Hüzur küçəsi

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

– Bəli anacan, – dedi. Bu son günlərdə, daha çox bağ-landığımı hiss edirəm ona. Sanki həyatıma yeni bir rəng və

cazibə qatdı. Yaxşı, anam, bəs bu xəbər səni niyə bu qədər üzdü, onu anlamıram. Həyatda birini sevməyim yəni bu dərəcədə anormal bir haldır?

Qadıncığaz pərişan bir halda idi. Bulud kimi dolan gözlərindən bir anda yaşlar süzülməyə başladı … Sərt, lakin çarəsiz bir səslə:

– Sual vermə mənə, sən mənim suallarıma cavab ver.

Harada tanış olmusan onunla? Danış görüm! …

Bilal:

– Fakültədə tanış olmuşuq, anacan. Amma inan, çox yaxşı insandır. Oxuduğum kitablara böyük maraq göstərəndən sonra dostluğumuz möhkəmləndi, indi demək olar ki, hər gün bir yerdəyik. Birlikdə kitab oxuyuruq.

– Ah övladım, canım Bilalım mənim. Mən bilmişdim onsuz da. Nə qədər imanlı və ciddi bir kişi olursan ol, bir 62

gün özünü itirəcəksən deyə qorxurdum. Bax, görürsən, oldu dediyim! …

Bir tərəfdən danışır, bir tərəfdən də titrəyən əlləri ilə

namaz örtüyünün kənarlarına göz yaşlarını silərək qurulayırdı. Derdli – dərdli bir ah çəkib soruşdu:

– Yaxşı, adı nədir? … Ailəsi, soyu kimdi, necə insan-dılar? Heç olmasa araşdırmısan?

Bilal çox ciddi bir şəkildə anasının suallarını cavablandırdı:

– Adı Necatidir, anacan. Atası zəngin bir tacirdir. Anası bir bankda işləyir. Yəni qafil olmaqla yanaşı, yaxşı bir ailənin oğludur.

Bilalın anası şok olmuşdu. Çaşqın və heç nə anlamayan nəzərlərlə bir müddət oğlunun üzünə baxdı… Sonra min bir əzabla udqunaraq çətinliklə soruşdu:

– Oğlu?

Bilal artıq qəhqəhə çəkərək gülürdü. Sevgi və şəfqətlə, bu saf qadının-anasının boynuna sarılıb, yaşlı yanaqlarından öpərək:

– Ay mənim saf ürəkli anam, – dedi. Adı Necati olan hər kimdisə, əlbəttə kişidir. Səncə də elə olmalı deyil ki? İndi sil o gözlərinin yaşını və rahatla bir az. Sənin oğlun Allahın izni ilə o dəqiqə könlünü kiməsə verməz; sən narahat olma, anacan. Necatiyə gəldikdə isə: Necati, sözdə mədəni, əslində isə

avara ruhlu bir sıra yoldaşlarının təsiri ilə, o klub sənin, bu bar mənim, zövq və pozğunluq aləminə dalmış bir gənc idi.

Lakin bundan bir müddət əvvəl imanlı yoldaşlarımla onu tanış elədim. Ondan sonra uşaq ani bir dönüşlə tamamilə

dəyişdi. İman həqiqətlərinə qovuşduğu andan etibarən bütün o köhnə yoldaşlarını və səfeh yaşayışını tərk etdi. İndi 63

görsən anacan, məktəbdə olsun, çöldə olsun bir dəqiqə belə

yanımdan ayrılmaq istəmir. Boş vaxtlarında namaz qılır.

Dərslərinə əvvəlkindən daha çox çalışır və bu vaxt hidayətə

qovuşmasına vəsilə olan dini və elmi əsərləri də böyük bir həvəslə oxuyaraq imanını gücləndirmək, daha doğrusu təh-qiqi bir imana sahib olmağa çalışır. Görsən anacan, onu ən az sən də mənim qədər sevərsən …

Yaşlı qadın rahatlamış, dərin bir nəfəs almışdı … İndi oğluna fəxr hissi ilə baxır, ürəyi övladı üçün ən dərin təqdir hisləri ilə dolub daşırdı:

– Allah səndən və sənin kimi qiymətli, imanlı yoldaşlarından razı olsun, övladım – dedi. – Sizlər belə nə qədər gəncləri, qapılmış olduqları səhv yoldan çevirir və onları həm bu dünyanın, həm də daimi dünyamız olan axirət həyatının qaranlıqlarından və əzablarından azad edir. Amma bilsən Bilalım, bir az əvvəlki sözlərində zarafat etdiyini anlamadan əvvəl ürəyim elə ağrıdı ki…

– Səni üzdüyüm üçün məni bağışla, ana. Amma sənə

ciddi olaraq bunu deyirəm ki, hələlik hərçənd evlənmək haqqında düşünmürəm, lakin evlənmək istəyəndə, ev-lənəcəyim insan əmin ol, geyimi və hərəkətləri ilə səni olduğu qədər məni də iyrəndirəcək o geyimdən və əyləncədən başqa heç nə düşünməyən, işli-gücü manken kimi vit-rindəkiləri insanlara göstərməkdən ibarət olan açıq-saçıq qızlardan olmayacaq. Geyimi, hərəkətləri və hər halı ilə dininin əmrlərinə bağlı, səadətini təkcə öz evində axtaran xanım-xatın, evinin xanımı, bəli, təkcə mənə aid olacaq dürüst və əxlaqlı gənc qızla ailə həyatımı quracağam. Bax belə, anacan … İndi sən söylə görək, bu gün nə etmisən? Yoxsa, 64

yenə hər zamankı kimi oturub, gününü mənə yun köynək toxumaqla keçirdin?

– Yox övladım. Bu gün əlimə doğru-düzgün mil keçirib işə başlamaq nəsib olmadı heç cür. Qonşumuz Sedat bəygilə

getmişdim bu gün. Demək ki, nəsib məsələ imiş. Xanımının təsəlliyə ehtiyacı varmış… getdim gördüm ki, yazıq qadın bulud kimi dolub qalıb. Toxunsan ağlayacaq.

Bilal narahatlıqla soruşdu:

– Xeyirdir, inşaallah … Nəsə bir problemləri var ki?

– Yox övladım, elə bir problemləri yoxdur. Amma məsəl var da deyirlər: İnsanın övladı varsa, dərdi var… Bax, onlarınkı da övlad dərdidir. Dünən bu torpaq sahədə hoppanıb-düşən, gizlənpaç oynayan Şükran bu gün görsən, böyük qız olub. O qədər gözəldir ki, insan baxmaqdan doymur. İndi Şükran üçün elçilər növbəyə düzülüb. Qız çox gözəl olduğu üçün, onunla evlənmək istəyənlər də çoxdur.

Varlı-hallı ailələrin övladlarıdır hamısı da. Mühəndislər həkimlər, kimyagər filan … Lakin təbii bunların demək olar ki, əksəriyyəti qızı namazlı, oruclu, başıörtülü olduğu üçün yox, gözəlliyinə və tərbiyəsinə görə istədiklərindən, yalnız ata -

anası yox, Şükran da bunların heç birinə “hə” – deməyib bu günə kimi. Lakin indi Şişlidə lüks bir klinikanın sahibi, təmirli evləri, bağ evləri, avtomobilləri olan çox zən-gin bir həkimin elçiləri gəlib gedirmiş. Adam israrla qızı istəyirmiş… hər gün elçilər, elçilər… Ailəsi əvvəllər olduğu kimi dəstəmazlı, namazlı deyil deyə istəməyib. Amma gəl gör ki, saf insanların sonradan zənginlik, konfort və vəzifə

gözlərini örtüb, ya nədir, indi vermək istəyirmişlər yazıq qı-zı…

– Yaxşı, bəs Şükran nə deyir bu işə?

65

– Elə ata-ananın bütün dərdi də odur, oğlum… Qadın ağlaya- ağlaya bütün hər şeyi danışdı mənə. Şükran təkid edirmiş: "Lazım gələrsə, ömrümün sonuna kimi subay qala-ram, amma yenə də namazsız, orucsuz biri ilə evlənmərəm" -

deyə …

– Deməli belə… Bəs sonra?

– Qızın qərarı qətidir: "Nə qədər zəngin olursa-olsun və

mənə istəyir səltənət içində, lüks bir həyat təmin etsin və

hətta həkim yox, mövqe baxımından bir padşah və ya şahzadə də olsa, əgər Allahın, Yaradanımızın əmrlərini yerinə yetirmirsə, belə bir insan mənim nəzərimdə ən dəyərsiz və ən qiymətsiz bir varlıqdır "deyirmiş. Çox ağıllı bir qız imiş … "Onlar məni yalnız gözəlliyim üçün istəyirlər. Evləndikdən sonra Allahın əmri ilə örtmüş olduğum başımı və

bədənimi açacaq, açıq- saçıq paltarlarla ballarda, tədbirlərdə, kişili-qadınlı rəqs meydançalarında qürurla sinəsini irəli verib "Baxın, xanımım necə də gözəldir" – formasında gözəl-liyimlə fəxr edəcək bir insanla ailə qurmaq istəmirəm. Təbii ki, bundan başqa, bir az keçəndən sonra qıldığım namaza da lağ edib, "Bizim həyatımıza və müasir dövrə uyğun gəlmir"

bəhanəsiylə bəlkə ondan da uzaqlaşdırmağa çalışacaq mə-ni… Qısası, dininə bağlı bir müsəlman qızı kimi məni də, digər bəzi yoldaşlarıma etdikləri kimi, xristian qadın və

qızlardan fərqsiz bir vəziyyətə gətirməyə çalışacaqlar. Am-ma Allahıma hədsiz şükürlər olsun ki, mənə belə iman və

şüur lütf edib. Ölümüm bahasına belə olsa heç kim məni be-lə tələlərə sala bilməz…" – deyibmiş.

– Ay ana, düzünü de… Bunları bizim Şükran deyirmiş?

– Təbii ki, övladım, təbii … Anası daha gözəl danışırdı dediklərindən, mən sənə o qədər də yaxşı izah edə bilmi-66

rəm… dayan, gör hələ nələr deyirmiş Şükran: "Dinimdən, əxlaqımdan uzaq, belə lüks lakin rəzil bir həyat yaşa-maqdansa, onu yoxdan var edən Allahın əmrlərini yerinə

yetirən imanlı bir yol fəhləsi ilə evlənib, döşəməsi torpaqdan olan kiçik bir daxmada soğan çörək yemək mənə daha xoşdur". Belə … Anası qızın bu sözlərini deyəndə ürəyim elə

sızıldadı ki, Bilalım …

Bilal heyrətlə başını yellədi:

– Halal olsun Şükrana, düzü gözləməzdim. Aaah … Ah!

… Bu sözləri bizim fakültədəki qızlar eşitsəydilər inan ki, yazıq qızı "ruhi xəstədir" – deyə Bakırköyə dəlixanaya göndərmək istəyərlər.

Yaşlı qadın, bir müddət susduqdan sonra, bir – iki dəfə

dərindən nəfəs aldı və oğluna bir az da yaxınlaşaraq:

– Bilal, bilirsən nə düşünürəm? – deyə soruşdu oğlundan. – Şükran açılmamış və qoxlanmamış qönçə kimi bir qızdır … Tərbiyəli, əlindən iş gələn və ən əsası əsl sənin istədiyin kimi başıaşağı, geyinişini, oturuşunu bilən başıb-ağlı və imanlı gənc qızdır. Nə deyirsən, oğlum?!

Bilal, anasının ürəyini sındırmamağa cəhd edərək:

– Anam, – dedi – mən sənə bir az əvvəl dedim axı, hələ

evlənməyi düşünmürəm… Qoy bir universiteti xeyirlisi ilə

bitirim, diplomumu əlimə alım, bu mövzuları o zaman düşünərik…

Qadın əməlli – başlı kədərlənmişdi:

– Amma övladım, belə mükəmməl bir qızı hər zaman tapmaq olmur, axı. Bax, qız üçün elçi gələnlərin sayı günü gündən artır. Rəhmətlik atan sənin xoş gününü görmədən getdi. Mən də qorxuram ki, birdən ölərəm sənin xoş bir gününü görmərəm. Onsuz da, məzun olmağına bir il qalıb. İn-67

didən “hə”sini alarıq, nişan taxılar, məzun olan kimi də ev-lənərsiniz. Hə, nə deyirsən mənim balam?

Bilal anasının evlənməklə bağlı dediyi sözlərə qərarlı bir səslə cavab verdi:

– Bütün söylədiklərin doğrudur, gözəldir, amma anacan, mən elə bir qızla aylarla nişanlı qala biləcək kişilərdən deyiləm. Söz kəsildiyi andan etibarən o qız artıq mənim namusum, hər şeyim deməkdir. Gələcək həyat yoldaşımın qanuni olaraq evimə ayaq basmasına kimi keçən zaman ərzində rahatlığım əlimdən gedəcək … Belə də olanda dərslərimi sakit bir tərzdə çalışıb fakültəni vaxtında bitirmək, ancaq xəyal olar mənimçün. Qısası, belə bir məsuliyyətin altına girməyi əsla gözə ala bilmərəm. Mən, özün də bilirsən ki, tezliklə məzun olmağa və həyatını təmin etməyə çalışıram, anacan. Ağlımı-fikrimi belə şeylərlə məşğul edə bilmərəm…

Qadının aydın gözlərinə bu dəfə daha tünd bir kədər hakim kəsilmişdi. Bilal anasının heç səs çıxarmadan kədərlə

başını önünə əyməsinə daxilən kədərləndi. Lakin onu bir az da olsa təsəlli və məmnun edəcək bir fikir gəldi ağlına:

 

– Bax anacan, Şükranı ən az mən də sənin qədər təqdir etdim və yenə ən az sənin qədər kədərləndim onun düşdüyü vəziyyətə… Belə nadir tapılan sadə və imanlı gənc qızları, zövq və əyləncədən başqa bir şey düşünməyən kübar cəmiyyət avaralarına vermək şübhəsiz ki, ən azı cinayətdir.

Bunun üçün də onu dərhal, tam istədiyi kimi imanlı, namazlı biriylə evləndirməyə çalışacağam… Həm də ailəsinə ibrət olsun deyə yenə zəngin bir həkimlə… Kim ilə bilirsən? Bizim bu qırx yaşında olsa da, otuz yaşında imiş kimi görünən, yaraşıqlılığı ilə tanınan həkim Nazim bəylə . O da elə bu cür yüksək imana sahib bir qız axtarırdı evlənmək üçün. Əsasən 68

bu günə kimi evlənməməsinin səbəbi də elə budur. İndiyə

kimi belə bir qıza rast gəlməyibmiş hələ.

Qadın dərin bir ah çəkərək boynunu bükdü və:

– Özün bilərsən, oğlum, – dedi. Şükran mənim gəlinim olsun deyə arzu etmişdim, amma demək ki, nəsib deyilmiş.

Nə etmək olar?

Uşaqların quş səslərini xatırladan şən qəhqəhələrlə oynadığı, tullanıb düşdüyü ərazidə indi fəhlələr qaynaşırdılar.

Əllərində bel olan fəhlələr əvvəlcədən ölçülən torpaqda özül qazmaqla məşğul idilər… Uşaqlar yenə bir yerə yığışıb məcburən və incik nəzərlərlə əllərindən alınan yeganə oyun sahələrində çalışan fəhlələrə tamaşa edirdilər…

Tikinti artıq başlamışdı… Kərpiclər bir metrə kimi yüksəlmişdi… İşçilər durmadan çalışırdılar. Kimisi palçıq qarışdırır, kimisi əl arabası ilə kərpic daşıyır, kimisi mahnı oxuyaraq kərpic düzür.

Tikinti bir xeyli yüksəlib. Körpünün üzərində işçilər çalışır … Küçəyə qum və sement daşıyan yük maşınlarının biri gəlir, biri gedir. Səssiz küçə, birdən birə səs – küyə qərq olub.

Və nəhayət tikinti, başladıqdan üç-dörd ay sonra bitdi.

Göyə doğru yüksələn beşmərtəbəli bu böyük bina, Hüzur küçəsinin sınıq salxaq taxta binaları arasında, bu təvazökar evlərə yuxarıdan baxırmışcasına bir qürur və əzəmət içində

idi sanki… Geniş pəncərələrində yapışdırılmış ağ kağıza yazılan “SATILIR" sözü oxunmaqda idi …

Bilal pəncərənin önündəki divana uzanıb kitab oxuyurdu. Lakin oxuduğu kitablar heç cür yadında qalmırdı heç cür… Qarşısında bir qarabasma kimi yüksələn bu ruhsuz daş yığını günü gündən canını daha çox sıxmağa başlayırdı

69

Yerdə, bir döşəyin üstündə, əlindəki millərlə anası, ona yun köynək toxuyurdu. Başını kitabdan qaldırıb, bir anlığına sevgiylə anasına baxdı. Sonra yaşlı qadına baxaraq:

– Bilirsən, ana, – dedi. – İçimdə qəribə bir kədər var. Bu gün bazardır… Uşaqların tətil günüdür yəni. Amma uşaqların o bülbül cəhcəhini xatırladan səs – küylərindən əsər -

əlamət belə yoxdur. Bu böyük bina bura tikildikdən sonra yazıq uşaqların səsləri çıxmır…

– Ay oğlum, təkcə onların səsi çıxmır? Bu ev məsələsi ortaya çıxandan bəri nə qədər bir-birimizdən gizlətsək də sən də, mən də narahatıq…

– Mən heç, amma anacan, mənzil tikintisi səni niyə bu qədər üzür?

– Niyə olacaq, övladım? Biz kasıb insanlarıq. Bu sınıq-salxaq evlərin içində saray kimi yüksələn binaya köçənlər bizə yuxarıdan aşağı baxacaqlar. Yəni, küçənin dadı-duzu qaçacaq bir sözlə …

Bilal əlindəki kitabı örtüb ayağa durdu:

– Ay mənim gözəl anam, – dedi. – Deməli, sən bu qədər müddətdə buna görə üzülmüsən? Sən bilirsənmi ki, anacan, onlar bütün lüks və dəbdəbəli yaşayışlarına baxmayaraq, əslində nə yazıq, nə acınacaqlı insanlardır? Onların möhtəşəm döşənmiş salonlarda, kristal çilçıraq altında, laklı yemək masalarında gümüş çəngəl və bıçaqlarla yedikləri yeməklər, əmin ol, bizim bu kasıb dam altındakı kasıb yer süfrəmizdə

yediyimiz yeməklər qədər ləzzətli deyil.

Və yenə əmin ol ki, nə qədər zənginlik və rahat bir həyat içində olurlarsa olsunlar, İslami əmrlərə riayətdəki o böyük ləzzət və səadətdən məhrum olduqlarına görə bizdəki bu ahəngli dinclik və səadət hissindən də məhrumdurlar.

70

Üzlərindəki o saxta təbəssümə aldanma sən. Üzlərindəki o təbəssüm, atdıqları qəhqəhələr və yaşamış olduqları dəlicə

əyləncəli həyat daim içlərində gizlənən narahatlığı gizlətmək üçündür. Mənim bu binanın bizim təvazökar küçəmizdə ti-kilməsindən duyduğum narahatlığa gəldikdə isə, sənin dü-şüncələrinlə mənim düşüncələrim bir- birindən çox fərqlənir.

Bəli, bu bina Hüzur küçəsinin dincliyini pozacaq. Amma hansı cəhətdən? Bir dəfə əgər mənzillərə köçəcək ailələr həyat tərzləri ilə əcnəbilərdən fərqlənməyəcəklərsə, hər şeydən əvvəl İstanbul içində hansı formadasa pozulmadan qala bilmiş, köhnə adət – ənənələrə sədaqəti sarsılmamış, qiymətli əxlaq və fəzilət dəyərlərini eynilə mühafizə edə bilən, məmləkətin yeganə küçəsi olaraq fəxr edib üzərində titrədiyimiz bu bənzərsiz və təvazökar küçəmiz üçün bu bina həqiqətən də böyük zərərdir …

Çünki bizim uşaqlarımız, onların uşaqlarını, bizim gənc qızlarımız, onların gənc qızlarını və bizim xanımlarımız da onların xanımlarını görə-görə, zamanla küçəmiz bu günkü vəziyyətindən uzaqlaşacaq, get-gedə pozulacaq. Nə deyib atalarımız: atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar. Bax, belə, anacan. Oğlunun yeganə narahatlığı bundandır.

Yaşlı qadın minnətdarlıqla oğluna baxdı. Sonra böyük bir olğunluqla, səmimi bir etiraf etdi: '

– Bu yaşımda mənim sənə verməli olduğum dərsi, sən mənə verdin, oğlum. Allah səndən və səni bu qədər şüurlu və yüksək imanlı bir gənc kimi yetişdirən o İslami əsərlərin sahibindən razı olsun. Həqiqətən, sənin bu həqiqətin ifadəsi olan sözlərini dinləyənə kimi içimdə həmişə gələcək günlərin qəribə qorxusu və əzikliyi var idi. Yeni tikilən 71

binaya köçəcək olan müasir ailələr tərəfindən aşa-ğılanmaqdan, bizə yuxarıdan aşağı baxmalarından qorxurdum. Amma sənə qulaq asandan sonra, onların qarşısında kiçilməməli olduğumuzu, əksinə başıuca gəzməli olduğumuzu anladım. Sən, hər sözündə bir cövhər gizlənən möcüzə bir insansan, Bilalım … Həmişə deyirəm. Bu gün də

bir də səninlə fəxr etdiyimi demək istəyirəm, oğlum…

Bilal anasının bu səmimi etiraflarından sonra "aşağılıq duyğusu" sözü haqqında uzun-uzadı düşünməyə başladı.

Nə qədər acı bir həqiqətdir. Bu yaşlı-başlı, şüurlu və imanlı bir qadın belə bir duyğuya qapılırsa, onda gör binaya köçəcək sakinlərin müasir həyatları qarşısında küçənin yeniyetmə qızları və gənc xanımları nə vəziyyətə düşə-cəkdilər?…

Məmləkətimiz başdan başa həmişə bu sistemlə öz yönünü itirmişdi, dininə, adət və ənənələrinə sıx bağlı olan xalqımız hamısı bu sistemlə İslami prinsip və həyat tərzindən məhz bu cür uzqlaşdırılmışdı. Qadınları qızları örtülü, xalqı bütünlüklə İslami əmrlərə riayət edən tərtəmiz, sakit bir qəsəbə var ki hardasa?.. Əgər varsa oranın da digər pozulmuş qəsəbə və şəhərlər kimi olmasını təmin etmək üçün bütün qüvvələrini səfərbər edirlər. Bunu etmək üçün əllərində çox sadə çarələr var… O qəsəbədə ən kiçik bir tarixi qiymətə sahib tikili varsa və ya mənzərə etibarilə təbii bir cazibəyə sahibdirsə, ora dərhal turistik yer kimi elan edilir.

Otel və motel inşa edilərək ədəb və əxlaq qaydalarını heçə

sayan çimərlik paltarında gəzən turistlərin bura axını təmin edilir. Ya hərbi, ya da nəsə qeyri hər hansı bir idarə buraya köçürülür, inşa edilən müasir yataqxanalarda xanımları, qızları qısa ətəkli, özləri içki düşkünü və qumarbaz olan 72

böyük şəhərdən gətirilmiş mənəviyyatsız məmur və idarəçilər qalmağa başlayırdı. Və ya ən mükəmməl və təsirli çarə olaraq, "gənc qızları maarifləndirmək" adı altında orda bir Qızlar İnstitutu yaradılır; məktəbin başına açıq saçıq, makiyajlı, mənəviyyatsız və heç bir müqəddəslik tanımayan müdirə xanım gətirilir müəllimələr isə mini yubkalı qadınlar ibarət olurdu. Belə bir qəsəbənin beş-altı ildən sonrakı vəziyyətini artıq özünüz düşünün!

Artıq qəsəbənin bircə yaşlı qadınları başını örtür. Gənc xanımların və yeniyetmə gənc qızların ümumiyyətlə baş

örtülərini bir kənara tullayıb, başları, qolları, boyunları açıq və mini yubkalı bir müasir (!) insan olan bu xaricilərə qarşı özlərini daha müasir, daha məlumatlı göstərmək istəkləri bir-iki il içində bu qəsəbənin sadə və əxlaqlı çöhrəsini dəyişdirib onu da digər yerlərdə olduğu kimi özündən uzaqlaşdırıb həmin qəsəbəni yerlə bir etməyə kifayət edəcək bir səbəb idi. Və bu böyük məmləkət, bu dinə, mənəviyyata arxasını çevirən bir balaca təlxək qrupunun qarşısında duyulan "aşağılıq kompleksinin” oduna yanmışdı.

İndi küçələrində tikilən bu böyük bina Bilalın gözünə

bir vəba mikrobu kimi təhlükəli görünməkdə idi. İllərin sıradan çıxara bilmədiyi Hüzur küçəsi üçün bu binanın, irəlidə bir çox problemlərə yol açacağını düşünən imanlı gəncin kədəri hər an bir az da artmaqdadır. Dərhal qərara aldı. Müəzzin Sədi xoca ilə məsləhətləşdi. Və özünün fikir müəllimi tərəfindən də təsdiq və təqdirlə qarşılanandan sonra hərəkətə keçib, binaya hələ heç kimsə köçməmişdən bir gecə şam namazı sonrası bütün küçə sakinlərini məsciddə

bir yerə toplayaraq, bir neçə pilləkənlə çıxılan minbərə qalxıb oturdu.

73

Xanımlar və gənc qızlar qadınlar üçün pərdələrlə ayrılmış arxa hissədə dizləri üstə oturub Bilalın "mühüm bir mövzu" kimi bəhs etdiyi nitqini dinləmək üçün hazır dayanmışdılar. Kişilər də eyni maraq və həyəcan içində bir-birlərinə baxırdılar. Çünki, bu, Bilalın məsciddə oxuduğu ilk xütbə idi. Elə isə ortada ciddi nəsə mühüm bir məsələ var idi… Bilal:

– Allahın və Rəsulullahın salamı üstünüzə olsun. – deyərək sözünə başladı: – Küçəmizin könülləri zəngin olan sakinləri, möhtərəm qardaşlarım və bacılarım! … Bu gün sizləri fövqəladə bir şəkildə məscidimizə toplamağımız yəqin ki, istər-istəməz marağınıza səbəb olub. Bir an əvvəl mövzuya girməklə, narahatlığınızı ortadan qaldıracağam.

Əvvəla hamımızın bildiyi bir məsələdir ki içində illərdir köhnəlməyən bir rahatlıqla yaşadığımız, dərd, fəlakət, kədər və sevinclərimizi həmişə birlikdə paylaşdığımız bu küçə, əxlaqi cəhətdən hər gün bir az da pozulmaqda olan cəmiyyətin nəzərində köhnə dövrdən qalma qiymətsiz bir antikvar kimidir. Bizlər, Hüzur küçəsi sakinləri olaraq gən-cimizlə, yaşlımızla, qadınımızla, kişimizlə bu qiymətli antik-varı gözümüzün bəbəyi kimi sona qədər hər cür təhlükədən qorumağa, maddi və mənəvi təxribatdan mühafizə etməyə

borcluyuq.

Bilirsiniz ki, küçəmizə, təvazökar evlərimiz arasına yeni bir bina, böyük və müasir bir bina tikilib. Allah küçəmiz üçün xeyirli etsin. Dua edək ki bu binaya köçənlər bu küçə

sakinlərinin əxlaqına zidd düşüncəli və hərəkətli insanlar ol-masınlar. İmanlı, dininə bağlı, mühafizəkar insanlar kimi bizlərə qonşu olsunlar. Ancaq bu günkü cəmiyyət içində 8-10 mənzilli bir binanın bütün mənzillərinin imanlı və mü-74

hafizəkar insanlar tərəfindən alınması, təəssüf ki, az qala qeyri-mümkündür.

Bu baxımdan, bura köçənlərin əksəriyyətinin kosmo-polit, yəni mənəviyyatdan xəbərsiz, qərbin təqlidçisi, bununla da özünü əslli-nəcabətli hesab edəcəyini nəzərə alaraq, gözəl küçəmizin, nəcib çöhrəsinin zamanla dəyişə narahatlığı içində bəzi mövzulara təmas etmək yerində olacaq.

Görəcəksiniz, bir müddət sonra küçəmizə əşya dolu yük maşınlarının biri gəlib biri çıxacaq. Bu yük maşınlarının içindən şahanə kreslo komandaları, lüks yataq otağı və yemək komandaları, qiymətli xalçalar və çilçıraq və daha bir çox bahalı, dəbdəbəli, şatafatlı əşyalar enəcək. Gərək bu bir-birindən qiymətli və dəbdəbəli əşyalar, istərsə də geniş

pəncərələrə ilişən ağır ipək pərdələr, neylon tüllər, ola bilər ki, yeni yetişən gənc qızlarımızın və bəzi gənc xanımların ürəyini qabardıb içlərində bir növ həsəd duyğusuna yol aça bilər. Başlanğıcda olmasa belə gələcəkdə onlarda bəyən-mədiyimiz bir sıra şeylər bizə cazibədar görünüb öz həyat tərzimizə, onların həyat tərzlərinə, öz qiyafələrimizi onların qiyafələrin bənzətmək meyli ürəklərimizdə oyana bilər.

Buna indidən şübhəsiz gözüylə baxa bilərik ki, mənzillərə köçən insanların çoxu bizə yuxarıdan aşağı baxacaq, hətta geyim, hərəkət və düşüncələrimizə görə bizə lağ

edəcəklər…

Möhtərəm qardaşlarım, öz dinlərinin qaydalarına arxalarını çevirdikləri üçün özlərini mədəni və dinimizin əmrlərini, həqiqi müsəlmanlığa yaraşan formada yerinə gətir-diyimizdə görə bizi cahil, sadə, mədəniyyətsiz və mürtəce kimi qəbul etməyə alışmış bu insanlara qarşı lazım olan in-75

sani və İslami vəzifələrimizi yerinə yetirməklə birlikdə, son dərəcə ayıq olmağımız da vacibdir.

Gəlin, Hüzur küçəsinin sakinləri olaraq izzətimizdən zərrə qədər fədakarlıq etməyəcəyimizə, həmişə bir yerdə

olacağımıza, burada hamımız birlikdə and içək… Küçəmizin möhtərəm xanımları və dəyərli bacılarımız əsla onlara ah çəkib baxmasınlar. Onların solmuş basma pərdə-ləri arxasındakı hər biri nə qədər zəhmətlə, göz nuru ilə iş-lənmiş yastıqlar, divan örtükləri və müxtəlif naxışlı örtüklərlə bəzəmiş olduqları təvazökar evləri, digərlərinin yanında məna etibarilə daha çox qiymətli və məqbuldur.

 

İmanlı xanımlar və gənc qızlar hər zaman təvəkkül edən və qənaətcil olan xanımlar kimi tarixdə özləri üçün müstəsna yer işğal ediblər… Qənaət qadının zinətinin tacıdır… O, maddi olan hər əşyadan daha qiymətli və daha önəmlidir sözün həqiqi mənasında… Paltar məsələsinə gəldikdə isə, küçəmizin əxlaqlı insanları geyimli, imanlı və nəcib gənc qız və

xanımlarımızın,

Avropanın

küçə

fahişələrinin

ge-

yindiklərindən fərqi olmayan paltarlarda küçəyə çıxan, açıq-saçıq, mini yubkalı səfil qadın və qızlara qibtə nəzərləri ilə

baxaraq, bu əcaib paltarlı qadın və qızları özlərinə nümunə

götürəcək qədər kiçiləcəklərini qətiyyən düşünmürlər…

Qısacası, bu küçənin şərəfini, namusunu, iffətini, izzət və həyasını qorumaq və İslami yaşayış və prinsiplərimizə ən kiçik bir xələl qatmamaq yolunda, bu gündən etibarən bir-birimizlə yarışa girməli, ən kiçik səhv və ya birimizin o tərəfə meyil etdiyimizi görəndə, dərhal incitmədən xəbərdarlıq etməliyik, qardaşlarım …

Mənim deyəcəklərim bundan ibarətdir. Hamınıza ən böyük cihad olan nəfs mübarizəmizdə müvəffəqiyyətlər ar-76

zu edirəm. Bundan başqa mənə qulaq asdığınıza görə çox sağ olun, Allah razı olsun!…

Bilalı minbərdən kişilər öz çiyinləri üstündə düşürt-dülər. Məscidin içi qaynar qazana çevrilmişdi elə bil.

Hər kəs bir şey söyləyirdi:

– Allah razı olsun! …

– Küçəmizin iftixarı, var ol! …

– Allah səni vətənə və bizlərə çox görməsin!…

– Söz veririk və and içirik. Küçəmiz 40 il sonra da, eyni vəziyyətdə olacaq.

Kişilərdən sonra çölə çıxan qadınların gözləri də yaşarmışdı. Məsciddən çıxan hər kəs, Bilalın bu çıxışından nəsə

qazanaraq qayıdırdı evinə.

Bilal də ürəyinin bir tük kimi yüngülləşdiyini hiss edirdi. Sanki çiyinlərindən böyük və məsuliyyətli bir yük atılmış

kimi rahatlamışdı.

77

***

Bir müddət sonra Bilalın məsciddə dedikləri bir-bir həyata keçməyə başlamışdı. Evlərin şüşələrindəki "SATILIR"

yazıları bir-bir silinir və təmizlikçi qadınlar geniş şüşələri tərtəmiz partladırdılar. Bir neçə gün aradan sonra geniş ev qapısının qarşısında əşya yüklənən yük maşınları dayanır, bir-birindən dəbdəbəli, bir-birindən lüks əşyalar, qayğı ilə

içəriyə daşınırdı. Başqa bir küçədə olsa, yeni köçənlərin əşyalarını görmək üçün küçənin bütün qadınları pəncərələrə

yığışar, sonra da aralarında "o var idi, bu yox idi!" -

formasında əşyaların və köçənlərin dedi-qodusu edilərdi.

Mənzilə köçənlər də bunun hər yerdə belə olduğunu bildiklərindən, hamballara yüksək səslərlə: "Ah, o ştativlər elə – belə deyil e, laklıdır, laklı… Fikir verin! … Tualet stolunun güzgüsünü aman bir yerə çırpmayın …" qışqırır , guya özlərini qonşularına nümayiş etdirirdilər. Lakin bir də

başlarını qaldırıb evlərin pəncərələrinə göz atanda, pəncərədən heç kimin baxmadığını görəndə dəli olurdular.

Onlara verilən maddi nemətlərlə ətrafındakılara hər zaman özlərini göstərməyə öyrəşmiş olan bu materialist insanlar, qarşılarındakının qibtə duyğularını qabartmaqdan, niyəsə, sadist bir zövq alardılar. Amma, bu küçədə, o gözəl əşyaları göstərə biləcəkləri heç kim yox idi demək olar ki…

Hüzur küçəsinin bütün gənc qızları və xanımları, Bilalın məsciddəki söhbətindən sonra aralarında qərar vermişdilər: Küçəyə əşya yüklü bir yük maşını girəndə, heç kim pəncərədən baxmayacaq, hər kəs uşaq-muşağını yığaraq arxa eyvanına və ya arxa otaqlardan birinə çəkiləcəkdilər.

78

Beləcə, hər şeyi maddə ilə ölçməyə çalışan zənginlikləri ilə

öyünən yazıqlara layiq olduqları gözəl bir dərs veriləcəkdi…

Və necə ki, elə də oldu. Qadınlar, binaya köçənlərə heç fikir də vermədilər və nəfslərinə qarşı apardıqları mübarizədən alnıaçıq çıxdılar. O gözəl xalçalar, kreslolar, zərli ştativlər, çilçıraqlar yük maşınından endiriləndə nə bir qadın, nə də

bir gənc qız, maraq xatirinə də olsa pəncərənin ətrafında belə

gəzməyi özünə sığışdırmadı.

Küləksiz, sakit bir payız günü idi. Sədat bəyin qapısının ağzında mavi rəngli bir avtomobil dayandı. Avtomobilin hər yanı çəhrayı və ağ qərənfillərlə bəzədilmişdi. Açılan qapıdan əvvəl gicgahları bir balaca çallaşan, qara paltarlı yaraşıqlı bir kişi düşdü. Bu, dr. Nazim bəy idi. Getdi, avtomobilin arxa qapısını açdı, biri yaşlı, digəri gənc iki qadının enməsinə

kömək etdi. İki qadın evdən içəriyə girən kimi Nazim həkim yenə avtomobilə əyləşdi və gözləməyə başladı. Çiçəklərlə

bəzəkli avtomobilin ətrafına bir an içində xeyli uşaq top-laşmışdı. Bəzəkli gəlin maşını onlara hər şeydən daha cazibədar və seyrə layiq görünürdü. Pəncərələr də qadınlar və qızlarla dolu idi. Taxta evlərin pəncərələrindəki xanımların hamısı örtüklü və uzun paltarlı qadınlar və qızlar idi. Binanın pəncərələri isə dekolte paltarlı, bir-birindən açıq

– saçıq geyinmiş qız və qadınlarla dolu idi. Hər kəs maraq içində gəlinin çıxışını görmək istəyirdi… Demək olar ki, hamısı eyni düşüncədə olduqları üçün binadakılar qısa bir müddət ərzində bir-biri ilə çox gözəl münasibət yarat-mışdılar. Vəkilin xanımı sarışın Gülhan xanım, ikinci mərtəbədəki atası bankda işləyən hüquqşünas qıza səsləndi:

– Ülkər, nə deyirsən, ayağımız uğurlu gəldi e, deyəsən.

Baxın da, qızlar arxa arxaya gedirlər. Elə keçən gün 79

yanımızdakı evin kiçik qızını gəlin apardılar. Çox kiçik idi yazıq qız…

– Bu da elədir, Gülhan xanım, böyük göstərir, amma, yaşı çox kiçikdir qızın…

– Adı nədir?

– Şükrandır, – dedilər. Amma qızı gördüm. İnsan baxmağa qıymır. Çox gözəldir, həm də çox gözəl.

Üçüncü mərtəbədən belinə kimi aşağı sallanan Serpil dözə bilmədi və sözə qarışdı:

– Nə işə yarayır onun gözəlliyi! Qızcığaz öz gözəlliyini, bir köhnə yorğan altında gizlədir, görmürsünüz? Mən də

gördüm bu dəfə özünü. Həqiqətən gözəl qızdır. Ata-ananın qorxusundan belə örtünmək olmaz düzü. Amma bununki elə də ata-ana qorxusuna da bənzəmir. Çünki ana və atasından qorxduğu üçün örtünən çox qız gördüm mən, ya pəncərə kənarında, ya tində – dalanda başlarını dərhal açırlar. Bu qız elə deyil… Dedim də… Bir az da öz axmaqlığıdır məncə…

Ülkər, başını yoldaşının pəncərəsinə doğru qaldırdı:

– Bilirsənmi, dedi, qızın başındakı örtüyü, ayağındakı qalın corabları bir kənara tulla… saçlarını atsın çiyinlərinə…

Bir də dəbdə olan mini yubka geyindirirsən, vəssalam da…

– Yox… bu qız axmaqdır. O gözəllik məndə olacaqdı ki

– Serpil, bunlar cahil insanlardır … Çox da fikir verməyək gəlin. Mən bilirsiniz nəyə heyrətlənirəm: belə bir qız, belə mədəni yaraşıqlı bir kişiyə gedir. Bilirsiniz ki, bəy böyük bir həkimdir. Üstəlik, varlı-hallı bir adamdır…

– Qəribədir, Ülkər, belə münəvvər bir həkim belə sadə

və üstəlik başıbağlı bir məhəllə qızında nə görüb axı?

80

Ülkər israrla hələ də:

– Əşşi, boş ver, ziyalını, varlını. Elə yaraşıqlı olması kifayət edir. İnsan inana bilmir heç cür… Bax, bax…

Avtomobildən çıxdı. Elə yaraşıqlıdır ki…

Bu dəfə Serpilin bacısı sözə qarışdı:

– Düz deyirsən ki, Ülkər, o bürünən köhnədən qalma qızı istəyən bu adamdır? Üstəgəl də həkimdir … Bu qədər də

olmaz axı… Ay qız, oğlanda ağıl yox imiş ki…

Ülkər:

– Eh, Süha. Heç də zənn etdiyin kimi deyil. Kişi əməlli başlı ağıllıdır. Belə gözəl bir qızı görüb hansı kişi vurulmaz?

Evləndikdən sonra qızın başında örtü qoyar o, qalsın?

– Düzdür… Çoxu belə edir onsuz da. Bizim yaxın bir dostumuz da belə elədi. Başıbağlı, çox gözəl bir qızı aldı, üç gün sonra başını açdırdı. İndi xanımı görənlər tanıya bilmir.

Bir müasir, bir müasir ki, dəhşət…

Bu əsnada Şükrangilin qapısının ağzında təlaşlı bir qaç-haqov başladı. Bir neçə qadın, əllərindəki iki böyük ağı qapının qarşılıqlı iki tərəfindən, qapının ağzında dayanan gəlin avtomobilinə kimi uzadaraq, pərdə kimi çəkdilər. Beləcə qapının ağzından, avtomobilə kimi kiçik bir dəhliz meydana gəlmiş oldu.

Binadakılar, heyrət və maraq içində idilər … Aaa …

görəsən niyə belə edirlər bunlar?

– Necə yəni, indi biz gəlini görə bilməyəcəyik?

– Qızım, bu qədər fanatizmə həkim bəyimiz necə göz yumur, bəs?

– Kişi neynəsin, qızlar? Çox da üstünə getməyin. Körpünü keçənə kimi ayıya dayı demək lazımdı ya yox?!..

81

Nəhayət Şükran, əlində geniş bir ağ çətir, duvağını sürüyərək qapıdan çıxdı. Çətir onu yuxarıdan baxan nəzərlərdən qorumaq üçün olmuş gözəl bir çarə idi ..

Yuxarıdan gülüşmə səsləri gəlirdi… Ülkər, qəhqəhə