Bozqurdlar

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

Kür Şad İşbara Alp adını eşidincə geri döndü. Seyrini yarıda qoyduğu döyüşü yenidən izləməyə getdi. Çinlilər də həmin an uzaqlaşdılar. Çünki Çalıq qılıncını taxmış, döyüşə hazır vəziyyət almışdı. Amma Çalıq artıq onlara baxmır, Kür Şadın ardınca gedərək döyüşü seyr etmək üçün yer axtarırdı. Kür Şad əvvəlki yerinə gəlincə olanları Tulu xana qısaca danışdı. Sonra Qara Kağanın önündə yerə diz vuraraq belə dedi:

− Kağan! Bu iki ər bir-birinə bərabərdir. Buyruq ver ayrılsınlar. Yoxsa o biri oyunları keçirə

bilməyəcəyik.

Kağan gözlərini döyüşçülərə dikərək cavab verdi:

− Doğru söyləyirsən, Kür Şad, onları ayır!

Kür Şad qılıncını siyirərək onların arasına girdi. Qılıncı ilə qılıncları ayıraraq:

− Kağanın buyruğu var, vuruş bitmişdir! Bir-birinizə tay igidlərsiniz! − dedi.

İki ər Kağanı salamladı. Kağan İşbara Alpa baxdı:

− İşbara Alp! Göy Türklərin yenilməz bahadırı Tunqa Təginlə bərabərsən! Səni minbaşı qoyuram! − dedi.

Ətrafda səs çıxmırdı. Bu sözdən sonra İşbara Alpın onbaşıları gülümsədilər. Kür Şad da sevinirdi. Çünki İşbara Alpın uzaq qohumu idi.

İndi güləş yarışları başlayırdı. Gur səsli carçı bağırdı:

− Güləşə seçilmiş ərlər kimlərdirsə, gəlsinlər!

Səkkiz yerdən səkkiz ər çıxaraq çadıra doğru irəlilədilər. Kağanı salamlayıb, özlərini tanıtdılar:

− Mən, Ötükənin dəvəsi, qatı dəmir biləkli, qara aslan ürəkli, kürəyi yerə dəyməyən, kimsəyə

baş əyməyən İnal Tarkanam!

− Mən, barış olsa hünərli, yoxsul görsə əliaçıq, vursa buğa öldürən, göyə ocaq sovuran Tinəsi Oğluyam!

− Mən, daşı sıxsa duz edən, az, ancaq yaxşı iş görən, güclü ərlər başçısı, Qara Kağan əsgəri, uca Karluq bəyiyəm! Mənə Ay Dogmuş deyərlər!

− Mən, Qırğızların aslanı, Göymək Eli qaplanı, tufan olsa at sürən, yer tərpənsə, dik duran, qılınc vursa, daş yaran Alp Bamsıyam!

− Mən, Doqquz Oğuz güclüsü, yetmiş yağı intiqamçısı, yeddi qızın diləyi, Sələnçinin elçisi, qara yellə yarışan, boz ayı ilə vuruşan, doqquz alpla güləşən Bilgə Tulunam!

− Mən, Basmıl Eli qartalı, uca əsrlər yamanı, çırtma vursa, qan tökən, hayqırdıqca dağ sökən, qayaların qayası, yenilməz güc sahibi Şalçı Bəyəm!

− Mən, İşbara Alp yoldaşı, on dörd ərin qardaşı, qalın qayaya yaslanan, coşqun suda islanan, iyirmi ər daşıyan onbaşı Yamtaram!

− Mən, süngülənsə, ağrıtmaz, kımız içsə, əsriməz, boru çalsa, nəfəsli, köksü qılınc dəlikli, iyirmi yağı əskildən, dörd çinlini yatırdan Gümüş oğlu Çalığam!

İçinq Katun, Çalığın sözlərini duysaydı, yenə hirslənəcəkdi. Amma o bunu eşitmədi. Bilgə

Tuduna baxırdı. Yeddi qızın diləyi olan Doqquz Oğuz bəyi, İçinq Katunun indiyədək gördüyü ərlərin ən yaraşıqlısı idi.

Bu arada arxada bir qaynayıb-qarışma oldu. Qara Kağanın bəylərindən biri önə keçərək kağanın qarşısına gəldi. Əyilərək nə isə söylədi. Kağan, Katuna dönərək onunla bir az pıçıldaşdı. İçinq Katunun üzü gülürdü. Kağandan buyruq alan bəy tez geri dönərək adamları aralayıb gəldiyi yerə

getdi. Bir az sonra arxasında bir neçə çinli eyni yoldan geri döndü. Bunlardan biri o birilərin önündə gedir və görkəmindən bir çinli bəy olduğu anlaşılırdı. Çinli bəy kağanın qarşısına gəlincə diz çöküb əvvəlcə onu, sonra da Katunu salamladı. Katun yerindən qalxaraq əlindən tutub onu qaldırdı.

Yanında oturtdu. Qara Kağan isə heç qımıldanmadı. Üzündə bir cizgi belə dəyişmədi. Bir az sonra 22

carçılar Qara Kağanın əziz qonağı, İçinq Katunun qardaşı Şen-kinq gəldiyi üçün güləş yarışının sabaha qaldığını bildirdilər.

* * *

Gecə vaxtı bir-birindən ayrılmaz iki can yoldaşı: onbaşı Parsla onbaşı Yamtar oturub dərdləşirdilər. söz o günkü güləş yarışları üstünə gəlincə Yamtar dözmədi.

− Çinli gəldi deyə güləş sabaha saxlandı. Çinli bəydəmi güləşəcək? Dincəlib quvvə toplaması üçünmü belə edildi? O, güləşəcəksə, onunla özüm qarşılaşmaq istəyirəm.

Pars cavab verdi:

− Çin bəyləri güləşməz. Katun, qardaşı ilə danışıb kağana tərcümə etsin deyə güləşlər dayandırıldı. Çünki Çin bəyi Şen-kinq Çindən qaçıb gəlmişdi. Kağan Çindəki vəziyyəti öyrənmək istəyir. Amma Tanrı səbəb sala, onlar kağanı pis yola sürükləməyələr!

− Çinli bəyin yanında üç kişi də vardı. Onlar mehtərlərdi.

− Onlar da Çin zabitləridir. Çinlilər zatən ilana bənzər. Bu çinli bəyin üzü heç xoşuma gəlmədi.

− Elə isə hərifin üzünə doyunca bax. İştahan azalar, az yeyərsən. Qoyunumuz, davarımız azalarkən ən munasib çıxış yolu az yeməkdir. Mənim iyirmi dənə qoyunum qaldı. Atlarımın ikisini qurd parçaladı. Bir inəyim vardı, uçuruma yuvarlandı. Yaxında Çinə hücum etməsək, halımız fəna olacaq.

ÖTÜKƏNİN MAHİR OXATANI

Ertəsi gün günortadan sonra ox atma yarışları keçirildi. Günortadan öncə güləşlər bitmişdi.

İnal Tarkan və Doqquz Oğuz bəyi Bilgə Tudun digər güləşçilərin hamısını yenəndən sonra bir-birləri ilə tutaşmış, qalib gələ bilməyərək, bərabərə qalmışdılar. Onbaşı Yamtar isə ilk güləşdə Bilgə

Tuduna məğlub olmuşdu. Bilgə Tudun cox güclü bir pəhləvan idi, amma onbaşı Yamtarın ona tezliklə məğlub olması onbaşı Parsın qanını qaraltmışdı. Guləşdən sonra Yamtardan soruşdu:

− Sən ona bəlkə də qalib gələ bilməzdin, amma bu qədər tez də yenilməməliydin. Sənə nə oldu?

Bir yerinmi ağrıyır? Xəstələnmisən?

− Xəstə deyiləm. Ağrıyan yerim də yoxdur. Başa düş ki, qarnım tox deyil. Kişi savaşa güləşə

çıxmazdan öncə üç günlük azuqəsini birdən yeməsə, onun qolunda gücümü olar? Gün doğarkən yalnız bir çamçaq kımız içdim. Boş mədə ilə edilən güləş bu qədər olar. Sonra Doqquz Oğuzlar 23

savaşda da, döyüşdə də qatı qollu olurlar. Doqquz Oğuz bəyi bizim Ötukən buğrası16 İnal Tarkanı da yenməsindən qorxmuşdum.

Bu zaman nağaralar çalınıb borular gurladı. Oxatma yarışları başlayırdı. Hər kəs öz yerini tutmağa çalışdığı zaman gur səslə bir carçı car çəkirdi:

− Ötükənin ərləri ox atacaqlar. Göy Türk kağanına baxan bu qədər boyun sayılan igidləri oz məharətlərini göstərəcək-lər. Göy Türk ərləri: Tomis, Taqduş əsgərləri, doqquz oğuz igidləri, Karluq bahadurları, Qırğızlar, Bayırkurlar, Kurikanlar, Basmıllar, Kitaylar, Tatarlar, Oğuz Tatarlar, bütün təginlər, şadlar, yabqular, iltəbərlər, bəylər, buyruqlar, tarkanlar17, əsgərlər, ox atacaqlar! Qara Kağanın əziz qonağı məşhur Çin bəyi, Şen-kinq də ox atacaq! Hər kəs yerini tutsun!…

Aradan çox qısa bir zaman keçdi. Böyük meydan minlərlə əsgər və bahadırla dolmuşdu.

Ortalıqda bir uğultu vardı. Kağanın çadırı hər zmankı kimi bu uğultudan uzaqdı. Çevrəsində heç bir səs eşidilmirdi. Əsgərlərin toplanması bitincə Qara Kağan sağında Katun, solunda qonaq çinli bəy Şen-kinqlə birlikdə göründü. Həmin anda da hər yan sakitlikdi. Hə kəs yerə diz vurdu. Bir az sonra da bəylər, kağanın soluna və sağına düzüldülər. Yerlər tutulduqdan sonra carçıların gur səsi ortalığı bürüdü.

− Ulu Kağan Ötükənin ərlərini yarışa çağırır. Qolunun gücünə, gözünün itiliyinə güvənən, meydana çıxsın!…

Bu gün ortadakı meydan həmişəkindən daha böyük görünürdü. Əsgərlər çevrəni bir az da geniş

tutmuşdular. Kağanın oturduğu yerin solunda nişan taxtası yüksəlir, üstündə qaraya boyanmış nişan çevrələri yaxşıca seçilirdi. Bu nişan çevrələrinin sayı dörd idi. İlk yarış bu çevrələri yuxarıdan aşağı vurmaqla başlayacaq, bacarmayanlar mey-dandan çəkiləcəkdir. Kağanın sol tərəfində, uzaqda olan tamaşaçılar oxların nişan taxtasına necə sancıldığını görə bilməyəcəkdilər. Carçı onlara nəticəni qışqıracaqdı, amma bu, gözlə görmək ləzzətini veməyəcəkdi.

Türk adətincə, qonaq hörmətli tutulduğundan kağan bu sınaqlarda iştirak etməyi özü diləmiş

olan Şen-kinqə ilk oxu atması üçün izn verdi. Çinli bəy yerindən qalxdı. Ona yol verən bahadırların arasından keçərək meydana çıxdı. Yerişində bir əda, qoluna və nişançılığına güvənən bir öyünmə

halı vardı. Əvvəlcədən müəyyən edilmiş yerə çatanda dayandı. Bir əsgərin uzatdığı yayla oxu aldı.

Oxunu yerləşdirib yayı gərərək nişan aldı. Ətrafı səssizlik bürüdü. Surətlə uçan oxun səsini ən uzaqlarda dayanmış olanlar belə eşitdi. Birinci ox taxtaya dəydi. Amma ən üstdəki çevrəyə düşmədi.

Ondan bir az yuxarıdakı açıq yerə saplanıb qaldı. Carçı oxun çevrədən dörd barmaq aralı saplandığını hayqırarkən sanki ortalıq bir az da səssizləşdi. Hamı ikinci oxun atılmasını gözləyirdi.

Şen-kinq sanki bu uğursuzluğa əhəmiyyət vermirdi. İkinci dəfə əsgərin uzatdığı oxu aldı. Yayı yenidən çəkdi. Ox yenə taxtaya, amma ikinci cevrəyə deyil üçüncüyə saplandı. Ortalıqda yenə

səssizlikdi. Yalnız çinli bəyin üzü bir az avazımışdı. Üçüncü ox birinci çevrənin bir qarış yuxarısına dəydi. O ana qədər qımıldanmayan, nəfəs çəkməyən ərlərin arasında yenə səs çıxarmadan bu vəziyyəti izləyən Kür Şad yerindən qalxdı. Kağanın önünə gələrək qəzəbini bildirdi:

− Çinli qonaq bizimlə neyçün əylənir?

Katunun önündə sorulan bu sorğuya kağanın sərt bir cavab verməsi gərəkdi. Amma o, hələ

ağzını açmamış əsgərlər arasında bir səs-küy qopdu. Hələ arxa tərəfdə ərlər dalğalanır, uğultu getdikcə artırdı. Kür Şad surətlə döndü. Amma vəziyyəti görüncə onun da dodaqlarına xəfif bir təbəssüm çökdü. Kağana baxdı. O da istər-istəməz yavaşca gülümsəyirdi.

Əsgərlərin belə coşmasına səbəbkar onbaşı Sançardı. Gənc onbaşının ildə bir dəfə, o da heç gözlənilməyən vəziyyət qarşısında gülərdi. Özgə zamanlarda isə Onbaşının heybətli üzü daim sərt, düşüncəli olar, dəstəsindəkilərdən və silahlarından başqa heç nə ilə maraqlanmazdı. Bu gün də sərt üzlə meydana çıxdı. Arxada qaldığından atından enməyərək gözlədi. Şen-kinqin çıxışını və yayını gərməsini ürəyi titrəyərək seyr etdi. Əcaba bu yabançı kişi nə dəyərli usta nişançıdır ki? Onbaşı Sançar bunu öyrənməyi çox istəyirdi. Birinci oxun hədəfə dəyməməsi onbaşının halını heç dəyişdirmədi. Yalnız qorxunun azaldığını göstərən dərin bir nəfəs aldı. İkinci, üçüncü oxların 16 Buğra − erkək dəvə

17 O dönəmin boy adları

24

uçuşunu da izlədi. Amma, Kür Şad çinlinin bu bacarıqsızlığını istehza sanıb da kağana deyərkən atılan dördüncü ox gedib nişan taxtasının kənarından keçərək türk əsgərinin börkünü havaya uçurunca onbaşı özünü saxlaya bilmədi. Qəhqəhələrlə bayılacaq, qəşş edəcək kimi gülür, atının üzərindən sola doğru əyilirdi. Yaxındakılar və uzaqdakılar bir an ona çaşqın gözlərlə baxdılar.

 

Amma az sonra onbaşı Sançarın qəhqəhəsini batıran bir çox yeni qəhqəhələr də yüksəldi. Böyük meydanı dərin bir uğultu bürüdü. Şen-kinq geri döndü. Bu dəfə sayğı ilə deyil, amma gülməkdən qəşş etməmək üçün əllərini böyürlərinə basaraq son dərəcə əyilən ərlərin arasından keçərək yerinə

qayıdıb oturdu. Katun uzun zamandan bəri türklər arasında yaşadığından onların necə atıcılar olduğunu yaxşı bilirdi. Amma yenə qardaşının bu işi bacarmamasına hirslənib, dodaqlarını çeynəyirdi. Yoldaşları tərəfindən uzaqlaşdırılan Sançarın qəhqəhəsi duyulmaz olduqdan sonra səs-küy uzun sürmədi. Nağaranın bir-iki zərbəsindən sonra carçının yüksələn səsi nişan yarışlarının davam ediləcəyini bildirdi. Ortadakı ərlərin sayı qırxa qədər olardı. Və 40 ərin atdığı 160 ox Şen-kinqin çaşqınlıqdan açılan gözləri önündə heç sapmadan gedib hədəfini tapırdı. Hədəf əlli addımlıqda düzəlmişdi. Meydandan çəkilən yalnız Çin bəyi oldu, ərlər bu dəfə yüz addım geriləyərək eyni sınağa başladılar. Kimsə cınqırını çıxarmırdı. Oxlar hədəfə uçurdu. Nəticələr yenə

yüksək idi. Amma bir kərə hədəfə düz vurmayan kənarda qalmağa məcburdu. Bu sınaqdan qırağa çıxanların sayı 22 idi. Bundan sonra daha ciddi sınaqlar gözlənilirdi.

İki ər qarşı-qarşıya gələrək uzun bir dəyənəyin hərəsi bir ucundan tutdu. Bu dəyənəyin ortasından bir ip asılmışdı. İpin ucuna bir yumurta bağlanmışdı. Dəyənəyi tutan iki ər onu bir az tərpətdilər, yumurta yırğalanmağa başladı. Yarışanlar əlli addımlıqda bu yumurtanı vurmalı idilər.

Yumurta vurulduqca yerinə yenisi bağlanırdı. İndi Şen-kinq əvvəlki kimi bir yerdə qərar tuta bilmirdi. Bu oyunları seyr etmələri üçün gətirdiyi ön sıralarda yer almış olan Çin zabitlərinin üzünə dönüb baxa bilmir, çox əsəbi görünürdü. Katun da eyni vəziyyətdə idi. Qardaşının məğlub olmasından başqa kədəri də vardı. İşbara Alp hər fürsətdə ona hörmətsizlik göstərən, Tunqa Təginlə başa-baş çırpışaraq ərliyini hər kəsə bir daha tanıdan və buna görə minbaşı olan gənc qəhrəman, indi yarışlarda da böyük bir ustalıq göstərərək yayını gərib oxunu atırdı. Amma bu ox yayınmadan istənilən hədəfə dəyir, saplandığı taxta ilə birlikdə hər dəfəsində Katunun ürəyini də

dəlirdi. Şen-kinq bir uşaq bacarıqsızlığı göstərdiyi zaman İşbara Alp hər kəs kimi gülməmiş, hətta kağan və Kür Şad kimi dodaqlarında bir gülümsəmə belə görünməmişdi. Yalnız gözlərinin ucu ilə Katuna bir baxmış, sonra məğrurluqla başını çevirmişdi. Onun bu etinasızlığı Katunu hirsləndirmiş, hiddətləndirmişdi. Əlindən nə gələrdi ki, əlac hələlik səbrə qalırdı. İndi gözləri ilə

atıcıları təqib edən Katun, İşbara Alp ox qabından bir ox çəkən zaman onun çaşması üçün Tanrıya yalvarırdı. Artıq meydanda iki nəfər qalmışdı: Yırğalanmaqda, uzaqlaşmaqda olan yumurtaları öyünüb eləmədən eyni soyuqqanlıqla vuran Kür Şad ilə İşbara Alp…

Ərlərin ikisi də eyni ustalıqda olduğu üçün başqa bir sınağa çəkilməliydilər. Bu dəfə də

havaya atılan yumurtaları ən yüksək nöqtədə vuracaqdılar. Oxlar vıyıldayırdı. Yumurtalar bərabər dəlindi. İki igid də sanki bundan sevinc duyur, ikisi də bir- birlərinin bu uğuruna sevinirdi.

Ən axırda, kənarları bir arşın qədər görünən böyük bir taxta gətirildi. Kür Şad və İşbara Alp əlli oxla bu taxtalara “Türk” sözünü yazacaqlar. Yazını kim daha öncə bitirərsə birincilik ona çatacaqdı. Kimsədən səs çıxmırdı. Əsgərlər sanki nəfəs çəkməz olmuşdular.

Nağaranın gurlayan səsi ilə yarış başladı. İki igidin sadaqdan ox çəkmələri, yayı yerləşdirmələri və hədəfi nişan alıb ox atmaları o qədər surətli idi ki, onların cəld hərəkətlərini bir-bir izləmək mümkün olmurdu. Saniyələr keçir, hər iki taxtada kəlmə şəkillənməyə başlayırdı.

Amma kimin qalib gələcəyi hələ bilinmirdi. Şen-kinq artıq otura bilmirdi. Ayağa qalxmışdı, yumuruqları düyünlənmiş, nəfəsi kəsik… Eləcə baxırdı. Çalıq durduğu yerdən ağıllı gözlərinin kəskin baxışlarını gah İşbara Alpa, gah Kür Şada, gah da Şen-kinqə yönəldir, ən həyəcanlı anda belə qonağın bu halını görüncə özünü gülməkdə güclə saxlayırdı. Birdən ortalığı çılğın hayqırışlar bürüdü. İki-üç gündür sürən şənliklərdə hər qalib gələni eyni səssizliklə qarşılayan və

yalnız üəklərində təbrik edən əsgərlər, azacıq bir fərqlə üstün gələn Kür Şadı çılğınca alqışlayır,

“yaşa” deyə hayqırırdılar. Onun İşbara Alpa qarşı az da olsa üstün gəlməsi, Çuluq Kağnın intiqamını alacaq bir igidin aralarında yaşadığından xəbər verir, və ürəklərdən gələn daşqın sevinci saxlaya bilməmələrinə səbəb olurdu. Kür Şada əlini uzadan İşbara Alpın gözlərində də

bir zəfər sevinci vardı. O da sanki qalib gələn özü imiş kimi sevincək idi. Ötükənin, ona üstün 25

gələn kəskin oxatanını yanıq üzündə işıldayan sərt baxışlarını yumşalda biləcək bir sevinc içində

təbrik edir, kağanın buyruğu ilə bir əsgərin gətirdiyi kımız çamçağını ona öz əli ilə uzadırdı.

* * *

Gün qaralırdı. Bütün yarışlar, oyunlar bitmişdi. İndi söz ozanlarındı. Qara Ozanla Çuçu qarşılıqlı qopuz çalıb deyişəcəkdilər- kağanın otağını çevrələyən halqa daralmışdı. Öncə Qara Ozan gəldi. Kağanı salamlayıb bardaş qurdu. Arxasınca Çuçu gəldi. O da kağanı salanmlayıb Qara Ozanın qarşısında oturdu. Sonra ağır- ağır, yavaş- yavaş qopuzlar inləməyə başladı. Bütün türklər ehtiramlı bir səssizlik içində dinləyirdilər.

26

İlk olaraq Qara Ozan sözə başladı:

Ötükənin ərləri

Bilir mənim gücümü!

Qopuzumun mizrabı

Axtarmaz qılıncımı.

Qara Ozan! Səninlə

Aşıq atan Çuçumu?

Çuçu, bu meydanoxumaya dərhal cavab verdi:

Səni belə söylədən

Kımız, şərab içkimi?

Belə yaman söylərsən

Səndə komam18 öcümü.

Deyişin qılıncımdan

Daha öldürücümü?

Səni basan şaşqınlıq

Ağı kimi acımı?

Qara Ozan hiddətlənir kimi oldu:

Ötükən ərlərinin

Dünyada olmaz eşi!19

Ötükənin qızları-

Göydə ayın on beşi.

Çiçəkləri qan edər

Gözlərinin atəşi.

O şaşqınlıq dediyin

Çinli qonağın işi…

İçinq Katunun çevirmələri ilə Qara Ozanın sözlərini çincə dinləyən Şenq-kinq iynələnirmiş

kimi bir hala düşdü. Amma kağanın və bütün türklərin daş kimi sükutunu görüncə səbrini basdı.

Katun da hiddətlənmişdi. Bu ozan onun şöhrətli bir bəy olan qardaşı ilə açıqca əylənirdi. Kağana əyilərək:

− Bu bayağı kişinin əziz qonağını təhqir etməsinə sonacan göz yumacaqsanmı? − dedi.

Kağan eyni daş hərəkətsizliyi içində cavab verdi:

− Ozanların sözü müqəddəsdir, kəsilə bilməz!

Qara Kağan qənaətini o qədər soyuq söylədi ki, Katun sözünün canını deməkdən çəkindi.

Zatən indi oxuma növbəsi Çuçuya çatmışdı. Baxaq görək nələr söyləyirdi: Çinli bəyin atdığı

Boşa getdisə nolar?!

Çinli bəy… Sağa atsa,

Ox gedər düşər sola.

Neyləsin, ulu Tanrı

Güc verməyincə qola?!

Qovuşsun Qara Kağan

Kür Şad kimi oğula.

Kür Şadın adı gəlincə camaatın arasında bir çaxnaşma oldu. Çinli bəy isə üzərinə

yağdırılan bu eyham və təhnizlərin altında özündən getmiş kimi idi. İçinq Katun bu deyişmələri bir-bir ona anlatdıqca qardaşı daha çox qudururdu. O qədər qəzəblənmişdi ki, istər-istəməz birdən qılıncına əl atdı. Qara Ozan bunu görmüşdü. İndi qopuzla cavab verdi: 18 Komam − qoymam, qoymaram.

19 Eşi − tayı, bərabəri.

27

Qılıncına əl atma,

İndi döyüş çağıdır!

Ortalıqda dolaşan

Ağ kımız çamçağıdır.

Yad eldə oturanlar

Bil ki, yurd qaçağıdır.

Sənin qılınc dediyin

Türkün oyuncağıdır.

Çinli bəyi qorxu sarımışdı. Katun intiqamçı gözlərlə ozana baxırdı. Amma onlara əhəmiyyət verən yox idi. İndi növbə yenə də Çuçuya çatmışdı: Ötükən qızlarının

Gözləri könül yarar.

Onları gündüz günəş

Gecələri ay sarar.

Çinli meydan oxusa,

Burda çaşacaq nə var?

Keçi sərxoş olunca

Döyüşməyə qurd arar.

Çinli bəy, az qala bayılacaq vəziyyətə düşdüyünün fərqində idi, amma yerindən qımıldana bilmirdi. Gecə olmuşdu. Artıq İçinq də ona dilmanclıq etmədiyi üçün söylənənləri başa düşmürdü. Amma hər sözdə təhqir olunduğunu sanır, içi intiqamla dolub daşırdı. Halbuki indi Qara Ozanla Çuçu qarşı-qarşıya Kür Şadı öyürdülər biri bir dördlük söyləyir, digəri başqa bir dördlüklə ona cavab verirdi:

Ötukəndə aslanlar var,

Kür Şad onların biridir.

Çox igidlər vardır, amma

Kür Şad ərlərin əridir.

Kür Şadı doğan ana

Nə əmdirmiş əcəb ona?

Ərlik, ululuqdan yana

Tanrı Kür Şaddan geridir20.

Dünyada var neçə çəri21

Kimi üstün, kimi geri.

Kür Şad adlı Göy Türk əri

Anadangəlmə çəridir.

Qılıncı ildırım çalar,

Atdığı ox dəmir dələr!

Ölüm gəlsə, Kür Şad gülər-

On səkkiz ildən bəridir.

İgidlikdə ən irəli,

Qalacaq on min diri!

Göy Türklərin könülləri

İndi Kür Şadın yeridir.

20 Bu iki dördlük Mengüc Adsıza Yoldaşın “Kür Şad” deyişindən alınmışdır. Yalnız iki misra azacıq dəyişdirilmişdir.

21 Çəri − əsgər.

28

Təbillər əyləncənin bitdiyini bildirirdi. Hər kəs öz yerinə gedir, çadırına girirdi. Şen-kinq və

Katun sifətdən hiddətlə düşünür kimi görünürdülər. Çinli bəy bacısının yaxınlaşaraq:

− Onlara göstərəcəyəm. Bir Çin bəyini ələ salmağın nə demək olduğunu! − dedi. Katun şeytan kimi gülümsədi:

− Tez özündən çıxma! Hər işin vaxtı var! − cavabını verdi.

Sonra Çin bəyi üç zabiti ilə birlikdə onlara ayrılan çadırlara yönəldi.

* * *

Gecə vaxtı Kür Şadın qapısı açıldı. Tulu xan içəri girdi:

− Kür Şad, − dedi. − Sabah çox erkəndən yola çıxacağam. Kağan Tatarlarla Tunquzları idarə

etməyin çətin olduğunu söylədi. Çox tez getməyim vacibdir. Mənə bir deyəcəyin varmı?

Kür Şad ayağa qalxdı. Yavaş- yavaş Tulu Xana doğru getdi:

− Mənim sənə deyəcəyim bir şey yoxdur. Sənin necə?

Tulu xan solğun üzünə xüsusi məna verən gözləri ilə Kür Şada diqqətlə baxırdı. Ürəyində

bir iztirabı olduğu bəlli idi. Yavaş-yavaş bunları söylədi:

− Çinli Katunun, kağanı özünə isinişdirməsindən qorxuram. Çinli bəy də gəldikdən sonra kağanı başdan çıxarmağa çalışacaqlar. Əmim kağan umduğum qədər ağıllı çıxmadı. Sənə bunu demək istəyirəm ki, yurdumuzdakı bütün çinlilərə göz qoymaq lazımdır.

Kür Şad əminliklə:

− Mən bütün çinlilərin casus olduğunu bilirəm. Mənə inana bilərsən. İşin olarsa, məni xəbərdar elə.

İki qardaş qığılcımlı gözlərlə baxışdılar. Sanki bir-birinə söylənməmiş hələ nə qədər sözləri vardı. Sonra Tulu xan birdən-birə:

− Xoşca qal, mən gedirəm, − deyərək döndü.

Kür Şad:

− Yolun, uğurun açıq olsun! − deyə cavab verdi.

TUNQ YABQU KAĞANIN ELÇİLƏRİ

Payız gəlmişdi. Türk ellərinin sərt payızı Çinli Şen-kinq bəyi xəstələndirmişdi. O, türk ölkəsini bəyənsə də qəribsəyirdi. Burada açıq və təmiz hava, insanı sağlamlaşdıran kımız, sapsağlam qızlar olduğu üçün tük ellərini sevirdi. Amma Günəşinin qızğın, soyuğunun sərt, kişilərinin mürəkkəb və qızlarının məğrur olmasını heç bəyənmirdi. İndi Çində olsaydı, xoşuna gələn bir qızı çoxdan ələ gətirmişdi. Halbuki özü məşhur bir bəy olsa da burada hər hansı bir qızı yola gətirmək bir yana dursun, onunla heç dostluq da qura bilməmişdi. Şen-kinqin pis bir daxili sıxntısı vardı. Bunu yox etmək üçün hər gün, yoldaşları olan üç Çin zabitini çağırır, onlarla söhbət edir, qumar oynayır, kımız, yaxud şərab içirdi. Bu gün isə artıq heç bir şey onu əyləndirmirdi. Çin zabitlərindən birisi Şen-kinqə bir təkliflə müraciət etdi:

− Əcaba, bəyimiz atla bir gəzintiyə çıxsa, Ötükənin gözəlliyini görsə, içinin sıxıntısı keçməzmi?

− Vəhşi gözəllik nəyimə gərək? Mənə Ötükəndə gözəl saray, gözəl qumaş, gözəl qadın göstərə

bilərsənmi?

Çin zabiti pis-pis güldü:

− Bəyimizi aldatmaq həddim deyil, ona görə də qəti bir söz deyə bilmərəm, amma bəlkə gözəl qadınlar, hətta gənc qızları görmək mümkün oldu…

− Gözəl qızları mən də sənin qədər hər gün görürəm, amma görməkdən bir şey çıxmır ki…

29

Şen-kinqin hiddətini görüb qarşısındakı susdu. Şen- kinq bir anlığa nəsə düşündü. Sonra birdən-birə soruşdu:

− Yoxsa sənin bildiyin bir şeymi var?

− Mən çox şey bilirəm. Yalnız buradan bir xeyli irəlidə, Orhun çayına çatınca orada gözəl bir qoruq var. Türklər orada at bəsləyirlər. Hər gün oraya cavan türk qızları gedib kımız düzəldirlər.

− Bu qızların yanında kişi olmurmu?

− Xeyir!

− Əcayib şey! Çində olsa gənc qız evinin qapısından kənara addım ata bilməz. Bu türk qızları qorxmurlarmı?

 

Şen-kinq durmadan şərab içirdi. Bu türk şərabı da heç Çindəkinə bənzəmirdi. İndi dünyanın gözəl və sevimli olduğunu duymağa başlamışdı. Yoldaşının təklifi isə keçiləsi deyildi. Bir qədəh də şərab içdikdən sonra yoldaşlarına:

− Haydı, söylə bir at gəzintisinə çıxaq! − dedi.

Bir az sonra dörd çinli yola düzəlmişdi. Orhun çayı sahillərində qızların kımız düzəltdikləri yerə doğru gedirdilər. Şen-kinqin sərxoşluğu həddini aşmışdı. Çin zabitləri ilə

gəvəzəlik etməyə başlamışdı:

− Çində yenə Suilər başa keçsə, mən bilirəm nə edəcəyəm… İçinq Katun qəbiləsini hakimiyyətə gətirmək üçün Qara Kağanı təhrik edir. Üzümüzə gələn yayda Çinə hücum ediləcək.

Tanqlar taxtdan düşürüləcək. O zaman bəlkə mən Çin kağanı oldum. Hər birinizi bir komandan edəcəyəm. Sonra gəlib buranı da alarıq…

Bu son sözlərdən diksinən üç Çin zabiti sıçrayaraq arxalarına, yanlarına baxdı.

Açıq düzənliklə gedirdilər. Bu işdən kimsə xəbər tutacaq deyə qorxudan ödləri partlamışdı.

Bununla bərabər bu işin baş tutacağına inanmasalar belə, bu ümidli sözlərdən çox xoşları gəldi.

Beləcə xeyli getdilər. Soyuqdan Şen-kinqin sərxoşluğu büs-bütün yox olmuşdu.

Artıq istədikləri yerə çatmışdılar. Burada gözəl bir qoruq, yaxında kiçik mağaralar vardı. Bu mağaralar qara, qışa, yağışa qarşı sığınacaq idi. Buralarda bir çox türk qızı çalışırdı. Ara-sıra at kişnəmələrindən başqa bir səs duyulmurdu. Buraya yaxınlaşarkən Şen-kinq yoldaşlarına dönüb:

− Hələ, hələ baxın! − dedi. − Bu qızların hamısında yay-ox var. Qılıncları da olsa, hamısı hazırca əsgərdi. Nə deyirsən, Van-zin-şan? Sən bu qızların belə döyüşçü olduqlarını da bilirdinmi?

Van-zin-şan çinli bəyə buranı xəbər verən zabit idi. Suala cavabı gecikmədi:

− Bilirdim, bəyimiz. Həm də buyurduğunuz kimi qılıncları yoxsa da yarımqılınca bərabər olan bıçaqları var.

Şen-kinqin gözləri çaşqınlıqla açıldı:

− Doğrudanmı?! Belə əsgərlərə komandan olmaq istərdim!

Çinlilər danışa-danışa qızlara yaxınlaşdılar. Van-zin-şan çinli bəyə əyilərək dedi:

− Bəyimiz bu irəlidə, o üç qırmızı atın yanındakı qızı görürsünüzmü? Burdakı qızların ən gözəlidir! İndiyədək bir dəfə belə güldüyünü görmədim.

− Zatən, bu Türk qızları gülmək nədir bilmirlər ki…

− Hətta kişiləri də…

Amma Van-zin-şan sözünü bitirə bilmədi. Çünki Ötükənə gəldiklərinin ertəsi günü ox atılarkən türklərin Şen-kinqə necə güldükləri qəflətən ağlına gəldi.

Şen-kinq atını yavaş-yavaş o gözəl qızın yanına sürdü. Özünü toplayaraq sordu:

− Mənə bir az kımız verərsənmi?

Qız heç bir söz demədən Şen-kinqə baxırdı. O biri qızlar isə başını belə qaldırmadan, öz işləri ilə məşğuldular. Van-zin-şan çinli bəyə yaxınlaşaraq:

− Bəyimiz, çincə səylədiyinizi qız başa düşmür, − dedi.

Şen-kinq bu qızın cazibəli gözəlliyi qarşısında o qədər özünü unutmuşdu ki, türkcəyi, çincəyi ayırd edəcək halda deyildi. Van-zin-şanın onu xəyaldan ayırmasından sonra iki-üç ayda öyrəndiyi yarım-yamlaq türkcə ilə yenidən qızdan soruşdu:

− Mənə bir az kımız verərsənmi?

30

Qız yenə cavab vermədi. Yalnız dolu bir Çamçağı çinli bəyə uzatdı. Şen-kinq nədənsə bu kımızın daha dadlı olacağını əvvəlcədən duymuşdu. İçdikdən sonra çamçağı geri verərkən üç yoldaşını göstərərək:

− Bunlara da kımız verərsən? − dedi.

Qız yenə heç bir söz demədən üç çinliyə bir çamçaq kımız uzatdı. Şen-kinq bacardıqlarından güvənc duyurdu. Pul kisəsini çıxardaraq qıza bir Çin qızıl pulu uzatdı:

− Al görüm bu qədər yetərmi? − deyə soruşdu.

Qız pulu almadı.

− Mən kımız satmadım, − dedi.

− Bəs nə adla verdin?

− İstədiyin üçün.

− Mənim kim olduğumu bilirsənmi?

− İçinq Katunun qardaşı deyilsənmi?

− Hardan bildin?

− Ötükəndəki çinlilər Türkcə bilir. Sən hələ öyrənə bilməmisən.

− Yaxşı! Siz burada qorxmursunuz?

− Kimdən qorxacağıq?

Çinli bəy gözəl qızın hər suala sıxılmadan cavab verdiyini görüncə ümidlənmişdi. Artıq sataşmağın vaxtı gəldiyini düşündü və qızın gözlərinin içinə baxaraq hırıldadı:

− Kimdən qorxacaqsınız ? Məsələn, məndən.

− Çinlidən qorxularmı?

Çinli bəy qızın sıxılıb qızaracağını gözlərkən onun daş kimi sakitliklə cavab verdiyini görüncə qəzəbləndi. Amma bozardığını bəlli etməmək üçün yenə soruşdu:

− Elə isə nədən belə silahlı gəzirsiniz?

− Yolda bir heyvan hücum edərsə, qorunmaq üçün.

Şen-kinq susdu. Əsəbiləşmişdi. Çox pis şeylər düşünürdü. Amma, elə bu zaman qarşıdan, təpənin ardından bir atlı göründü, arxasından yenə bir başqası da göründü. Tezliklə atlılar çoxaldı.

Bir az sonra atlılar çinlilərin və qızların olduğu yerə doğru irəlilədilər. Çinlilər çaşbaş

qalmışdılar. Qızlardan bir qismi onlara baxır, bir qismi isə başlarını belə qaldırmırdılar, hər biri öz işi ilə məşğuldu. Gələnlər geyimli, silahlı türk atlıları idi. Öndəki atlı sürətlə çaparaq qızların olduğu yerə yaxınlaşıb bağırdı:

− Qızlar! Qərb kağanı Tun Yabqu kağanın elçisi Kül ər Təginə yol göstərəcək kimsə yoxmu?

Bu sözlərdən sonra bütün qızlar başlarını qaldırdılar, hamısı birdən Çinli bəyin qarşısındakı gözəl qıza baxdılar. Gözəl qız atlıya doğru getdi:

− Sizi Qara Kağanın otağına aparacağam, − dedi. Sonra dönüb başqa bir qızı səslədi:

− Gün Yaruq! Atlara sən bax!

Bunu söyləyib atına mindi. Bu arada atlılar da yetişmişdilər. Önlərində Kül Ər Təgin olduğu anlaşılan bir bəy gəlirdi. Bu igidlərin arasında türkə heç bənzəməyən uzun saqqalılar da vardı. Gözəl qız “haydı gedəlim” deyərək atını dördnala səyritdi. Elçi heyyəti də onun ardınca düşdü. Şen- kinq çaşmışdı:

− Van-zin-şan! Bu qız qırx illik minici kimi at çapır, − dedi. − Bəli, bəyimiz. Türklər at üzərində doğulub, at üzərində ölürlər. Ata minmək onlara yeriməkdən asan gəlir.

Şen-kinqin qanı qaralmışdı. Yaxınında olan bir qızdan soruşdu:

− Bu gedən qız kimdir?

− İşbara Alpın böyük qızıdır.

− Adı nədir?

− Almıla!

− Nədən elçiləri o apardı?

− Aramızda ən saf soylu odur, ona görə.

Şen-kinq daha gözləmədi. Atını sürərək gəldiyi yerə doğru getməyə başladı. Çin zabitləri səs çıxarmadan onun ardınca düşdülər. Gecəyə doğru, Qərb Kağanından elçi gəldiyini hamı duymuşdu. Qara Kağanın buyruğu ilə elçilər və onlarla birlikdə gələnləri qonaq çadırlarına yerləşdirilmişdilər. O gecə bütün ötükənlilər ancaq Kül Ər Təgindən danışırdılar. Səbəbini 31

bilməsələr də hər kəs bu elçilərin gəldiyinə sevinirdi. Yamtar da baş çıxarmadığı bu işlərdən sonra bir az məlumat əldə etmək üçün yenə yoldaşı Parsa qoşulmuşdu. Dünya işlərini daha yaxşı bilən onbaşı Pars, hər zaman Yamtarın çətinliklərini həll edər, başa düşmədiyi şeyləri başa saladardı.

Onbaşı Yamtarın ilk sualı bu oldu:

− Batı Kağanmı daha qüdrətli, yoxsa Qara Kağanmı?

− İkisi də bərabədir.

− O necə olur? Bir Türk elində iki bərabər kağan olarmı? İki kağan varsa, biri digərinin buyruğunda olmalıdır.

− On iki il öncəyə qədər Türk elində bir böyük kağan vardı. O zaman kiçik kağanlar böyüklərini tanıyırdılar. On iki ildən bəri Ötükəndə də ayrı bir kağan var. Artıq iki kağan bir-birini tanımır.

− Nə dedin? On iki ildir Ötükəndə ayrı kağanmı var? Köhnədən Ötükən kağanları qərb kağanlarının buyruğu altındamı iş görürdü?

− Bəli!

Onbaşı Yamtar susdu. Düşünməyə başladı. O, indiyə qədər belə şeyləri heç düşünməmişdi.

Xatırlamağa başlamışdı: 12 il öncə atası bir neçə qonağı ilə uzun-uzadı danışmış, iki kağandan, və iki kağan olmasının yanlışlığından pisliyindən behs etmişdi. Yamtar o zaman on yaşlarında bir uşaqdı bu işi indi-indi dərk etməyə başlayırdı. Bəs elə isə Qərb Kağanından nə üçün elçi gəlmişdi? Yamtar bunu da başa düşmək üçün yoldaşından soruşdu:

− Elə isə Qərb Kağanı nə üçün elçi göndərdi deyirsən?

− Qərb Kağanı Tunq Yabqu Kağanın ağıllı, bilikli, düşüncəli adam olduğunu söyləyirlər. Türk elinin ikiyə bölünməsinin doğurduğu pislikləri nəhayət ki, fərq etmiş olacaqlar. Bəlkə birləşmək üçün elçi göndərmişlər.

− İki kağan necə birləşər? Birinin digərinin buyruğuna əməl etməsi gərəkdir. Bunu hansı istəyər?

− Bir- birinin buyruğuna əməl etmədən də birləşə bilərlər. Bir-birinə yağılıq göstərməyib düşmənə birgə hücum edərlərsə, həm onlar qazanar, həm də biz qazanarıq. Bu çinlilər it sürüsü kimi törəyib artan tayfadır. Öldürməklə bitmirlər. Doqquz ordularını məğlub etsək, onuncusunu qarşımıza çıxarırlar. Onlardan on öldürüb bir ölsək belə, yenə biz daha tez tükənəcəyik. Tunq Yabqu əsgərləri də bizimlə birləşsə, işlər başqalaşar.

Ertəsi gun Kül Ər Təgin o biri elçilərlə birlikdə Qara Kağan tərəfindən qəbul edildi. Qara Kağanın sağında Katun, solunda Kür Şad, Tunqa Təgin və başqa bəylər oturmuşdu. Sağında daha kiçik bəylər dayanmışdı. Şen-kinq də bunların arasında idi. Təbillər gurlayıb borular salam havası çaldıqdan sonra Kül Ər Təgin yanındakı dörd bəylə birlikdə Qara Kağnın qarşısına gəldi. Elçilər hamısı birdən kağanı salamladıqdan sonra Kül Ər Təgin sözə başladı: