bütün şəkillər silindi. Və qara taxtada yalnız o təbəssümlü, yaşmaqlı bir cüt göz meydana çıxdı yenə. Bilal birdən əlini alnına aparıb pərişan bir halda əli ilə alnını ovuşdurmağa başladı. Deyəsən, Necati lap əvvəldən Bilaldakı bu qəribə

durğunluğu və dəyişikliyi hiss etmişdi. Nəhayət dözə bilmədi və əyilib yavaşca soruşdu:

– Nə olub sənə Bilal? Xəstəsən?

Bilalın cavabı isə iki sözdən ibarət idi:

– Kim bilir? Bəlkə də …

Dərs bitdi. Qəhqəhələr və cürbəcür təlxəkliklər arasında auditoriyadan çıxan tələbələrin arasında Bilalla Necati, yan-yana, lakin heç nə danışmadan qapıya tərəf irəliləyirdilər.

Fakültənin qapısından çıxdılar. Küçədə bir müddət heç danışmadan addımladılar. Necati addımlarını Bilala uyğun 90

atırdı. Deyəsən, əsr namazını çox zaman olduğ kimi yenə

Şahzadəbaşı məscidində qılacaqdılar. Necati Bilalı üzməmək üçün ağzını açıb heç nə demirdi. Amma içi – içini yeyir, kədərlənir, “bəlkə də evlərində nəsə bir fəlakət filan var" -

deyə düşünürdü.

Məscid divarının qırağı ilə məscidin qapısına tərəf yaxınlaşdırları vaxt, arxadan iki nəfərin onlara səsləndiyini eşitdilər və dayanıb arxalarına baxdılar. Necatinin bir müddət əvvəl aralandığı qrupdan olan gənclər onlara yaxınlaşırdı.

Bəziləri qollarına mini yubkalı qızları keçirmişdilər. Bir müddət bundan əvvəl Bilala lağ edən Əsəd, onlara yaxınlaşanda artıq yüksək səslə qışqırmağa başlamışdı:

– Necati! Bu necə dostluqdur belə? Artıq biz tərəfə

yaxınlaşmırsan da heç.

Necati onun atmacasına heç cavab da vermədi. Onlara qarşı əvvəllər hiss etdiyi sevgidən əsər-əlamət belə qalmamışdı. İndi onlar üçün sadəcə ürəyi ağrıyırdı. Əsəd:

– Gedirsən – dedi – Bizim Ersin parti keçirir. Ora gedirik.

Bu dəfə başqa aləm olacaq. Bax, belə!…

Necati gülərək:

– Bir şərtlə qəbul edərəm, – dedi. – Siz mənimlə birlikdə

bu məscidə girib, mənimlə bir yerdə namaz qılsanız, mən də

söz verirəm sizinlə bir yerdə Ersinin verdiyi "bax belə" olan partisinə gedəcəyəm! …

Qızlı, oğlanlı hamısı bu cümləyə qəhqəhə çəkərək cavab verdilər. İçlərindən "Azman Mustafa" ləqəbli yekəpər, hündürboylu gənc, əlindəki zənciri bir – birinə vurub:

– Oğlum, sən Bilala qoşulandan bəri qəribə olmusan a…

Molla imişsən ki, sən. Xəbərimz yoxdur. Bizi də özünə

91

oxşatmaq istəyirsənsə, alınmaz. Allahın bizim qıldığımız namaza ehtiyacı yoxdur, amma bizim, hahaha, içməyə, əylənməyə ehtihyacımız var. özü də biz Allah baba ilə

müqavilə imzalamışıq.

Necatinin beyninə elə bil ağır bir zərbə endirdilər.

Özünə hakim ola bilmədi və birdən Nəhəng Mustafanın üstünə hücum etdi. Lakin Necatinin köhnə sevgililərindən Seval Necatinin qarşısını kəsib ona mane olmaq üçün qollarından tutdu və:

– Dayan, Necati, – dedi. – Vurub yıxmaqla heç nəyə nail olmaq mümkün deyil. Üstəlik sənin kimi bir uşağa da yaraşmaz bu. Düşün ki, sən də dünənə kimi bizim içində

idin. Əvvəllər bir yerdə gəzir, bir yerdə əylənirdik … Söylə

Necati, sənə nə oldu birdən-birə belə? Niyə bizdən uzaq-laşdın axı?

Necati, qəzəbindən tir-tir titrəyirdi. Gənc qıza baxaraq:

– Bunları başqa bir vaxt danışarıq, Seval, dedi. – Çünki əsr namazının vaxtı keçir. Təkcə bunu deyə bilərəm ki, siz həqiqətən də yazıq insanlarsınız. Bu cür siz bir müsəlmana yox, bir xristiana da oxşamırsınız. Və bunu anlayacaq vəziyyətdə də deyilsiniz. Çünki təqlid etməyə çalışdığınız o xristianlar öz dinlərinə qarşı sizdən daha hörmət edirlər.

Onun əmrlərinə qeyd-şərtsiz riayət edirlər. Zövq, əyləncə, pozğunluq gözlərinizi örtüb sizin. Bəs, siz qızlar? Adam sizə

Müsəlman Türk qızı deməyə utanır. Bir qız üçün ən qiymətli məfhumlar olan iffət və namusu boş şey kimi qəbul edirsiniz. Və bunun da adını mədəniyyət qoymusunuz. Eləmi? Təəssüf edirəm hamınızın yerinə. Bu gün bir daha sizdən ayrılmaqla düzgün hərəkət etdiyimi anladım. Allah si-92

zin üçün də hidayət qapılarını açsın, sizə də həqiqəti göstərsin. Başqa nə deyim?

Seval sifətinə bir şapalaq dəyibmiş kimi sarsıldı. Necatinin sözlərinə heyrətlə qulaq asmışdı. Necati susandan sonra heç bir reaksiya vermədən günahkar bir insan kimi başını önünə əydi və susdu. Əsəd Nəhəng Mustafanı buraxıb, Sevalı yaylım atəşinə tutan Necatinin qarşısında əvvəlcə

döyüşə girəcək herati xoruzlar kimi dayandı, amma sonra niyəsə vaz keçdi və işi zarafatla həll etmək istədi. Həmişəki iyrənc hərəkətləri ilə yoldaşlarının qollarından tutub oradan uzaqlaşdırmağa çalışdı.

– Gəlin, uşaqlar… Gəlin də … Onun göbəyi Bilalla bir yerdə kəsilib, görmürsünüz? Onunla bir yerdə fırlanmağa başlayandan sonra bizi yaddan çıxarıb… Siz öz yolunuza, biz öz yolumuza … Moizəyə qulaq asmağa vaxtımız yoxdur bizim…

Uzaqlaşanda lağla dolu qəhqəhələr çəkərək, arada bir dönüb Bilalla Necatiyə baxır və əllərini ağızlarına apararaq:

– Quqquriquuu! … Quqquriquuu!… – deyə təhrik edici qəribə hərəkətlər edirdilər … Bilal Necatini sakitləşdirmək üçün əlini onun çiyninə qoydu:

– Fikir vermə, Necati, – dedi. – Bu cür hərəkətlərə

alışmalısınız. Belə mənən və əxlaqi cəhətdən çökmüş, ölüm döşəyində yaşayan fərdlərin meydana gətirdiyi bir cəmiyyətdə daha nələrlə üzləşəcəyik hələ, bax onu bilmirəm.

İndi sən bunlara görə əsəbiləşmə və gəl dəstəmazımızı alıb məscidə girək. Zöhr namazını gecikdiririk…

Necati sıxdığı yumruqlarını boşaltdı və:

– Allah bəlalarını versin! – deyə dərindən nəfəs aldı.

Bilal:

93

– Səhv dedin. Allah hidayət nəsib eləsin, deməlisən –

deyə onun səhvini düzəltdi.

Məscidin qapısına doğru getməyə başladılar. Elə

qapıdan girmək istəyirdilər ki, Nəhəng Mustafanın o nəhəng səsinə başlarını arxaya çevirdilər. Nəhəng Mustafa, qızlı oğlanlı qrupun ortasında dayanıb, əlləri belinə qoyub qəhqəhə çəkib gülür və qışqırırdı:

– Ha… Haa .. haaa .. haaa … geridə qalmışlar. Sizin beyninizi yeyiblər. camaat aya gedir, siz hələ də məscidlərin qapısı ağzındasınız. Haa… haaa… haaa… haaaa!…

Bilal Necatinin qoluna girib onu çətinliklə məscidin qapısından içəri saldı. Əks təqdirdə Necatinin başı mütləq ağrayacaqdı…

Qızlı oğlanlı qrup, bir müddət onların məscidə

girişlərinə lağ edərək, qəhqəhə çəkib güldü. Təkcə bir az bundan

əvvəl,

Necatinin

üzünə

tüpürürmüşcəsinə

hayqırdığı və " Bir qız üçün ən qiymətli məfhumlar olan iffət və namusu boş şey kimi qəbul edirsiniz”– deyə təhqir etdiyi Seval daşdan bir heykəl kimi üzündə heç bir ifadə olmadan eləcə yerində donub qalmışdı. Əsəd qızın qolundan çəkdi:

–Qızım! … Oyan artıq gedirik. Baxıram ki, bayaqkı sözlər xətrinə dəydi. Nə gözləyirdin o cahillərdən? Yaxşı, gəl, gedirik…

Və getdilər. Bir az getmişdilər ki, Seval:

– Uşaqlar, – dedi. – Mənim başım pis ağrıyır. Bu gün sizinlə

gələ

bilməyəcəyəm.

İnciməyin,

yataqxanaya

qayıtmaq istəyirəm. Siz əylənin ürəyiniz istədiyi kimi. – dedi.

Gənclərin hamısı birdən:

– Aaa… Olmaz e, belə!… – deyə etiraz etməyə başladılar.

Əsəd, Sevalı özünə tərəf çəkmək istədi:

94

– Bu haradan çıxdı, Seval? Ersinə söz vermisən axı. Bunu unutma. Gəl, sən də gəl bizimlə. Orda əylənərsən, rəqs edərsən, başının ağrısı da yadından çıxar…

Lakin Seval, yoldaşlarının bütün israrlarına baxmayaraq onlarla getməyi qəbul etmədi. Və hamısının heyrət dolu baxışları arasında ayrıldı onlardan. Bir taksiyə minən yoldaşları, yanından keçəndə ona əl də elədilər. Seval bir anlığına onların arxasından baxdı, sonra qərarlı bir şəkildə

geri dönüb əks istiqamətə doğru qaçmağa başladı. Qumral saçları havada uçuşur, ayaqları bir-birinə dolaşırdı.

Şəhzadəbaşı məscidinin qapısı ağzına çatanda dayandı.

Nəfəsi təntiyirdi. Boynuna elə – belə bəzək üçün taxdığı şərfini boynundan çıxarıb başını örtdü. Həyətə keçdi. Sonra ayaqqabılarını çıxarıb əlinə alaraq ürkək və utancaq addımlarla məscidin içinə daxil oldu.. Eyni ürkək formada bir neçə addım atdı. Bir az qabaqda başlarında ağappaq təsəkləri namaz qılan Bilal və Necatiyə tamaşa etməyə

başladı.

Həzin bir Qurani – Kərim səsi gəlirdi məsciddən…

Seval, məsciddə namaz qılanların yaratdığı bu gözəl mənzərə qarşısında özünü ülvi bir atmosferdə itirmişdi elə

bil Sanki ovsunlanmışdı. Yerindən tərpənə bilmir, təkcə nitqi tutulmuş

kimi

məscidin

sütunlarına,

çilçıraqlarına,

mehrabına, minbərinə və başlarını önə əyib dərin bir təslimiyyət içində namaz qılan insanlara tamaşa edirdi…

Bu qəribə əhval içində qadınlar bölməsinə keçmək haqqında düşünmədi də heç. Və elə qapının yanında dizlərinin üstündə yerə oturdu. Gözlərinin qarşısında namaz qılmaqda olan Necatinin hərəkətlərindən ayıra bilmirdi… Bu vəziyyətdə o, anası onu döyəndən sonra yenə onun şəfqətli 95

köksünə sığınan bir uşağı xatırladırdı … Necatinin sözləri ən sərt sillədən daha sərt idi və onun sifətinə çırpılmışdı, amma eyni zamanda elə Sevalı məscidə çəkib gətirən də yenə həmin o sərt sillə olmuşdu.

Təkcə bunu deyə bilərəm ki, siz həqiqətən də yazıq insanlarsınız. Bu cür siz bir müsəlmana yox, bir xristiana da oxşamırsınız. Və bunu anlayacaq vəziyyətdə də deyilsiniz.

 

Çünki təqlid etməyə çalışdığınız o xristianlar öz dinlərinə

qarşı sizdən daha hörmət edirlər. Onun əmrlərinə qeyud –

şərtsiz riayət edirlər. Zövq, əyləncə, pozğunluq gözlərinizi örtüb sizin. Bəs, siz qızlar? Adam sizə Müsəlman Türk qızı deməyə utanır. Bir qız üçün ən qiymətli məfhumlar olan iffət və namusu boş şey kimi qəbul edirsiniz. Və bunun da adını mədəniyyət qoymusunuz. Eləmi? Təəssüf edirəm hamınızın yerinə. Bu gün bir daha sizdən ayrılmaqla düzgün hərəkət etdiyimi anladım. Allah sizin üçün də hidayət qapılarını açsın, sizə də həqiqəti göstərsin. Başqa nə deyim?

Ömrü boyu heç kimdən bu cür sözlər eşitməmişdi. Və

həyatı boyunca kimsə onu bu şəkildə təhqir etməmişdi. Həm ailədə, həm məktəbdə və həm də cəmiyyətdə hamı onun nazını çəkmişdi. Belə öyrəşmişdi. Elə isə bu təhqiramiz sözlər onda əks təsir yaratmalı idi. O da yoldaşları kimi şəs-tini qorumaq üçün qəhqəhə çəkə bilərdi deyilənlərə. Am-ma bunu etmədi. Necatinin sözləri onda şok effekti yarat-mışdı.

Bu qısa müddət ərzində ağlından nələr keçmirdi?!… Özünü, öz vəziyyətini düşünürdü. Öz özünə sual verirdi və sonra həmin sualın cavabını özü də cavab-landırırdı:

–Mən müsəlmanam?

96

– Müsəlmanlığın əmrlərini yerinə yetirmədiyimə, həyat tərzimlə İslamiyyətə uymadığıma görə xeyr. Mən həqiqi bir müsəlman qızı ola bilmərəm.

Və sonra bir sual daha:

–Bəs elə isə, xristianammı?

Bir müddət düşündükdən sonra:

–Xeyr, xeyr,– deyirdi. – Necatinin dediyi kimi xristianlar da dinlərinin vacib əməllərini yerinə yetirirlər, heç olmasa həftədə bir dəfə kilsəyə gedib Allaha ibadət edirlər. Deməli bir xristian qədər belə deyiləm mən.

Bu düşüncələrdən sonra üzündə birdən-birə dərin bir iztirab ifadəsi meydana çıxdı. Yenə öz-özünə düşünməyə

başladı:

– Nə müsəlman, nə də bir xristian deyiləmsə, onda mən dinsizəm yoxsa? Aman Allahım … Xeyr,xeyr. Dinsiz bir qız ola bilmərəm mən … Məni bağışla, Rəbbim. Mən artıq sənə

layiq bir qul, tam bir müsəlman qızı olacağam. Mənə kömək et… Məni bağışla!… Məni bağışla!..

Yanaqlarından aşağı süzülən rəhmət yaşları, ürəyindəki bütün pislikləri də özü ilə yuyub aparırdı sanki. Ona şəfqət qucağını açan, isti bir məhəbbətlə bağrına basan bu uca məbədlərdə bir ömür boyunca həmişə belə ülvi hislərlə

ibadət və dua edə biləcəyini düşünür, "Bir ömür boyu Rəbbimə günahlarıma görə tövbə və istiğfar edərəm beləcə

"deyirdi.

Bu əsnada Necati və Bilal namazlarını qılıb qurtarmışdılar. Məsciddən çıxmaq üçün qapıya tərəf gedirdilər ki, qapının ağzında başı önündə, səssizcə ağlayan Sevalı gördülər… Gənc qız, onların yaxınlaşdığının fərqində

belə deyildi. İki yoldaş Sevala yaxınlaşanda bir – birinin 97

üzünə diqqətlə baxdılar. Sonra Necati, yavaşca gənc qızın çiyninə toxundu və rəhmli bir səs tonu ilə soruşdu:

– Seval, nə işin var sənin burada? …

Seval, yaşlı gözlərini qaldırdı və cavab kimi yalnız kövrək bir səslə:

– Bu günə kimi itirdiklərimi axtarırdım. Amma artıq tapdım, tapdım artıq,Necati. Başa düşürsən məni, tapdım artıq… – dedi və əlləri ilə üzünü örtüb hıçqıra – hıçqıra ağlamağa başladı.

Necati içindən: "Əlhəmdülillah, o qafil dəstəsi içindən bir nəfər də azaldı. Elə mənim ordan uzaqlaşdığım kimi.

Qəfil bir dönüş … Və peşmançılıq … Və peşmançılıq …" -

deyə keçirdi. Seval ağlayanda, onun üzündə məmnun və

məsud bir təbəssüm yaranmışdı.

Günəşli, gözəl bir gün…

Bilal arxası üstə taxta divanda üstə uzanıb, kitab oxuyur… Kitaba özünü elə qapdırıb ki, yanında top atsalar eşitməyəcək… Lakin qəfil qarşıdakı pəncərənin açılması və

həmin büllur səsli qızın səsinin otaqda əks – səda verməsi ilə

kitabı bağlayıb bir kənara qoydu…

– Teoman! … Tez gəl, yeməyə başlayırıq. Tez, qalx yuxarı! …

Bilal, bir anlıq ayağa qalxmaq üçün cəhd elədi. Sonra imtina etdi və təkrar uzandı. Lakin narahat idi. Hislərini cilovlamaq üçün səy göstərməyinə baxmayaraq alınmadı və

yenə ayağa qalxdı. Qəfil bir hərəkətlə ürkək – ürkək, günah bir əməl törədirmiş kimi əlləri titrəyərək pərdəni açdı. Bu əsnada gənc qız da Bilalgilin pəncərəsinə baxırdı. Gənc qız, Bilalı görən kimi sifətinə xoş bir təbəssüm yayıldı, başı ilə

ona salam verdi. Bilalın mənliyi yenidən alt-üst oldu.

98

Pərdəni çəkdiyinə görə sonsuz bir peşmançılıq hissi keçirərək bu dəfə, o qızın üzünə qarşı əsəblə örtdü pərdəni və təzədən kitabını oxumağa başladı. Amma təzədən kitaba özünü qapdırmaq mümkün olmadı…

Hüzur Küçəsindəki yeni binada, mənzillərdən birinin geniş və komfortlu qonaq otağı… Bura, bir neçə gündür Bilalın dünyasını dəyişdirən, onu hislərini alt-üst edən Feyzagilin evidir. Ortadakı uzun masanın ətrafına, binanın bütün gənc qızları yığışıblar. Bir qismi kart oynayır, bir qismi də siqaretini tüstülədə – tüstülədə oynayanlara tamaşa edirdilər. Bir ara bank müdirinin hüquqşünas qızı Ülkər ah çəkib:

– Mən hələ ömrümdə belə bir kişiyə rast gəlməmişəm –

dedi – Qarşında bu qədər gözəl qız var ikən, sən başını qaldırıb baxma. Heç nə başa düşmürəm…

Serpil:

– Bu qarşıdakı evdə yaşayan yaraşıqlı cavandan bəhs edirsən də yəqin ki? – deyə soruşdu.

– Mən də elə ondan bəhs edirəm. Nə qəribə uşaqdır o, elə?

Bir əczaxanada məsul müdir olan Nesrin siqaretinin tüstüsünü ciyərlərinə çəkdikdən sonra:

– Mən haqqında bir xeyli məlumat toplamışam – dedi.

Adı Bilaldır. Kimya fakültəsində oxuyur. Atası 4 il əvvəl ölüb. İndi anasıyla təkcə yaşayır.

Serpilin bacısı Süha da sözə qarışdı:

– Sənin bilmədiyin hissələri də qoy mən tamamlayım heç olmasa. Yaraşıqlı bəyimizin eyni zamanda çox gözəl də

səsi var. Amma bu gözəl səsi ilə romantik eşq mahnıları 99

oxumur. Sizcə, neyləyir? Bəzən əsr və şam azanı vaxtında minarəyə çıxıb, azan oxuyur! …

Bu sözdən sonra Feyzagildə olan bütün qızlar qəhqəhə

çəkərək gülüşdülər. Süha gülərək sözünə davam etdi:

– Bəyimiz üstəlik gündə beş dəfə namaz da qılır… yəni çox geridə qalmış bir insan qısacası…

Ülkər əlindəki kartları ehtirasla stolun üstünə çırpıb:

– Qəribədir, fakültəyə gedən mədəni bir insan necə

namaz qılar, heç cür başa düşə bilmirəm. üstəlik bu cür gənc və yaraşıqlıdırsa …

Qızılı rəngli saçlarına görə yoldaşları arasında Alov Leyla adı ilə tanınan gənc qız, hamısına xitab edib:

– dalınca danışmayın, qızlar. Gəlin, təmiz danışaq.

Bütün bu tənqidlərinizə baxmayaraq əslində hamınızın ürəyi onunçün gedir. Elə deyil ki?…

Bu sözdən sonra hamı bir müddət susdu. Zala dərin bir sakitlik çökdü. Bu cür susmaqla belə qızlar, Bilal üçün duyduqları hisləri açıq şəkildə dilə gətirmişdilər. Necə ki, bir müddət sonra danışan Süha, demək olar hamısının fikrini ifadə edirdi:

– Bir-birimizdən gizlətməyə nə ehtiyac var? Belə gözəl, yaraşıqlı, üstəlik də mədəni bir gənc üçün hansı qızın ürəyi getməz. Amma bizim bu duyğularımızın nə əhəmiyyəti var axı? Görmürsünüz, hər birimiz pəncərədən özümüzü ona göstərmək üçün min oyundan çıxırıq, o isə bir dəfə də olsun başını qaldırıb bizə baxmır …

Alov Leyla, bu etirafdan sonra:

– Yaxşı, – dedi. – deyək ki, baxdı. Və içinizdən birinə

evlənmək təklif etdi. Qəbul edərsiniz?

Ülkər:

100

– Namaz – zad qılmasa, can ataram. – dedi.

Süha isə:

– Allah eləməsin – dedi. – Nə qədər yaraşıqlı və mədəni olur-olsun, belə insanla evlənib rahibə kimi monastır həyatı yaşamaq istəmirəm …

Masa başında oturmuş qızların hamısı buna bənzər sözlərlə, Bilalı tənqid edir, onun namazını ələ salır və

qətiyyən bu cür bir insanla evlənməyəcəklərini deyirdilər.

Hamısının da istədiyi, arzu etdiyi həyat, lüks, müasir və əyləncəli bir həyat idi… Gecə klubları, rəqs meydançaları, partilər, çimərliklər və. s. Alev Leyla da yoldaşları ilə eyni fikirdə idi.

Yalnız Feyza oturduğu yerdən danışılanları yalnız dinləməkdə idi və heç sözə qarışmırdı. Onun bu vəziyyətini görən Alov Leyla, bu dəfə Feyzaya döndü:

– Qızım, sən nə üçün heç fikrini söyləmirsən, Feyza!…

Məsələn; Bilal səninlə evlənmək istəsə, ona nə cavab verərsən?

Feyzanın cavabı hamını heyrətləndirdi:

– Əlbəttə evlənərəm … Mənim başıma elə bir taleh quşu qonsun, mənim bəsimdir.

Qızlar hamısı bir ağızdan heyrətlə qışqırdılar:

– Aaa… Sən çaşmısan? Belə bir molla ilə evlənib ölmədən qəbrə girmək fikrindəsən deyəsən?!

Feyza şit – şit güldü:

– Yox əşşi, siz nə danışırsınız? Heç birinizin başı işləmir, vallah. İş, onu əldə edənə kimidir. O vaxta kimi dəstəmazını alıb namazını qılan, tam onun istədiyi dindar bir qız kimi görünüb, evlənərəm. Evləndikdən sonra onun istədiyi kimi həyat yoldaşı olacağıma söz verərəm. Evləndikdən sonra isə, 101

onsuz da o, mənim olacaq. Eşitməmisiniz nə deyirlər: qadının məkri həmişə kişilərə qalib gəlir. Qadın nəyisə

istəsin. Gec-tez əldə edəcək. O məni düz yola gətirdiyini hesab edəcək, amma əslində özü mənə uymaq məcburiyyətində qalacaq.