Nilsin vəhşi qazlarla səyahəti

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

BÖYÜK DAMA-DAMA PARÇA

Oğlan çaşqınlığdan özünü elə itirmişdi ki, özünə gələ bilmək üçün bir müddət zamana ehtiyac duydu. Külək qulağının dibində ulayır, uzunu-gözünü yalayırdı. Qazanın hər qanad çalması, lələklərin küləyin təsirindən tərpənməsi isə onun üçün fırtına effekti yaradırdı.

Onun ətrafında düz on qaz fısıldayaraq, qanad çalaraq uçurdular. Onlar onun gözü qarşısında rəqs edir, müxətlif səslər çıxarır və əylənirdilər. Oğlan qazların yüksəkdən yoxsa alçaqdan, yaxud hansı istiqamətə doğru uçduqlarından tamamilə bixəbər idi.

Bir müddət keçəndən sonra oğlan bir qədər sakitləşib özünə gəldi. o başa düşdü ki, qazların onu hara götürdüyünu öyrənməlidir. Amma bu elə də asan deyildi. Çünki o cəsarətini yığıb o hündürlükdən aşağı baxa bilmirdi. Əmin idi ki, buna cəhd eləsə ürəyi elə həmin dəqiqə yatacaq.

Vəhşi qaz sürüsü elə də hündürdən uçmurdu, çünki onların yeni səyahət yoldaşları hündüdəki seyrək havada boğula bilərdi. Onun xətrinə onlar bu dəfə həmçinin bir qədər aşağdan uçurdular.

Nəhayət oğlan cəsarətini toplayıb bir gözü ilə aşağı baxa bildi. Sonra oğlan elə təsəvvür elədi ki, sanki o böyük, dama-dama bir parçanın üzərinən uçur.

– Bura haradır? Mən indi hara uçuram? O öz-özünə sual verdi.

O aşağıda yalnız bir-birinin üzərində olan damalar gördü. Bəziləri enli idi və kəsişirdi bəziləri isə uzun və ensiz idi. Aşağıdan ancaq bucaqlar və künclər nöqtə kimi görsənirdi. Başqa heç nə! Nə dairəvi nə də əyri bir obyekt nəzərə çarpmırdı.

Bu nə cür damalı parçadır belə? Oğlan sual verdi. Oğlan soruşdu, amma bu sualına heç kəsdən cavab gözləmədi.

Amma qəfildən onu dövrəyə alan vəhşi qazlar çığırdılar: Sahələr və çəmənliklər! Sahələr və çəmənliklər!

Həmin anda o başa düşdü ki, bayaqdan ona yuxarıdan dama-dama parça kimi görünən yerlər cənubi İsveçin düzəngah əraziləri, zəmiləri imiş və oranın niyə belə çoxrəngli və dama-dama görünməyini artıq başa düşməyə başlayırdı. O ilk əvvəl parlaq yaşıl damaları tanıdı, onlar payızda biçilən çovdar sahələri idi. Qış qarının altında qaldıqlarından yaşıl rənglərini qorumuşdular. Sarımtıl boz damalar isə küləş sahələri idi, öncəki yay orada bitən yulaf bitkisinin qalıqları. Qəhvəyi görsənənlər bildirdən qalan yonca idi. Qara dama kimi görünənlər isə tərk edilmiş otlaq sahələri, yaxud da şumlanmış taxıl zəmiləri idi. Sarı çıxıntılı qəhvəyi damalar yüz faiz fıstıq meşələri idi. Orada sən həmçinin meşənin ürəyində bitən, qışda isə çılpaqlaşan nəhəng bir ağaca da rast gələ bilərsən. O ağacı dövrəyə alan fıstıq ağacları isə öz quru, saralmış yarpaqlarını yazın gəlişinə kimi qoruyub saxlaya bilirlər. Yuxarıdan həmçinin ortası boz olan qara damalar da görsənirdi. Onlar böyük insanların tikdiyi mülklər idi, ətraflarında isə damlarına saman döşənmiş balaca kotteclər nəzərə çarpırdı. Evləri bir-birindən daş arakəsmələr ayırırdı. Qəhvəyi sərhədlərin arasında yaşıl damalar da gözə dəyirdi. Onlar meyvə bağları idi, oradakı ot xalısı artıq yamyaşıl rəng almışdı. Digər tərəfdən isə onları əhatə edən ağaclar və kollar isə hələ də çılpaq qəhvəyi rənglərini qoruyub saxlamışdılar.

Yuxarıdan hər şeyin belə dama-dama görsənməyinə oğlan uğunub güldü.

Amma vəhşi qazlar onun belə gülməyini görəndə sanki onu məzəmmət edirmişlər kimi hamısı bir ağızdan : Məhsuldar və yaxşı torpaqlardır, məhsuldar və yaxşı torpaqlardır dedilər.

Oğlan artıq ciddiləşmişdi. Nəyə gülürsən? O özünə dedi. Hansı gününə gülürsən? Sən ki, bir insanın qarşıla biləcəyi ən böyük bədbəxtliklə qarşılaşmısan. Və bir anlıq o çox ciddi bir sima aldı. Amma çox keçmədən yenidən uğunub getdi.

İndi o artıq həm hündürlüyə həm də sürətə bir qədər alışmışdı və belədə erkək qazın lələyindən bərk-bərk yapışarkən başqa şeylər barədə də düşünə bilirdi. O şimala doğru uçan neçə-neçə quş dəstəsinə göz qoydu. Səma köç edən quş dəstələri ilə dolu idi. Dəstələr bir-birinin yanından keçərkən qışqırır, salamlaşırdılar.

– Hə, siz onda bugün gəlmisiniz. Onlardan biri soruşdu. Hə, bu gün qazlardan biri cavab verdi. Səncə bu yaz necə keçir?

– Ağaclarda bir dənə də olsun yarpaq yoxdur, göllərin suyu isi buz kimi soyuqdur.

Qazlar yarıçılpaq ev quşları görən kimi çığır-bağır salır onları da yuxarı, özləri ilə uçmağa səsləyirdilər. sonra isə soruşurdular:

– Buranın adı nədir? Qazlar soruşdu

Bu zaman isə xoruzlar başlarını yuxarı qaldırıb cavab verdilər:

– Buranın adı bu il Lilleqardedir. Keçən il də bura belə adlanırdı. Keçən il də bura belə adlanırdı.

Evlərin əksəri Skonedəki adətə görə sahiblərinin adları ilə adlanırdı. Amma bu “Per Matssonsun evidir”, Bu Ola Bussonun evidir” deməkdənsə xoruzlar bu evləri öz dillərinə uyğun çağırmağa üstünlük verirdilər. kasıb kotteclərə aid olan balaca fermalarda yaşayanlar isə cavab verirdilər:

– Bu yerin adı Qeyskasdır. Ən kasıb daxmalara məxsus olanlar isə qışqırırdılar:

– Bu yerin adı “yeməyə bir şey yoxdur”, “yeməyə bir şey yoxdur”, “yeməyə bir şey yoxdur”

Ərazisi böyük, gözəgəlimli fermalar xoruzlardan yüksək səslənən yaxşı adlar qazanmışdılar: “ Xöşbəxt çəmənlik” “Yumurta sahili” yaxud da “Pul vadisi” kimi…

Amma varlı malikanələrin xoruzları özlərini çox yuxarıdan aparırdılar. Onlar yaşadıqları yerin adını elə ucadan çığıraraq deyirdilər ki, sanki səslərinin günəşə kimi gedib çıxmasını arzulayırdılar: Bura Herr Diybekin malikanəsidir. Keçən il də bura belə adlanıb, ondan əvvəlki il də.

Bir az irəlidə isə bir xoruz boynunu göylərə dikib banlayırdı: Bura Svanholmdur! -Əlbəttə ki, bütün dünya bunun belə olduğunu bilir.

Oğlan fikir verib başa düşdü ki, qazlar yalnız düz istiqamətdə uçmurlar, onlar ölkənin cənub rayonları üzərində ziqzaqvari, gah o tərəfə gah bu tərəfə uçuşlar həyata keçirirlər. Onlar sanki yenidən Skonedə olmaqdan çox məmnun idilər və buradakı hər bir yaşayış məntəqəsinə öz hörmətlərini çatdırmaq arzusunda idilər.

Onlar bir yerə gəlib çıxdılar, burada yöndəmsiz tikilmiş çoxsaylı binalar, uzun-uzun bacalar, ətrafda isə çoxsaylı balaca evlər vardı. Bura “Yurdberqa şəkər təmizləmə” fabrikidir. Xoruzlar qışqırdı. Qazın üstündə oturan oğlan bu sözü eşidib əsməyə başladı. O gərək bu yeri tanıyardı, bura axı onun evindən elə də çox uzaqda yerləşmirdi.

O burada keçən il nəzarətçi kimi işləmişdi. Amma yuxarıdan baxanda hər şey başqa cür görsənir. Ona görə bu məkan ona fərqli görsənirdi.

Bir düşün. Sadəcə düşün! Keçən il balaca Mats və Osa onun dostları olmuşdur. Həqiqətən də oğlan onlardan xəbər tutsa çox xöşbəxt və sevincli olardı. Görəsən onlr haradasa buralarda idimi? Təsəvvür elə, onlar oğlanın onların başı üzərindən uçub getdiyinin fərqində olsaydılar nə edərdilər?

Tezliklə Yurnerqa gözdən itdi və onlar indi Svedala və Skaber gölünə doğru uçurdular, sonra geri qayıdıb Börinq manastırının üzərindən və Hokeberqdən keçəcəkdilər. Bu gün oğlan Skoneni əvvəlki illərdə heç görmədiyini qədər görmüşdü. Bu gün bir dəfədən daha artıq keçmişdilər buradan.

Vəhşi qazlar aşağıda ev qazları görəndə bu onlar üçün çox əyləncəli olurdu. Sonra onlar həddən artıq aşağı sürətlə uçur və qışqırırdılar:

– Gəlirsiz bizimlə? Gəlirsiz bizimlə?

Amma ev qazları bu təklifə belə cavab verirdilər:

– Bu ölkədə hələ qış bitməyib. Siz çox tez çıxmısınız. Uçun gedin geriyə. Uçun gedin geriyə.

Vəhşi qazlar daha da yaxşı eşidilmək üçün bir az daha alçaqdan uçaraq yenə çağırdılar: gəlin bizə qoşulun, biz də sizə üzməyi və uçmağı öyrədəcəyik.

Bu sözlərin müqabilində ev qazları dəliyə dönür və vəhşi qazlara heç bir cavab vermirdi.

Vəhşi qazlar asta-asta yerə doğru yaxınlaşıb elə uçmağa başladılar, adama elə gəlirdi ki, bu dəqiqə onlar torpağa toxunacaqlar, amma birdən-birə də ildırım sürətiylə qanad çalıb yenidən yüksəklərdən uçmağa davam etdilər. sanki onlar nədənsə qorxdular. Oh, oh, oh, onla qışqırdılar. Bu varlıqlar qaz deyillər ki. onlar yalnız qoyunlardır. Onlar yalnız qoyunlardır.

Aşağıdakı heyvanlar isə əsəbdən özlərinə yer tapa bilmirdilər. Onlar uçan vəhşi qazlara tərs-tərs baxıb dedilər:

– Sizi görüm ovçu gülləsinə tuş gələsiniz! Dəstəniz qırılsın, dəstəniz qırılsın!

Oğlan bütün bu sataşmaları, söz mübarizəsini eşidəndə güldü. Sonra başına gələn hadisə yadına düşdü və onu ağlamaq tutdu. Amma növbəti anda o artıq yenidən gülürdü.

Əvvəl o ömründə heç bir dəfə belə sürətlə uçmamışdı. Amma digər tərəfdən də o hər zaman sürətli və ucadan uçma arzusunda olmuşdu. Və əlbəttə ki, onun heç ağlının ucundan da keçməzdi ki, yuxarıda belə təravətli və gözəl hava ola bilər. Yerdən göylərə belə gözəl qatran və torpaq iyinin ucalmasını da o təsəvvür etmirdi. Göylərdə uçmaq, bu qədər hündürdən yeri müşahidə etmək onun xəyal edə biləcəyi bir gerçəklik deyildi. Bu şəkildə uçmaq yüngüllük, dərdi-səri unutmaq, pis düşüncələrdən uzaq olmaq demək idi…

İKINCI BÖLÜM

KEBNEKAYSEDƏN OLAN AKKA

Vəhşi qazlarla ölkənin cənub torpaqları üzərində dövrə vurmağa ona icazə verdikləri üçün böyük cavan ev qazı çox fəxr edirdi. O birlikdə uçduğu vəhşi qazlarla arabir zarafatlaşmağa da imkan tapırdı. Amma hər nə qədər də xöşbəxt olsa axşam düşdükcə o özündə yorğunluq hiss eləməyə başladı. O hər nə qədər də dərindən nəfəs almağa və tez-tez qanad çalmağa cəhd eləsə də vəhşi qazların uçuş sürəti ilə ayaqlaşa bilmir, onlardan geri qalırdı.

Dəstənin axırında uçan qazlar bu ev qazının artıq yorulduğunu və geri qaldığını müşahidə edən kimi dəstənin ortasında uçan rəhbər qaza bu barədə məlumat verdilər: Kebnekaysdan olan Akka! Kebnekaysdan olan Akka!

– Hə, nə istəyirsiz? Rəhbər qaz cavab verdi.

– Ağ qaz dala qalacaq! Ağ qaz dala qalacaq!

– Ona deyin ki, sürətli uçmaq yavaş uçmaqdan daha asandır. Rəhbər qaz bu sözləri deyib heç nə olmamış kimi uçuşuna davam etdi.

Əlbəttə ki, erkək ev qazı deyilən məsləhətə əməl etdi və sürətini artırmağa çalışdı. Amma tezliklə o elə yoruldu ki, artıq qanad çala bilmədi və sürətlə aşağıya, çəmənliklərə və qol-budaqlı söyüd ağaclarına doğru enməyə başladı.

 

Kebnekaysdan olan Akka! Kebnekaysdan olan Akka!

Dəstənin sonunda uçan və ev qazının üzləşdiyi çətinlikləri yaxından görən qazlar çığırdı.

– Hə, yenə nədir, nə istəyirsiz məndən? Rəhbər qaz dedi. Bu dəfə o həddən artıq acıqlı səsləndi.

– Ağ qaz daha çatdırmır, o yerdə düşəcək. Vəziyyəti pisdir.

– Ona deyin ki, hündürdən uçmaq alçaqdan uçmaqdan daha asandır. Rəhbər qaz bu sözləri heç geri çevrilmədən dedi və yoluna əvvəlki kimi davam etdi.

– Erkək ev qazı bu məsləhətə də əməl etməyə çalışdı amma hündürə qalxanda külək onu elə vurdu ki, az qala sinəsindəki tüklər yanacaqdı.

– Akka! Akka!dəstənin sonunda uçan qazlar yenidən rəhbər qaza xitab etdilər.

– İmkan verməyəcəksiz mən rahat uçum? Rəhbər qaz bu dəfə əvvəlkindən də acıqlı çımxırdı.

– Ağ qaz bu dəqiqə yerə düşəcək.

– Ona deyin ki, əgər dəstə ilə uçmaq üçün kifayət qədər güclü deyilsə, o zaman evə qayıtsa yaxşıdır. Rəhbər qaz qışqırdı. Onun əlbəttə ki, sürətini azaltmaq fikri yox idi və o yoluna əvvəlki kimi davam etdi.

– Hmm. Demək məsələ bu imiş. Ev qazı elə o anda başa düşdü ki, rəhbər qazın onu özü ilə Laplandiyaya aparmaq fikri yox imiş. O sadəcə olaraq onu şirnikləndirib evdən çıxartmaq istəyirmiş. Vəssalam!

O hiddətləndi. Bu dəmdə gücünü itirmək ona çox ağır gəlirdi. Belədə o bu özündənrazılara ev qazlarının gücünü, nəyə qadir olmasını göstərə bilməyəcəkdi. Onda belə çıxırdı ki, ev qazları heç nəyə yaramırlar. Amma işin ən pis tərəfi o idi ki, o Akka adlı rəhbər qazla bəhsə girmişdi. Bu çox xüsusi məqam idi. O ev qazı olsa da Akka adlı rəhbər qaz barədə eşitmişdi. Onun yaşı yüzdən artıq idi. Onun elə gurultulu adı vardı ki, dünyanın ən yaxşı vəhşi qazları belə onun arxasınca gedirdi. Amma Akkanın və onun dəstəsinin bu ev qazına olan nifrətləri açıq-aşkar hiss olunurdu və erkək ev qazı çox böyük məmnuniyyətlə onlarla bərabər olduğunu bu özünü bəyənmişlərə göstərərdi.

O geri qayıdıb-qayıtmamağı, sonra kimi dəstə ilə uçub-uçmamağı beynində götür-qoy edərək dəstənin lap axırında asta sürətlə uçurdu. Nəhayət sonda onun belində oturan balaca varlıq dedi:

– Əziz erkək qaz Morten. Sən bilirsən axı, sən heç zaman bu qədər məsafə uçmamısan, bu qədər uzaq yol qət edib vəhşi qazlarla bərabər Laplandiyaya uça bilməyəcəksən. Özünə qəsd etməmiş geri qayıtmaq sənin üçün daha yaxşı seçim olmazmı?

Amma fermerin oğlu ev qazının indiyə kimi tanıdığı ən pis varlıq idi və qaz başa düşəndə ki, onun belindəki bu fərasətsiz, balaca varlıq onun bu səyahəti gerçəkləşdirə biləcəyinə inanmır daha da hiddətləndi. Bu zaman o oğlana xəbərdarlıq etdi ki, əgər onun ağzından bir kəlmə daha çıxarsa yuxarıdan aşağı atacaq onu.

– Əgər bu barədə ağzından başqa bir kəlmə də çıxsa, səni növbəti üstündən uçacağımız arxa tullayacam! O bu sözləri deyəndən sonra onun qəzəbi ona elə bir qüvvət verdi ki, demək olar başqa qazlar kimi sürətli və hündürdən uçmağa davam etdi.

Onun bu tempi uzun müddət qoruyacağı az inandırıcı idi, buna heç ehtiyac da yox idi. Çünki bu anlarda sürətlə günəş qürub etməkdə idi, qaranlıq vaxtı isə vəhşi qazlar alçaqdan və asta sürətlə uçurlar. Oğlan və ev qazı nə baş verdiyini başa düşənə kimi vəhşi qazlar Vom gölünün sahilində yerə endilər.

Oğlan qazın belindən yerə hoppanıb düşündü: Yəqin ki, vəhşi qazlar gecəni burada qalmağı planlaşdırırlar.

O indi orta ölçülü gölün dar çimərliyində dayanmışdı. İndi bu gölə baxmaq heç də xoş deyildi. Qışdan qalan qalın buz qatı bəzi yerlərdə əriyib oyuqlar yaratmışdı, bəzi yerlərdə isə çatlar. Ona görə də çox pis bir mənzərə vardı. Onun önündə qara və kələ-kötür göl səthi vardı…

Buz artıq əriməyə başlamışdı. Bəzi yerlərdə parıldayan buz parçaları göl səthində üzürdü. Amma uzun sürən qışın qorxunc anlarını yada salmaq üçün bəzi qalın qara buz parçaları da gözə dəyirdi.

Gölün qarşı tərəfində isə seyrək evləri olan və açıq bir kənd vardı. Qazların endiyi yerdə isə sıx şam meşəsi qaralırdı. Adama elə gəlirdi ki, şam və küknar ağaclarının qışı özlərinə bağlı saxlamaq üçün sehrli gücləri var. Başqa hər yerdə torpaq çılpaq idi. Amma şap budaqlarının altında qalaqlanıb, bərkiyən qar artıq əriməyə başlayırdı, əriyirdi, donurdu, əriyirdi, donurdu. Buz kimi möhkəm olana kimi bu belə davam edirdi.

Oğlan arktik vəhşi təbiətdə gecələməli olduğunu düşündü. Bu fikir onun canını elə ürpəşdirdi ki, o çığırmaq istədi. Özünü çox ümidsiz və köməksiz hiss edirdi. Həm də çox ac idi. Bütün gün ərzində ağzına bir tikə də almamışdı. Amma indi yeməyə bir şey tapa bilərdimi buralardan? Mart ayında bu ərazilərdə nə ağacda nə də torpaqda yeməyə bir şey bitirdi.

Hə, o haradan yeməyə bir şey tapacaqdı, harada daldalanacaqdı, kim onun yatağını səhmana salıb səsləyəcəkdi? Bəs onu vəhşi heyvanlardan kim qoruyacaqdı?

Çünki indi günəş tam batmışdı, göl tərəfdən isə şaxta gəlirdi, hər tərəf qaranlığa büründüyündən ətraf daha da vahiməli bir görünüş alırdı. Soyuq, səssizlik və zil qaranlıq… Meşədən isə bu dəmdə vəhşi heyvanların qəribə səsləri gəlməyə başladı.

Bayaqdan göylərdə uçurdu, əhvalı da yerində idi oğlanın. İndi isə o bayaqkı yaxşı əhvaldan əsər-əlamət qalmamışdı. O ümidsizcəsinə ətrafa boylanır, yol yoldaşlarını axtarırdı.

Sonra isə oğlan baxıb gördü ki, erkən ev qazının durumu onunkundan daha betərdir. İndicə endiyi yerdə əllərini açıb uzanmışdı. Sanki ölməyə hazırlaşırdı. Boynunu da yerə söykəmişdi, gözlərini yummuşdu. Nəfəsi fısıltılı və ağır-ağır gəlirdi.

– Mənim əziz Morten qazım. Oğlan dedi. Gəl çalış bir-iki qurtum su iç. Buradan gölə cəmi iki addımdır.

Amma erkək ev qazı yerindən heç qımıldamadı da.

Oğlan zaman-zaman bütün ev heyvanlarına qarşı çox hörmətsiz və qəddar davranmışdı, bu qəddarlıqdan ara-sıra bu qaz da öz payını almışdı. Amma indi oğlan hiss elədi ki, bu yarımcan qaz yer üzərində onun yeganə həmdəmi və təsəllisidir. Bu baxımdan onu itirməkdən çox qorxurdu.

Oğlan qəflətən qaza tərəf gedib onu çəkməyə, sürüməyə, gölə doğru hərəkət etdirməyə çalışdı. Amma Morten çox ağır idi və bu iş həqiqətən də oğlan üçün çox məşəqqətli bir iş idi. Amma oğlan nəhayət bunu bacardı.

Erkək qaz birinci boynunu uzatdı. Bir anlıq o hərəkətsiz halda, orada sahildə uzandı. Bir an sonra başını suyun içərisində tərpətdi və ağzını su ilə doldurdu. Sonra isə o fəxarətlə qamışların arasında üzməyə başladı.

Vəhşi qazlar onun qarşısında göldə çimirdilər. Onlar ətrafa baxmırdılar və nə ev qazına nə də oğlana nəzər yetirdilər. Onlar çimir, dimdikləri ilə bədənlərini həşəratlardan, bitlərdən təmizləyirdilər.

Ev qazının bəxti gətirdi və levrək balığını dimdikləri ilə tutdu. Sonra o balığı gətirib oğlanın qarşısında minnətdarlıq hissi ilə qoydu.

– Sağol. Bu da sənə kömək etdiyin üçün hədiyyəm olsun.

Bu sözlər oğlanın bu gün ərzində eşitdiyi ilk xoş sözlər oldu. O özünü elə xöşbəxt, sevincli hiss elədi ki, istədi qollarını açıb qazın boynuna dolasın. Amma belə etmədi. O aldığı hədiyyəyə görə özünü xöşbəxt sanırdı. Birinci ona elə gəldi ki, çiy balığı yemək onun üçün mümkün olmayacaq, amma sonra qərara gəldi ki, sınasın.

Birdən yadına düşdü ki, şalvarının cibində bıçağı olmalıdır. Həmişə bıçağı arxa cibində saxlayırdı. Əlini cibinə atdı. Bıçaq orada idi, amma bıçaq o qədər balacalaşmışdı ki, lap kibrit dənəsi boyda idi. Bıçaq bu qədər balacalaşsa da, balığın pullarını təmizləməyə və onun içini yarmağa yetərli oldu. O balığı təmizləyib çiy-çiy yedi.

Oğlan yeyib doyandan sonra çiy-çiy balıq yediyindən utanc duydu. Offf…daha mən insan deyiləm. İnsan belə olmur. Mən artıq bir heyvana çevrilmişəm.

Oğlan yediyi müddətdə ev qazı sakit dayanıb ona tamaşa edirdi. Oğlan axırıncı tikəsini çeynəyib udandan sonra qaz ona sakitcə dedi: Bilirsən nə olub? Biz bütün ev quşlarına nifrət edən bir vəhşi qaz dəstəsinin tələsinə düşmüşük.

– Hə, mən bunu müşahidə elədim. Oğlan cavab verdi.

– Bircə mən axıra kimi tab gətirib onlarla bərabər Laplandiyaya kimi uça bilsəydim. Bilirsən bu mənim üçün necə böyük bir zəfər olardı?! O zaman mən onlara ev qazanın nəyə qədər olduğunu göstərərdim.

– Həəə. Başa düşdüm. Oğlan bu kəlmələri ağzından güclə, həvəssiz çıxartdı. Çünki oğlan gerçəkdən də ev qazının bu çətin işin öhdəsindən gələ biləcəyinə inanmırdı. Amma ona qarşı gəlmək də istəmirdi.

– Amma bilirsən, bu qədər uzun səyahətin öhdəsindən təkbaşına gələ biləcəyimə də əmin deyiləm. Səndən kömək istəmək niyyətindəyəm. Mənimlə bu səyahətə gedərsənmi? Oğlan əlbəttə ki, bacardığı qədər tez bir müddətdə evə qayıtmaqdan başqa heç nə barədə düşünmürdü. Bu sual qarşısında oğlan nə cavab verəcəyini bilmədi. O karıxıb qaldı.

– Mən də elə bilirdim ki, biz ikimiz düşmənik. Sənlə mən. O dedi. Amma belə görünür ev qazı bu düşmənçiliyi tamamilə unutmuşdur. O sadəcə olaraq bu dəqiqə oğlanın onun həyatını xilas etməsini xatırladırdı.

– Mən axı atam-anam üçün darıxıram. İstəyirəm tez evə dönəm, gedəm onları görəm.

– Yaxşı, mən səni qaytaracam geriyə. Bunu payızda bir gün edəcəm. Erkək qaz onu əmin etdi. Mən səni ayaqların evinizin kəndarına dəyməmiş tərk etməyəcəm. Söz verirəm!

Oğlan düşündü ki, bir müddət valideyinlərinin onu gör-məməsi elə də faciəvi bir durum deyil. O bu təklifi rədd etməyə meyilli deyildi və erkək qazın bu təklifinə “hə” dedi. Birdən onlar arxa tərəfdən gumbultu eşitdilər. Vəhşi qazlar elə bu dəqiqə göldən sahilə çıxdılar. Hamısı bir anda. Sahilə yan aldılar və qanadlarını çırpmağa başladılar. Sonra isə onlar rəhbər qaz mərkəzdə olmaq şərtiylə bir cərgə duzəldib ev qazı ilə oğlana tərəf gəlməyə başladılar.

Ağ ev qazı gələn vəhşi qazların ölçülərinə baxdıqca narahatlıq keçirirdi. O vəhşi qazların da ev qazlarına oxşar olmasını gözləyirdi. O elə bilirdi ki, ev və vəhşi qazlar bir-birinə mehriban dostluq münasibəti ilə bağlanacaqlar. Onlar ev qazından bir xeyli balaca idilər və heç biri ağ rəngdə deyildi. Onların hamısı boz rəngdə idi, bədənlərində bəzi qəhvəyi lələklər də gözə çarpırdı. Onlar gözləri sapsarı idi və sanki onların içərisində ocaq qalamışdılar. Gözləri şölələnirdi. Ev qazına hər zaman asta-asta, becid olmayan addımlarla yeriməyi öyrətmişdilər. amma bu qazlar yerimirdi, onlar demək olar ki, qaçırdılar. Fəqət onu ən çox həyəcanlandıran qazların ayaqları idi. Onlar böyük, kobud və kələ-kötür dabanlara sahib idilər. açıq-aşkar görünürdü ki, vəhşi qazlar hara getdiklərinin, nəyin üzərində addımlamaqlarının fərqində deyildilər, onların heç nə veclərinə deyildi. Yol necə olsa da onlar yeriyirdilər, qaçırdılar. Digər yönləri təmiz və səliqəli olan bu qazların yalnız ayaqlarına diqqətlə nəzər yetirəndə vəhşi qazlar olmasını ayrıd etmək olurdu.

Ev qazı birtəhər imkan tapıb oğlana pıçıldadı: özün üçün bərkdən danış, amma kim olduğunu onlara bildirmə. Qazlar onlara lap yaxınlaşmışdılar.

Qazlar gəlib düz onların qarşısında dayanandan sonra uzun boyunlarını havada oynatmağa başladılar. Ev qazı da eyni hərəkəti bir neçə dəfə təkrarladı. Bu mərasim bitəndən sonra rəhbər qaz dedi: hə, məncə indi sizin necə bir varlıq olduğunuzu eşitmək vaxtıdır.

– Bizim danışmağa elə də çox sözümüz yoxdur, Morten dedi. Mən keçən yaz Skanorda doğulmuşam. Payız fəslində məni qərbi Vemmenhoqdakı Holqer Nilssona satdılar. Və mən o vaxtdan bəri orada yaşayıram.

– Hə nə olsun ki? Sadaladıqların sənə heç bir üstünlük vermir lovğalanmağa. Nəyə görə özün haqqında belə yüksək fikirdəsən ki, bizimlə oturub-dura, uça bilərsən?

– Bəlkə də sizlərə, vəhşi qazlara sübut etmək istəyirəm ki, bizlər, ev qazları da nəsə bacarırıq. Biz də qabiliyyətliyik. Ev qazı dedi.

– Hə, bunu bizə sübut etsən yaxşı olar. Rəhbər qaz çağırış etdi. Biz artıq sənin uçma qabiliyyətini müşahidə elədik, amma ola bilər ki, sən başqa idman növlərində daha qabiliyyətlisən.

– Bəlkə sən sürətli üzmədə bacarıqlısan?

– Yox. Mən bu qabiliyyətimlə lovğalana bilmərəm. Ev qazı Morten cavab verdi.

Artıq ona elə gəlirdi ki, cavablarının heç bir əhəmiyyəti olmayacaq və nə desə də onsuz da rəhbər qaz onu özlərindən ayırıb evə yollayacaq. Ona görə də suallara necə gəldi cavab verirdi.

– Mən heç zaman həyətimizdəki arxdan o tərəfə üzə bilmirəm. O etiraz elədi.

– O zaman belə güman edirəm ki, sən sprintersən. Həm sürətli qaçırsan həm də dözümlüsən. Rəhbər qaz dedi.

– Mən indiyədək heç bir vəhşi qazın qaçmasını görməmişəm. Heç özüm də həyatım boyu qaçmamışam. Bu cavabla da o vəziyyəti olduğundan daha da qəlizləşdirdi.

Böyük, ağ ev qazı- Morten əmin idi ki, bu cavablardan sonra heç bir halda rəhbər qaz ona onlara qoşulmağa icazə verməyəcək. Bu səbəbdən o rəhbər qazın cavabını eşidəndə çox təəcübləndi.

– Sən suallara cəsarətlə cavab verdin. Və cəsarəti olan hər kəs gözəl bir yol yoldaşı ola bilər. Nə olsun ki, başlanğıcda bir qədər xəbərsiz, cahil təsir bağışlamısan.

 

Bizimlə bir neçə gün qalmağa nə deyirsən? Biz sənin yaxşı qabiliyyətlərini üzə çıxarana kimi.

– Hə, olar. Ev qazı- Morten cavab verdi. O həddən artıq xoşbəxt idi.

Bundan sonra rəhbər qaz əli ilə onun yanındakı oğlanı göstərib soruşdu:

– Yanındakı kimdir elə? Mən onun kimi varlıq görməmişəm heç zaman. -O mənim yol yoldaşımdır. Erkək qaz cavab verdi.

– O bütün həyatı boyu qazların dostu olmuşdur. Onu özümüzlə səyahətə apara bilərik. Buna əmin ol. O fayda verə bilər bizə.

– Hə ola bilər ki, ev qazı üçün o faydalı olsun. Rəhbər qaz dedi.

Onun adı nədir?

– Onun adı…onun bir neçə adı var. Ev qazı tələsik cavab vermək istəmədi. Çünki o əslində onun necə adlandığını və insan olmasını açıqlamaq istəmirdi. Hə, onun adı Tumbietotdur. O nəhayət sonda dedi.

– O cırtdanlar ailəsinə aiddirmi? Rəhbər qaz soruşdu.

– Bəs, sizlə vəhşi qazlar adətən hansı zamanda yatırsınız? Ev qazı soruşdu. İndi gözlərim yumulur. Çox yorğunam.

Ev qazı ilə söhbət edən qazın çox yaşlı olduğunu sezmək çətin deyildi. Onun bütün lələkləri buz kimi boz rəng almışdı, indi onun bədənində bir dənə də qara tükə rast gəlmək mümkün deyildi. Başı digər vəhşi qazların başından daha böyük idi. Ayaqları daha da kobud, pəncələri isə gəzməkdən çox yeyilmişdi. Lələkləri bərk, çiyinləri isə düyünlü idi, boynu nazilmişdi. Bütün bunlar onun yaşından irəli gələn əlamətlər idi. Bircə keçən zaman onun gözlərinə heç nə edə bilməmişdi. Onlar parıldayırdı, sanki onun gözləri başqa bədən üzvlərindən daha cavan qalmışdı.

O cəld bir hərəkətlə erkək ev qazına sarı döndü.

– Hə, başa düşdüm. Mən də Kebnekaysdan olan Akkayam. Və məndən sağda uçan qazın adı Vassiyaurdan olan İksidir. Məndə solda uçan isə Nuolyadan olan Kaksidir. Sağdan ikinci uçan qazın adı Saryekatakodan olan Kolmidir. Soldan ikinci uçan isə Svappavaradan olan Nelyadır. Və onların arxasında Oviksfyallendən olan Viisi ilə Şanqelidən olan Kuusi uçur. Və bir şeyi də bil ki, bunlar, bir də altı balaca qaz-onlardan üçü sağ cinahda, üçü isə sol cinahda uçurlar- hər biri dağlarda doğulub böyüyən əsl vəhşi qazlardır. Sən çaşma ha! Biz elə belə hər yoldan ötəni öz dəstəmizə qoşan avara qazlardan deyilik. Hə, bir də elə düşünmə ki, bic əcdadları haqqında bizə məlumat verməyən hər hansı bir qazla dostlaşa bilərik.

Rəhbər qaz bu məsələlər barədə məlumat verdiyi əsnada oğlan cəld iki addım atıb önə çıxdı. Ev qazının özü haqqında belə ətraflı danışması, onu təqdim etməyə növbə gələndə isə bir-iki ötəri məlumatla kifayətlənməsi ona heç xoş gəlməmişdi.

Mənim vecimdə də deyil heç nə. Mən sizdən özüm haqqımda heç nəyi sirr kimi saxlamaq istəmirəm. Mənim adım Nils Holqerssondur. Mən bir fermer oğluyam. Bu günə kimi mən bir insan idim, bu səhərə kimi daha doğrusu…indi isə… o bundan sonra sakit dayandı. O insan olduğunu bildirən kimi rəhbər qaz səksəndi və üç addım geri çəkildi. Bütün qaz dəstəsi isə daha da geriyə çəkildi. Qazların hamısı boyunlarını irəli uzadıb qəzəblə fısıldamağa başladı.

– Mən lap əvvəldən səni bu sahillərdə görəndən bundan şübhələnmişdim. Rəhbər qaz dedi. İndi isə buradan rədd olub gedə bilərsən. Biz öz aramızda insan ovladına dözə bilmərik.

– Belə bir şey mümkün deyil. Ev qazı Morten düşüncəli tərzdə dedi. Sizlər, cəsarətli vəhşi qazlar belə balaca varlıqdan qorxa bilməz axı. Yaxşı, sabah onu geriyə, evinə döndərərik. Bircə gün bizimlə gecələməyinə yəqin ki, etiraz etməzsiniz hə? Bizlərdən heç biri bu balaca, köməksiz varlığı gecənin bir aləmində vəhşi heyvanlarla dolu olan meşədən keçib evinə qayıtmasına razı ola bilmərik.

Vəhşi qaz yaxın gəldi. amma kənardan aşkar görünürdü ki, öz qorxusunu cilovlamaq ona çətin başa gəlir. Çünki ona öyrətmişdilər ki, insan gördünsə qorxmalısan. Fərqi yoxdur, həmin insan istər böyük olsun, istər lap xırda. Amma əgər sən onun əvəzinə and içə bilərsənsə ki, onun bizə heç bir xətəri dəyməyəck, bax o zaman o bizimlə qala bilər. amma bu gecəlik. Amma inanmıram ki, biz gecələdiyimiz yerlər sizin üçün eyni dərəcədə münasib ola bilər. Çünki biz bu gecəni orada, gölün ortasındakı buzlaqların üzərində yatacayıq.

O şübhəsiz ki, Mortenin onun bu sözləri qarşısında tərəddüd edəcəyini gözləyirdi. Morten isə özünü o yerə qoymadı.

– Siz əgər belə bir təhlükəsiz yataq seçmisinizsə, demək ki, çox ağıllısınız.

– Amma sən bu oğlanən artıq sabah evə qayıdacağına cavabdehsən! Rəhbər qaz dedi.

– O zaman mən də ona qoşulub geri qayıtmalı olacam. Çünki mən onu tərk etməyəcəyimə söz vermişəm.

– Sən də azadsan. İstəsən ona qoşulub bizi tərk edə bilərsən.

Bu sözləri deyən rəhbər qaz qanad çalıb göldəki bulud parçalarına sarı uçdu. Digər vəhşi qazlar da bir-birinin ardınca ora uçdular.

Oğlan Laplandiyaya uçmayacağına görə çox sevincli idi. Amma eyni zamanda bunun müqabilində şaxtalı gecəni açıq havada, buzun üzərində keçirəcəyi üçün də çox qorxurdu.

– Bu çox pis olacaq. O dedi. Bu həddən artıq pis olacaq. Hər şeydən öncə biz yəqin ki, soyuqdan donub oləcəyik.

Amma erkək qaz Morten yaxşı əhval-ruhiyyədə idi. Burada heç bir problem yoxdur. O dedi. Hər şey yaxşı olacaq. Bircə indi tələs və sahildən daşıya biləcəyin qədər özünlə ot və zir-zibil yığ.

Oğlan bir qucaq quru ot yığdıqdan sonra erkək qaz dimdiyi ilə onun yaxasından yapışdı, onu qaldırdı və buzun üzərinə atdı. Orada vəhşi qazlar hamısı dimdiklərini qoltuqlarının altına salıb yatmışdılar.

İndi isə gətirdiyin quru ot mənim altıma döşə, elə et ki, üstündə dayana bilim və donmayım. Sən mənə yardım et, mən də sənə. Erkək qaz dedi.

Oğlan onun dediyi kimi elədi. Oğlan işini görüb qurtardıqdan sonra erkək qaz Morten yenə də onu dimdiyi ilə götürüb qanadının arasına aldı. -Məncə sənə orada rahat və isti olacaq. Erkək qaz belə deyib onun üstünü qanadı ilə örtdü.

Oğlan elə məmnun qalmışdı ki, deməyə bir söz də tapa bilmədi. Onun yeri çox yumşaq və rahat idi. Amma necə dəhşət yorulmuşdu o… bir göz qırpımındaca yuxuya getdi.