Xatirələr

Text
Aus der Reihe: Xatirə ədəbiyyatı #47
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

Gürcüstan” adlı kitab zəngin fotolarla gürcü dilində işıq üzü görüb. Mirzə Rza xan Ərfəüddövlənin ikinci xatirələrini, yəni “Şahzadə Ərfəüddövlənin xatirələri”ni bu kitabdan götürərək tərcümə etmişəm.

Bu kitablarda o, öz həyatının ayrı-ayrı anlarından söhbət açır. Onun bütün xatirələrindən görünür ki, yaxşılıq itmir. Mirzə Rza xan, eləcə də onun atası bir çoxlarına yardım göstərib.

Özünə hər halda bir az pul qazanmaq və bütün həftəni dolana bilmək üçün adi dülgər işləyən mədrəsə yoldaşından gündə nə qədər qazandığını soruşanda deyib ki, onun sutkalıq gəliri 10 şaadan (15

qəpik) artıq deyil. Bu söhbət ona çox təsir edir və axşam evə gələndə bütün bunları öz atasına danışaraq, ona yardım etməsini xahiş edir. Atası onu yanına çağırtdırır və bütün ayı dolanmaq üçün sadə işçi kimi işləməməyə görə ona nə qədər məbləğ lazım oluğunu soruşur. O cavab verir ki, ona ayda 5 frank kifayət edərdi. Atası ona 10 frank təyin edir və mədərəsədə oxuduğu vaxtlar Mirzə Rza xan səliqə ilə hər ay ona vermək üçün atasından 10 frank alır. Bu proses onun mədrəsəni başa vurana kimi davam edir.

Xatirələrində bu cür hallar çoxdur. Onun bir neçə xatirəsini əvvəllər tərcümə edib oxuculara çatdırmışdım. O cümlədən, bu kitabı tapıb tərcümə edəcəyimə, necə olur-olsun, nəşr etdirəcəyimə söz vermişdim. Nəhayət, uzun çəkən axtarışdan sonra bu kitabı tapdım. Onun bu yeganə kitabından məlum olur ki, o, hədsiz dərəcədə xeyirxah, humanist, nəcib bir şəxsiyyət olub. Kitabı oxuduqda onun həyatında qəribə, taleyüklü hadisələrin çox baş verdiyindən halı olursan. Eyni zamanda, insanda nəcib hislər baş

qaldırır ki, bunlar da insanı xeyirxah işlər görməyə, yaxşılıqlar etməyə çağırır. Odur ki, həmin nadir kitabın tərcüməsini indi sizin ixtiyarınıza verirəm.

Mirzə Məmmədoğlu

4

İRAN ŞAHI ƏLAHƏZRƏTLƏRİNİN GENERAL-ADYUTANTI MİRZƏ RZA XAN DANEŞİN

MEMUARLARI

ÖN SÖZ

Asudə vaxtlarımda ömrümdə baş verən, məndə çox böyük təəssürat yaradan sərgüzəştləri xatırlayaraq həyatımın müxtəlif dövrlərində daha çox maraqlı olan faktları qeydə almaq, onlardan bir toplu tərtib etmək qərarına gəldim.

Mən Təbrizdə anadan olmuşam. Burada atamın kiçik bir mülkü var idi ki, bu da onun bütün var-dövlətini təşkil edirdi. Bizim dinə səylə qulluq edən atam bütün həyatını müqəddəs yerlərə ziyarətə həsr edib və belə səfərlərin birində, məhz elə Kərbəla ziyarətində məzar önündə nəzir-niyaz verərək Tanrıdan bir oğul diləyib və deyib ki, əgər oğlu olarsa, mütləq onu müctəhid kimi yetişdirəcək. Odur ki, mən hələ

dünyaya gəlməmişdən öncə uşaqlıq vaxtlarımda son dərəcə arzuladığım və öz seçdiyim deyil, tamamilə

başqa karyera üçün nəzərdə tutulmuşdum.

5

I FƏSİL

Mən həmişə yuxunun öncədən xəbər verməsinə, onun çin olmasına, gerçəkləşməsinə inanmışam.

Budur, onun labüdlüyünə inamımı daha da artıran hadisə.

Mən Təbrizdə məktəbə gedəndə on bir yaşım vardı. Bir dəfə, tənəffüs zamanı yoldaşlarım bir-birindən məktəbdə kursu başa vurandan sonra nə olmaq istədikləri barəsində soruşdular. Biri həkimlik peşəsini seçdi, digəri polis rəisi olmağı arzuladı, üçüncüsü tacir olmaq istədiyini bildirdi. Bir sözlə, onların hər birisi arzu etdiyi peşəni seçdi. Mən də öz müqabilimdə, soruşulan zaman uşaqlıq anlayışıma görə adı ilə dövlətdə ən nüfuzlu şəxsi göstərmək üçün təntənəli şəkildə bəyan etdim ki, vəzir olmaq istəyirəm. Etiraf etmək lazımdır ki, mən həmişə şöhrətpərəst olmuşam və uşaqlıq xəyallarımda özümü nazir vəzifəsindən savayı başqa bir vəzifədə hiss etməyə yol verməzdim. Yoldaşlarımdan biri nüfuzlu şəxs olduğum zaman ona himayəçilik göstərməkdən imtina etməməyi xahiş edərək mənə yaxınlaşdı və

gülərək bu arzunu onun qeyd kitabçasına yazmağımı təklif etdi. Mən bu xahişin istehza avazında deyildiyinə fikir verməyərək, onun qeyd kitabçasında hər şeyin belə olacağı və yerinə yetiriləcəyi barədə

böyük əminliklə arzumu yazdım.

İllər keçdi, uşaqlığı gənclik əvəz etdi və sonra yetkin yaşa çatdım. Xorasanın hüdud qoyulması üzrə

komissiyasında öz işimi başa çatdırandan sonra, şah əlahəzrətlərinin general-adyutantı olaraq Tehrana gəldim. Təəccüblüdür ki, həmin vaxtlar Xarici İşlər Nazirliyində qeyd kitabçasına öz arzumu yazdığım uşaqlıq yoldaşımla rastlaşdım. Onun sifətindən məyusluq yağırdı. O mənə söylədi ki, 800 tümən borc alıb, nəticədə onu nazirlikdə tutublar. Onun məsuliyyətini öz üzərinə götürən bir kimsə yoxdur.

Söylədikləri mənə güclü təsir göstərdi və mən elə həmin an nazirliyə bu məbləğ barədə məsuliyyəti öz üzərimə götürmək təklifini bildirdim. Bunu etdikdən sonra dostuma yanımda yaşamağı təklif etdim, Sank-Peterburqda təyinat alan zaman isə onu bir yerə yerləşdirdim, borc pul da verdim. Bir sözlə, onun işinin sahmana düşməsi üçün hər şeyi etdim. O, məndən ayrılan zaman həyəcandan titrəyən bir səslə

dedi:

– Mən uşaqlıq zarafatının nə vaxtsa gerçəkliyə çevrilə biləcəyinə heç vaxt inanmazdım.

6

II FƏSİL

Bir dəfə mənim on dörd yaşım heç olmazdı ki, bir yuxu gördüm. Bu yuxu da düz iyirmi ildən sonra gerçəkləşdi. Yuxumda gördüm ki, ənənəvi olaraq şərq dəbdəbəsi ilə əhatə olunmuş Nəsrəddin şah əlahəzrətləri Təbrizə gəlir. Bütün şəhər onun pişvazına çıxır. Birdən mənim gözümə parad formasında iki nəfər kuryer sataşır. Onlar əlahəzrətlərinin yanına aparmaq üçün mənə yaxınlaşırlar. Məni saraya aparırlar. Burada salonların birində öz əyanlarının əhatəsində olan və masa arxasında oturan şahı görürəm. Böyük vəzir, vəliəhd şahzadə və bütün nazirlər ordadır. Əlahəzrətlərinin qarşısında bol-bol boşqablar düzülmüş masa var. O, məni yanına çağırır və süfrədən nəsə bir meyvə götürüb mənə verir.

Sonra mən oyandım. Demək lazımdır ki, İranda yuxuya çox inanırlar. Orada hətta peşəsi yuxunu yozmaq olan müəbbir adlanan insanlar da var. O birisi gün bu yuxunun güclü təəssüratı altında bunu danışmaq və ondan izahını xahiş etmək üçün dayımın gəlişindən istifadə etdim. Çünki öz valideynlərimin istehzasından qorxaraq, onlara söyləməmək qərarına gəlmişdim. Eyni zamanda, bu yuxunun mənasını bilmək istəyi o qədər böyük idi ki, onu kiməsə danışmamaqdan özümü saxlaya bilmədim. Məni diqqətlə dinləyən dayım dedi ki, bu yuxu həmişə atamın arzu etdiyi kimi müctəhid olmayacağımı öncədən xəbər verir. Belə ki, gözəl günlərin birində mən mühüm bir şəxs olcağam, şahın dəstəsinə qatılacağam və əlahəzrətləri bütün dövlət adamları arasında mənə xüsusi mərhəmət göstərəcək. Mənə belə bir izahı verəndən sonra dayım onu da əlavə etdi:

– Bu xoşbəxt gün yetişəndə öncədən dediklərimi xatırla və məni də yaddan çıxartma.

Çox illər keçdi. Şah əlahəzrətləri Avropa üzrə özünün üçüncü səyahətini həyata keçirəndə mən də

fliqel-adyutant olaraq, əlbəttə, onun dəstəsində idim. Şah İrana qayıdanda bir neçə gün Təbrizdə qaldı.

Mən öz valideynlərimin evində qərar tutdum. Ölkəmin adəti olaraq üç gün ərzində mənə baş çəkən dost və tanışları qəbul etməli idim. Bizim gəlişimizin o biri günü tarixi qırmızı geyimdə iki nəfər xidmətçi yanıma gələrək şah əlahəzrətlərinin məni yanına çağırdığını bildirdilər. Onlar məni vəliəhd şahzadənin iqamətgahına apardılar və orada ortasında fantan olan möhtəşəm salonda, nağılvari cah-calal içində öz əyanlarının əhatəsində, bütün növlərdən əla meyvələrin olduğu süfrə arxasında oturan şahı gördüm.

Əlahəzrətləri mənim onu görməyimdən valideynlərimin razı olub-olmadığını soruşdu. Eləcə də mənim ailəmə aid bir neçə sual verdi və xeyli söhbətdən sonra öz misilsiz dadı ilə şöhrət qazanan Təbriz üzümünü indiyədək yemiş olduğumu buyurub soruşdu. Mən ona cavab verdim ki, artıq onun dadına baxmışam. Bu zaman əlahəzrətləri etiraz edərək dedi ki, yəqin, sən bu süfrədə olan üzümdən heç vaxt yeməmisən. Özünün böyük lütfkarlığının əlaməti olaraq üzümdən bir salxım götürüb mənə verdi. Mən həmin an uşaqlıq vaxtı gördüyüm yuxumu xatırladım. Evə qayıdan kimi dayımı çağırtdırdım. Olanların hamısını ona nəql etdim. Onu da əlavə elədim ki, onun öncədən mənə söylədiklərini unutmamışam.

Onun hər bir xahişini ardıcıl olaraq böyük bir məmnuniyyətlə yerinə yetirəcəyəm.

7

III FƏSİL

1888-ci ildə mən Peterburqda səfirliyin katibi vəzifəsində idim. Şərqin yumşaq iqliminə

öyrəndiyimdən qışda bu paytaxtın sərt soyuğuna çox çətinliklə dözürdüm. Həkim mənə hər gün piyada gəzintiyə çıxmağı məsləhət görmüşdü. Budur, bir dəfə mən bir qayda olaraq Peterburqun mərkəzi küçələrindən biri ilə gedərkən birdən küçəni keçmək istəyən iki qız uşağını gördüm. Onlardan birinin əlində nəsə bir bağlama var idi. Qəflətən sürətlə gedən ata qoşulmuş xizəklər göründü. Qızlar özlərini itirdilər, küçənin ortasında hərəkətsiz qaldılar. Bir anın içində xizək sürənin onları saxlamaq səyinə

baxmayaraq atlar qızlardan birini ayağının altına aldı. Xoşbəxtlikdən onu elə həmin an qaldırmaq mümkün oldu, yazıq uşaq dəhşətli qorxudan azad oldu. Eyni zamanda toplamış camaat dağıldı və qızlar hönkür-hönkür ağlayaraq, qarda nəyisə axtara-axtara tənha küçənin ortasında qaldılar. Mən onlara yaxınlaşaraq niyə ağladıqlarını soruşdum. Onlar mənə cavab verdilər ki, xəstə anaları 20 qəpiklik yarma almağa göndərib. Elə bu hücum zamanı bağlama əllərindən düşüb və yarma qarın üzərində səpələnib.

Bunu mənə onlar danışarkən o qədər bərkdən ağlayırdılar ki, dözə bilmədim, mən də kövrəldim, gözlərimdə yaş da əmələ gəldi. Mən onları bacardığım qədər sakitləşdirməyə cəhd göstərdim və yenə

özlərinə yarma almaları üçün onlara manat təklif etdim. Lakin qızlar nə ağlamaqlarına ara verir, nə də

pulu götürürdülər. Mən nə qədər onlara təkib etdimsə, onlar analarının yalnız 20 qəpik verdiklərini söyləyərək qətiyyətlə manatdan imtina edirdilər. Onda mən onlara yarmanı özüm alacağımı təklif etdim ki, buna da onlar həvəslə razılaşdılar. Nəhayət, mən iki qızcığazın müşaiyəti ilə gedərək onlara 20

qəpiklik yarma aldım. Sonra yenə də manatdan qalan xurdanı almaqlarını əmin etməyə cəhd göstərdim.

Lakin onlar qətiyyətlə rədd cavabı verdilər və Tanrıdan mənə bu yaxşılıqların əvəzini verməsini diləyərək çox məmnun halda məndən ayrıldılar. Hər iki qızın ayrılarkən baxışlarından yağan minnətdarlıq hissi mənə güclü təsir göstərmişdi. Evə qəribə əminliklə qayıdırdım ki, bu hadisə mənə

 

xoşbəxtlik gətirəcək. Həmin gecə, yuxumda gördüm ki, camaatla dolu olan geniş bir meydançadayam.

Ortada uca bir yerdə lütfkarlıqla əlini yellədərək məni yanına çağıran şahı gördüm. Bütün nəzərlər mənə

dikilmişdi. Mən özümü yüksəkliklərdə hiss edirdim. Əlahəzrətlərinin mənə qarşı həddindən artıq olan diqqətindən başım gicəllənirdi. Lakin şah mənə parıltısı və gözəlliyilə hər şeyi geridə qoyan, yalnız xəyallarda təsəvvür edə biləcəyin bir neçə brilyantı bağışlayanda mənim təntənəm özünün ən yüksək nöqtəsinə çatmışdı. Elə bu vaxt oyandım. Səhər yataqdan güc-bəla ilə qalxdım. Səfirliyin tərcüməçilərindən biri mənə teleqram verdi. Onu oxuyanda necə bir təəccüb hissi keçirdiyimi sözlə ifadə

etmək çətindir. Əlahəzrətləri mənə min manat bəxşiş göndərmişdi və Avropaya səfər zamanı onun əyanlarının tərkibində olmağım üçün məni çağırırdı. Bu səfər zamanı şah Varşavaya çatanda mənə

yüksək ehtiram göstərərək brilyantlarla bəzədilmiş qılınc bağışladı. Mən iki qızcığazla sərgüzəştimin olduğu günü, öncədən hiss etdiklərimi və sonra demək olar ki, tamamilə gerçəkləşən yuxumu xatırladım.

8

IV FƏSİL

1884-cü ildə, Xorasan ilə Axal arasındakı torpaqları ayırma üzrə komissiyanın üzvü olanda digər üzvlərlə birgə Bujnurta gəldim. Belə ki, bu, yay aylarında idi, Bujnurd cah-calallı bağlar ilə əhatə

olunmuşdu. Bizim üçün bağda qubernatora məxsus olan çadırı qurdular. Biz bu hazırlıqsız düzəldilmiş

düşərgədə yerləşdik. Xorasan ilə Axal arasında sərhədin çəkilməsi üçün getməli olduğumuz yol son dərəcə uzaq idi, karvansarayın həyətinə çox nadir halda gəlirdilər. Ona görə də dəvələrə yüklənmiş