Şəhid Ənvər Paşa

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

"Biz Firəng təqlidçisi deyilik. Elə olanlardan da çəkinərik. Avropalıların texnikadakı yüksəlişləri inkar edilə bilməz. Yaponlar kimi biz də Firənglərin texnikadakı inkişaflarını öyrənmək və tək bu qismin məmləkətimizdə tətbiq edildiyini görmək istəyərik. Yoxsa əxlaq və ənənələr baxımdan Müsəlman, əlbəttə ki, Firənglərə qat-qat üstündür." (Bayur, haqqında danışı-lan əsər, c. 2, His. 4, s. 88)



1907-ci ildə yenə Parisdə “İkinci Jön Türk Konqresi” toplanar. Bir ortaq fəaliyyət komitəsi yaradılır. Bütün müxalifət tək mərkəzdə birləşmiş kimi görünür. Bu konqresdə qəbul edilən qərarların, o günün şərtləri daxilində qiymətini vermək çətindir; qərarlar ürküdücü və altındakı imzalar düşündürücüdür. Sultan Həmid rəhbərliyi "Xarici siyasətdə azadlıqpərvər dövlətlərin rəğbət və söhbətini nifrətə çevirdiyi" iddiasıyla qınanmaqda, buna qarşı "İndiki rəhbərliyin əsasən dəyişməsi, məsləhətləşmə üsulunun və Hökumətin qurulması" lazım olduğu bildirilərək bu "uca məqsəd" üçün bütün Osmanlı vətəndaşlarına bu mübarizə yolları nəsihət edilməkdədir:



1. Hökumətin fəaliyyət və hərəkətlərinə qarşı silahla müqavimət göstərmək.



2. Siyasi və iqtisadi tətillərlə, silahsız müqavimət (Məmurlar üçün tətil hərəkatlaarı)



3. Hökumətə vergi verməmək.



4.Ordu içində təbliğat aparmaq. Hərbçilər vətən övladlarına və qiyamçılara qarşı çıxmamağa çağırılacaq.



5. Ümumi bir qiyam.



6. Hadisələrin göstərdiyi zərurətə görə digər lazımlı vasitələrlə mübarizə.



Qərar belə sona çatır:



"Yaşasın indiyə qədər tək olan millətlərin birliyi! Yaşasın ictimai güclərin toplanması!"



Ziya Nur bəyin "”Dövləti Aliyyəni” yıxmaqdan, mənsub olduqları xalqların fəlakətini hazırlamaqdan başqa bir nəticə verməyəcək olan bu xəcalət və xəyanət vəsiqəsi" dediyi sənədin altında bu cəmiyyətlərin imzası var: “

Osmanlı Tərəqqi və İttihad Cəmiyyəti” (nəşr orqanları “Şura-yi Ümmət” və “Meşveret”), “Erməni Qiyam Heyəti Müttefikası” – Daşnaksütun – (nəşr orqanı “Duruşak”), “Misir Cəmiyyəti İsrailiyesi” (nəşr orqanı “Lavara”), “Xilafət” – Türkcə və Ərəbcə Yazı Qurumu, mərkəzi London; “Armenya” qəzeti idarə heyəti – mərkəzi Marseldə; Balkan ölkələrindən idarə olunan “Ruzmik”; idarə heyəti, rəhbərliyi Amerikada yerləşən, “Hayrenik”; “Ahd-i Osmani Cəmiyyəti” – Misirdə, “Təşəbbüsi- Şahsi və Adem-i Merkeziyet, Meşrutiyet Cəmiyyəti” (nəşr orqanı “Tərəqqi”.) (Bayur, haqqında danışılan əsər, c. 4, his. 4, s. 138)



“Osmanlı Tərəqqi və İttihad Cəmiyyəti”nin bu qərarların altında imzasının olması izaholunmazdır. Çünki yuxarıda toxunulduğu hissənin təməl qanunlarına zidd olduğu kimi, Selanik mərkəzinə göndərdikləri hesabatda qeyri-müsəlmanların niyyətlərinin fərqində olduqlarını ifadə etməkdədirlər. Selanik mərkəzinə bu qərarları bildirən hesabatda ermənilərin Cəmiyyətlə əməkdaşlıq etmək istədikləri və "xam xəyallarını ürəklərində saxladıqları” bildirilməkdədir. Eyni zamanda bolqar və rumların öz hökumətlərindən əmr aldıqlarını, Osmanlı rum və bolqarlarını düşünmədiklərini, buna görə onlarla əməkdaşlığın mümkün olmadığı bildirilməkdədir.



1908-ci ildən etibarən Cəmiyyətin ölkədaxili işləri sürətlənir; ağırlıq ordu mənsublarındandır. “Cemiyyet-i Mukaddese” olaraq tanınan təşkilat Osmanlı cəmiyyətinin çox da vərdiş etmədiyi sıx bir təbliğat ilə hücumlara girişir.



Hərçənd Cəmiyyət hələ Parisdə fəaliyyət göstərdiyi illərdən etibarən Qafqaz və Türkistan türkləri ilə maraqlanmağa başlamış, oralar üçün xüsusi iş proqramları hazırlanmışdır; məktublaşmalar vardır: "Bir müddət üçün Rusiyaya olan düşmənçiliyinizi, hələ Türkiyəyə iltihak etmək ideyalarınızı ürəyinizdə saxlamağa cəhd göstərin." (Bayur, haqqında danışılan əsər, c. 1, h. 1, s. 342 vd.) Ancaq iqtidara yaxınlaşdıqca yaxud iqtidarı dövründə “İttihad və Tərəqqi”nin fikir və mövqeləri çox dəyişir. Bu dəyişmələr onların bəyinlərinə yeridilən yaxud kitabdan gələn düşüncələrinin Osmanlı Dövlət və cəmiyyət gerçəyi ilə qarşılaşmasından doğulmuş olmalıdır. Ən qısa şəkildə ifadə etsək, bu düşüncə islamçı-türkçü bir xətt izləyir. İslamçılıq həssaslığında İngilislərin Xilafət qorxusunu Türkçülükdə də Rusiyanın narahatlıqlarını düşünərək yüksək səslə danışmamağa çalışmışlar. Ancaq Dövlətin son anına qədər rəsmi Osmanlıçılıq siyasətindən heç bir zaman ayrılmamışdılar.



1910-cu ildən etibarən Ziya Göyalpın “İttihad və Tərəqqi” üzərində təsirləri görünməyə başlayır. Bəzi yazarlar bunu “İttihad və Tərəqqi” mürşidliyi olaraq xarakterizə edərlər.



"Selanikdən qalxıb İstanbula gəldikdən və burada yerləşdikdən sonra Ziya Göyalp ətrafında miqdarı getdikcə artan bir sıra müridlər toplamağa və özü də bunların arasında milli bir dərgah postuna oturmuş mürşid kimi mövqe seçdi” (Alaattin Korkmaz, Ziya Göyalp, Hərəkatı, Ank.1988, s. 261;

Mühittin Birgen, “İttihad Tərəqqidə on il, c. I, İİst.

2006, s. 360.) "Dünyanın şərqi də, qərbi də bizə açıqca göstərir ki, bu əsr milliyyət əsridir; bu əsrin vicdanları üzərində ən təsirli qüvvət milliyyət məfkurəsidir. Dövlət ancaq bunun fərqində olanlar tərəfindən idarə oluna bilər və "Milliyyət hissinin hakim olduğu bir məmləkəti, ancaq milliyyət zövqünü nəfsində duyanlar idarə edə bilər." (“Türkləşmək, İslamlaşmaq, Müasirləşmək”yə istinadən N.

Kösoğlu, Türk Milliyyətçiliyinin Doğuşu və Ziya Göyalp , İst.

2005, s. 158)



Göyalp Türkçülük və İslamçılığı bir-birini möhkəmləndirən iki siyasət olaraq şərh edir və siyasi hərəkata yol göstərməyə çalışırdı. Hadisələrin məcbur etdiyi istiqamət də bundan fərqli deyildi. İttihad Tərəqqi Partiyasının Ümumi katibli olmuş Fəthi Okyarın Partiyanı qiymətləndirməsi belədir:



"O şərtlər içində fikir adamlarını və təşkilatları olmayan və gizli çalışan bir cəmiyyətin başqa qaynaqlardan ilhamlanması çox təbii hətta zəruri idi. Necə ki bu qaynaqlar Balkan komitaçılığından Mason lojalarına qədər uzanan ziqzaqlar içində idi. Lakin, şübhəsiz, olan bu idi: İttihad və Tərəqqi, bəlkə, o günün şərtləri içində açıqca ifadə edilməsi qeyri-mümkün və hətta rəhbərlikdə olanların da fəlsəfə və fikir olaraq ifadə edə bilməyəcəkləri şəkildə türk milliyyətçisi idi." (Fəthi Okyar, Üç dövrdə bir adam, İstanbul 1980, s. 23) Hökumətin elanından sonra "İki ay içində az qala bütün ölkədə Cəmiyyətin şöbələri açılmışdı. Bura diqqətimdən qaçmırdı: Məmləkətdə oxucu-yazar azlığına, vilayət, bayraq və qəzalarda həkimlik, əczaçılıq, baytarlıq, hətta az sayda olmaqla birlikdə mühəndislik peşələri Türk və Müsəlman olmayan rum-erməni-yəhudilərin əlində olmasına, bizim din, irq, məzhəb, milliyyət fərqinə baxmadan Osmanlı olduğumuzu israrla elanımıza baxmayaraq, təşkilat üçün müraciət edənlər arasında, az qala Türklərdən qeyrisi yox idi". (Fəthi Okyar, haqqında danışılan əsər, s. 27-28)



Osmanlı siyasi həyatında getdikcə, ümumiyyətlə, Türk olmayan ünsürlərin müxalifət cəbhəsində toplanması, türklərin də İttihad Tərəqqiyə yönəlməsini sürətləndirir. Partiya bu baxımdan da zəruri olaraq türkçülüyə yönəlir.

(Mühittin Birgen, “İttihad Tərəqqi”də on il, İstanbul 2006, c. I, s.

113)



Göyalpı yaxından tanıyan və o illərdə İttihadçıların “Tanin” qəzetində redaktorluq edən Mühitdin Birgen belə yazır:



"Bəli Ziya Göyalp belə bir adam idi. İçində fikir ilə şeiri bir-birinə qarışdırmış kah fikirlərinin məşəli ilə ətrafını işıqlandıraraq, kah şeir və xülyanın buludları üstündə göylərdə səyahətə çıxaraq, Türkiyə üçün fikir aləmində bələdçilik edirdi. Yavaş-yavaş Ziya Göyalp “İttihad və Tərəqqi”yə müəyyən bir ictimai və siyasi əqidə verən ruh oldu. O, Ümumi Mərkəzdə bu işi başlayana qədər “İttihad Tərəqqi” içində ictimai və siyasi fikir olmaq üzrə heç bir şey yox idi deyə bilərik. Həm məmləkət daxili, həm “İttihad və Tərəqqi” mühitində çox müxtəlif fikirlər vardı; lakin, bunların heç biri sistemlənməmiş, başdan-ayağa müəyyən bir fəlsəfədən ruh almış deyildi. Bütün fikirlər, xüsusilə, yenilik və inqilab fikirləri, əksəriyyətlə şəklə və zahiri görünüşlərə aid şeylər idi. O, ilk dəfə olaraq Avropanı Türkə görə oxumuş, Türk gözüylə araşdırmış və Türk ruhuyla anlamış insan olaraq ortaya çıxırdı… O tarixlərdə məmləkətdə yeganə sistematik fikir hərəkatı, “İttihad və Tərəqqi”nin sağ tərəfində idi." (Birgen, haqqında danışılan əsər, s. 364)



Köhnə bir “İttihadçı” olan Cəlal Bayar, keçmiş Osmanlı rəhbərlərini günahlandıraraq Osmanlılıq hüququnun qoruna bilmədiyini söyləyir.

"Nə qədər qaydalar, adətlər varsa, hamısı Osmanlılığın əleyhinə, Osmanlı düşmənlərinin lehində idi". Buna görə İttihad və Tərəqqi siyasi

baxımdan, bu qaydaları dəyişdirmək üçün inqilabçı. ictimai həyatında təkamülçü idi, deyir. (Cəlal Bayar, Mən də yazdım, İstanbul 1966, c. II, s. 432) Bayar, 1856-cı il “İslahat fərmanı”nın gətirdiyi müsəlman-qeyri-müsəlman siyasi bərabərliyinə toxunmadan, heç bir siyasi haqqı olmayan tayfa və camaatların ictimai nüfuzlarını genişlədərək siyasi güc halına gəldiklərini və hökumətlə mübarizəyə girdiklərini yazır. Lakin qeyri-müsəlmanların Osmanlı Məclisində təmsil hüququ əldə etmələri bir tərəfə haqqında danışılan ictimai qrupların, Hökumət sisteminin verdiyi imkanlarla güc Kazandıqları və parçalayıcı olduqlarının fərqində olmur.



İttihadçılığın bir xüsusiyyətinin də terrorçuluq yaxud "terror davranışı" olduğu deyilmişdir. Bunu hər məsələni qüvvətə söykənərək qısa və asan yoldan həll etmə anlayışı olaraq ifadə edə bilərik. Doğru olmaqla birlikdə bu rəftarın “İttihadçılar”a xas olduğunu düşünmək səhvdir; əsgərin içində olduğu bütün siyasi hərəkatlarda eyni tutumu görərik. “İttihadçıların” da, xüsusilə, güclü olan hərbi qanadı, Selanik mərkəzli III Ordu mənsublarıdır və gənc yaşlarından etibarən qiyamçı təqibi və qarşıdurmalarıyla həyata atılıbar. Problemlərin qüvvətlə və birbaşa həll edilməsi onlar üçün bir təhsil məsələsindən çox yaşanan bir həyat vərdişidir. Eyni zamanda bu nəslin tələsik həll yolu axtardığı və bunun üçün də həyat bahasına olsa da, asan həllərə meyilləndiyi unudulmamalıdır. Osmanlının həyatında və təhsillərində demokratik bir quruluş və tərbiyə götürməyən bu insanların, vərdişlərini siyasi həyata da əks etdirmələri təbiidir. Bilirik ki, ilk siyasi partiya, bir gizli qiyam cəmiyyəti olaraq qurulmuşdur. Bu cəmiyyətə mənsub bir hərbi tibb məktəbi şagirdinin, 1907-ci ildə yazdığı bir məktubunda bu sətirlər vardır:

 



"Məqsədimiz təkamülə bağlı olmaq deyil, onu silah ilə, ölüm ilə, qan ilə tezləşdirməkdir… Vətənin yarasının dərmanı silah və barıtdır…"





Bu ifadələri bir az uşaqca qəbul etsək də, dövrün ab-havasını əks etdirir.













Ənvər bəy cəmiyyətdə



Ənvər bəy, 1906-cı ilin sentyabrında Osmanlı qürurunu təmsil edə biləcək güclü bir iqtidarın xəyalları içində Selanikdəki Osmanlı Azadlıq Cəmiyyətinə daxil olur. Poçt məmuru Tələt bəyi orada tanıyır,

 –"Ona qarşı böyük məhəbbət hiss etdim", – deyə yazır.

Bu cəmiyyət III Ordu mərkəzi olan Selanikdə, Tələt bəy, Midhət Şükrü (Bleda), Bursalı Tahir (Ongun), Kazım Nami (Duru), İsmail (Canpolat), Ömər Naci və yoldaşları tərəfindən qurulmuşdur. İtalyan Karbonari tərzində gizli təşkilatlanması və masonik mərasimlərə bənzər and mərasimləri vardır. Cəmiyyət mənsubları, əsasən, əsgərlərdir. Bu cür bir gizlilik və şişirdilmiş mərasimlər, xüsusilə, narazı gənc zabitlərin marağını çəkməkdədir və mistik bir təsir oyandırmaqdadır. Beləcə, qanı qaynayan gənclər, nəticəsini çox da düşünmədən, mahiyyəti məchul “vətəni xilas etmək” oyununa qatılmaqdadır.



Zabitlərin yüksəlişinin nizamlı ola bilməməsi, maaş və ödənişlərin həm az, həm də zamanında ödənə bilməməsi kimi ordudaxili çətinliklər narazılar zümrəsini artırmaqdadır. İstanbuldakı Mərkəz Ordusunun heç bir problem yaşamadığı, paşa övladlarına rütbələr paylandığı kimi təbliğatlar hər kəsin dilindədir. Selanik masonlarının da dəstəyini almış olan bu Təşkilatin qurucularından Midhət Şükrü cəmiyyətin ilk günlərini belə izah edər:



"Ən böyük zövqümüz Saray idarəsinə rahatca müzakirə etmək idi… Bu müzakirələr Padşaha uzaqdan yumruq yelləmələr, evimizin dörd divarını aşmırdı." (Ziya Nur Aksun, Osmanlı Tarixi, İstanbul 1994, c. 5, s. 74)



Selanikdə olduğu bir gün əmisi baş leytenant Xəlil bəy Ənvər bəyə "cəmiyyətdən" bəhs edir. Xəstə olan yoldaşları Hafiz Haqqını ziyarət edib; ona da məlumat verərlər. Xəlildən şərtləri soruşanda, o da

 "Məmləkətdə qanuni idarənin qurulmasına çalışmaq, 1877-ci Konstitusiyasının tətbiq olunmasını təmin etməkdən ibarətdir", –

deyə cavab verir. Ənvər bəy əmisindən ayrıldıqdan sonra Selanik Rüşdiye müdiri olan, sevib-saydığı mayor Bursalı Məmməd Tahir bəyi ziyarət edir. Ona belə bir təklif gəldiyini söyləyərək fikirini öyrənmək istəyir. M.Tahir bəy şübhələnsə də, Ənvərin saflıq və səmimiyyətinə inandığından belə bir cəmiyyətin var olduğunu, özünün də üzv olduğunu açıqlayır, "

Sən də gir, yaxşı olar"

 deyir. Ənvər bəy sabahısı gün Monastıra dönmək məcburiyyətində olduğunu söyləyincə, evində gözləməsini, gecə yarısı onu aparmağa gələcəklərini və aparacaqları yerdə xüsusi bir and içdikdən sonra cəmiyyətə girmiş olacağını söyləyir.



Ənvər bəy qayını olan Selanik Mərkəz Komandirinin yavəri şehenşahi-Miralay Nazim bəyin evindədir. O axşam bir ziyafət vardır və yemək yeyildikdən sonra qonaqlar qumar masasının ətrafında toplanarkən o, qulağı qapıda gəzişməkdədir. Sonunda qapı çalınır və M.Tahir bəyin haqqında danışdığı Qərargah mayoru Haqqı bəy gəlir. Evdən çıxarkən yenə də tədbirlidir:

"Rovelverimi cibimə qoydum; Allaha təvəkkül edib yola çıxdım." Kafe Kristala ge-dirlər;

oradakı bir neçə adama salam verib oturarlar. Buradan bir vətəndaşla birlikdə qalxaraq, qapıda dayanan avtomobilə minirlər.

"Yolda bu vətəndaşı, Haqqı bəy təqdim etdi: Poçt və Teleqraf baş katibi Tələt bəy. Ürəyimdə özünə qarşı böyük məhəbbət hiss etdim. Demək bunlar bütün xəyallarımızı reallaşdırmaq üçün hərəkətə keçmişdilər”.



Alatini kərpic fabrikinin küçəsindən bir az əvvəl avtomobil dayanır; sürücü yola salınır. Haqqı bəy də orada qalır.



"Mən Tələt bəy ilə birlikdə küçəyə girdim. Meydanlığa çıxan küncdə dayandıq. Tələt bəy cibindən çıxardığı qara bir gözlüyü gözlərimə taxdı. Altında qara bir bez olsa da, ətraf bir az seçilirdi. Təəssüf ki, mən Selaniki tanımadığım üçün buraları da tanımırdım. Bir bağçadan içəri girdik. Bağça qapısında “kimdir o?” deyildi. “Aypara” parolu verildi. O gözləyən məni götürdü. Tələt bəy çöldə qaldı. Bir daş pilləkəndən çıxdıq. Sağda bir otağa girdim. Orada tək qaldım. Yüngül bir lampa işığı otağı işıqlandırırdı. Pərdələr bağlı idi". (Çingiz haqqında danışılan əsər, s. 60)



İçəri bir az qısa boylu, üzü qara örtüklü biri girir və ondan cəmiyyətə girməkdə qərarlı olub-olmadığını soruşur. “Bəli”, – deyir. Gözləri qara bir bezlə və yenidən möhkəmcə bağlanır. Artıq ətrafı heç görə bilmir. Başqa bir otağa aparılır. Orada ayaqüstə gözləyərkən qarşısında dayanan biri, vətənin içində olduğu vəziyyət buna səbəb olan zalım rəhbərliyin pislikləri haqqında çıxış edir və nəhayət, onun “Osmanlı Azadlıq Cəmiyyəti”nə qəbul edildiyini bildirir.



Sonrasını yenə özündən dinləyək:



"Nəhayət, sıra anda gəldi. Sağ əlim “Quran-i Əzimü'ş-şan”, sol əlim də bir xəncər və bıçaq üzərində olduğu halda, 1877-ci il Konstitusiyasının geri gətirilməsinə çalışacağıma və bu uğurda heç bir şey əsirgəməyəcəyimə və xəyanət etməyəcəyimə and içdim".



Sonra gözü açılır. Bu mərasim ona çox təsir etmişdir:



"Ürəyimdə tək başıma bu zalım idarəni kökündən aşırdacaq bir qüvvət və bu qüvvətə uyğun bir istək hiss edirdim".



Ona Cəmiyyətin işarə və parolları da izah edilir. Çıxarkən yenidən gözləri bağlanır və çöldə gözləyən Haqqı bəyə təhvil verilir. Cəmiyyətin on ikinci üzvüdür. İlk üzvlük haqqını Haqqı bəyə ödəyir. Tələt bəy onu evinə qədər ötürür.



“Artıq ürəyim vətənin xilas olacağına fövqəladə inanmış olduğu halda, sabahısı gün qatarla Monastıra hərəkət etdim".



Ənvər bəyin Cəmiyyətə girdiyi bölgəyə göndərilən Şemsi Paşa tərəfindən İstanbula bildirilir:



"Cəmiyyətin harada olduğuna dair heç kimin məlumatı olmayıb aparılan gizli araşdırmadan qərargah mayorlardan Ənvər bəyin qiyafətini dəyişdirərək fəsadçılar cəmiyyətinə qatılmaq üçün hərəkət etməsidir....” (H. Bayur, haqqında danışılan əsər, c. 1, Qıs. 1, s. 454)





* * *





Monastıra gedən Ənvər bəyə, necə çalışacağı barədə bir şey deyilməmişdir; bildiyi, çox diqqətli və gizli çalışılması lazım olduğu idi. Daha əvvəl də Monastırda bənzəri bir təşkilatlanmağa gedilmiş amma dərhal fərq edilərək dağıdılmışdı. Ənvər bəy əsgər və yaxın yoldaşları arasında qərargahı bacarığından və etibardan faydalanar. Əvvəl Qərargah başçısı Həsən (Miralay Həsən Tosun) bəyə, söz arasında belə bir cəmiyyət qurulmasından bəhs edir. Həsən bəy dərhal qəbul edir. Ardınca, batareya komandiri qərargah kapitanı Kazım Qarabəkirə danışır; o da qəbul edir. Gizli birlik getdikcə genişlənməyə başlayır. Ovçu Kapitan Niyazi bəy də (azadlıq qəhrəmanı Kolağası Resneli Niyazi) bu vaxt təşkilata girir. Ancaq cəmiyyət mərkəzi ilə xəbərləşmək təmin edə bilməməkdədirlər və nə edəcəkləri mövzusunda açıq bir fikirləri yoxdur. Buradakılar cəmiyyət mərkəzinin Selanikdə olduğunu bilmir, İstanbulda olduğunu zənn edərlər; hətta sədrəzəm Fərid Paşanın da cəmiyyətə daxil olduğunu zənn edirlər. Ənvər bəy bu zənnetmələrə uyğun davranar. Dörd ay sonra Ənvər bəy yenidən Selanikə gedərək Tələt bəylə görüşür. Orada Rəhmi bəylə tanış olarlar. Əl yazısıyla bir təlimat alır; Monastır üzvlərinin nömrələri beş yüzdən başlayacaq. Ənvər çox həvəslidir. Dönüşündə işlər sürətləndirilir və mayor ilə mülazım arasındakı zabitlər and mərasimindən keçirilərək gizli cəmiyyətə qəbul edilirlər. Monastırdakılar özlərinə ayrı bir mərkəz heyəti seçirlər.



1907-ci ilin aprel ayında, Cəmiyyətin yüksək mərkəzi heyəti tərəfindən Selanikə çağırılır. Qayını Selanik mərkəz komandiri Nazim bəyin köməyi ilə Selanikə gedir. Burada Jandarma kapitanı Nafiz bəyin evində Dr. Nazim ilə tanış olarlar.

"Orada qısa saqqallı, entari-hırka” geyinmiş biri oturmaqda idi.

Bu şəxsin siması üzərimdə yaxşı təsir yaratmışdı "Daxildə və xaricdəki" təşkilatların birləşdirilməsi üzərində razılaşırlar. Bir neçə gün sonra Manyasizade Rəfiq bəyin evində, Tələt bəy, Kapitan Canpolat İsmail bəy, Mayor Tahir, Piyada mayoru Əli Naki bəy, Midhət Şükrü (Bleda) və daha sonra Selanik deputatı olacaq Rəhmi Bəylərin iştirakı il edilən bir yığıncaqda Parisdəki “Tərəqqi və İttihad” ilə mərkəzi Selanikdə olan “Osmanlı Azadlıq Cəmiyyəti”nin birləşdirilməsinə və adının "Osmanlı İttihad və Tərəqqi Cəmiyyəti" olmasına qərar verirlər. Xarici mərkəzi Parisdə daxili mərkəzinin yeri müəyyən olmamaq üzrə iki mərkəzi-ümumisi olacaq; bir-biriləriylə xəbərləşəcəkdilər. Yeni nizamnamə bir neçə gün sonra göndəriləcəkdi.



Ənvər bəyin “Tərəqqi və İttihad Cəmiyyəti”nin keçmişindən və yuxarıda toxunulan konqres qərarlarından yaxud bənzəri hallarından xəbərdar olduğuna dair bir işarə yoxdur. Ancaq, zaman keçdikcə Cəmiyyət içindəki müsəlman olmayanlarla aralarındakı ruh və əməl fərqliliklərini hiss edəcək və ona görə vəziyyət almağa çalışacaqlar. Bunun üçün bəlkə çox çox zaman keçməsi lazım olmayacaq, amma artıq yola girilmişdir.



Sabahısı gün Monastıra dönən Ənvər bəyin ağlına maraqlı bir fikir gəlir. Məktəbi olmayan Müsəlman kəndlərə məktəb açıb buralara Cəmiyyət mənsublarından müəllimlər təyin edərək bunlar vasitəsiylə kəndlilər arasında güclü bir təşkilatlanma qurmaq. Kəndlər haqqında statistik məlumatlar toplamağa başlayar.

Əsasən hərbi dəstələr davamlı ətrafı gəzməkdə olduqlarından, birlik komandirlərindən, getdikləri "İslam kəndlərində, əhalinin təbiətinə görə nəsi-hət yaxud icbari məktəb qurulması üçün" pul yığmaqlarını xahiş edir. "Milli təhsilə əhəmiyyət vermək lazım olduğu hər kəs tərəfindən bilinirdi." Özü də hərbiçi ətrafından pul toplamağa başlar. "Bu barədə Selanikdə belə bir dəfə qərargah başçısı Miralay Əli Paşa və Süvari feriki İsmayıl Paşa və Ferik Rəhmi Paşa və sair şəxslərdən pul yığmışdım." (H. E.


Çingiz, haqqında danışılan əsər, s. 70)



Cəmiyyət Monastır və Ohri ətrafında yayılmağa davam etməkdədir. Ohrili olan Kolağası Eyyup Səbri bəy və müderris Mustafa Əfəndinin qatılmaları inkişaf sürətini artırır. Kəsriye mövqe komandiri Qərargah kolağası Fəthi bəy (Okyar) təşkilata qəbul edilir. 1907-ci ilin iyul ayında Monastır idarə heyəti tərəfindən, Selanikdə olduğu yalnız bu heyətdəkilər tərəfindən bilinən Mərkəzi-Ümumiyə üzv seçilir.

"Xülasə, 1908-ci ilin əvvəllərində Rumelidə hər vilayətin, demək olar, əksər qəzasında təşkilat qurulmuşdu."

Monastırda “Neyyir-i Həqiqət” adlı, daşbasma ilə çoxaldılan bir də qəzet çıxardılar. Cəmiyyətin mərkəzi-ümumisi Tələt bəy, Ənvər bəy, Qərargah Kolağası Hafiz Haqqı bəy, Piyada kapitanı Canpolat İsmayıl bəy, Manyasizade Rəfiq bəy və Qərargah kaymakamı Camal bəydən (Dənizçilik Naziri Camal Paşa) ibarətdir.



Sultan Həmid hakimiyyəti işlərdən xəbərdar olmuşdur. Ənvər bəyin qayını olan Selanik Mərkəz Komandiri kaymakam Nazim bəy tədbir görməkdədir.

"Zahirən yunan qiyam komitəsinə qarşı olmaq üzrə otuz adamdan ibarət olan bir kəşfiyyat Təşkilatı qurmuşdu. Qayınım olduğu üçün bacımın köməyiylə bu təşkilatda olanların ad və vəzifələrini, fotoşəkillərini əldə etmişdim." (H.

E. Çingiz, haqqında danışılan əsər, s. 79) Ənvər Bəy qayınının çox borclu olması səbəbiylə Saray katibliyinə bağlı olduğunu və təhlükə meydana yaratmağa başladığını yazır. Sonunda Mərkəzi-Ümumi Nəzim bəyin öldürülməsinə qərar verir. Beləcə, eyni zamanda bir güc nümayişi göstərmiş olacaqdılar. Bir neçə təşəbbüs nəticəsiz qalır; Nazım bəy çox diqqətlidir. İyunun əvvəlində Nazim bəy tələsik İstanbula çağırılınca yenidən təşəbbüs edilər. O axşam Ənvər bəy və atası Əhməd bəy də Nazim bəyin evində yuxarı mərtəbədədirlər. Qapı döyülür və Nazim bəyi bir zabitin görmək istədiyi deyilər. Ənvər həyəcanlanır; amma tərpənmir. Nazim Bəy bir az tərəddüddən sonra aşağıya enir. Aşağıdan bir silah səsi gəlir. Bundan sonra Ənvər aşağıya yönəlir. "Nazim bəyi, qıçını tutaraq yuxarı çıxanda gördüm. "Həkim çağıraq” deyə yalançı bir təlaşa girir, qapıya doğru qaçar.

"Bu sırada Canpolatzadə Kapitan İsmayıl Əfəndini qonaq otağının qapısının yanındakı kresloda uzanmış görüncə nə baş verdiyini soruşdum: “

Səhvən məni də vurdular" deyər və ondan şübhələnmədiklərini əlavə edir. Ənvər bəyin dərdi vuran adamın qaçıb-qaçmadığıdır; adam tutulsa böyük fiyasko olacaq. Həkim gətirmək üçün küçəyə çıxar, sahildəki “Bəyaz Qüllə”yə gedərək bir həkim gətirir. Bu sırada Nazim bəyin inzibat zabiti İbrahim gəlir; o da qıçını tutub:

"Əfəndim məni də vurdu, qaçdı" deyir.



Ənvər bəy gələn-gedənlərin yanında rol oynamağa davam edir. Sabahısı gün Nazim bəyi vuran leytenant Mustafa Nəcib Əfəndini Tahtakaledə yoldaşlarıyla söhbət edərkən görür. Hər şey yolundadır…



Reval, bölüşdürmə görüşü





Eyni gün, 9 iyun 1908-ci ildə, aralarındakı müxtəlif qarşıdurma mövzularında bir şəkildə razılaşmaya gələn İngiltərə kralı ilə Rus şarı, Estonyanın Reval şəhərində bir gəmidə görüşmüşdülər. Bu görüşmədə Osmanlı Dövlətinin paylaşılmasına qərar verildiyi xəbəri, Balkanlarda bomba kimi “partlayar”. Bu xəbərin tarixi doğruluğundan əmin olunmamaqla birlikdə, əsasən, bu dövlətlərin Osmanlını paylaşmaq üçün plan üstünə plan qurduqları bilinirdi. Ancaq xəbərin yayılış şəkli, Balkanlarda atəş içindən keçən Osmanlı zabitlərini hərəkətə keçirəcək şəkildə idi; artıq dayanmaq olmaz; bir şəkildə hökumətin elanını təmin etmək lazım idi… Başqa bir çarə də bilmir, düşünə bilmirdilər. Bolşevik qiyamından sonra nümayiş olunan sənədlərə söykənərək Şövkət Süreyya Reval Müsahibəsində belə bir formulun aydın olduğunu yazar:

 



"1. Osmanlı Dövlətinin dünya üçün davamlı və təhlükəli anlaşılmazlıq mövzusu olmaqdan çıxarılaraq bəzi bölgələrin bəynəlxalq bir idarəyə verilməsi.



2. Bu bölgələrdən İraqın İngiltərə, İstanbul və boğazların Rus bölgələri olaraq bu dövlətlərə verilməsi.



3. Osmanlı Dövləti haqqında qərar verilərkən Şərq məsələsi ilə əlaqədar digər dövlətlərin mənfəətlərinin qorunması.



4. Osmanlı Dövlətinin sərhədləri daxilində Türk və Müsəlman olmayan xalqların özlərini idarə haqqları üçün rus və ingilislərin ardıcıllıq və stabillik göstərmələri…" (Aydəmir, haqqında danışılan əsər, c. I, s. 522-23)



Görünür ki, Osmanlı ziyalıları da, Saray da hadisəni doğru qəbul etmişdi; Osmanlı Dövləti bölünür, paylaşılırdı. Cəmiyyət bir məlumata hazırlayar; Rumelidə İslam ünsürün əksəriyyət olduğunu, bunların hüququnun diqqətə alınmasını "və insaniyyətə xidmət etmək istəyərlərsə, hökumətlərin, Konstitusiyanın islahında bizə kömək etmələri lazım olduğu" yazılır, Monastır, Selanik və Üsküpdəki “Düvel-i Muazzama” (Böyük dövlətlər) konsullarına verilir. Beləcə cəmiyyət ilk dəfə ortaya çıxmış olurdu. Rumelidə bir tərəfdən üsyançılarla döyüşən və bir tərəfdən də Sultan Həmidi devirmək üçün təşkilat quran “İttihadçı” gənc zabitlərin vəziyyəti necə gördükləri və nə istədiklərini Şövkət Süreyyanın layihə barədə müxtəsər fikirlərinə nəzər salaq:



"Bizi bu layihəni təqdim etməyə göndərən əvvəl üzərində dayandığımız torpağımıza olan eşqimiz və onun xoşbəxtliyinə xidmət qayğımızdır. Sonra da içində olduğumuz həqiqi xəstəliyi göstərərək, buna çarə axtaranlara kömək etməkdir.



Avropanın Makedoniyadakı son dörd illik islahat təcrübələri heç bir müsbət nəticə verməmişdir. Böyük dövlətlər də bunu etiraf edirlər. Amma yenə faydasız qalacağına inandığımız yeni tədbirlər arxasınca qaçırlar.



Cəmiyyətimiz isə faydasından çox zərəri toxunacaq olan müdaxilələrə deyil, müsəlman və xristian – bütün vətəndaşların əlbirlik ilə və bunların öz vətənlərini xarici müdaxilələrdən qoruyaraq hamısının siyasi və şəxsi azadlığını, indiki idarəçiliyin istibdadından, zülmündən qurtarmaq iddiasındadır. Bunun üçün qurulmuşdur. Bu bəyanlarımızda nə dini, nə milli bir fanatizm yoxdur.



Avropa muxtar, yaxud müstəqil bir Makedoniya yaratmaq istəyir. Halbuki Makedoniya Osmanlı Dövlətindən ayrıla bilməz. Avropanın Makedoniya deyə ayırmaq istədiyi üç vilayətin taleyi, dövlətin digər iyirmi yeddi vilayətinin taleyindən ayrı ola bilməz. Makedoniyaya aid olmaq üçün görülən tədbirlərin hamısı ölü doğulmuş uşaq kimidir.



Nəticədə Avropa islahat deyə müqavimət göstərməklə böyük səhv içindədir. Əgər ortada bir pislik varsa, o pislik tək Makedoniyada deyil, bu günkü Hökumətin rəhbərlik formasındadır. Və bundan tək Makedoniya deyil, bütün Asiya və Afrikadakı Osmanlı vilayətləri də əziyyət çəkir. Tək Makedoniya xristianları deyil, türk, ərəb, alban, şərkəz, kürd, erməni, yəhudi xülasə olaraq bütün Osmanlı xalqları əziyyət çəkir. Bütün bu xalqlar Rumelidəki bolqar, rum, ulah, serb və s. ilə birgə eyni boyunduruqda inləyirlər. Eyni zalım rəhbərlik hamımızı əzir. Çəkilən iztirablarda hamımız ortağıq. Müdaxilə və islahat deyilən şeylər isə Makedoniya xristianlarına Avropanın zərərli bir hədiyyəsidir." (Aydəmir, haqqında danışılan əsər, c. I, s. 528)



Layihədə daha sonra Avropalı dövlətlərdən rusların Makedoniya işlərinə qarışmasının önlənməsi istənir; rusların məqsədi makedon xalqına xidmət etmək deyil, Balkanları bir rus əyaləti halına gətirərək oradan İstanbulu işğal etməkdir, deyilər. Əlavə olunur ki, Balkanlardakı bütün təhriklərin arxasında Rusiya vardır; lakin digər dövlətlər də qarışıqlıqların önlənməsində səmimi deyildirlər. Layihə bu istəkləri sıralar:



"Avropa dövlətləri Makedoniya işlərinə müdaxilə etməkdən imtina etməlidir. Avropalılar Makedoniyalıları təhrikdən imtina etsələr, Makedoniya xalqları öz aralarında daha yaxşı razılaşaraq, öz işlərini əlbirlik ilə özləri düzəldə biləcəklər. Hər şeydən əvvəl millət və irq fərqi güdülmədən hamı