Qiyamət günü açarı

Text
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

Bir neçə döngədən sonra qarşı sahildə Müqəddəs Pyotr kilsəsinin parlayan günbəzi göründü.

Nəqliyyat axınına qoşulan Reyçel məqsədinə doğru yönəldi. Partlayışdan sonra bütün Vatikan ziyarətçilər üçün bağlı idi. Hətta papanın özü də təhlükəsizlik baxımından Kastel-Qandolfodakı yay iqamətgahına köçməli olmuşdu. Lakin bu turist və avaralar axınının qarşısını almadı. Hətta maraqla çulğalanmış dəstələr daha da artmışdı.

Ətraf küçələr dolu olduğundan, Reyçel maşını saxlamaq üçün əlavə yarım saat da sərf etdi. Nəhayət o, məşhur meydanı əhatə edən polis mühasirəsinə çatanda hava tamamilə qaralmışdı. Adətən Müqəddəs Pyotr meydanı inamlılar və tu-ristlərlə dolu olur, indi isə tamamilə boş idi. Yalnız bir neçə

formalı polis sütunların arasında və açıqlıqda gəzişirdilər. Onlardan biri meydanın ortasında ucalan Misir obeliskinin dibində dayanmışdı. Hamının çiynində avtomat tüfənglər vardı.

45

Mühasir xəttinə yaxınlaşan Reyçel sənədlərini göstərdi.

Polis qaş-qabağını tökdü. Ortayaşlı, yekəqarın polis əyri ayaqlarını aralayıb durmuşdu. Şəhər polisi ilə karabinerlərin arası o qədər də yaxşı deyildi.

– Sizə bura nə üçün lazımdır? – deyə polis sərt şəkildə

soruşdu. – Bu terror aktıyla, Mədəni irslərin mühafizəsi agent-liyinin nə əlaqəsi var?

Sual ədalətli idi. Reyçelin işlədiyi idarə incəsənət əsərlərinin oğurluğu və əntiq şeylərin qara bazarı ilə məşğul olurdu. Onun daxili terrorizmə heç bir aidiyyəti yox idi. Reyçelin burda olması üçün rəsmi əsası yox idi. Bundan əlavə, zərərçəkənlərdən birinin yaxın qohumu olduğu üçün, ona Müqəddəs Pyotr kilsəsindən uzaqda durmağı şəxsən tapşırmışdılar.

Amma o, cinayət yerinə şəxsən baxış keçirmək istəyirdi.

Reyçel öskürüb irəlini göstərdi.

– Mən partlayış yerini təsvir etmək və ondan sonra heç bir incəsənət əsərinin oğurlanmadığına əmin olmaq üçün burdayam.

– Deməli, kağız işləri… – Polisin səsində istehza duyulurdu. Burnunun altında mızıldadı: – Təəccüblü deyil ki, qadın göndəriblər.

Reyçel təhqirə fikir vermədi. Vəsiqəsini gizlətdi.

– Bağışlayın, mən tələsirəm. Artıq gecdir, mənsə çox iş

görməliyəm.

Polis çiyinlərini çəkərək, yalnız bir addım geri çəkildi.

Reyçel onun yanından sıxılaraq keçməyə məcbur oldu. Polis öz ölçüləri ilə onu qorxutmağa çalışaraq, bütün çəkisi ilə ona təzyiq etdi. Reyçel onun oyununu başa düşdü. Əsasən kişilərin işlədiyi idarədə qadınlara ya təhlükə, ya da şikar kimi münasibət bəsləyirdilər.

46

Baş qaldıran qəzəb bir anlığa təlaşa və narahatçılığa üstün gəldi. Reyçel sıxılaraq kobud polisin yanından keçəndə əmin oldu ki, dabanı onun ayağının üstündədir. O bütün ağırlığını ayaqqabısının nazik dabanına saldı.

Polis ağrıdan bağıraraq, geri sıçradı.

– Scusi1 , – deyə Reyçel soyuq üzr istədi və geri baxmadan meydana keçdi.

– Zoccola2! – polis onun ardınca qışqırdı.

Ona fikir vermədən Reyçel boş meydanı keçdi. Meydanı hər iki tərəfdən Bernini sütunlarının irəli uzanmış əlləri qu-caqlayırdı. Obeliskin və fontanların yanından keçib kilsənin əsas qapılarına yönələn Reyçel hiss etdi ki, addımını ye-yinlədib. Başı üzərində, gecə səmasının fonunda Mikelancelonun əsəri olan geniş günbəz parlayırdı.

Kilsəyə girişi qoruyan müqəddəs Pyotr və müqəddəs Pavelin əzəmətli heykəllərinin arasından keçən Reyçel qılıncla silahlanmış apostol Pavelin dibindəki yazıya baxdı. İvrit dilindəki yazıda deyilirdi: “İçimdə möhkəmlənən İsa Məsihdə

hər şeyi bacarıram”. Reyçel ivritcə bilmirdi, amma bu sözləri ona hələ uşaqlıqda əmisi Viqor öyrətmişdi. Cavan qadın həm bu sözlərdən, həm də əmisinin xatirəsindən güc topladı.

Reyçel qətiyyətlənərək, pillələrlə kilsənin girişinə qalxdı.

Qapılar bağlı deyildi. O, giriş dəhlizindən keçərək, iki yüz metrədək irəli uzanan nefə girdi. İçəridəki zülmət yalnız xeyrat şamlarının titrək işığı ilə işıqlanırdı, nefin axırında isə

daşına bilən natriumlu lampaların işığında papanın mehrabı parlayırdı. Hətta durduğu yerdən Reyçel sarı polis lentini gördü.

1 Bağışlayın (it.).

2 Eybi yoxdur (it.).

47

Partlayış apsidada, əsas mehrabın arxasındakı məkanda baş vermişdi. Reyçel incəsənət, arxitektura və tarixi xəzinələrə

fikir vermədən mərkəzi keçiddən keçdi. Onun diqqəti irəlidə

onu nə gözlədiyinə yönəlmişdi.

Əsas mehraba çatan cavan qadın cinayət yerini ayıran lentə yaxınlaşdı. Belə gec vaxtda burada heç kim yox idi. İki gün ərzində ekspertlər və kriminalistlər fırçalarla, bərnilərlə, reaktivli sınaq boruları ilə dəlil toplayaraq ətrafda hər yeri yoxlayırdılar. Artıq müəyyən edilmişdi ki, apsidada yeni nəslin xüsusi güclü partlayıcısı – bərk heptanitrokuban maddəsi partlamışdı.

Qarşısında hislə örtülmüş mərməri görəndə Reyçeli əsmə

tutdu. Yalnız bu mənzərə partlayışı xatırladırdı. Çünki artıq qanı da yumuşdular. Lakin döşəmənin lentlə əhatə olunan hissəsində əvvəlkitək partlayış dalğasının yayılma trayektoriyasını müəyyənləşdirməyə imkan verən qara izlər bilinirdi. Apsidanın bir küncündə Marko Covanni atanın cəsədinin olduğu yeri təbaşirlə çəkilmiş kontur göstərirdi. Həlak olmuş keşiş Müqəddəs Pyotr kafedrasının dibində, Müqəddəs Ruhu təcəssüm etdirən göyərçin təsvirli pəncərənin altında tapılmışdı.

Reyçel artıq cavan keşişin cinayət işi ilə tanış olmuşdu.

Marko Covanni onun əmisinin şagirdi, arxeoloq-həmkarı idi.

Son on ili o İrlandiyada keçirmişdi. Orada keltlərdən xristianlığın köklərini, katolik etiqadıyla bütpərəstlik ayi-nlərinin qəribə uyğunlaşmasını tədqiq edib öyrənməklə məşğul idi. İlk növbədə onu Qara Madonna ilə bağlı əsatirlər maraqlandırırdı; çoxları bunda bütpərəst Ana-Torpağın və Müqəddəs ananın simbiozunu görürdülər.

Bu suallarla məşğul olan arxeoloq nədən ötrü qurban olmalı idi? Yoxsa bu təsadüfən baş vermişdi? Doğrudanmı 48

Viqor əmi və onun şagirdi lazım olmayan saatda və yerdə

olmuşdular?

Elə bil ki, baş verən hadisənin heç bir mənası yox idi.

Reyçel udqunaraq geri döndü. Viqor əmini papa mehrabının yanında döşəmədə sərələnmiş tapmışdılar; onu ora partlayışın dalğası atmışdı. Prelatın huşu özündəydi.

Cinayət yerini çirkləndirməmək üçün Reyçel sarı lentdən kənarda qalıb əhatə olunmuş yeri perimetr boyu dolandı.

Sonra iki pillə qalxıb apsidanın sol tərəfinə çıxdı. Oradakı məkan darısqal idi. Reyçel papa III Pavelin monumentinin və

onun yanında olan Ədalət və Mərhəmət məziyyətlərini təcəssüm etdirən abidələrin yanından keçdi. Onların papanın bacısına və anasına oxşarlığı vardı.

O addımını yavaşıtdı.

“Mən burda nə edirəm?”

Birdən Reyçel kilsədə hökm sürən sakitliyi, yanlarda və

irəlidə sıralanan sərdabələrdən əsrlərin və ölümün cansıxıcı ağırlığını çox kəskin hiss etdi. Hissi gücləndirən düz üzbəüz, apsidanın əks qurtaracağında cinayət yerinin uzaq hüdu-dunda ucalan papa VIII Urbanın sərdabəsi idi. Monumenti papanın əlini qaldırıb xeyir-dua verən bürünc heykəli tamamlayırdı. Lakin onun ayaqları altında başdaşı vardı və bu başdaşından bürünc skelet qalxırdı. Ölən papanın adını indicə

bükülü kağıza yazan sümüklü əl göyə qalxaraq donmuşdu.

Reyçel bu mənzərədən sıxıldı.

Adətən cavan qadın xüsusi bir mövhumatçılıqla fərqlənmirdi, amma indi, Viqor əmi ölüm yatağında olarkən…

Əgər o, əmisini itirsə necə olar?

Reyçel dönmək istəyirdi, amma onun nəzəri istər-istəməz ölüm simvolu olan qorxunc heykələ ilişib qalmışdı. Onu soyuq titrətmə tutdu və qolundakı tükləri biz-biz oldu.

49

Ölüm.

Reyçel əmisinin sayıqladığı yeganə sözü bərkdən pıçıldadı.

− Morte.

O, mərmər başdaşının üstündə çöməlib donmuş bürünc heykəli diqqətlə süzdü. Bəs əgər əmisi nəsə izah etmək, çatdırmaq istəmişdisə?

Reyçel sarı lent boyunca aspidanın əks tərəfdəki qurtaracağına tələsdi. Barmaqlarının ucunda duraraq, daha diqqətlə baxdı. Lakin abidəni diqqətlə nəzərdən keçirdiyinə

baxmayaraq, bu kiçik detal az qala gözündən qaçmışdı. Qəhvəyi dəri kəmərcik zaman ötdükcə tündləşmiş bürünc rənğındə idi.

Reyçel lateks əlcəkləri geyib qaytana çatmaq üçün başdaşının kənarına dırmaşdı. Onu tutaraq Ölümün sümüklü əlində olan balaca kisəciyi çıxartdı. Reyçel qəniməti əlində sıxaraq aşağı atıldı. Görəsən onun tapıntısının bir mənası varmı? Yoxsa bu, hansısa inamlının və ya turistin qoyduğu mənasız bəzəkdir?

Reyçel o dəqiqə dəridə yandırılmış damğanı gördü. Elə

görünürdü ki, onun heç bir mənası yoxdur. Bu, sehrli talis-mana bənzəyən kobud spiral idi.

Məyus olmuş gənc qadın kiçik dəri kisəciyi çevirdi. O biri üzdəki yandırılmış damğanı görəndə onun nəfəsi tutuldu.

Xaçla bölünmüş dairə.

50

Reyçel artıq bu damğanı Marko Covanni atanın cəsədinə

baxışın kriminalist hesabatında görmüşdü.

Bu cür damğa ölü keşişin alnına vurulmuşdu. Söz yox ki, bunda hansısa bir məna vardı, amma hansı?

Reyçel buna cavab almaq üçün bir yer tanıyırdı. Kisəciyi açıb içindəkini ovcuna boşaltdı. Cavan qadın yalnız bir əşyanı görüb qaş-qabağını tökdü. Bu, kiçik və qaralmış budağa bənzər bir şey idi. Reyçel diqqətlə baxdı və o saat öz səhvini başa düşdü.

Balaca budağın dırnağı vardı. Reyçel dəhşətə gələrək az qala onu əlindən salmışdı. Onun əlindəki, heç də budaq deyildi. Bu, bir insan barmağı idi.

Saat 14:55

Vaşinqton

Peynter Krou özünün pəncərəsiz kabinetində masa arxasında oturmuşdu və ovucları arasında aspirin şüşəsini diyirlədirdi. Göz almacıqları arasında möhkəm başağrısından xəbər verən küt ağrı vardı. Peynter şüşəni silkələyərək heyfsiləndi ki, hər hansı başqa güclü təsiredici vasitəyə əl ata bilmir, məsələn yaxşı bir səməni viskisinə.

Amma o daha artıq həvəslə bunu rəfiqəsinin etdiyi boyun massajı ilə əvəz edərdi. Təəssüf ki, Liza Qərb sahilinə –

51

 

Yosemit milli parkına, qayalara dırmaşan idmançı qardaşının yanına getmişdi. O, yalnız gələn həftə qayıdacaqdı. Özbaşına qalan Peynter “Bayer” şirkətinin məhsulu ilə kifayətlənməli idi.

Bir neçə saat idi ki, Peynter çox hissəsi əvvəlkitək bütün divarboyu yerləşən və onun masasını əhatə edən geniş

mayekristal monitorlarda əks olunmuş məlumatı öyrənirdi.

Ekranlardan birinə baxan Peynter mininci dəfə təəssüf etdi ki, onun kabinetində bir dənə də olsun həqiqi pəncərə yoxdur.

Ola bilsin, bu peko hindilərinin qanından irəli gəlirdi, amma ona mavi səma ilə, ağaclarla və adi həyat ritmləri ilə əlaqə

lazım idi.

Lakin bu heç vaxt olmayacaq.

Peynterin kabineti “Siqma”nın mərkəzi idarəsinin digər otaqları kimi yerin dərin qatında Esplanadada – “Smitson qəsri”nin altında gizlədilmişdi. Mərkəz İkinci dünya müharibəsindən qalan, yenidən təchiz edilmiş bomba sı-ğınacağında yerləşirdi. Bu yeri həm hökumət idarələrinə yaxın olduğu üçün, həm də Smitson institutunun çoxsaylı tədqiqat laboratoriyalarına tez çatmaq imkanı yaratdığı üçün seçmişdilər.

Hal-hazırda Peynter bütün bunları yeganə bir pəncərəyə

dəyişərdi. Digər tərəfdən, son bir neçə il ərzində bura onun evi olmuşdu və o bura səmimiyyətlə yanaşırdı. “Siqma” mərkəzə

dəyən keçən ilki zərbədən hələ də özünə gəlirdi. Dəyən zərər his çəkmiş divarlar və dağıdılmış avadanlıqlardan daha böyük idi. Vaşinqton siyasəti özündə hakimiyyətin, şöhrətpərəstliyin və amansız düşmənçiliyin dolaşıq kələfini ifadə edirdi. Burda güclülər zəifləri parçalayırdılar. Ədalətli olsa da, olmasa da, bu hücum Amerika kəşfiyyat idarələri arasında “Siqma”nın eti-barını qırdı.xx

52

Həmçinin Peynter şübhələnirdi ki, hücumun əsl qı-zışdırıcıları əvvəlki tək azadlıqda qalırdılar. Hücuma rəhbərlik edən adam – hərbi kəşfiyyat idarəsinin şöbə rəisi – nə vaxtsa ləyaqətsiz davranışına görə “Siqma”dan qovulmuşdu. Lakin Peynter inanmırdı ki, o bunları təkbaşına edə bilərdi. Belə

güclü zərbə endirmək üçün müxtəlif gizli məlumatlara daxil olmaq imkanı olmalıdır. Belə imkanı isə yalnız Vaşinqtonun siyasi torunun mərkəzində olan adam əldə edə bilər.

Lakin kim?

Peynter başını silkələyərək saata baxdı. Belə sualları bir qədər sonraya saxlamaq lazım gələcək. Bir neçə dəqiqədən sonra o yeni tufanla qarşılaşmalıdır. O yenidən kəllə-kəlləyə

gəlməyə hazır deyildi, lakin bu şəraitdə onun seçimi yox idi.

İki saat əvvəl Peynterin Qrey Pirslə qızğın mübahisəsi olmuşdu. Qrey özü ilə İtaliyaya Monk Kokkalisi aparmaq istəyirdi, lakin Peynter inanmırdı ki, Monk artıq mükəmməl operativ işə hazırdır. Həkimlər və psixoloqlar hələ də Qreyin ortağına peşəkar yararlıq haqda rəy verməmişdilər.

Həmçinin Romadan alınan xəbərlər cüzi idi. Peynterə

“Siqma”nın hansı operativ işçisinin bu tapşırığa daha yaxşı yaraşdığını və Qreyin biofiziki biliklərini hansı elmi fənnin tamamladığını qərara almaq çətin idi. Monk Kokkalisin ixtisası kriminalistika idi, hal-hazırda isə bu cür təcrübəyə

ehtiyac yox idi. Bunu dərk edən Qrey nəhayət razılaşmağa məcbur oldu, amma Peynter onu Romaya tək buraxmadı. Yeni təfərrüatlar ortaya çıxmayınca Qreyə yalnız kobud fiziki güc lazım olacaq.

O bu gücü aldı.

Peynter yeni bir aspirin həbini qəbul etmək haqda fikirləşən vaxt masanın üstündəki daxili kommutator zəng çaldı. Sonra Brentin səsi eşidildi:

53

– Cənab direktor, general Metkalf xəttdədir.

Peynter telekonfransa dəvət gözləyirdi. O elektron poçtla METİPPİ-nin rəhbərindən gələn tamamilə məxfi məlumatı oxumuşdu. Ağır nəfəs alaraq, direktor düyməni basdı və

kreslosunu arxasındakı divar monitoruna tərəf çevirdi.

Qara ekran yanıb-sönərək bütün rənglərə boyandı.

General yazı masasının arxasında əyləşmişdi. Vest-Poynt hərbi məktəbinin qaradərili məzunu Qreqori Metkalf özünün əllidən yuxarı yaşına baxmayaraq, məktəbin amerikalıfutbolu komandasının müdafiəçisi olduğu vaxtdakı kimi möhkəm və

qovraq idi. Yaşının yeganə əlaməti saçlarına düşən dən və sol əlində saxladığı oxu üçün eynək idi. METİPPİ-nin başçısı təyin olunandan sonra Metkalfın ağlına hörmət etməyi Peynter tez öyrəndi.

Lakin onların arasındakı münasibətdə hələ də qarşılıqlı ehtiyatlılıq qalırdı.

General irəli əyilərək hər hansı bir girişsiz soruşdu:

– Sizə göndərdiyim, Afrikadakı hərbi toqquşmanın hesabatı ilə tanış oldunuzmu?

“Heç bir qram da elementar nəzakət yoxdur”.

Peynter qonşu monitorlardan birinə işarə etdi:

– Tanış oldum. Həmçinin Qırmızı Xaç düşərgəsinə hücum haqda NATO-nun məruzəsini istədim. Hətta təcrübə

fermasının aid olduğu korporasiyanın dosyesini də yoxladım.

Lap yaxşı. Bu halda mənə sizi işin təfsilatına daxil etmək lazım gəlməyəcək.

Peynter bu cür iltifatdan ürpəşdi.

– Amma mən yenə də başa düşmürəm, bunun “Siqma”ya nə dəxli var?

– Direktor, bu ona görədir ki, mən hələ sizə heç nə de-məmişəm.

54

Peynterin gözləri arasındakı ağrı artdı.

General qarşısındakı klaviaturada nəsə yığdı. Böyük ekran iki hissəyə bölündü və METİPPİ-nin başçısının surətilə

yanaşı foto əmələ gəldi. Fotoda yandırılmış, tüstülənən zəminin ortasında alt paltarınadək soyundurulmuş və taxta xaçdan asılmış cavan ağ kişi təsvir olunmuşdu. Bu mənzərə

çarmıxa çəkilmiş adamdan çox, qorxunc müqəvvanı xatırladırdı. Peynter arxa planda quraqlıq Afrika savannasını se-çə bildi.

– Bu gəncin adı Ceyson Qormendir, – deyə Metkalf soyuqluqla söylədi.

Peynter qaşlarını düyünlədi.

– Qormen. O, təsadüfən senator Qormenin qohumu deyil?

Senatorun familiyası Peynter “Viatus” korporasiyasının materiallarını öyrənərkən ortaya çıxmışdı. Sebastyan Qormen senatın kənd təsərrüfatı, ərzaq və meşələr üzrə komissiyasına rəhbərlik edirdi. O hər yolla, genetik şəklini dəyişmiş növlü bitkilərin əsasında ərzaq istehsalını artırmağın tərəfdarı idi. O

bununla aclıq çəkən dünyanı yedirtməyi və ucuz bioenerjili vəsaitlər əldə etməyi fikirləşirdi.

General heyrətlənmiş Poynterin diqqətini cəlb etmək üçün öskürdü.

– Bu senator Qormenin iyirmi üç yaşlı oğludur. Cavan oğlanın bitkilərin molekulyar biologiyası ixtisası üzrə diplomu vardı və o, dissertasiya üzərində işləyirdi. Lakin Maliyə ona görə yollanmışdı ki, orada aparılan işlərə aid hər şeydə

senatorun gözü və qulağı olsun.

Peynter bu hadisənin Vaşinqtonda niyə belə qızğın reaksiya yaratdığını anlamağa başladı. Əlbəttə, qüdrətli senator dərddən özündə deyil və oğlunun ölümü ilə əlaqədar cavab tapmaq üçün bütün Kapitoliya təpəciyini silkələyir.

55

Lakin Peynter heç cür bütün bunda “Siqma”nın rolunu başa düşmürdü. NATO-nun məruzəsindən belə çıxırdı ki, düşərgəyə hücumu üsyançı-tuareqlər ediblər. Onların dəstələri Malinin şimal rayonlarına daima amansız hücumlar edirdilər.

Metkalf davam edirdi:

– Senator Qormen hücum günü səhər oğlunun elektron poçtla göndərdiyi məlumatı almışdı. Orada bir neçə kəlmə ilə

hücumçuların hərəkətlərindən bəhs olunmuşdu. Vertol-yotlardan və napalm bombalarından istifadə olunduğuna görə

zərbəni güclü, hərbi planda yaxşı təchiz olunmuş qruplaşma endirmişdi.

Peynter kresloda dikəldi.

– Məlumata tədqiqatların nəticəsilə bağlı fayllar da əlavə

olunmuşdu. Senator faylların niyə ona göndərildiyini başa düşmədi. Onların mənasını da ayırd edə bilmədi. Münasib adam tapmadığına görə o, faylları oğlunun Priston universitetindəki elmi rəhbəri doktor Henri Malloya göndərdi.

– Mən bu fayllara özüm nəzər salmaq istərdim, – deyə

Peynter “Siqma”nı bu işə niyə cəlb olunduğunu anlamağa başladı. Qəribə hücum, sirli tədqiqatlar – onun idarəsi elə bu cür işlərlə məşğul olurdu. Xəyalən Peynter artıq hərəkət planı qurmağa başladı. – Bizim adamlar Maliyə − hadisə yerinə iyirmi dörd saatdan gec olmayaraq çata bilərlər.

– Xeyr. Bu işdə sizin iştirakınız məhdudlaşmış olacaq. –

Metkalfın səsində qəti təhdid hiss olundu. – Bütün bunlar artıq əsl siyasi fırtınayadək böyüyüb. Senator Qormen əcin-nələrə qarşı ova başlayıb, təqsirkarları axtarır.

– Cənab general… – Peynter sözə başlamaq istədi.

– “Siqma” onsuz da etibarsız zəmin üzərindədir. Bir yanlış addım – və sizin tikələrinizi yığmaq lazım gələcək.

56

Peynter özünü saxladı, onun qrupuna inamsızlıq barədə

edilən aşkar bəyanata heç cür münasibət göstərmədi. O, seç-məli olurdu: nə vaxt rəhbərliklə döyüşsün, nə vaxt döyüşsüz təslim olsun. İndi də güzəşt getməyin yeri idi.

− Bəs “Siqma” üçün hansı rolu saxlayırsınız?

− Bu fayllara aid məlumat toplamaq, sonrakı araşdırmanı aparmağın mənası varmı deyə müəyyən etmək. Doktor Malloydan başlamaq lazımdır. Mən istəyirəm ki, onunla söhbət edilsin, fayllar isə öyrənilsin.

− Bizim qrup bu axşam onun yanında olacaq.

− Lap yaxşı. Amma bir məqam da var. Mən istərdim ki, bununla şəxsən siz məşğul olasınız.

− Nə ilə?

− Baş verən hadisənin bir təfərrüatı haqda hələ heç nə

bildirilməyib. Mən istəyirəm siz bunu öz öhdənizə gö-türəsiniz.

General yenə klaviaturanı döyəclədi və Ceyson Qormenin fotosu elə böyüdü ki, sifəti bütün ekranı tutdu.

− Oğlanı çarmıxa çəkməmişdən əvvəl bu əclaflar onun cəsədini təhqir ediblər.

Peynter qalxaraq lap ekrana yaxınlaşdı. Cavan kişinin alnında nişan yandırılmışdı, sanki ona qaynar damğa vurmuşdular. Dairə və xaç.

– Mən bilmək istəyirəm, bu niyə edilmişdir, − Metkalf dedi. – Və bunun mənası nədir?

Peynter yavaşca başını tərpətdi. O da bunu bilmək istəyirdi.

57

Saat 21:35

İtaliya, Roma

Reyçel “Mini-Kuper”i öz yerində − dayanacaqda saxladı.

Maşında qalaraq o nə etdiyi barədə bir də fikirləşdi. Yanındakı oturacaqda polietilen paketin içində o dəhşətli əşya olan qədim dəri kisəcik vardı.

Cavan qadın tapıntısı barədə heç kimə demədən Müqəddəs Pyotr kilsəsini tərk etdi.

“Artıq gecdir, − o özünə bəraət qazandırmağa çalışdı. –

Öz tapıntımı müstəntiqlərə sabah verərəm. Elə o vaxt da tam hesabat təqdim edərəm.”

Lakin Reyçel dərk edirdi ki, əşyayi-dəlilin oğurlanmasının əsas səbəbi daha dərindir. Gizlədilmiş kisəciyə onu Viqor əminin sözləri yönəltdi. O hiss edirdi ki, bu tapıntı müəyyən dərəcədə onun əmlakıdır. Əgər o, kisəciyi istintaqa təhvil versə, səlahiyyətinə aid olmayan işə müdaxilə etdiyi üçün onu nəinki töhmətləndirər, hətta tamamilə oyundan çıxararlar. Ola bilsin bu halda o heç vaxt kisəciyin əsl mənasını öyrən-məyəcək. Nəhayət cavan qadın açıq iftixar hissindən azad ola bilmirdi. Ondan başqa heç kim kisəciyi görməmişdi. O

beynəlxalq və şirkətlərarası istintaqın mənasız xaosundan da-ha çox öz daxili hissiyyatına inanırdı.

Amma daxili hissiyyatı ona pıçıldayırdı ki, o gücü çat-mayan işə girişib. Ona kömək lazımdır. Sabahadək Qreyin gəlişini gözləmək, ona işi anlatmaq və sonra elə burdan da başlamaq lazımdır.

Hərəkət planını müəyyənləşdirən Reyçel paketi qapıb cibinə saldı, maşından çıxıb pilləkənə sarı yönəldi. Onun mən-58

zili üçüncü mərtəbədə yerləşirdi. Mənzil kiçik olsa da eyvandan Kolizeyə valehedici mənzərə açılırdı.

Üçüncü mərtəbənin meydançasına qalxan Reyçel pilləkəndən gedən qapını itələdi. Dəhlizlə gedərkən o, iki şeyə fikir verdi. Sinyora Rozelli yenə öz xörəyinə bolluca sarımsaq əlavə

etmişdi, Reyçelin mənzilinin giriş qapısının altından isə işıq zolağı düşürdü.

Reyçel dayandı. O, evdən çıxanda həmişə işığı sön-dürürdü. Amma digər tərəfdən, bu səhər o özündə deyildi.

Ola bilsin yadından çıxarıb.

Risk etmək istəməyən Reyçel barmaqlarının ucunda səssizcə dəhlizlə getdi. Şəhər oğru və qarətçilərlə dolu idi, bu rayonda isə mənzil oğurluğu adi hala çevrilmişdi. Cavan qadının gözü qapının altından düşən işıqda qalmışdı. Reyçel yaxınlaşanda bu zolağı kölgə kəsdi.

Reyçelin tükləri biz-biz oldu.

Onun mənzilində kimsə vardı.

Ürəyində söyərək Reyçel geri çəkildi. Onun silahı yox idi.

O fikirləşdi ki, sinyora Rozellinin qapısını döysün, dəhlizi tərk etsin, amma sarımsaq amansızcasına onun burnunu qıcıqlandırırdı. Yaşlı qadının darısqal mənzilində bu kəskin qoxu dözülməz olacaq. Reyçel əlini cibinə salıb mobil te-lefonunu cıxartdı.

Dal-dalı gedərək, pilləkən qapısına yaxınlaşdı və

mənzilinin qapısından gözünü çəkmədən onu itələdi. Lakin o meydançaya çıxar-çıxmaz peysərinə soyuq bir şey dirəndi.

Bu, tapancanın lüləsi idi.

Arxasındakı səs ən pis əndişəni təsdiqlədi:

Tərpənmə!

59

10 oktyabr, saat 15:28

Merilənd ştatı, Rokvill

Monk dizləri üstündə balaca qızını yelləyirdi. Sevincindən ciyildəyən Penelopa təbəssümü ilə atasını xatırladırdı.

Xoşbəxtlikdən bu, atasından ona irsən keçən yeganə şey idi.

Açıq-qızılı buruq saçları və üzünün yumşaq cizgiləri ona anasından keçmişdi.

 

Monk, əgər o sənə görə qaytarsa!..

Ket mətbəxdən əllərini dəsmala silə-silə çıxdı. O əvvəlki kimi parad mundirində idi. Bir saat əvvəl kapitan Brayent Kapitoliya təpəsindən qayıtmışdı. Orada “Siqma”nı təmsil edərək kəşfiyyat cəmiyyətində bəzi əvvəlki əlaqələri canlandırırdı. Bununla Peynter Krouya siyasi yarğanlardan körpü salmağa kömək edirdi. Ketin evə qayıtdığını göstərən yeganə dəyişiklik açılmış saçları idi; indi onlar dalğalanıb çiyinlərinə tökülürdü.

Monk qısa şalvar və futbolkada idi. Qreyi aeroporta aparıb, düz evə tələsmişdi. O daha nə etməli idi? Monk bilirdi ki, Qrey dostunu da özü ilə aparmaqçün Peynteri yola gətirməyə çox çalışmışdı. Amma bütün bunlar əbəs idi.

Monk balacanı o biri dizinə oturtdu.

– Mən artıq uşaq yeməyini qızdırmışam, − deyə Ket ərinə

yaxınlaşdı və Penelopanı almaq üçün əllərini irəli uzatdı.

Birdən cavan qadın büdrədi və müvazinətini zorla saxladı. O döşəməyə nəzər saldı.

– Monk, neçə dəfə demək olar ki, əlini hara gəldi atmayasan?

Monk biləyinin güdülünü ovuşdururdu.

– Yeni protez hələ də sürtür.

Dərindən nəfəs alan Ket Penelopanı aldı.

60

– Sən heç təsəvvür edirsən onun qiyməti nə qədərdir?

Monk susaraq çiyinlərini çəkdi. METİPPİ mütəxəssislərinin hazırladığı protez biomühəndisliyin əsl möcüzəsi idi. Onda ən yeni texnologiyalardan istifadə olunmuşdu. Süni əl eynilə həqiqi əl kimi toxunulmaqla duyulan hislərə və

cərrah dəqiqliyi ilə hərəkətləri icra etmək qabiliyyətinə malik idi. Bundan əlavə, Monkun əlinin güdülü sintetik polimerlərdən olan manjetə salınmışdı ki, bu da əzələlərlə

bağlı

olan

əsəb

sonluqları

vətərlərlə

ustalıqla

birləşdirilmişdi.

Monk plastik manjetdəki titan kontaktları hərəkətə

gətirdi. Döşəmədəki ayrılmış mexaniki əl idarəetmənin simsiz siqnallarına cavab verərək barmaqları ucunda qalxdı. Protezin özünün mexaniki əzələləri vardı, lakin beyni biləkdəki manjet idi. Monk məcbur etdi ki, əl divana “yaxınlaşsın”, onu yerdən qaldırıb qoluna bərkitdi. Sonra protezin yerinə necə

oturduğunu yoxlamaq üçün süni barmaqlarını tərpətdi.

– Onsuz da sürtür, – deyə donquldandı.

Ket mətbəxə qayıtmaq istəyirdi ki, Monk əlini divana çırpıb yanında yer göstərdi. Arvadı ah çəkib onun yanına əyləşdi. Monk onun açılmış saçlarından gələn jasmin ətrindən həzz alaraq özünə tərəf çəkdi. Ket ona qısıldı. Bir müddət hər ikisi dinməz oturdu. Penelopa düyünlənmiş yumruğunu dodaqlarına sıxaraq mürgüləyirdi. Monk bütün ailəsini qucağında topladığından həzz alırdı.

Nəhayət Ket nəvazişlə, yavaşdan dedi:

– İtaliyaya görə səninçün çox təəssüf edirəm.

Monk gözlərini süzdürdü. O bu iş barəsində arvadına bir kəlmə də deməmişdi. Onlar üçün bu mövzu qadağan idi.

Lakin gözləmək olardı ki, gec və ya tez Ket hər şeyi öyrənəcək.

61

Onun kəşfiyyat cəmiyyətində elə əlaqələri vardı ki, ondan bir şeyi gizlətməyi təsəvvür etmək belə mümkün deyildi.

Ket üzünü ona çevirdi. Gözlərindəki səssiz narahatçılıqda, dodaqlarının təlaşlı büküyündə Monk zidd hislər oyununu gördü. Ket başa düşürdü ki, əri operativ işə qayıtmağı çox istəyir, ona görə təlaşı çox aydın idi. Monk gözucu pro-tezinə

baxdı. Bu təlaşın tutarlı əsasları vardı.

Eyni zamanda Monk öz işini sevirdi və onun vacibliyini anlayırdı.

Ötən il Monk mənəvi və fiziki sarsıntılardan bərpa olunarkən bunu çox kəskin hiss etmişdi. Baxmayaraq ki, Monk öz ailəsini sevir və onun qarşısındakı məsuliyyətini dərk edirdi, o həmçinin qlobal təhlükəsizlik üçün “Siqma”nın həyati-vacib rol oynadığını da başa düşürdü. Belə ciddi işdən kənar edilməsi ona çox ağır gəlirdi.

– Mən eşitdim ki, sənə bu gün yeni tapşırıq veriblər, − Ket davam edirdi.

– Yenə kağızlarla eşələnmək, − Monk deyindi. – Mən Nyu-Cersiyə yola düşməli və Prinston universitetinə gələn hansısa materiallardan bir elm xadimi ilə söhbət etməliyəm.

Ümid edirəm gecəyarısına kimi evdə olum.

Ket saata baxdı.

– Bəs niyə yığışmırsan?

– Vaxt var. Direktor Krou mənə ortaq verib. Genetikadan başı çıxan təzə işçi.

– Con Kridi.

Monk çevrilib arvadının üzünə baxdı.

– Yəni sənin bilmədiyin bir şey var?

Gülümsəyərək Ket irəli əyilib onu öpdü.

– Bir də bilirəm ki, Penelopanın yemək şüşəsi soyuyur.

62

Monk protezi ilə Ketin çiynindən basdı, onu qalxmağa qoymadı.

– Mən bilirəm, onu yenidən qızdırmaq olar. – Onun səsi boğuq çıxdı. – Mənim də hələ yarım saatım var.

– Tam yarım saat? – Ket qaşlarını istehza ilə dartdı. – Sən şöhrətpərəst olmağa başlayırsan.

Monk gözlərini qıyaraq qımışdı.

– Qadın, mənimlə zarafat eləmə.

Ket yenidən onu dodağından uzun müddət, ehtirasla öpüb pıçıldadı:

– Heç vaxt.

Saat 16:44

Nyu-Cersi ştatı, Prinston.

Zirzəmidə laboratoriyada tək qalan doktor Henri Malloy üçüncü dəfə kompyuter modelləşdirməsini işə saldı. Nəticələri gözləyərkən o, başını yellədi. Bu bir cəfəngiyat idi. Kreslonun arxasına söykənərək Malloy yorğun üzvlərini oynadıb dartındı. Son iyirmi dörd saat ərzində o senator Qormendən alınan məlumatları öyrənirdi. Məlumatların həcmi çox böyük idi, tam analiz üçün güclü hesablama stansiyasını işlətmək lazım oldu.

Qapı tıqqıltısı eşidildi. Ozonun içəri yayılmasının qarşısını almaq üçün laboratoriyanın qapısı kip bağlı idi. Bura giriş

yalnız xüsusi elektron açarın köməyilə həyata keçirilirdi.

Testlərin bitməsinə hələ bir neçə dəqiqə qalırdı. Malloy qapıya yaxınlaşdı və onu açdı. Sıxılmış havanın pıçıldayan səsi eşidildi. Məlum olduğu kimi, laborant qadınlardan biri, Andrea Solderiç gəldi. O çoxdandır ki, Malloyun yanında 63

çalışırdı. Bu mütənasib bədənli, qızılı-şabalıdı saçları olan cəzbedici qadın idi. Lakin onun iyirmi yaşı çox geridə

qalmışdı. Andreanın əllidən yuxarı yaşı vardı. Əvvəllər tibb bacısı idi, sonra karyerasını birdən dəyişməyi qərara aldı.

Onlar birlikdə çox vaxt keçirməli olurdular. Malloya öz yaşıdı ilə işləmək daha rahat idi. Onların hər ikisinə hətta eyni musiqi xoş gəlirdi: Malloy tez-tez Andreanın astadan burnunun altında oxuduğunu eşidirdi.

Lakin indi laborant qadının üzündə narahatlıq vardı.

– Nə olub, Andrea? – deyə Malloy soruşdu.

Andrea bir neçə yazılmış vərəq göstərdi.

– Senator Qormenin kabinetindən üç dəfə zəng vurmuşdular, işin gedişi ilə maraqlanırlar.

Malloy qeydləri ondan aldı. O heç xoşlamırdı ki, onu tələsdirsinlər, lakin senatorun səbirsizliyini başa düşürdü.

Ceyson Qormen yalnız onun şagirdi idi, lakin bununla belə

professor onun dəhşətli şəraitdə, vaxtsız həlak olmasını biləndə böyük ağrı hiss etmişdi.

– Mən həm də gəldim sizin yadınıza salım, bir saatdan sonra sizin Vaşinqtondan olan doktor Kokkalislə görüşünüz var, – Andrea davam edirdi. – Sizin üçün kafeteridən bir şey gətirməyimi istəmirsiniz?

– Yox, hər şey qaydasındadır. Amma əgər burdasınızsa istərdim ki, kimsə bunlara yeni nəzərlə baxsın. Xüsusən mən Vaşinqtona zəng etməzdən əvvəl. Mən bilmək istəyirəm, siz bu xüsusda nə fikirləşirsiniz.

Adrea şadlandı.

– Mən sizə minnətdaram ki, istirahət gününüzdə bura gəldiniz, − Malloy laborant qadını kompyuterin ekranına yaxınlaşdıraraq əlavə etdi. – Sizin köməyiniz olmadan mən bacarmazdım.

64

– Siz nə danışırsınız, doktor Malloy.

Nəhayət kompyuter modelləşdirmənin üçüncü keçidini bitirdi. Ekrana Afrikada təcrübə tarlasında əkilmiş qarğıdalı nümunəsinin xromosomlar xəritəsi gəldi. Bütün xromosomlar qara idi, yalnız ağ rənglə seçilən birindən başqa.

Henri barmağı ilə ekranı tıqqıldatdı.

– Bax burda genetik şəkli dəyişmiş qarğıdalıya yeridilmiş

radioaktiv izotopla nişanlanmış yad DNT molekulunu görmək olar.

Andrea alnını qırışdıraraq maraqla ekrana tərəf əyildi.

– Bəs bu DNT-nin mənşəsi nədir? Bakteriya?

– Ola bilər. Amma tam inamla deyə bilmərəm.

Hər halda Andreanın fərziyyəsi yerinə düşdü. Əksər genetik şəklinidəyişdirmələr bakteriya genlərinin yenidən tərtibi və parçalanmasından həyata keçirilir; bunun köməyilə

müəyyən bakteriyaların yararlı xüsusiyyətləri bitkilərin gen-lərinə daxil edilir. Ən birinci uğur “Bacillus thuringiensis”

genlərinin tütünün genomuna daxil edilməsi idi. Bitki zərərli həşəratların təsirinə qarşı daha davamlı oldu. Bunun nəticəsində tarlaları təmizləməkçün işlədilən insektisidlərin 1

miqdarını xeyli azaltmaq mümkün oldu. Son on ildə bu cür 1 Zərərverici həşəratı qırmaq üçün kimyəvi maddələr .

65

texnologiyalar çox geniş yayıldılar. Elə ki, hal-hazırda Birləşmiş Ştatlarda yetişdirilən dənli bitkilərin üçdə biri genetik şəklini dəyişdirmiş bitkilərdir.

– Bəs əgər bu DNT bakteriyadan alınmayıbsa, bəs nədən alınıb? – deyə Andrea souşdu.

– Bilmirəm. O, “Viatus” kompaniyası tərəfindən pa-tentləşdirilib və məxfiləşdirilib. Faylda o, yalnız “QD iki yüz iyirmi iki” kimi qeyd olunur. “QD”-nin abbreviaturası 1

“quraqlığa davamlı” mənasını verir. Lakin, mənim sizə

göstərmək istədiyim bu deyildi. – Henri ekranı göstərdi. – Bu nümunəni mənə Ceyson Qormen iki ay əvvəl göndərib.