Şəhid Ənvər Paşa

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

28 Oktyabr tarixli məktubunda bu gün axşama doğru Türk sərhədini keçəcəyini ümid etdiyini yazır.

"Matrokdan bəri məskunlaşma olan heç bir yerə rast gəlmədik. Dənizdən otuz metr yüksəklikdəki düzənliyin orasında-burasında səfil vəziyyətdə bir neçə köçəri Ərəb çadırı qəhvəyi ləkələr kimi dayanırlar. Arxamızda itən kiçik təpələr hələ üfüqü təyin edirlər. Sağda dənizin əbədi mavi xətti. Gecələridir tir-tir titrəyib şəfəqlə getməyə başlayaraq həmişə qərbə doğru gedirik.... Çamadanlarımızı daşıyan dəvələrin ehtişamlı hava-larıyla gedişlərini və ağ ehramları başlarının ətrafında qar dənələri kimi dal-ğalanan əsmər Ərəbləri görürük." (Hanioğlu, haqqında danışılan əsər, m. 47, 28 Oktyabr 1911-ci il-ci il)

"Dünən asta gedən dəvənin üstündə on saat boyunca yol getmək yorucu idi; 60 kilometrdən çox getdim. Gecə dənizin yaxınındakı kiçik bir bulağın başında düşərgə qurmuş bir Ərəb ailəsinin çadırında yatdıq. Yenə də bu cür bir həyat çox xoşdur. Çadırın tavanından tərtəmiz səmada hüzur dolu ay görünür. Dörd adamıq. Dəvələrimiz düz yanı başımızda gövşək vuraraq tərpənirlər. Sadə bir axşam yeməyində bütün ailə, iki çadır sakinləri ocağın ətrafında toplandılar. Nənə və yan çadırdan beş uşağı olan qızı gəldi. Baba namaz qılmaq üçün çadırdan uzaqlaşmışdı. Dəstəmaz almaq üçün lazımlı su olmadığından, əllərini təmiz torpağa sürtdü, qumun getməsi üçün bir-birinə çarpdı və Allahın qarşısına tərtəmiz çıxmaq üçün onları üzünə çəkdi. Ailə, ətrafımda səs-küylə danışırdı. Kiçiklər onlara verdiyim halvanı paylaşdılar. Axşamın işıqlı səmasında, babanın əyilən, səcdədə dayanan və dikələn silueti görünürdü. Dua edir; bütün ürəyiylə inandığı Allahına qarşı vəzifəsini yerinə yetirdiyi üçün xoşbəxt idi. Həyatın sadə qanunları ilə yaşayırlar. Qonaqpərvərlik onlar üçün çox qiymətli, əllərindəki hər şeyi bizə ikram etmək üçün sürüdən xüsusi olaraq tutulan kiçik bir keçini kəsmək istəyirlər. Nəhayət, onları yalnız atəşə atılan daşlar üzərində bişən arpa çörəyi yeməyə razı saldım. Çox ləzzətli deyil, amma yeməyimiz lazımdır… Dünən Tobrukda kəşfə çıxmışdım. İtalyanların qarnizon olaraq yalnız iki batalyonları qalıb. Beş gün əvvəl üç yüz İtalyan əsgəri Türk teleqraf xətlərini kəsmək üçün çıxıblar. Sonra Ərəb güllələrinin vurduğu yaralı və ölülərini daşıyaraq tələsik dönmək məcburiyyətində qaldılar. Həm də onları neçə Ərəb qorxutdu bilirsinizmi? Cəmi-cümlətanı beş ərəb, amma yaxşı atəş açırdılar. Ah bu axmaqlar! Bu səfər onlara Türklərdəki vətənpərvərliyin ölmədiyini və düşmənlərə bunu ödətdirməyi bildiyimizi göstərəcəyəm". (Hanioğlu, haqqında danışılan əsər, m. 48, Zavini Murassa, 7 Noyabr 1911, Tobrukun 15 km qərbi)

Bir neçə gün əvvəl İtalyanlar Dernenin su qaynaqlarını ələ keçirmək üçün hücuma keçmişdilər, ancaq çox sayda itkin verərək çəkiliblər. Müqavimətçilər çox sayda silah və sursat ələ keçiriblər.

"İrəliləyirəm və xoşbəxtəm. Soulonda İtalyanları görə bildim. Dünən yenə altmış dəfə atəş açdılar və Banko de Romanın daşlarından birinin düşməsinə səbəb oldular. Ərəblərin ruh yüksəkliyi gündən günə artır. Mənim Xəlifənin qohumu olaraq gəlişim, onlara böyük bir təsir etdi. Birliklərə gəlincə Ənvərin onlar üçün nə ifadə etdiyini bilirsiniz. Xalqın cəsarətləndirməyə ehtiyacı yoxdur. Bir neçə gün əvvəl 120 əsgər və bir neçə ərəb milis Dormaya hücum etdilər. 24 şəhid verdikləri doğrudur, amma, 18 top və 850 İtalyan əsgəri Kazanmaq üçün çox ucuz bir əvəz ödəndi. Ərəb tayfalarının Kazanılacaq zəfərlər üçün necə döyüşdüklərini görməlisiniz. Başqa tayfaların O-ya hücum etməsindən və özlərinə öldürəcək düşmən qalmayacağından narahat olurdular." (Hanioğlu, haqqında danışılan e. m. 46, Dəf-nəs(n)i zaviye)

İtalyanlar 24 Oktyabr günü Hanidən hücuma keçirlər. Döyüşlər səkkiz saatdan çox çəkir və ətrafdakı xalq da qiyam qaldıraraq italyanlara hücum edir. İki gün sonra Türk silahlı qüvvələri iki tərəfdən hücuma keçir, Cəmil Bəy Konağı ətrafında sıxlaşan döyüşlərdə İtalyanlar yenə çox itki verirlər, ancaq say üstünlükləri Türk tərəfinin qəti nəticələr əldə etməsinə imkan vermir. (Həmdi Çatdına, 1911-1912-ci il Osmanlı İtalyan Hərbi, ATASA, Ankara 1985, s. 45, 46)

Türk tərəfi 2 Noyabr 1911-ci ildə yeni bir basqın həyata keçirir, italyanların şəhərdə qaldıqları yerlər bombalanır. İtalyanlar ağır itkilər verir. İtalyanlar, Türklər həmişə sizi qırdırırlar, özləri döyüşmürlər, – deyə xalq içinə fitnə soxmağa çalışırlar, ancaq xalqın Türk birliklərinə olan etibarı getdikcə artmaqdadır. İtalyanlara qarşı təxribat hadisələri artır.

Bir islam qəhrəmanı doğulur…

Ənvər Bəy Derneyə gəldiyi zaman könüllü Ərəb müqavimətçilərinin sayı beş-altı yüz nəfərə yaxındır. Bu qüvvələr Tripoli millət vəkili Fərhad Bəy, ye-nə Tripoli millət vəkili Süleyman Barnu və Bingazi millət vəkili Ömər Mənsur Paşa liderliyində toplanmışdı. Fərhad Bəy, İtalyanlara qarşı müqavimət gücünü bir xarici jurnalistə belə izah edir:

"Cihad! Bu söz haqqında yazmayın. Fransada haqqımızda şübhə oyandıracaqsınız. Çılpaq ayaqlı, çınqıllar içindəki vətənpərvərlərik biz, eynilə sizin qiyamınız dövründəki əsgərlər kimi. Din fanatikləri deyilik… Türk Hökuməti bizi tərk etsə, ölkəmiz üzərindəki haqlarından imtina etdiyini elan edəcəyik. Tripoli Respublikasını quracağıq. Öz qüvvələrimizlə respublikamızı necə müdafiə edəcəyimizi görəcəksiniz." (Filip H. Stod-dard, Təşkilati Mahsusa, İstanbul 1993, s. 82)

Daha sonra Rusiya Müsəlmanlarını işıqlandırmaq və istismarçı güclərə qarşı birlik fikrini inkişaf etdirmək kimi vəzifələr verilərək Təşkilati Mahsusa tərəfindən Rusiyaya göndəriləcək olan məşhur müsəlman səyyahı Əbdürrəşid İbrahim Tripolidə qırx gün Ənvər Paşanın yanında olmuş və zaman-zaman döyüşlərə, həqiqətən, qatılmışdır. Belə danışır:

"Ənvər Paşa Xıdır kimi hər kəsdən əvvəl yetişdi; ən böyük vəzifəni o gördü. Yoxdan bir ordu quraraq böyük və şanlı millətimizin namus və şərəfini bütün dünyaya tanıtdı. Milyonlarla ərəbin ürəyində paşalıq rütbəsi qazandı”. (İsmayıl Türkoğlu, Sibirli məşhur Səyyah Əbdürrəşid İbrahim, Ankara 1997, s. 71) Belə davam edir: "Bunu edə bilmək hər kəsin bacaracağı iş deyil. Tamam qırx gün içində mən özümü ərəblərə çətin izah edə bildim. Onun üçün bu böyük bir müvəffəqiyyətdir, böyük bir fəzilətdir… Bu qədər nöqsanları olan bir ordu ilə bu dərəcələrdə hünərlər göstərmək hər igidin bacaracğı iş deyil. Bu da Allah tərəfindən verilən bir zəfərdir…" (Mühittin Akyiğit, Müharibə Məktublarından nəql edən Hanioğlu, haqqında danışılan e. s. 31)

Ənvər Bəy ilk iş olaraq bir məlumat yayımlayar. İtalyan təbliğatları və tərəfdarlarına cavab verir:

"Sizi Xəlifəniz İtalyanlara satdı” kimi sırf böhtandan ibarət yalanlarla aldatmaq istədilər. Lakin əmin olun ki, Xəlifə sizi, ey səltənətin itaətli və sevimli övladları, sizi qurtarmaq üçün bütün övladlarını fəda etməyə and içmişdir. Haşa, siz satılmadınız və satılmayacaqsınız. Adınız Padşahın, millətin ürəyinə həkk olunub. İtalyanlar hər cür insan və dövlət hüququnu tapdalayaraq hücum etdilər. Donanmamız kifayət qədər güclü olmadığı üçün müvəqqəti sahil bölgələrimizi işğal etdilər. "Böyük Xəlifə sizi düşmənin əlindən qurtarmaq üçün məni bura göndərdi. Gəlin. Gəlin səmimi qardaşlarınıza qovuşun. Padşahımızın imdadınıza göndərdiyi qardaşlarınızla öpüşün. Döyüşə qatılmaq istəyənlərə silah və sursat verəcəyəm. Ticarətlə məşğul olmaq istəyənlər burada daha uyğun və daha geniş bir şəkildə ticarət edə bilərlər.

On beş günə qədər hamınızın gəlməsini istəyirəm. Şəhər düşmənin əlində bir viranə kimi qalsın. Bu müddətdən sonra gəlməyərək şəhərdə qalanları İtaliya hökumətinin qanun və hökmlərinə boyun əymiş sayaraq ona görə davranacağam. Hamınızın gözlərinizdən öpərəm.

Padşah Həzrətlərinin kürəkəni,

Bingazi Ordusu Komandiri

Qərargah mayoru Ənvər" (C. Bayar, haqqında danışılan əsər, c. II, s. 654)

Təşkilatçılıqda fövqəladə qabiliyyətli olan Ənvər Bəy bir də Xəlifənin kürəkəni olduğu üçün qısa müddətdə könüllülərin sayı iyirmi mini keçir. Bu müdhiş müvəffəqiyyətdə Ənvər Bəyin ən böyük dəstəyi ərəbcənin bir çox şivəsini bir Ezherlidən daha yaxşı danışdığı deyilən Əşrəf Bəydir. Səhranı addım-addım gəzərək qəbilələri bilgiləndirmiş, ayağa qaldırmışdılar. Qısa bir müddət sonra artıq Ənvərin yanına sel kimi könüllü axmaqdadır və təlim düşərgələrinə qəbul edilməkdədir. Bu insanların hamısı, sonuna qədər Ənvərə sadiq qalmışdılar.

Tripolidə yanında olan Əmir Şekip Aslan belə yazır:

"Onun Tripolidə, Yaşıl Dağda sadə öz əliylə meydana gətirdiyi əsgəri nizamı görən, bilən hər kəs təşkilatçılıqda, mütərəqqilikdə, tədbir və tərtibatda barəsində onun səviyyəsinə çatılmaz və müqayisə olunmaz olduğunu anlar. Bu mənada Ənvər Paşa, həqiqətən bənzəri olmayan adam idi" (Erol Cihangir, Əmir Şekip Aslan və Şəhidi Möhtərəm Ənvər Paşa, İstanbul 2005, s. 95). Şekip Aslan belə davam edir: "Çox təəssüf ki, heç bir şəkildə siyasət adamı deyildi. Bununla birlikdə hüdudsuz, həddindən artıq zəkası açıq-aşkar idi".

Ənvər Bəyin oradakı ən böyük müvəffəqiyyəti, yüz illərdir davam edən qəbilələr arası çəkişmələri yoluna qoyub, birliyi təmin etməsi idi.

"Məmləkətdə ilk dəfə olaraq müxtəlif qəbilələr arasında mütləq bir birlik ortaya çıxdı. Bir-biriylə vuruşan bu qəbilələr ortaq bir düşmənə qarşı birləşdilər.

Bu ciddi olaraq böyük bir möcüzədir. Əsrlərdən bəri aralarında davam edən qan davalarını, ümumi mübarizə qarşısında unutdular. Artıq bu barədə heç bir narahatlığım qalmamışdır. Bu hərb qəbilələri bir-biriylə sülhdədi. İnşaallah, bundan sonra məmləkətə mədəniyyət də formalaşacaq; daxili dö-yüşlər sona çatacaq və hər kəs rahatlayacaq". (Naciyə Sultan, Acı günlər, s. 34-35)

"Dünən axşam on üç saatlıq bir gecə yürüşündən sonra gəldim və tayfa rəisləri sonuna qədər İtalyanlara qarşı döyüşməyə davam etmək üçün and içdilər. Bir illik ərzaq təmin edildi, sursat bol, zəfər də kifayət qədər var." (Hanioğlu, haqqında danışılan e., m. 49, Dəfnə, Noyabr 1911-ci il)

Babı-ali də səfirlərinə bir məktub göndərərək İtalyanın Libyanı torpaqlarına qatmasını qəbul etməyəcəyini bildirər.

 

* * *

Ənvər Bəy Derneyə gəldiyi zaman Türk qüvvələrinin vəziyyəti budur: Tripolidə 2880 əsgər, 540 at, qatır və 56 top. Bingazidə isə, 1200 əsgər, 150 at, qatır və 28 top. (Həmdi Ertuna, 1911-1912-ci illər Osmanlı İtalyan Müharibəsi və Kolağası Mustafa Kamal, ATASA, Ankara 1985, s. 26)

Ənvər Bəy Bombanın 10 km şimal-qərbindəki Zaviye-i Ümürsümdən belə yazır:

"Otaqda hər kəs yatmağa hazırlanır, amma yataq yoxdur. Xalçanın üs-tündə, Derne mutasarrıfı, jandarma zabiti və s. iki sıra halında birtəhər yerləşirlər. Mən, bir şərəf divanın üstündə günümü sizə təsvir etməyə çalışıram. Soloundan bura qədər hər şey yaxşı getdi. Dernedə üç gün əvvəl bütün bölgələrin şeyxləri and içmək üzrə toplandılar. Təsadüfən, eyni gün Ərəb əslli və Yəmən savaşından sonra briqada komandiri olmuş biri Misirdən gəldi. (Halepli Ethem Paşa) Onu Tobruk bölgəsi komandiri olaraq təyin etdim; ehtiyac yaranarsa, qubernator… Qubernator təyin etməyim sizi çaşdıra bilər, amma Xəlifə tərəfindən göndərilən biriyəm və Sultanın kürəkəniyəm. Bir tək bu əlaqə mənə kömək edir. Ərəblər azadlıq qəhrəmanı Ənvər Bəyi ya da qərargah mayoru Ənvər Bəyi tanımırlar, amma Xəlifənin kürəkəninə hörmət göstərirlər. Mən burada Sultan adına hökm edirəm… Getdikcə Ərəb havasına girirəm; qara saqqallı əsmərləşmiş üz, sadə bir hərbi forma, amma işləməli gümüş bir qılınc. Baxın, Şəxsi-Şahanənin kürəkəni Ənvər Bəy!.. Ərəblər mənə paşa deyirlər; Sultanın qohumu olan birinin bəy olaraq qalmasını anlaya bilmirlər. Bu gün Murabıtlara gedərkən Ərəblərin əlimi öpmək üçün təlaşları mənə toxundu. Həqiqətən, Allahın mənə bu yaxşı, saf və sadiq insanların vətənini qorumaq üçün bir şey etməmə icazə verəcəyini ümid edirəm". (Hanioğlu, haqqında danışılan e., m. 50, 16 No-yabr 1911, Zaviye-i Ümürsüm)

Əşrəf Kuşçubaşı isə Ərəblərin Ənvər Bəyi çox sevdiklərini və Türklər arasında yalnız ona "Paşa" dediklərini söyləyir. Ayrıca, bədəvilər arasında böyük Sünusi şeyxi Seyid Mehdinin, Ənvər Bəy olaraq dirildiyi yolunda söz-söhbətlər yayılır. (Filip H. Stoddard, Təşkilati Mahsusa, s. 82)

Tripoli müdafiəsində cəbhələr belə təşkil edilir:

Tripoli: Miralay Neşet Bəy (Tripolidəki Osmanlı qüvvələrinin komandiri), Mayor Fəthi (Okyar, qərargah rəisi), Kapitan Tahir (2.qərargah rəisi), Podpolkovnik Mühitdin Bəy (tayfa könüllülərinin komandiri); Ordugahları Əziziyədə yerləşir.

Humus: Xəlil Bəy (Komandir, Ənvər Bəyin əmisi), Kapitan Həsən Fehmi (qərargah rəisi); Qərargahları Cebeli Margapda yerləşir.

Mesrata: Komandir Kapitan Haqqı Bəy, köməkçisi Leytenant Nuru Bəy.

Bingazi: Komandir Mayor Əziz Əli Bəy, qərargah rəisi Süleyman Əsgəri.

Tobruk: Komandir Halepli Ethem Paşa, köməkçiləri Mayor Nazim və Leytenant İslam Bəy; Qərargahları Ayne'l-Gazald yerləşir.

Derne: Baş komandir Ənvər Bəy, köməkçisi Nuru Bəy (qardaşı), Derne komandiri Mustafa Kamal Bəy, qərargah başçısı Kapitan Çerkez Rəşid Bəy, Bədəvi birliklərinin Komandiri Əşrəf (Kuşçubaşı) Bəy.

Ordugah: Ayne'l-Mansur və Zahire'l-Ahmerdə yerləşir. (P. H. Stoddard, haqqında danışılan əsər, s. 83-84; yazar bu məlumatları Əşrəf Kuşçubaşından götürmüşdür.)

* * *

"Dünən Dernenin çox yaxınlarındaydım. Düşmən sipərləri ayaqlarımın altında idi və bir zirehli maşın şəhərin qarşısında gəzirdi. Ərəblər məni hər yerdə görməkdən necə də xoşbəxtlər… Derne şəhərini ələ keçərməyi necə də istəyirəm, bir bilsəniz!" (Hanioğlu, haqqında danışılan əsər, m. 51, Zaviye-i Martuba, 19 Noyabr 1911-ci il)

"Əvvəlki gün dəvəmin üzərində doqquz saatda yetmiş kilometr getdim və gecə yarısı Zaviye-i Bisharaya gəldim. İki şeyxin mühafizəsi altında mənə çox təhlükəli olduğu deyilən bir bölgəni keçdim. Çünki bu bölgədə səyyar evlərinin qarşısından keçdiyim və İtalyanlarla dostluqları olduğundan şübhə edilən tayfalar yaşayır. Təhlükə fikri xoşuma gəlirdi, tüfəngləri əllərində keşik tutan ağ siluetlər bizi soyuq bir şəkildə salamladıqlarında, tapançamdan bərk-bərk yapışdım. Amma kim olduğumu anlar-anlamaz silahlarını yerə atdılar və əlimi öpmək üçün qaçışdılar. Bəziləri İtalyanları məğlub etdiklərini, onların qorxaq və əfəl olduqlarını söyləyərək dəvəmin yanında qaçırdılar. Və İtalyanlar da bu insanları əldə etdiklərini sanırlar… Dünən ordunun kassasında tam yeddi lirə vardı; – bir Misirli Şeyx mənə iyirmi lirə borc verdi. Çətinliklər məni qamçılayır, işimə mane olmur. Dünən gecə yüz iyirmi əsgərlik bir qrupu bir o qədər də Ərəb könüllünü təftiş etdikdən sonra oradan ayrıldım. Yamyaşıl vadilərin ovsunlayıcı gözəlliyini və xoş qoxulu kolluqları kaş ki sizə izah edə bilsəydim". (Hanioğlu, haqqında danışılan əsər, m. 52, Zaviye-i Magara, Dernenin iyirmi km qərbi, 23 Noyabr 1911-ci il)

Oktyabrın 24-ündə İtalyanlar bir çıxış etmək istəyirlər; əsgəri birliklərimiz gəlmədən Ərəb könüllülər onları pərişan edirlər.

"Ağ parçalara bürünmüş, üzləri inci kimi bir cərgə dişlə bəzənmiş və günəşdən əsmərləşmiş, sadə və soylu bu zəif insanlar necə də gözəldir. Və indidən necə də mənə sadiqlər. Dünən bir yığıncaqda şeyxlərinə nə cür bağlı olduqlarını bildiyimiz ərəblər qışqırdılar: “Əgər şeyxlərimiz tərəddüd etsələr, biz Paşamızı onlarsız izləyərik.”.... İndi sadiq və ürəkləri kimi saf, sevimli ərəblərimin Paşası oldum." (Hanioğlu, haqqında danışılan əsər, m. 53, Bire'l-Habel, 25 Noyabr 1911-ci il)

Tripoli, Dernəsər, Tobruk və Bingazi ətrafında iki il boyunca heç azalmayan vuruşmalar olur; italyan ordusu bu müqaviməti gözləmirdi. 24 Noyabr 1911-ci il Cümə günü italyanların Dernedən və üç tərəfdən hücumu başlayır. Səkkiz saatdan çox davam edən bu döyüşdə İtalyanlar əhvalı pozulmuş və məğlub olmuş çıxarlar. Sabahısı günlərdə Türk birlikləri kəşf hücumları və gecə basqınlarına davam edirlər.

Tripoli tərəfində də 26/27 noyabrda, sahildən on kilometr qədər içəridə olan Ayni-Zaraya hücum edirlər. Dəniz topçularının dəstəyi ilə ilk anlarda Ayni-Zaranı alsalarda, qısa müddət sonra çəkilmək məcburiyyətində qalarlar.

İtalyanlar 5 noyabrda bütün Libya üzərində suverenliklərini açıqlasalar da, ərəb-türk qüvvələri qarşısında, donanma yoluyla əldə etdikləri şəhərlərin xaricinə çıxa bilmirlər.

Ənvər Bəyin əmisi Xəlil Bəy danışır:

"İki il davam edən bu döyüşdə İtalyanlar bizim olduğumuz bölgədəki bu vadidən içəri girə bilmədilər. Əldəki sursat hər döyüşçüyə ancaq iyirmi patron verə biləcəyimiz qədər idi. Heç bir tərəfdən sursat gətirmək imkanı yox idi. Sonra bunun bir yolunu tapmaqda gecikmədik. Qaçaqçılar vasitəsiylə quru barıt təmin edirdik. Kapsulaları da Tunisdən, çöldəki yoldaşlar sifarişli poçtla göndərirdilər. İş gülləni təmin etməyə qalırdı. Poçtla kapsula gətirə bildiyimizə görə bunun da bir çarəsinə baxardıq. Və çarəni tapdıq: Ərəblər səkkiz nəfərlik qruplar halında qum təpələrinin arxasından belə görününcə davamlı müşahidə altında olan donanma yaylım atəşinə başlayırdı. Ərəblər başlarını quma soxub gizlənir, sonra atəş kəsiləndə də qumların arasından qurğuşunu seçdirirdim Sözün qisası, İtalyanlar vasitəsiylə güllə təmini yolu da tapıldı. Bu qəribə düşmənlərin ağılına, niyə bu adamlar başlarını qum təpələri arxasından uzadıb sonra çəkirlər deyə bir şey gəlmiş və düşünə-düşünə qalmışdılar…" (Xəlil Paşa, Bitməyən savaş, s. 82)

Bu vaxt Tunisdə və Əlcəzairdə nümayişlər keçirilməkdə və italyanlara hücumlar təşkil edilməkdədir. İtalyan donanması isə Züvvara, Sidi Səid, Tacu-ra və Zaviye kimi atış məsafəsi içindəki qəsəbələri bombalamağa davam et-məkdədir.

Ənvər Bəy, 28 Noyabr tarixli məktubunda, "Derne ətrafındakı sipərləri gəzdim" deyir, "İtalyan ölüləri ilə doludur. Niyə bu insanları sahilə itələyirik? “Banko de Roma”nın kassalarını doldurmaq üçün elə deyilmi? Bankçıların kassalarına bir neçə milyon daha yığmaq üçün vətənin övladlarını öldürdürlər; bir başqa vətənə, başqalarının xoşbəxtliyinə hücum edirlər. Sonra da bunun adı insanlıq və vətənpərvərlik olur.

"Biz isə vətənimizi müdafiə edirik. Hər Ərəb tayfası mənə döyüşçü göndərir. Ağ saqqallı qocalardan on beş yaşında gənc oğlanlara qədər. Onların ahəng içində mübarizə edə bilməyəcəklərini sanmayın, əksinə ölümü qucaqlamaq üçün yarışırlar. Əmin olduqları bir şey var, o da əgər ölüm anı gəlmişsə, onu kimsə dayandıra bilməz. Çox gözəl və sadə bir atalar sözləri var: Əgər Allah istəsə, düşmənin qarşısında cəsur adam bir dəfə ölər, amma qorxaq olan hər an, yüz dəfə ölər…

… Hər on döyüşçünün arxasınca, hamısının yatacaqları çadırları daşıyan bir dəvə gəlir və istirahət əsnasında onlara çörək bişirmək, döyüşdə onlara cəsarət vermək, yaralıları daşımaq və sarğı etmək və döyüş sahəsində düşən şəhidlərə ağlamaq üçün də iki qadın. Əgər insanlıq dünyası bizlərin kişi, qadın vətənimizi müdafiə etmək üçün necə çalışdığımızı anlasaydı, bəlkə, bizə kömək edərdilər… Ah, boş bir ümid bu. Artıq dünyadan insanlıq adına heç bir şey gözləmirik; təkbaşımıza çalışacağıq və Allaha inanırıq." (Hanioğlu, haqqında danışılan əsər, m. 54, Bi're'l-Habel, 28 Noyabr 1911-ci il)

1 dekabr 1911-ci il, Ayne'l-Mansurda: "Düşmənin canlı qüvvəsinin vəziyyətini anlamaq üçün bu gün yenidən hücum etdim: Bu mənə bir şarapnel gülləsi yarasına başa gəldi… Hər yerdə böyük çətinliklərlə qarşılaşıram; amma, məmnunam və ümidsiz deyiləm; çünki, çətinlikləri aşmaq mənə hər vaxt zövq verir." (Hanioğlu, haqqında danışılan əsər, m. 55, 1 dekabr 1911-ci il)

Tam tibbi vəsaitlərinin tükəndiyi bir zamanda, ilk tibb bölüyü yetişir. (Hanioğlu, haqqında danışılan əsər, m. 56, 7 dekabr 1911-ci il)

15 dekabr tarixli məktubunda, Ayne'l-Mansur qərargahından bəhs edir:

"Düşərgəmiz kiçik yamaclarla kəsilən bir düzənlikdə qurulub. Sağda dərin bir yamac var; dimdik enən ətəkləri, Ayne'l-Mansurdan qaynayan suların keçdiyi bir növ vadi meydana gətirir. Yuxarıdan baxıldığında gözəl, amma aşağı yuxarı əlli metr genişliyində çox dar bir vadi görünür; həmişə yaşıl ağacların kölgələrinin vurduğu bir çay mənzərəni oxşayır. Vadiyə iki yanından dimdik enən ətəklərində qonşu tayfalara anbar vəzifəsi görən mağara ağızları var… Dibdə, bir təpənin arxasında “Qızıl aypara” çadırları var. Dörd gündən bəri mənim də özümə aid bir çadırım var. Sarayım iki Misir çadırından qurulub. Bir dənəsi yataq otağı, o biri qəbul otağı; yerə atılmış iki xalça və ağ bir quzu dərisi çadırdakı yerimi ifadə edir və salonun mebellərini meydana gətirir. Yataq otağı çox qəşəngdir; açılıb-bağlanan bir yataq, dəridən, Türk işi kiçik bir sandıq, bir kassanın üzərinə yerləşdirilmiş, tualet stolu vəzifəsini görən düz bir daş; budur əşyalarım. Rənglərini də öyrənmək istərsinizmi? Salon qırmızı; Ərəblər üçün milli rəng, yataq otağım qara." (Hanioğlu, haqqında danışılan e. m. 57, 15 dekabr 1911-ci il)

"Əvvəlki gün qüvvələrimizlə İtalyan qüvvələri arasında gerçək bir döyüş oldu. İtalyanlar bir çox bölüklə, dağ toplarıyla və s. irəlilədilər, amma bu böyük savaş gerçək bir təxribatla nəticələndi. Doqquz saat davam edən döyüşdən sonra müasir tüfənglər, toplar və pulemyotlarla silahlanmış sayca üstün İtalyan ordusunu ağlasığmaz silahlarla məğlub ettik. Həqiqətən, özümlə fəxr edirəm və hava toplarının partlamaları arasında hər yanımı örtən bir əsgər kefi hiss etdim. Bir neçə yaralı arasında bir də Ərəb qadın döyüşçü vardı; hava topuyla sinəsindən yaralandı, amma xəstəxanada qalmaq istəmədi. Döyüşçülərə cəsarət vermək üçün getdi. Ərəblərin mənəvi qüvvələri heyranlıq vericidir." (Hanioğlu, haqqında danışılan əsər, m. 58, 18 dekabr 1911-ci il)

"Çöl qaranlıqdır. Yağış dayanıb. Ordugahın səssizliyini bir tək hürən itlər pozur… Mənsə murdar İtalyanların bu yazıq məmləkətdə açdıqları yaraları düşünürəm və vətənimin bu bölgəsinə olan sevgim gündən-günə böyüyür". (Hanioğlu, haqqında danışılan əsər, m. 59, 29 dekabr 1911-ci il)

"Bütün düşərgə on səkkiz saatdır davam edən sel kimi bir yağışla su içində qaldı." Hökumət Tripoli mübarizəsi üçün aylıq 25.000 lirə təsis edir. 24 dekabr tarixli məktubunda Tobruk, Derne və Bingazidə indidən on altı min piyada toplandığını yazır. Bir tərəfdən də yolları təmir etdirər və teleqraf xətləri çəkdirməyə çalışar. "Qısa zamanda səsimi Soloundan Tripoliyə qədər eşitdirəcək bir teleqraf xəttim olacaq. Yolları hazırlayıram; iki ay içində dəvə konvoyları yerinə, lazımlı ərzağı daşımaq üçün avtomobil tapmağa ümid edirəm". Yəməndən gələn Əziz Bəyi Bingaziyə, Əbdülqadir Bəyi də Derneyə qərargah rəisi olaraq təyin edir. Döyüşü öz təşəbbüsləriylə illər boyu davam etdirə biləcək olan komandirlər yetişdirməyə çalışır. "Mənim yoxluğumda, ya da ölümümdən sonra kimsə Ərəb müqavimətinə maneə ola bilməsin, yaxud yavaşlada bilməsin." (Hanioğlu, haqqında danışılan əsər, m. 60, Ayne'l-Mansur, 24 dekabr 1911-ci il)

Ənvər Mənsur

Bu vaxt İstanbulda İttihad Tərəqqi və əleyhdarları arasındakı mübarizələr bütün üslubsuzluğu və ölçüsüzlüyü ilə davam etməkdədir. İttihad Tərəqqi gücünün qırıla bilməsi üçün əsgər içində təşkilatlanma yolu seçilib. “Halaskar Zabitan” qrupu işlərini sürətləndirmişdir. Məclis içindəki müxalif millət vəkilləri və partiyalar İttihad və Tərəqqiyə qarşı birləşməyə başlayır. Ümumiyyətlə Ərəb millət vəkillərinin meydana gətirdiyi “Münasib Hürriyetperveran” firqəsi ilə üləmanın iştirak etdiyi Əhali firqəsi, rum, erməni və bolqar millət vəkilləri arasında tək bir partiya damı altında toplanmaq üzrə görüşmələr olar. Sonunda Azadlıq və tilaf Partiyası qurular. Əsgər və vətəndaş müxalifət artdıqca, İttihadçılar Məclisi dağıdaraq yeni seçkilərə getmək yolunu seçirlər. Bunun üçün Konstitusiyanın Məclis ilə Hökumət arasında anlaşılmazlıq olması halında Padşahın Məclisi dağıtmaq səlahiyyətini təşkil edən 35-ci maddəsinin asanlaşdırıcı istiqamətdə dəyişdirilməsi təklifini edərlər. İstənilən dəyişikliyə görə Padşah Ayan Məclisinin fikrini öyrənmədən və döyüş halında Məclisi müddətsiz ləğv edə biləcək. Müxalifət Sultan Həmidin istifadə etdiyi və Məclisi otuz üç il bağlı saxladığı belə bir dəyişikliyə qarşı çıxır. Sərt müzakirələr olur. 30 dekabr 1911-ci il tarixli iclasa müxalifət millət vəkilləri qatılmazlar; iclas açıla bilmir. Sait Paşa Hökuməti geri çəkilir. Sabahısı gün Sait Paşa yenidən Hökuməti qurmaqla vəzifələndirilir. Məclis yenidən 35-ci maddəni müzakirə etməyə başlar və qəbul edilməsi üçün lazımlı “üçdə iki çoxluq” əldə edilə bilməz; İttihadçılar 234 millət vəkilinin ancaq 125-inin səsini ala bilirlər; zəifləyiblər. İkinci dəfə, Məclislə Hökumətin anlaşılmazlığı yarandığı üçün Padşah, üç ay içində yeni seçkilər keçirmək üçün 18 Yanvar 1911-ci ildə Məclisi buraxır.

 

Quruluş və işlərində Masonlarla əməkdaşlıq etdiyi bilinən İttihad Tərəqqi Partiyası, Tripoli savaşı səbəbindən bu mərkəzi istifadə etmək istəyir. Millət vəkili Emanuel Karasu –, Makedoniya Risorta Lojası ustadıdır – vasitəsiylə italyan masonlarının köməyini istəyir, ancaq heç bir dəstək tapa bilmir. İttihadçılar, bu vaxtdan sonra Masonluqdan soyumağa və əlaqələrini kəsməyə başlayırlar. (Birgen, haqqında danışılan əsər, s. 88)

* * *

Tripolidə mücahidlərin iktəminat işləri üçün on min dəvə təmin edilmişdir. Ənvər Bəy yolların təmiri tamamlandığında motorlu maşınların bu işə kömək edəcəyinə ümid etməkdədir. "Mübarizə etməm lazım olan ağlasığmaz çətinliklər var. Amma hər böhranda Allahın köməyiylə yenə də bacaracağımı düşünürəm… Zabitlərimin çadırına çox yaxın bir çadırda bir körpə dünyaya gəldi. Hər səhər məni azadlıq içində böyüdüklərini görmək istədiyim yeni nəsili düşündürən kiçik qışqırıqlarıyla oyandırır. Anası ona Ənvər Mənsur adını verib; yəni qalib Ənvər…"

1912-ci ilin birinci ayının səkkizində bir hücum təşkil edilir:

"Onları tikanlı məftillərlə əhatələnmiş sipərlərindən çıxmağa məcbur etdik. Bizə iki pulemyot, otuz min güllə, iki yüz əlli tüfəng və iyirmi beş kassa top gülləsiylə iki top və on qatır qaldı. Bu on qatıra pulemyotlar üçün ehtiyacım vardı doğrusu… Yenidən İtalyan toplarının gumbultusunu eşidirəm. Gördükləri hər kölgəyə, hər Avtomobil atəş açırlar. Beləcə, Ərəblərimin başlanğıcda qorxduqları bu zərərsiz topların səs-küyünə alışmasına köməkçi olurlar…" (Hanioğlu, haqqında danışılan əsər, m. 61, Ayne'l-Man-sur, 9.1.1912)

Ənvər Bəy məktublarında davamlı hücumlardan və kiçik, böyük qənimətlərdən, italyanların verdirdikləri itkilərdən danışır. Son dərəcə qənaətcil davrandığı üçün üç ayda iyirmi minə çıxan könüllülərini on beş min lirə ilə idarə etdiyini söyləyir. "Bu axşam düşərgədə fövqəladə bir sevinc yaşanır; hər yerdən Ərəblərin əl çalmaları ilə bərabər monoton mahnıları eşidilir. Bədəvi bir şair Ərəb igidliyi haqqında bir mədhiyyə deyir… O biri tərəfdə gənc qızlar son döyüş əsnasında ölən bir şəhidin cəsarətiylə əlaqədar bir mahnı oxuyurlar. Sonra mahnıların təsirində qalıb coşan Ərəblərin tüfəng səsləri eşidilir". (Hanioğlu, haqqında danışılan əsər, m. 62, 13 Yanvar 1912-ci il) "Bu məmləkətin və bu xalqın kiçik ordusunun varlığı mənə bağlıdır." (Hanioğlu, haqqında danışılan əsər, m. 63, 21 yanvar 1912-ci il)

"Müharibə davam etsə, gəlib məni görməlisiniz; təhlükəsizliyinizə zəmanət verirəm; çünki burada mütləq bir təhlükəsizlik hökm sürür… Ərəblər və Zaviye şeyxlərinin hamısı Hökumətə birbaşa müraciət edə bilirlər; indiyə qədər belə bir şey yox idi. Hökumət (yəni mən) çox qüvvətlidir; onları bir dedi-qodu narahatlığı duymadan ölümə məhkum edə bilərəm. Am-ma bu etibarı güclə Kazandığımı sanmayın; onu ədalətlə və həm özümün, həm də yoldaşlarımın mütləq sədaqətiylə Kazandım. Ərəblər belə deyirlər: Bu savaşdan çox məmnunuq, çünki bizə Xəlifəmizin nüfuzuna ehtiyacımız olduğunu göstərdi. Xəlifəmiz də anladı ki, bizlər onun ölümünə qədər sadiq və fədakar qalacaq oğullarıyıq.

"Görürsünüzmü sevimli dostum! Belə sadiq bir təbəələrlə nələr edilə bilməz ki? Sizin qəzetlərinizdə bizim igidliyimizdən və qəhrəmanlığımızdan bəhs edilir; amma bizim dilimizdə bu söz yoxdur. Çünki məni çevrələyən qadın, kişi hər kəs ölümə mahnı oxuyaraq gedir və belə insanların arasında olunca da, heç olmasa o qədərini etmək lazımdır. Belə deyək, sizin, bəlkə də, qəhrəmanlıq deyə adlandırdığınız bizim üçün gündəlik həyatdır. Mənə bir istisnaymışam kimi baxıldığında, bir qəhrəman olduğum deyildiyində, həqiqətən, utanıram." (Hanioğlu, haqqında danışılan əsər, m. 64, 27 Yanvar 1912-ci il)

Eyni məktubda, Bingazi tərəfindən də əmin olduğunu yazır:

"Təyin etdiyim komandir həddindən artıq qabiliyyətli və çox igiddir… Əlavədə, sizi çaşdıracaq bir neçə kiçik kağız göndərirəm. Pulsuzluğun qarşısını almaq üçün kağızdan pul kəsdirdim. Üzərində yalnız mənim möhürüm və Ərəbcə və Türkcə dəyəri var. Ərəblərin bu kağızları qızıl, ya da gümüş kimi qəbul etmələrindən qürur duyuram".

"Yanvar 1912-ci il

Ruhum, Sultanım Əfəndim,

......... Bundan iki ay əvvəl çox yüngül şəkildə yaralanmışdım. Lakin həmd olsun, indi tamam sağalmışam. Ondan sonra da beş döyüşdə oldum; heç bir şey olmadı. Gerçək qoruyucu olan Allah, hər kəs kimi məni də qoruyar. Bunun üçün heç narahatlıq keçirməyin (HAQQINDA İnan, haqqında danışılan əsər, s. 479)

Atam Vəzifəsini yerinə yetirdi

Tripolidə yaşanan Osmanlı dastanının ən gözəl əhvalatlarını Xəlil Paşa danışır:

"İndi xatırlaya bildiklərim arasında bir Əhməd Annak, bir də Kambur vardı. İtalyanların vəziyyətini öyrənmək üçün İtalyan əsirlərə ehtiyacım oldu. Ağılıma Kambur gəldi. Onu çağırtdım; gözləri işıldaya-işıldaya qarşımda dayandı, bizim əsgərlərdən öyrəndiyi şəkildə salam verməyə çalışdı. Salamı səhv idi, amma olsun; qayda-qanunsuz olmaqdan xilas olmaq istəyirdi ha, bu bəs idi… “Bax Kambur” dedim, “diri bir İtalyan istəyirəm. Gətirsən sənə tam beş qızıl verəcəm”. “Bahi.” deməyi ilə çıxmağı bir oldu.

"Günəş doğulub yüksəlmədən və səhər basqını vaxtı keçmədən yatmamağı adət etmişdim… Hər gecə basqınçı məni çadırımın qarşısında əlimdə silahımla görürdü… Kamburu, əlində bir İtalyan başıyla görüncə canım sıxıldı. Onu danladım: “Kambur mən səndən baş deyil, canlı adam istədim, bunu mənə nə üçün gətirirsən?” Donqar utandı; sıxıldı, başını önünə əydi və belə dedi: “Əfəndim, mən nə edim. Tikanlı məftili kəsdim, üstünə atılıb tutdum, “əfəndi gəl səni komandir paşa istəyir”, – dedim; hərif dil anlamadı, qəribə hərəkətlər etdi. Zorla sürümək istədim, olmadı, tüfəngə əl atmaq istədi, mən də vəzifəni tam edim deyə bir badalaq vurub yerə yıxdım, kəsdim başını sizə gətirdim… İnanmasanız indi gedib gövdəsini də gətirərəm…”

İtalyanlar hər gecə tel hörgülərinin kəsilməsindən, növbətçilərinin başlarının kəsilməsindən, əllərindən silahlarının alınmasından bezdilər… Ertəsi axşam yenə çadırımın qarşısında otururdum; bizim Kambur qəfildən qarşımda peyda oldu. Bu dəfə yanında zəncirə bağlı qapqara bir it var… Boyunduruğunda da Briganti yazılıb. Kamburun etdiyinə gülümmü, ağlayımmı… Saf, kiçik bir uşaq kimi üzümə baxıb dayanmağa başladı. « Haradan çıxardın bunu be donqar? » – deyə soruşduqda, yenə uşaq uşaq izah etməyə başladı: “Komandir paşam, məftilləri kəsdim, sürünə-sürünə növbətçi axtarırdım. Baxdım növbətçi yerinə bu iti bağlayıblar. İtalyanlar itin çılpaq adama hürməyəcəyini bilmirlər; mən də soyundum və iti tutub gətirdim…" (Xəlil Paşa, haqqında danışılan əsər, s. 84-85)