Xatirələr

Text
Aus der Reihe: Xatirə ədəbiyyatı #47
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

bütün şey-şüylərimizi kiçik mətbəx ləvazimatlarına qədər özümüzlə daşımalı idik. Bujnurta gələndə mən heç kimə əziyyət vermək istəmədim və onsuz da onlar bu uzun yolda yorulmuşdular. Bütün yeşikləri bağa aparmaq üçün öz işlər müdirimə o birisi günün səhərisinə qədər pullarımın və bahalı şeylərimin olduğu, özümlə gətirdiyim iki yeşikdən başqa hamısını bağın qapısı yanında düzdürməsini tapşırdım. O

birisi gün mənim işlər müdirim rəngi qaçmış, təlaş içində yanıma gəldi və etiraf etdi ki, bir gün əvvəl uzun çəkən səfər zamanı yorulduğundan mənim dediyim iki yeşiyi bağa aparmağa halı olmayıb. Bu gün səhər hamısının orda olmasına əmin olmaq üçün onlardan birini açmış, baxıb görmüş ki, 500 krona olan kisə, tapança və qızıl akselbant yoxdur. Belə ki, yeşikdə üç akselbant vardı: onlardan bir xalis qızıl, qalan ikisi isə qızıl suyuna çəkilmişdi. Hərəsində 500 krona olan iki kisə var idi. Üç akselbantdan məhz elə qızıl olanı və kisələrdən birini oğurlamışlar. Bu oğurluq mənim üçün şübhəli idi: oğru akselbantların hansının qızıl olduğunu necə bilərdi və o nə dərəcədə alicənab idi ki, pul olan kisələri mənə saxladı? Mən öz işlər müdirimdən şübhələndim və bu barədə qubernatora məlumat verdim. O təsdiqlədi ki, oğru işlər müdiri ola bilər və belə bir təklif etdi: onu 24 saat ərzində öz cinayətini etiraf etməyə məcbur edim, sonra həbs etdirim. Lakin mən ciddi cəzanın əleyhinə idim. Belə ki, o, çoxdan mənim yanımda xidmət edirdi.

Tamamilə tanış olmayan şəhərdə onun türmədə oturması mənim üçün çox ağır olardı. Odur ki, onu yanıma çağırtdırdım və təcili işdən çıxmasını əmr etdim. O, bir söz demədən çıxıb getdi. Elə həmin gün mənə məktub göndərdi ki, orada da onun Təbrizdə olduğu evin alqı-satqı sənədi barəsində də yazmışdı.

Bu məktubda o çox təsirli ifadələrlə mənə yazırdı ki, onu oğurluqda nahaqdan təqsirləndiriblər. Onun yeganə günahı ondan ibarətdir ki, bir gün əvvəl bu iki yeşiyi bağa aparmayıb. Bunu da əlavə etmişdi ki, Təbrizdə onun kiçik bir evi var, mənə vurulan ziyanı ödəmək məqsədi ilə həmin evi təklif edir. Tanış

olmayan şəhərdə tək qalmamaq üçün mənim yanımda, ən sonu mənim Tehrana gəlməyimə qədər işdə

qalmasını da, eləcə də oğurluq barədə bütün qonşu qəzaların rəislərinə məlumat verilməsini xahiş edirdi.

Məktub mənə çox təsir etdi və öz işlər müdirimi yanımda saxladım. Bundan sonra səfərimizi davam etdirdik və üç ay keçəndən sonra balta dəyməmiş sıx meşələr ilə əhatə olunmuş gözəl bir vadiyə gəlib çıxdıq. Görünür, heç vaxt bura insan ayağı dəyməmişdi. Ona görə ki, yolda bizə çoxlu qırqovullar rast gəlirdi. Onlar cüzi qorxu hiss etdiklərini belə bizə büruzə vermədilər. Özünün günəş şüaları altında bərq vurduğu, gümüş pula bənzədiyi şəffaf şırnağı ilə dağ çayı vadi ilə axırdı. Biz bu gözəl çayın kənarıda tünd yaşıl rəngli yumşaq otun üzərində düşərgə saldıq. Bu füsunkar yer Sumbar adlanır. Hamımız Komissiya rəisinin çadırına toplaşdıq. Birdən biz tərəfə gələn atlı peyda oldu. Biz çox götür-qoy etdik, bunun kim olduğunu düşündük, heç cür anşıra bilmədik. Nəhayət, atlı bizim düşərgənin yanına gəldi və

soruşdu ki, Mirzə Rza xan hardadır. Ona mənim çadırımı göstərdilər. Mən də ora getdim. O, atdan düşüb mənə məktub verdi. Bu məktub Şirvanda şəhər rəisindən idi. O, mənə Bujnurtda mənim başıma gələn oğurluqdan ətraflı danışdı. Şirvanda onun polis komissarı olan oğlu bir dəfə şəhərin traktirlərinin birində olur. Orada çay içən pırtlaşıq saçlı bir nəfər gözünə sataşır. Çayın haqqını ödəyən zaman cibindən gümüş sikkələr ilə dolu pul kisəsini çıxardır. Komissarın bu qədər pulun onda hardan olduğunu soruşanda səfil kobudcasına cavab verib deyir ki, bunun heç kimə dəxli yoxdur. Onun özünü itirməsi və kobud cavabı komissarın dilənçidə bu qədər pulun olmasına şübhəsini təsdiqləyir. Səfil tezcə

həbs olunur və qəza rəisinin yanına aparılır. Rəis onu sorğu edərək türməyə salır ki, burada da o, tezliklə

mənim başıma gələn oğurluğu etiraf edir. Bədbəxtlikdən artıq 70 kronanı xərcləmiş, akselbantı zərgərə

satmışdı ki, o da onu əritməyə müvəffəq olmuşdu. Qalan pula və tapançaya gəldikdəsə, qəza rəisi onu xidmətçinin vasitəsi ilə göndərib. Mən işlər müdirimin günahsız olduğuna çox sevindim. Elə həmin an 30 kronanı bu şad xəbəri gətirənə verdim, 400 kronanı isə yenicə xilas olmuş öz işlər müdirimə haqsız 9

ittihamın əvəzini çıxmaq üçün bağışladım. Bu hadisədən sonra heç bir sübut olmadan heç kimi heç bir zaman günahlandırmamağı bir qayda olaraq qarşıma məsqəd qoydum.

10

V FƏSİL

Tiflisdə xanım Stasyuleviçin pansionunda rus dilini öyrəndiyim vaxtlar dərslərə Vano Əlixanov adlı balaca oğlan da gəlirdi. O, hər dəfə gələndə özü ilə səhər yeməyi, ələlxüsus, şirniyyat gətirərdi və

halallıqla öz dostlarına paylayardı. Onu da qeyd edim ki, ən çox hallarda mənimlə bölüşərdi. Bir dəfə

mənə bir neçə konfet verən zaman xanım Stasyuleviçdən dərs alan və nədənsə məndən xoşu gəlməyən bir qız ona dedi:

– Məgər tatara konfetlər vermək olar?

Balaca Vano ona tamamilə ciddi şəkildə amiranə avazla dedi:

– Ona niyə konfetlər verməyim? Nə vaxtsa o, Tiflisdə baş konsul olub, orada yaşayacaq, şahın anadan olduğu günü qeyd edəcək, fişəngbazlıq təşkil edəcək, məni bu ziyafətə dəvət edəcək və öz növbəsində məni şirniyyata qonaq edəcək!

Təxminən iyirmi ildən sonra mən yenə Tiflisə qayıtdım, amma bu dəfə baş konsul kimi. İlk dəfə şah əlahəzrətlərinin anadan olduğu günü qeyd edəndə məktəb yoldaşım Əlixanovu xatırladım. Əla bir ziyafət təşkil etdim. Vano Əlixanovu yanıma dəvət etdim. Evimin eyvanından fişəngbazlığı göstərərək ona şirniyyat təklif etdim və uşaqlıq illərində peyğəmbərcəsinə söylədiyi sözünü ona xatırlatdım.

11

VI FƏSİL

İlahiyyat öyrəndiyim Təbrizdəki mədrəsədə tələbə Molla Məhəmməd də vardı. O nümunəvi idi.

Elmə çox həvəs göstərirdi, həyatın mənasını təkcə təhsil almaqda görürdü. Ciddi və adamayovuşmaz xarakterə malik olan bu oğlan həmişə bizdən aralı gəzirdi. Ona xüsusi hörmət etdiyimizdən həyatı barədə nəsə soruşmaqda çətinlik çəkirdik. Müntəzəm olaraq həftədə bir dəfə mədrəsədə dərs buraxırdı.

Biz bilmirdik ki, onun bu metotik dərs buraxmasına nə ad verək. Onun müntəzəm şəkildə həftədə bir dəfə dərs buraxması hamımız üçün müəmma idi və bizi fövqəladə şəkildə maraqlandırırdı. Bundan əlavə, bizdən heç kim ondan bunu soruşmaq qərarına gəlmirdi.

Bir dəfə mən şəhərin mərkəzindən olduqca uzaqda olan yerdə yaşayan bacımın yanına yollandım.

Xəlvət bir küçə ilə gedərkən gözəl bir tikinti mənim diqqətimi cəlb etdi. Öz işləri ilə məşğul olan işçi kütləsi ora-bura vurnuxurdu. Bu evin memarlığı ilə maraqlanarkən nəzərim təsadüfən fəhlələrdən birinə

dikildi. O, məni görən kimi əlindəki alətlər ilə sifətini gizlətdi. Bu, məni çox təəccübləndirdi və onun sifətini görməyə cəhd göstərdim. Mən ona diqqətlə baxanda sadə işçi geyimində Molla Məhəmmədi tanıdım. Mən çevrilib görməməzliyə vuraraq öz yoluma davam etdim. O birisi gün mədrəsəyə gələndə

onu bir kənara çəkərək orada gördüyümü söylədim. Ondan xahiş etdim ki, bunun nə demək olduğunu mənə açıqca danışsın. Uzun çəkən tərəddüddən sonra o mənə etiraf etdi ki, oxumağa son dərəcə marağı var. Heç bir vəsaiti olmadığından adi dülgər olaraq həftədə iki dəfə (cümə günü və başqa daha bir gün) özünə bir az pul qazanmaq və bütün həftəni dolana bilmək üçün işləmək qərarına gəlib. Ondan gündə

nə qədər qazandığını soruşanda mənə dedi ki, onun sutkalıq gəliri 10 şaadan (15 qəpik) artıq deyil. Onun dedikləri mənə çox təsir etdi. Axşam evə gələndə yazıq Molla Məhəmməd barəsində bilməsi üçün bütün bunları öz atama danışdım. Atam onu yanına çağırdı və bütün ayı dolanmaq, adi işçi kimi işləməmək üçün ona nə qədər məbləğ lazım olduğunu soruşdu. Molla Məhəmməd cavab verdi ki, ona ayda 5 frank kifayət edər. Atam ona mədrəsədə oxuduğu müddət ərzində ayda 10 frank təyin etdi və mən tam vaxtında hər ay Molla Məhəmmədə vermək üçün atamdan 10 frank almağa başladım.

İl yarımdan sonra o, doğulduğu kəndə getdi. Bir neçə il keçəndən sonra Təbrizdə vəba xəstəliyi yayıldı. Biz ordan çıxıb Qaradağa getməli olduq. Belə ki, mən Konstantinopola getməli idim. Hacı Seyid Mumtaz bələdçilik etmək üçün öz adamlarından birini mənə etibar etdi. Getməli olduğumuz yol keçilməz idi. Biz canımıza cəfa verməklə dik dağlara qalxmalı, yanları qorxulu uçurum olan nazik çığırlardan, sürətli dalğalarının apara bilmək qorxusu olan çaydan keçməli idik. Lakin biz bütün bu müqavimətlərə baxmayaraq təbiətin bu füsunkar, əsrarəngiz gözəlliyini sevməyə bilməzdik. Bizim ilk dayanacağımız bu gecə getməli olduğumuz Ordubadda olmalı idi. Atla keçilməz yol ilə getmək mümkün olmadığından, demək olar ki, yolun yarısını piyada getdik. Axşam düşdü, bizim gedəcəyimiz yer yenə çox aralı idi. Bu zaman bələdçim qarşımıza çıxan kənddə gecələməyimizi mənə təklif etdi.

Səyahətimi davam etdirməyə güc verən bu təklifi mən sevinclə qarşıladım. Çünki yorğunluqdan haldan düşmüşdüm. Birdən sakit çöllükdə kəndə yaxınlaşmağımızdan xəbər verən itin hürmə səsini eşitdik.

Sevinərək var gücümüzü toplayıb həmin istiqamədə doğru irəlilədik. Biz tezliklə kəndə çataraq gecələmək üçün karvansara axtamağa başladıq. Bizə bu kənddə karvansaranın olmadığını və məsciddə

gecələməli olduğumuzu söyləyəndə çox təəccübləndik. Odur ki, istər-istəməz bununla biz razılaşmalı idik. Biz məsciddə yerləşdik. Bu, kəndin ortasında təpədə yerləşən gildən tikilmiş kiçik tikili idi.

Məscidin çıraq ilə (ortasında fitil, yağla dolu olan dolçaya bənzər) cüzi işıqlanan içi məndə təsiredici təəssürat yaratdı. Döşəmədə tozu örtmək üçün xalça əvəzinə adi həsir sərilmişdi. Mən eyvanda yerləşdim və özümün qəmli fikirlərimə daldım. Mənim bələdçim atların ikisini də eyvanın dirəyinə

bağlayaraq azuqə dalınca getdi. Tənha qaldığımdan özümü yaxşı hiss etmirdim. Səyahətimizin elə ilk günündə bu hüznlü məsciddə gecələməyimiz mənə axmaqlıq əlaməti kimi görünürdü. Bir neçə

həmkəndlisi ilə buraya namaz qılmaq üçün gələn (axşam ibadəti) molla mənim qəmli fikirlərimi dağıtdı.

 

Mən qəmginlənmiş ürəyimi ibadət ilə yüngülləşdirməyə çox sevindim. Abdəst alaraq məscidə daxil oldum. Mənim görünməyim kəndlilər arasında mollanın diqqətini cəlb etdi: mənə nəzər yetirərək birdən ucadan sevinc nidası ifadə edərək sürətlə mənə yaxınlaşdı. Bu zaman mən onun Molla Məhəmməd olduğuna əmin oldum. O, elə həmin an məni öz evinə dəvət etdi və iki gün ərzində məni öz evində

12

saxladı. Bundan daha artıq qonaqpərvər və lütfkar ev sahibi mənə rast gəlməmişdi. O, mənim üçün xoş

olan hər şeyi etdi. Və hər bir boş şeyə o qədər diqqət yetirir və minnətdarlıq edirdi ki, yolda məruz qaldığım xoşagəlməzliklərdən sonra özümü daha yaxşı hiss edirdim.

Üçüncü gün biz hökmən getməli idik. O, yolumuza müxtəlif azuqə hazırladı və bizi yola salmaq üçün bir neçə nəfər ilə sərhədə qədər bizimlə gəldi. Orada mənə xoş səyahətlər arzuladı. Tanrıdan mənə

xoş günlər və xoşbəxtliklər dilədi. Molla Məhəmməd tərəfindən bu cür minnətdarlıq hislərindən əlahiddə şəkildə vəcdə gələrək mən bir fars atalar sözünü xatırladım: “Yaxşılıq et, at dəyraya, balıq bilməsə də, Xaliq bilər”.

13

VII FƏSİL

Molla Məhəmməddən ayrılandan sonra mən və bələdçim Ordubada getdik. Orada mehmanxana olmadığına görə, karvansarada dayandıq. Elə həmin gecə öz otağımdan çıxarkən Təbrizdə bizim evdə

işləyən xarrat ilə rastlaşdım. O, elə həmin an məni tanıdı və bizim görüşməyimizə həddindən artıq sevindi.

Bir müddət mənimlə söhbət edəndən sonra gəlişim barədə Hacı Mirzə Cəfərə məlumat verməyə

tələsdi. Elə bu karvansaranın sahibi olan Hacı Mirzə Cəfər tezliklə bizim yanımıza gəldi. Lütfkarlıq göstərərək məni və bələdçimi öz evinə dəvət etdi ki, burada da məni üç gün saxladı.

Sie haben die kostenlose Leseprobe beendet. Möchten Sie mehr lesen?