Dərinlik

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

Neyf və Razikov hər zaman yaxın dost olublar. Onlar vaxtilə

“Yale” universitetində birgə oxumuş və ona görə də, ölkənin maraqları və təhlükəsizliyinə xarici qüvvələr tərəfindən əl uzadılanda eyni mövqedə olurdular.

Ağ evdə rəsmi tədbirlərin birində Devid Neyfi müşahidə

etmiş, ətrafdakılara qarşı mərhəmətli rəftarı və saxta təbəssümündən ona qarşı zəif və qeyri-səmimi siyasətçi təəssüratı bağışlamışdı. Bütün bunlara baxmayaraq, Devid fikirləşirdi ki, Neyf bu kabinetin əvvəlki sahibindən fərqlənir.Prezident Bişop həddindən artıq yumşaq idi, əsl “göyərçin”. Elə

həminki çinliləri götürək. Bişop onların nazı ilə oynayırdı, Neyf isə da-ha sərt mövqe tutmağı təklif edirdi.

Qulağında diktatofun qulaqcıqları olan Neyfin katibəsi bilgisayarda hansısa sənədi axtarırdı.Vaxtaşırı o Devidə

baxırdı. Devid isə bu baxışları yaxalayanda katibə utanaraq gülümsəyirdi.Hündür, enlikürək və əzələli Devid çoxdandır ki, qadınların belə reaksiyalarına öyrəşmişdi. Saçları qısa qır-88

xılmış və açıq rəngdə idi. Dərisinin rəngi isə müxtəlif isti ölkələrdə tapşırıqların icrası zamanı qaralmış parıltlılı rəng almışdı. Yarıda qalmış Türkiyə əməliyyatına qədər, Devid öz adamları ilə birgə Livanda məşhur terroristi ailəsi ilə birlikdə

aradan götürmüş və bununla da qətlin mümkün olan dəlil-lərini məhv etmişlər. Hər şey xüsusi ehtiyatlıqla tər-təmiz yerinə yetirilmişdi.

O, öz adamlarıyla son dərəcə fəxr edirdi. Onların hər birilə şəxsən özü hazırlaşmış və məşq etmişdi. Buna görə də hər bir işçisi onun üçün həyatından keçməyə hazır idi. Birlikdə

keçirdikləri gizli əməliyyatlar üzrə ən müvəffəqiyyətli qrup sayılırdılar. Və qrup olaraq o dünyaya göndərdikləri hökumət düşmənlərinin sayı mini çoxdan keçmişdi.

Katibənin masasındakı telefon zəng çaldı və Devidin baxışları ona tərəf yönəldi. Dəstəyi qaldırıb katibə yalnız iki kəlmə dedi:

– Bəli, ser. Bu dəqiqə cənab, -dəstəyi qoyub Devidə tərəf baxdı. -Prezident....

Bağışlanmaz səhv etdiyini anlayan qadının saçlarının dibindən, sanki od püskürdü. Bişopun həlak olduğuna dair təkzibedilməz sübutlar olmadığına görə, Neyf rəsmi prezident sayıla bilməzdi.

– Vitse-prezident Neyf, sizi cənab Razikovla birgə onlara qoşulmağınızı xahiş edir.

Devid cəld kreslodan qalxdı. Onun, bu gözlənilməz dəvətlə bağlı təəccübünü yalnız alnındakı tək qırış ələ verirdi.

Katibə ona qapıni göstərib öz işinə qayıtdı. Otağa gedənə

qədər beynində nəyə görə çağırıldığını düşünürdü ki, qapıya yaxınlaşdı. Qapını naməlum məxfi xidmətin agenti açdı.

İçəri girib Devid üç addım atdı və üzərində prezident emblemi olan xalçanın kənarında dayandı. Kabinetdə əyləşən 89

iki nəfərin baxışları,eynilə həmin xalçada təsvir edilmiş qar-talın baxışları qədər maraqlı idi. Devidin rəisi kresloda oturmuşdu. Keçmiş dəniz piyadaçısı olan bu direktor 60 yaşına baxmayaraq, cavanlığındakı kimi enerjili və gümrah görünürdü. Və həmişəki kimi onun göy gözlərinin sərt baxışları anlaşılmaz idi. Devid Razikova qarşı dərin hörmət hissi bəsləyirdi.

– Bizə qoşulun,komandir Spenqler, – deyə vitse-prezident onu dəvət etdi.

Lorens Neyf geniş masanın kənarına söykənərək dayanmışdı. O MKİ-nin direktoru kimi tam əks görünüşdə

idi. Onun üz cizgiləri sanki,xəmir kimi yumşaq idi: ətli dodaqları, ikiqat buxağı, iri gözləri. Qayışa görə azacıq qarnı çıxırdı, qəhvəyi saçını isə açıq-aydın kimyəvi mənşəyə malik olduğu görünürdü.

–Əyləşin,xahiş edirəm.

Devid başı ilə işarə edib irəli addımladı.Vitse-prezident sanki bunu artıq yüzlərlə dəfə etmişdi. Buna görə də

rahatlıqla kresloya əyləşdi. Masadakı hansısa qovluğun yerini dəyişib dedi:

– Cənab Razikov mənə sizin komandanızın igidlik-lərindən bəhs edib. – gözlərini Devidə tərəf qadıraraq hə-lə də

onun ayaq üstə dayandığını görüb bir qədər acıqlı halda öz də-vətini təkrarladı:

– Əyləşin.

Devid komandirinə baxdı və yanında əyləşməsi üçün işarə etdi. Devid həmişəki şuxluğu ilə stulun tam kənarında əyləşdi.

– Beləliklə, – Neyf davam edirdi, – İctimayətin bu haqda xəbəri olub-olmamasına baxmayaraq,”Omeqa” xüsusi bölməsi ölkəmizə inam və həqiqət hissi ilə xidmət edir.

90

– Təşəkkür edirəm, ser.

Neyf kreslosuna daha rahat söykənərək barmaqlarını bir-birinə keçirib qarnının üstünə qoydu.

– Mən somalidə etdiyiniz işlər barədə raportu oxudum.

Afərin! Əla işdir!Yol vermək olmazdı ki,ölkənin bu qeyri-stabil siyasi vəziyyətində komunist qəzeti buraxılsın.

Devid başı ilə təsdiq etdi. 14 cəsəd və hər şey elə quraşdırılmışdı ki, sanki kütləvi özunəqəsd baş vermişdi. Həqiqətən də bu ustalıqla baş vermişdi və nəticədə komunist iğtişaşçıları nüfuzdan düşmüşdülər.”Omeqa” qrupundan başqa, somalidə baş verənlərdən yalnız 2 nəfər xəbərdar idi ki, onlar da indi bu kabinetdə əyləşiblər.

– Biz sizin qrupa daha bir tapşırıq verməkçün, söhbət edirdik. Bizə elə gəlir ki, siz onun icrası üçün mükəmməl qrupsunuz.

Nə lazımdırsa, ser, – deyə Devid intizamla başını əyərək cavab verdi. Həmişəki kimi özündən razı vəziyyəti və Neyfin buzlu təbəssümü Devidin razılığına cavab oldu.

– Əla, – vitse-prezident dedi. O yenidən dikəldi və masanın üstündən qovluğu götürüb, MKİ-nin direktoruna uzatdı. Bütün təlimat və detallar burdadır.

Nikolas Razikov da öz növbəsində qovluğu Devidə

uzadıb bu jesti yaxşı anladı. Əgər nə isə düz getməsə

bilə,Devid həmişə kələk gəlmədən vitse-prezidentin deyil, öz direktorunun əmrini yerinə yetirdiyini deyə bilərdi.

O qovluğu dizləri üstünə qoydu.

Bu vaxt ərzində Devidin direktoru birinci dəfə idi ki, danışmağa başladı. Neyf əvvəlki kimi kresloya söykənərək sakit halda oturmuşdu.

– Sənə məlumdur ki, artıq çinlilər birinci onillik deyil ki, bizim üçün daimi qıcıq mənbəyidirlər. Onlara yardım və ti-91

carət imtiyazları göstərərək, XXI əsrə dartırıq, onlar isə həmin vaxt bizə qarşı düşmənçilik və inadçılıq edirlər. Onları yediz-dirən əli dişləyirlər, – deyə Neyf əlavə etdi.

–Tamamilə doğrudur.

Hələ ki, bizim hökumət komunist liderlər qarşısında sürünürdü, onlar güc toplayır,öz nüvə arsenalını yetişdirir, məxfi texnologiyalrı oğurlayır, dənizdəki fəaliyyətini gücləndirir və genişləndirirdilər. Nəticədə son 10 il ərzində onlar xoşagəlməz komunistlərdən qlobal təhlükəyə çevrildilər. Bu-na son qoymaq lazımdır.

İndiyə kimi, Devid hələ belə doğru fikir eşitməmişdi. Başını razılıqla tərpədərək:

– Bəli, ser.

Razikov mənalı-mənalı Neyfə baxdı. Sonra yenidən üzünü Devidə çevirdi.

– Amma ictimai fikir belə aksiyalara o qədər də iltifat göstərmir.

Orta statistikaya görə amerikalını daha çox onun pul ki-səsinin tərkibi və TV-dəki axşam verilişləri maraqlandırır.

Çinlə qarşıdurma onun xoşuna gəlməyəcək. Ölkədə mərhəmət qalib gəldi. Əgər 9-cu komunizm dalğasını dayandırmaq istəyiriksə, biz həmçinin bu əhval ruhiyyəni də

sındırmalıyıq.

Devid anladığını bildirərək, başını tərpətdi.

Bir neçə saniyə Razikov ona diqqətlə baxıb yenidən sözünə davam etdi:

– Sən bir nömrəli bortun7 qəzaya uğraması ilə bağlı sə-fərbərlik haqda eşitmisən.

7 Prezident təyyarəsi

92

Devid susdu. MKİ-nin direktoru tərəfindən deyilmiş

cümlə sual deyildi, bu faktın aydınlaşdırılması idi.

Əlbəttə, o bilirdi. Bu haqda bütün xəbər buraxılışlarında təkrar olunurdu. Bu gün bütün dünya baxışları Sakit okeana tərəf yönəldilmişdir. Yenə də direktor tərəfindın yaradılan bu diskomfort onu azca gərginləşdirdi.

– Biz hesab edirik ki, belə imkanlardan istifadə etməmək günah olar. Prezident bişopun həlak olmasının əvəzi olaraq, biz nəsə əldə etməyi bacaracağıq.

– Nə yolla? – deyə Devid maraqla soruşdu.

– Sən qəza yerində Milli Təhlükəsizlik Şurasının axtarış

qrupuna qoşulmalısan.

Təəccübdən Devid gözlərini qırpdı. – Ölmüş bədənləri və

təyyarə qalıqlarını qaldırmağa kömək etmək üçün.

– Bəli… Amma əsasən ona görə ki, oradan daxil olan informasiyalar bizə sərf etsin.

– Mən heç anlamıram.

– Biz istəyirik ki, avia qəzanln başvermə səbəbinə görə

çinliləri günahlandıraq, – deyə vitse prezident situasiyaya aydınlıq gətirdi.

– İstintaqın nəticəsindən asılı olmayaraq, – Razikov əlavə

etdi.

Devidin gözləri bərəldi. Nikolas Razikov ayağa qalxdı.

– Əgər çinlilərdə prezidentin qətlinə dair cinayət çapı olacaqsa,iştimayət cəza tələb edəcək.

Və biz də onun tələbini yerinə yetirərik, – Neyf əlavə etdi.

Devid bu planı ləyaqətinə görə qiymətləndirdi. Sakit okeandakı kataklizmalardan sonra dünyadaki xaosu nəzərə alsaq, əməliyyat üçün münasib vaxt seçmək çətin olacaq.

– Belə, bu əməliyyatın icra edilməsini “Omeqa” öz boynuna götürəcək? – deyə Razikov zarafatla soruşdu.

93

Devid ayağa qalxdı.

–Bəli, ser, sözsüz.

Neyf həmsöhbətlərin diqqətini cəlb etmək üçün öskürdü.

– Komandir Spenqler,daha bir məsələ var. Görünür qəza yerində sizin kolleqanız var,keçmiş “dəniz pişiyi”. Siz onunla nə vaxt işləmisiniz?

Və yenidən Devidə elə gəldi ki,indicə onun üzərinə bomba düşəcək.

– Kimdir ki, o?

– Cek Kirkland.

Devid nəfəsini dərdi və prezidentin son sözləri ona sanki duman arasından eşidildi.

– Bizə məlumdur ki, siz indiyə qədər “Atlantis”inqəzaya uğramasında onu günahlandırırsınız? Bütün ölkə sizin kiçik bacınızın ölümünə ağlayırdı.

– Cenifer, – Devid mırıldadı.

Onun gözləri qarşısında start günü bacısının kosmosa ilk uçuşu və təntənə ilə gülümsəyən Cek canlandı. Onların iki-sindən – Devid və Cekdən –“Atlantisdə”uçuş üçün, hərbi komandanlıq bir nəfər seçməli idi.

NASA istəmədi ki,uçuşa bacı və qardaş birgə yollansın.

Bunu isə axmaq bir dəlillə əsaslandırırdılar;”Birdən nə isə baş

versə”.

– Mən sizin itkinizə heyfslənirəm, – Neyf dedi.

– Biz sadəcə olaraq əmin olmaq istəyirdik ki, Kirklandın orada olmağı sənə tapşırığı icra etməyə mane olmayacaq.

 

– Xeyr, ser, qətiyyən. Bütün bunlar keçmişdə qalıb. Mən verilən tapşırığın ciddiliyini anlayıram və heç kəs, hətta Kirkland belə, mənə mane ola bilməz.

– Bax, bu əla! – Razikov çıxışa tərəf çevrildi. – Onda öz ko-mandanı topla.

94

Ölkənin yeni liderinə başı ilə razılıq bildirdi. Komanda tapşırığı yerinə yetirəcək. Hələ ele bir hal olmayıb ki,

”Omeqa”tapşırığın öhdəsindən gəlməsin. Amma bu dəfə Devid daha bir missiyanı, bacısının qisasını almaq missiyasını yerinə yetirəcək.

5

İLAN ÜRƏYİ

26 iyun, 7:20

İonaqum adasının sahili, Okinava prefekrurası

Günəş hələ qalxmamışdı və Karen asma mühərrikli qayığı kiralamaq üçün artıq doka(gəmilərin təmir olunduğu yer) gəlmişdi. O dənizə baxdı. Ehram-əkizlər suda,körfəz girişinin cəmi yüz metrliyində cütlük kimi ucalırdılar. Dünənki tapıntıdan sonra o universitetə və Nahuya qayıtmağa imtina etdi. Miyukinin etirazlarına baxmayaraq, Karen yerli balıq-çıya pul ödədi ki, onları İonaquni adasının sahilindəki kiçik Çaan şəhərciyinə çatdırsın.

– Biz Nahuya hələ dünən qayıtmalı idik, – deyə Miyuki qa-yığa nifrətlə baxaraq dedi.

Görkəminə görə bu köhnə gəmi,elə bil son günlərini yaşayırdı. Bəzi yerlərdə metal hasar əyilmiş,plastik oturacaqlar isə laxlayırdı. Amma, onları ehramlardan ayıran bir neçə yüz yard yolun öhdəsindən gəlmək üçün kifayət qədər möhkəm korpusu vardı.

– Naxe də sən daha əlverişli şəraitdə olan qayığı kiralaya bilərdin.

95

– Və yenidən bura qayıtmaq üçün günün yarısını itirmək? Yox, – deyə Karen qətiyyətlə başını tərpətdi, – Buna mən gedə bilmərəm. Birdən bu vaxt ərzində soyğunçular ehramları qarət etdilər? Birdən Əjdahalar yenidən suyun altına getdilər?

–Yaxşı, – Miyuki yorğun halda nəfəs aldı, – Necə

bilirsən,elə də et. Yalnız sükanı mən idarə edəcəm.

Karen yuxusuz gecə keçirməsinə baxmayaraq, tam ruh yüksəkliyi ilə razılığını bildirib gəminin arxa hissəsinə keçib əyləşdi.

Bir gün əvvəl onlar Miyuki ilə gecə səhərə kimi söhbət edib, bir butulka sakeni(içki)boşalmışdılar. Onların qaldığı nömrənin kiçicik eyvanından Əjdahalara və dənizə gözəl mənzərə açılırdı. Ay ehramları sirli süd işığıyla işıqlandırır və

bu işıqlar sanki qurğuların içərisindən çıxırdı. Nəhayət qadınlar yatmağa getdilər, amma Karen heç də yatmaq abu-havasında deyildi və gecə ərzində bir neçə dəfə əzik-üzük yorğan döşəyindən qalxıb, sanki, ehramların yox olmadığına əmin olub, rahatlıq tapırdı. Qədim əkizlər isə əvvəlki kimi körfəzin dayaz hissəsində dayanırdılar.

Şərqdə şəfəq açılan kimi Karen narazı halda deyinən Miyukini yorğan-döşəkdən qaldırdı. Səhər sərinliyindən büzüşərək qadınlar, mehmanxananı limandan ayıran kiçik məsafəni qət etdilər və Karen yerli qiymətlərə əsasən balıqçının birindən bir günlük köhnə motorlu qayıq kirayə etdi.

Onun başqa seçimi yox idi, çünki,yaxınlarda başqa kirayə

qayıqları vermirdilər. O elə həmin dəqiqə sükan arxasına əyləşdi, Miyuki isə balıqçıdan lövbər kəndirini qəbul etdi.

– Mən ümid edirəm ki, sən soyulduğunu anladın? – deyə

yapon xanım rəfiqəsinə dedi.

96

– Olsun, – deyə Karen cavab verdi. – O xarabalıqları birinci yoxlamaqdan ötrü, mən on dəfə artıq da pul ödəməyə

hazıram.

Miyuki narazı halda başını tərpətdi və sərnişin skam-yasında əyləşdi,Karen isə asta-asta qayığı limandan uzaqlaşdırdı. Qayığın motoru qara, üfunətli tüstü buraxdı-ğından, Miyuki burnunu sıxdı.

– Düppədüz soyğunçuluq! – deyə burnunda şikayət etdi.

– Narahat olma, əgər qarşımıza soyğunçular çıxsa onları susduracaq üsul var, – deyə Karen içərisində 38 kolibr tapança olan gödəkçəsini rəfiqəsinə gəstərərək sakitləşdirdi. Miyuki faciəli halda inildədi və daş kimi,üstəlik də laxlayan oturacaqda daha rahat yerləşməyə cəhd göstərdi. Karen gülümsündü. Rəfiqəsinin göstərişli narazılığına baxmayaraq, onun gözlərində hərislik odunu hiss etdi. Dözümlü yapon xanımı ürəyinin dərinliyində onların bu macaralarından həzz alırdı. Keçən günlərdə Miyukinin universitetə qayıtmaq imkanı var idi, ancaq bunun yerinə o rəfiqəsi ilə qaldı. Onlar bir-birini tamamlayırdılar və bu xüsusiyyət onların dostluğunu daha da möhkəm edirdi.

Karen sürəti artırdı. Qayığın köhnə motoru öz gurultulu səsiylə şəhərinbakirə sakitliyini pozurdu. Dalğaları yarandan sonra onların qarşısında qədim şəhərin panoraması açıldı və

hər iki qadın səssizcə bu möhtəşəm gözəlliyi seyr edirdi. Geridə qalan Çatan şəhərciyi duman içərisində itərək getdikcə

kiçilirdi.

Nəhayət,üfüqdə zəif çəhrayı duvağı ilə xarabalıqları örtən günəş göründü.

– Bəs bu batmış şəhəri kim tikib görən? – deyə Karen öz fikirlərini səsləndirdi.

97

-Şəxsən indi, məni yalnız şəhərim və laboratoriyam narahat edir, – Miyuki laqeydliklə cavab verdi. -Keçmiş isə elə

keçmişdə qalıb.

–Bəs bu kimin keçmişidir? – deyə Karen sakitləşmirdi.

Miyuki yenə də laqeydlikləçiyinlərini sıxdı və kəmərindəki dəri qabdan cib bilgisayarını çıxarıb nə isə yazmağa başladı.

–Sən orada nə ilə məşğulsan? – Karen Miyukidən soruşdu.

–Qariellə əlaqə saxlayıb laboratoriyada hər şeyin qaydasında olub-olmamasını soruşmaq istəyirəm.

Kiçik bilgisayardan qeyri-təbii səs eşidildi.

–Sabahınız xeyir,professor Nakano.

Karen gülümsündü.

– Sizə onunla daha ciddi münasibətlər haqda düşünmək lazımdır.

Cavab vermədən Miyuki yalnız üzünü turşutdu və işinə

davam etdi.

– deyəsən axı sən artıq həyəcanlanmağa başlayırsan, -

deyə Karen rəfiqəsinə sataşmağa davam edirdi.

–Sən də qısqanırsan, – Miyuki soyuqqanlıqla cavab qaytardı.

–Bilgisayara qısqanıram? – Karen deyindi.

–Qabriel sadəcə bilgisayar deyil, – Miyuki ucadan bildirdi.

Karen barışdırıcı jestlə əlini qaldırdı.

–Bilirəm, bilirəm.

Qabriel, Miyuki tərəfindən hazırlanmış və patentləşmiş

süni təfəkkürün ən mürəkkəb proqramını təşkil edir. Məhz bu iş onu Nobel mükafatını almağa daha da yaxınlaşdırmışdı.

Son 4 il ərzində o nəzəriyyəni təcrübədə tədbiq etməyi bacarmış və acıqlı Cəbryılın şərəfinə adlandırılmış Qabriel də

bu işin nəticəsi idi.

98

-O necədir?

–O elə indi daxil olmuş elektron poçtumu təsnif etdi və

şəbəkədə

fövqaladə vəziyyətlər haqqında məlumatı izləməyə

davam edir.

–Təzə nəsə var?

–Sakit okeanda zəlzələlər sakitləşib, okeaniyada Amerika qüvvələrinin aktivliyi müşahidə olunur. Düzdür,informasiya, həqiqət hələ olduqca natamamdır. Qabriel “EM- N”bilgisayar şəbəkəsinə daxil olmağa çalışır.

–EM- N” nədir ki? – Karen qaşlarını çataraq heyrətlə

soruşdu.

Ona kiçik bilgisayar cavab verdi:

– “EM- N” “Müdafiə Nazirliyi”söz birləşməsindən əmələ

gəlib.

Karen gözlərini bərəltdi. Kiçik bilgisayarın ona cavab verməyi bəs deyil, hələ o Pentoqonun bağlı bazasına girməyə

çalışır! Bu böyük xoşagəlməz hadisələrlə nəticələnə bilər.

–Məgər bu məcburidir? – o soruşdu. Miyuki qayğısız halda əlini yellədi.

–Onu qətiyyən tutmayacaqlar.

–Onu tutmaq mümkün deyil, çünki o mövcud deyil.Hərçənd Qabrieli mən yaratmışam, artıq indi o Ümumdünya şəbəkəsinin bir parçasına çevrilib.Hətta onu izləmək üçün , hansısa konkret ünvanı belə yoxdur.

–Virtual kabus, – deyə Karen mırıldadı.

–Tamamilə doğrudur, doktor Qreys, mən virtual kabusam, mən öz sahəmdə təkəm, – deyə bilgisayar cavab verdi.

Karen bədənində, sanki, qarışqaların gəzdiyini hiss etdi.

Miyuki nə vaxtsa bu özüöyrənən proqramın fəaliyyətə

99

pribsiplərini izah etməyə çalışmışdı, amma hətta bu cür primitiv izah belə Karen üçün əlçatmaz idi. Miyukinin labaratoriyasında da Karen özünü həmişə narahat hiss edirdi.

Belə anlarda Karenə elə gəlirdi ki, onu görünməyən gözlər izləyir. Elə indi də onda bu hiss yarandı.

–Lənət şeytana! – Miyuki sakitcə söydü. -Pis xəbərlər.

– Nə olub?

–Universitet 1 aylığına bağlanır. Elə indicə rektor elmi bölmələrin rəhbərlərinə elektron poçtla məlumat göndərdi.

Tələbələrə,zəlzələlər nəticəsində zərər çəkmiş ailələrinə

kömək etmək məqsədilə evlərinə getməyə icazə verilib.

–Və sən bunu pis xəbər adlandırırsan? – deyə Karen heyrətləndi.

– Mənim köməkçilərimin yola düşməsi tədqiqatların gedişini müəyyən qədər formalaşdıracaq, amma qrantın şərtlərinə əsasən mən onları 3 həftəyə bitirməliyəm.

Düşünürəm ki,yaranmış şəraiti nəzərə alaraq sənə möhlət (zaman) verilməsi haqda xahiş edə bilərsən.

–Ola bilər, – deyə Miyuki razılaşdı və stilusu (lüğətdə

yoxdur) öz qabına qoydu. -Çox sağ ol, Qabriel. Mən gün ərzində sənin tərəəfindən göndərilən videoməlumatları izləyəcəyəm.Zəhmət olmasa onları diskə yaz və ehtiyyat üçün DVD-də surətini saxla.

–Məlumatların saxlandığı faylı necə adlandırım?Miyuki Karenə baxıb cavab verdi.

– Əjdaha.

– “Əjdaha” faylını yaradıram. Sizin növbəti çağırışınızı gözləyəcəm.

–Sağ olun,professor Nakano.Hələlik doktor Qreys. Karen əsəbi halda öskürdü.

100

– Hələlik Qabriel- deyə o,özünü səfeh kimi hiss edərək cavab verdi.

Miyuki bilgisayarı söndürdü və onu öz çexoluna yerləşdirdi.

Onlar artıq sərhədə yaxınlaşırdılar. Yarıya kimi suyun içində olan xarabalıqlar göründü. Karen sürəti azaltdı.

– Miyuki, sən bu mənzərəni fotokameranın yaddaşına həkk edə bilərsən? – deyə Karen soruşdu.

Yapon xanım (Miyuki) rəqəmsal fotokameranı çıxartdı və

onu kəmərindəki bilgisayara birləşdirib, qeydetmə düyməsini işə saldı və yavaş-yavaş obyektivi üfüqün bir tərəfindən o biri tərəfinə yönləndirdi. Alınmış təsvir cib bilgisayarı vasitəsilə

avtomatik olaraq birbaşa onun otağındakı bilgisayara göndərildi.

–Hazırdır! – deyə o bildirdi. Karen motorlu qayığı yavaş-yavaş irəli aparırdı.Xarabalıqların yanındakı dərinlik kiçik idi,6 futdan da az. Bütünlüklə irəlidə görünən fantastik mənzərəyə aludə olmuş Karen, hətta Qabrieli və inkişaf etmiş

bilgisayar alqoritmlərini də unutmuşdu.

– Bu inanılmazdır! – o, nəfəsini dərdi.Xarabalıqların arasında bir neçə başqa qayıq görünürdü və suyun üzərindən həyəcanlı səslər yayılırdı.

Onlar yastıdibli qayığın yanından ötüb keçdilər. İçə-risindı olan 3 qaradərili,göründüyü kimi Mikroneziyadan gəl-mələr, qədim sütunlara və batmış evlərə tamaşa edirdilər. Bəlkə bu tikililəri onların əcdadları tikiblər?

Yastıdibli qayıq arxada qaldı və Karen öz motorlu qayığını damsız alçaq tikiliyə doğru yönəltdi. Görünür burdakı evlər xüsusi qayda ilə tikilmişdir-bir-birinin üstünı qoyulmuş xüsusi bloklar və lövhələrdən. Onların hamsı eyni formalı tünd daşdan idi. Karen onların vulkanik bazalt 101

olduğunu təxmin etdı. Bəzi lövhələrin ən azı bir neçə ton çəkisi vardı. Sakit okeanın cənub rayonlarında bu cür mürəkkəb arxitektura texnologiyası nümunələrinə çox nadir hallarda rast gəlinirdi. Onlar ancaq ink və mayalıların bacarıqları ilə müqayisı oluna bilərdi.

Qayıq evi ötüb keçdikdən sonra, Əjdahaların birincisin doğru düz yol açıldı.

–Çək- deyə Karen ehtiramla pıçıldadı.

–Çəkirəm- deyə Miyuki onu arxayın etdi.

Ehramın yuxarı hissəsi suyun üzərindən 20 metr hündürə

ucalırdı. Suyun üzərindən zirvədəki yastı meydançaya hər biri 1 metr hündürlükdə olan 18 pillə qalxırdı. Elə həmin meydançada da,daş bloklardan hörülmüş və qismən dağılmış

məbəd yerləşirdi.

Onlar ehramın pillələrinə yaxınlaşanda bir neçə ağ durna səs-küylə göyə qalxdı.

Karen ehramı ötüb keçdi və onlar ikinci Əjdahanı gördülər. Birinci Əjdahanın zirvəsindəki meydançanı nəzərə

almasaq,ikinci tam onun eyni idi.

–Gəl yaxından baxaq, – Karen təklif etdi və birinci ehramın alt pilləsinə yan aldı.Şimal-şərq küncündəki hündür bazalt dirək (tumba), qayığı ora bağlamaq üçün əlverişli idi.

–Sükanı saxla, – deyə Karen əmr etdi və özü isə qayığın burun tərəfinə irəlilədi. Ehramın pilləsinə tullanıb,yaş

yosunların üzərində sürüşdü.

–Yavaş, boynunu sındırarsan! – deyə Miyuki qışqırdı.

Karen əllərini açaraq tarazlığını saxlamağa çalışdı.

O dikəldi və üzünə düşən saçını yana itələyib gülümsündü.

– Gördüyün kimi sağ-salamatam!

102

İndi o daha ehtiyyatla əlindəki kəndiri sütuna bağlamaq üçün dizi üstə çökdü. Məlum oldu ki, əskində bu sütun yox,kişi fiqurunun heykəlidir. Xırda detallar qum və su ilə

məhv edilmişdi.

Karen qayığı dartdı və kəndiri heykələ bağlayıb möhkəm düyün vurdu.

–Kömək edərsən? – deyə Miyuki əlindəki çantasını və

foto avadanlığı uzadaraqaq dedi.

Karen onu götürdü və incə professor xanım asanlıqla qayıqdan ehramın pilləkəninə tullandı. Yapışqan və sürüşkən nəyəsə ayaq basan Miyuki narazı halda dedi:

– Buradan qurtulandan sonra mənə yeni ayaqqabı alacaqsan!

 

–Ən bahalısını, Ferqammodan- deyə Karen hazırlıqla cavab verdi. Birbaşa onları səninçün İtaliyadan gətizdirəcəm.

Miyuki

hələ

bu

macəradan

həzz

aldığını

gizlədərək,gülüşınü də ondan gizlətməyə çalışdı.

– Onda əmr et!

– Mən yuxarıya qalxıb məbədə baxmaq istəyirəm.

Miyuki baxışlarını yuxarıya yönəltdi.

– Bu uzun-uzadı qalxma olacaq, – deyə o xəbərdarlıq etdi.

– Biz ki, heç yerə tələsmirik. Karen növbəti pilləyə qalxdı və rəfiqəsinə kömək etmək üçün əlini uzatdı.Rəfiqəsi isə özü sərbəst halda çıxmaq istədi. Karenin yanında dayanaraq nifrətlə dizinə yapışmış yosunu qırağa tulladı və mənalı baxışlarla Karenə baxdı.

–Yaxşı,yaxşı- deyə Karen işarəni başa düşüb cavab verdi,

– qayıdandan sonra “Nostradamus”mağasından da təzə

şalvar-kostyum alarıq.

İndi Miyuki həqiqətən də gülüşünü saxlaya bilmədi.

103

– Təzə kostyum, təzə ayaqqabı… Yuxarıya qalxana qədər, mən yəqin ki, yeni yaz qarderobumu da əldə edə bilərəm.

Karen çox tez rəfiqəsini arxada qoyub yuxarıya doğru hərəkət edirdi. Miyukinin ona çatması üçün ayaq saxlayan Karen,yuxarıdan daha gözəl görünən qədim şəhərin mənzərəsinə baxdı. Günəş artıq qalxmışdı və indi o Şərqdə

asılmış iri sarı kürəyə bənzəyirdi. Bu nöqtədən Karen dəniz tüstüsündə itən xarabalıqları iki metr məsafədə görə bilirdi.

Qədim şəhərin böyük sahəsinə görə onun əhalisi nə vaxtsa on minlərlə adam idi. Bəs onlar hara yox olublar?

Miyuki gəlib Karenə çatanda Karen onu arxayın etmək üçün dedi:

– Çox qalmayıb, bir azdan çatırıq.

Miyuki ağır nəfəs alaraq əlini yellədi və dedi:

– Mən qaydasındayam,davam edək.

– Ondansa gəl dincələk- deyə Karen təklif etdi, hərçənd ki,özü əslində yuxarıya tez qalxmaq arzusuyla alışıb yanırdı. -

Biz gücümüzü qorumalıyıq.

–Yaxşı, əgər sən təkid edirsənsə… – Miyuki razılaşdı və

artıq geyiminin qayğısına qalmadan düz yosunların üstünə

oturdu.

Karen çantasından mineral su butulkasını çıxarıb rəfiqəsinə uzatdı. Miyuki qapağı fırladıb acgözlüklə suyu içməyə başladı, ancaq suyu içə-içə belə gözünü qədim şəhərin mənzərəsindən çəkmirdi.

–O necə də böyükdür! -heyranlıqla dedi. -Gözləri ilə

görməsə heç vaxt inanmazdı.

Karen də bir neçə qurtum içib dedi:

–İndiyə kimi bütün bunlar suyun altında necə qala bilərdi?

104

-Əvvəllər bura çox dərin idi və olduqca təhlükəli su axınları keçirdi. Yalnız ən təcrübəli dayverlər bu suları tətqiq edə bilirdilər. Amma indi bütün dünya bu yer haqqında biləndə (xəbərdar olanda) buraya minlərlə turist axını olacaq.

–Hansılar ki, buraları tapdalayıb batıracaqlar, – deyə

Karen əlavə etdi. -Ona görə də buranı indi yoxlamaq üçün ən münasib vaxtdır.

– Əgər sən yola davam etməyə hazırsansa, onda qalxaq.

– Biz hələ bir az da istirahət edə bilərdik. Bu xarabalıqlar uzun əsrlərdir ki, bizi gözləyirdi, ona görə də bir neçə dəqiqə

artıq otursaq pis olmaz. Miyuki yenidən oturdu və ayaq üstə

dayanan Karen də rəfiqəsinə baxıb əyləşdi.

–Sən təsəvvür etmirsən ki, mən göstərdiyin köməyə görə

sənə necə minnətdaram, – Bu cür yaxşı rəfiqəm olacağını heç ağlıma gətirməzdim.

– Mən də, – deyə Miyuki astadan cavab verdi.

Onlar Ryuku universitetində hansısa bir tədbirdə tanış

olmuşdular.Hər ikisi təxminən eyni yaşda idilər və ərdə

deyildilər, baxmayaraq ki,işlədikkləri kollektivdə kişilər üstünlük

təşkil edirdi.

Onlar

boş

vaxtlarını

birgə

keçirirdilər:birgə karaoke barlara və kinoseanslara gedir,şam yeməyi yeyir və beləliklə də yaxın rəfiqə olmuşdular.

– Mən sənə demişdim ki,dünın mənə Xirosi zəng etmişdi?

– deyə Miyuki Karendən soruşdu.

–Yox,deməmisən.

Karen dikəldi və diplomatcasına xəbər almağa hazırlaşdı.

– Nə lazım idi o eybəcərə?

Universitetin professoru Xirosi Takata və Miuki nişanlı idilər, ancaq Miyukinin uğurları professorda qısqanclıq yaratmış və münasibətlərində çat əmələ gəlmişdi.2 il əvvəl Xirosi qəfildən nişanı pozmuş və Kobeyə köçmüşdü.

105

Karen təəccübdən gözlərini bərəltdi.

– O, mənə bildirmək istəyirdi ki,zəlzələlər zamanı xəsarət almayıb, amma özünü əziyyətə salıb mənim halımı da heç soruşmadı.

– Bəlkə o yenidən başlamaq istəyir?

– Onu ancaq arzu edə bilər. – Karen güldü.

– Görünür, biz sənlə alçaq kişiləri cəlb edirik.

– Daha doğrusu, onurğasızları, – deyə Miyuki əlavə etdi.

Karen də razılıqla başını tərpətdi.

Kanada da Karenin başına bir neçə sevgi macəraları gəlmişdi. Bu macəralarda hər şey vardı. Və ona görə də o bu sahədə artıq eksperiment etmək istəmirdi. Bütün bunlar Okinavadakı dördillik tapşırığı qəbul etmək üçün əsas səbəblərdən biri idi. Yeni məkan-yeni gələcək.

Miyuki mövzunu dəyişərək soruşdu:

–Bütün bunlar haqqında nə düşünürsən? Bu sənin ulu babanın itirilmiş Atlantidasının bir hissəsi ola bilər?

–Sən nə demək istəyirsən ki, bu Mu qitəsi ola bilər? -

deyə Karen dəqiqləşdirdi. – Şübhə edirəm. Sakit okean adalarında nə qədər lazımdırsa tarixə qədərki abidələr var:Pasxa adasının heykəlləri, tonqada əhəngdaşı dolmeni, quamda Latte daşları və s. Sirli yerlər onu həmişə

həyəcanlandırırdı. Onların hər biri haqda əsrlər boyu nəsildən- Nəsilə miflər və əfsanələr ötürülür, amma hələ heç kim bu adalar arasında vahid bağlılıq yarada bilməyib.

– Və sən ümid edirsən ki. Buna müvəffəq olacaqsan?

– Kim bilir, biz hansı cavablar tapacağıq!Miyuki gülümsündü və ayağa qalxdı.

– Deməli bunu müəyyən etmək üçün yalnız bir üsul mövcuddur. Karen də qalxıb gülümsündü.

– Mən də elə düşünürəm.

106

Onlar bir-birinə kömək edərək daha yüksəyə qalxırdılar.

Artıq 20 dəqiqə sonra piramidaların zirvəsinə çatdılar. Ağır nəfəs alaraq, oraya birinci Karen qalxdı.

Ehramın zirvəsi bir nəhəng lövhədən ibarət idi.

Görünürdü ki, qədim kataklizmalar və ya bu yaxınlarda baş

verən zəlzələlər nəticəsində ehramın səthi çat vermişdi. Yəqin ki, bu lövhə bura qoyulanda bütöv şəkildə idi. Karen lövhənin ölçülərini hesablamaq üçün yavaş-yavaş çevrildi.Təxminən 10

metrənin 10 metrəyə ölçüsü alınırdı. Əgər nəzərə alsaq ki, onun qalınlığı 1 metrdən az idi, onda lövhə 100 ton çəkidə

olmalı idi.”Axı bu necə ola bilər, – deyə Karen heyrətlə

fikirləşdi, -qədim inşaatçılar bu nəhəng lövhəni bu cür hündürlüyə necə yerləşdirə biliblər?”

Tezliklə Miyuki də gəlib çıxdı. O meydançanı perimetr üzrə keçib, buradan açılan mənzərəyə heyranlıqla tamaşa etdi.

– Bu inanılmazdır!

Karen susqunluqla razılığını bildirdi. Qadın sanki gördüklərindən sarsılmış halda nitqini itirmişdi. Sonra o bazalt blok və lövhələrdən tikilmiş,yarıdağılmış məbədin mərkəzinə yaxınlaşdı. Nə vaxtsa bu məbəd dam əvəzinə alçaq lövhəsi olan tikilini təşkil edirdi. Karen ona hər tərəfdən baxmaq üçün, ətrafını dairə üzrə keçdi. Miyuki əlindəki kamera ilə onun arxasınca gedirdi.

Məbədin divarlarında Karen heç bir bəzək görmədi, hərçənd tamamilə mümkündür ki, onları su və zaman yuyub aparsın. O qamətini düzəldib cəsarətlə bildirdi.

– Mən içəri gedirəm.

– Nə? – deyə Miyuki kameranı aşağı salıb çaşqınlıq içində

bildirdi. Karen iki lövhəni aşaraq onların bir-birinə

107

söykəndiyini göstərdi. Onların arasındakı dar dəlikdən üzüaşağı istiqmətlənən səth görünürdü.

– Sənin başına hava gəlib? Sən heç təsəvvür etmirsən ki, bu daşlar nə qədər təhlükəlidir. Karen bərkimiş mərcanları cırmaqladı. – Əgər burada mərcanlar əmələ gəlibsə deməli əsrlər boyu bu lövhələr yerindən tərpənməyib. Birdə ki, mən yalnız gözümün ucu ilə baxacam ki, orada hər hansı heroqlif və ya hər hansı divar yazısı var,yoxsa yox. – O gödəkçəsini kənara atıb dizləri üstə çökdü. – Amma keçid kifayət qədər dardır.

Gödəkçədən sonra o ilişməmək üçün şalvarın qayışını və

tapancanı da çıxarıb kənara qoydu.

–Sən fənəri itirməmisən?

Miyuki çantadan incə fənər-qələmi çıxartdı və ona uzatdı,Karen isə fənəri dişlərində sıxıb qarnı üstə uzandı.

–Bəlkə lazım deyil? – deyə Miyuki ehtiyatlıqla soruşdu.

Cavab vermək əvəzinə Karen fənərin şüası ilə önünü işıqlandırıb başını dəliyə saldı. Ayaqlarını itəliyərək o yavaş-yavaş aşağı gedişə doğru irəliləyirdi. Burada yalnız sürünərək hərəkət etmək olardı. Əvvəllər də Karen müxtəlif mağaralarda olmuşdu, amma onlar belə dar deyildi. Nəfəsini kontrol edərək o yalnız irəliləməyi və qətiyyən dayanmamağı özünə təkrar edirdi.

–Yalnız ayaqlar qaldı! – deyə Miyuki qışqırdı.

Onun səsi zəif eşidildi, çünki Karenin bədəni demək olar ki, tunelin bütün sahəsini tuturdu. Nəfəs almaq daha da çətinləşirdi. Ona elə gəlirdi ki,divarlar onu indicə əzəcək və

bu onun ürəyinə xəlvətcə qorxu salırdı.

Karen daha sürətlə süründü (irəlilədi), onun nəfəsi tezləşdi.Xeyir o bu yuvadan keçəcək, o boğulmayacaq!Əgər ilişsə, onda əllərindən istifadə edə biləcək ki,geriyə sürünüb 108

çıxa bilsin, həm də Miyuki də onu dartıb çıxara bilər.Heç bir təhlükə yoxdur, – deyə Karen öz-özünə təkrar etməsinə

baxmayaraq, ağzı susuzluqdan qurumuş, ayaqları isə

rütubətli daşın üzərində sürüşməyə başlayırdı.

– Necəsən orda? – deyə Miyuki xəbər almaq istədi.

Karen ağzını açıb rəfiqəsinə cavab vermək istəyirdi ki, bunun üçün havasının çatmadığını hiss etdi.