Dərinlik

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

45

Cek əlini zərbədən şişmiş başına qoyub, ağrıdan üzünü turşudaraq dedi:

İnan Çarli, mən də özümdən çox, burada sənin olmağını istərdim.

– Bəs “Kayu-Maru” nə oldu? – deyə digər müsahib ümidli bir səslə soruşdu:

Cek təəccübləndi. Bu tarixçi, xəritəşenas, öz gəmi kitab-xanasını nadir hallarda tərk edən professor Corc Kleyn idi.

Ani çökən ümidsizlik ucbatından, Cek iniltili səslə dedi:

– Çox heyif, dok. Atrıq “Kayu-Maru” və qızıllar yoxdur.

Corc bir qədər susdu və sonra məyus halda bildirdi:

– Nə etmək olar, onsuz da biz “Kayu-Maru”nun yükü haqda dəqiq informasiyaya malik deyildik. Yaponlar tez-tez qızıl daşınmasını gizlətmək üçün, gəmi sənədərini saxtalaş-dırırdılar.

– Yox, məlumat dəqiq idi – deyə Cek Okean dibindəki qızıl külçələri yadına salıb, tutqun halda cavab verdi.

Mikrafonda yenidən Çarli idi.

– Ey Cek, deyəsən zəlzələ tək səni titrətməyib. Dünyanın hər yerindən məlumatlar gəlir: zəlzələlər, vulkan püskürmələri bütün sakit Okeanı bürüyüb – bir sahildən o birinə.

Cek alnını qırışdırdı. O vaxtdan bəri, o bütün dünya in-sanlarını, sualtı dünyaya dəyişmiş və onu planetin digər hissəsində olan həyat narahat etmirdi. Zəlzələ onu yalnız itirilmiş qızıllara və ola bilərdi ki, gəmiyə görə narahat edə bilərdi.

– Əlaqəni kəsirəm, – deyə Cek ağır nəfəslə dedi: – Bir dəqiqə sonra suyun üzündə olacam.

Suyun rəngi yavaş-yavaş açılırdı və tezliklə “Naitulus”un günbəzi sudan çıxdı. Dərin zülmət qaranlığından sonra, Günəş işığı cekə pis təsir etdi və o, gözlərini qıydı. Qərbə doğ-ru 46

dəniz dalğalanır və tüstüləyir, cənub-şərqə doğru isə qara nöqtə görünürdü. Bu görünən qara nöqtə “Fathom”idi.

Cek məlumat göndərmək üçün qəza düyməsini basdı, mayakı işə saldı və kresloya söykənib gözləməyə başladı. Bir neçə dəqiqədən sonra, onun diqqətini düz “Naitulus”un üzərində parlayan bi işıq cəlb etdi. Cek kreslodan dikəldi və

pultu əlinə götürərək, hər iki manipulyatoru sudan çıxardı.

Cek polad qısqacların sıxıldığını görüb, ah çəkdi:

– Ola bilməz!..

Qayığın “mexaniki əlləri”ndə sıxılıb qalmış iki böyük külçə, hamar səthindən dəniz suyu axaraq, görsəndi. Cek vul-kandan bir neçə saniyə əvvəl anbardan götürdüyü bu külçələr barədə tamamilə unutmuşdur. Gəmi yuxarıya qalxan zaman, Okean suları külçələri palçıqdan təmizlənmiş və xoş-bəxtlikdən hidravlik qısqaclardan qopara bilməmişdir.

Cek sevincək fit çaldı.

– Həyat axarıyla gedir!

Yenidən xəttə Corcun səsi eşidildi.

– Cek, biz göndərdiyin siqnalı aşkar etdik.

– Əla! – deyə sevincək cavab verdi. – Mənim gəlişimə, çalışın soyuq şampan olsun.

– Hm.... Yaxşı – deyə Corc açıq-aydın heyrətlə cavab verdi – Mənə elə gəlir ki, sən bu barədə bilməlisən, indicə

“Globalstar” adlı sputnik kanalı ilə əlaqəyə girmişik.

Cek sanki reallığa qayıdıb, alnını qarışdırdı və soruşdu:

– Kimdir, Daha dəqiq de!

– Admiral Mark Xyuston.

Onun donanma xidmətindəki keçmiş komandiri! Elə bil Ceki günəşin kələfi vurdu.

– Nə? Ni.... Niyə?

47

Həyəcandan hətta kəkələməyə başladı. O, ümid edirdi ki, həyatı boyu bu adamın adını eşitməyəcək. Axı, o keçmiş həyatı geridə qoymuşdur!

Admiral bizə koordinantları verdi və əmr etdi ki, buradan 400 mil o tərəfdə irəliləyək.

– Nə əmr etdi, – deyə cek hirsindən yumruğunu sıxdı –

Ona de ki, əmrləri başına dəysin.

Indi isə Corc onun sözünü kəsdi:

– Cek, təyyarə qəzası baş verib. Xilasedici işlər aparılır.

Cek dodağını dişlədi. Adətən belə hallarda VMS-in şəxsi gəmilərə, həmçinin elə “Fathom”a da əmr vermək ixtiyarı var idi. Özü də bütün gəmiçilik siyahılarında bu gəmi xilasedici kimi qeydiyyatdan keçmişdi. Amma buna baxmayaraq, Cekin əl ləri hələ də əsirdi.

Onun yaddaşında keçmişdə baş verən hadisələr canlandı.

Cek Floridanın günəş şüaları altında parıldayan “Atlantis”

kosmik gəmisinə necə heyrətlə baxdığını və bu gəmidə uçan ilk “dəniz aslanı” olacağını fəxrlə fikirləşirdi. Lakin bu xoş fikirlər digər tutqun fikirlərlə sıxışdırılır: od, yanğın, dəhşətli ağrı, əlcəkli əlin ona sarı uzanması, qışqırıqlar, sürüşmə, aş-ma.... və sonsuzluğa uçurum.

İndi “Naitulus”da Cekə elə gəlirdi ki, o düşməyə davam edir.

Əlacsız halda başını yelləyərək, o nəinki cavab verə

bilmir, hətta nəfəs belə almırdı.

– Cek, dənizə düşən təyyarə… Bu, bir nömrəli bortdur.

48

2

OKİNAVA ƏJDAHALARI

25 İYUL, 6.30

Naxa, Okinava adası, Yaponiya

Zibil qutusunun yanında ikiqat əyilən Karen Qreys hərbi patruldan gizlənirdi. Elə təzəcə gizlənmişdi ki, əllərində

fənər olan iki hərbi geyimli şəxsin dalana döndüyunü gördü.

Onlardan biri dayandı və siqaret çəkməyə başladı. Nəfəsini belə saxlayaraq, Karen onu görməsinlər deyə səssizcə dua edirdi. Alışqan işığında hərbiçilərdən birinin paltarının qolunda “HDQ ABŞ” nişanəsini gördü.

Dünənki zəlzələdən sonra Yaponiyanın bütün pre-fekturalarında, Okinava adalarının ən cənub hissələrini də

bura daxil etsək, hərbi vəziyyət elan edilmişdi.Prefekturanın əsas şəhəri olan Naxa və onun şəhərətrafı əyalətləri də

soyğunçularla dolmuşdu. Yerli hakimiyyət hökm sürən xaosla bacarmadığına görə, Amerika hərbi bazalarına, ya-rıyadək dağıdılmış şəhərin bərpası üçün kömək məqsədilə

müraciət etmişdi. ABŞ isə bu müraciətə əsasən sübh tezdən qürub çağına qədər komendant saatı müəyyənləşdirmişdi. Və

indi Karen bu qaydanı pozanlardan sayılırdı, çünki Günəşin çıxmasına bir saat qalırdı.

“Gedin, çıxın gedin!” – deyə ürəyində hərbçiləri tələsdirirdi. Birdən, sanki onu eşidirmiş kimi, onlardan biri fənərlə dalanı işıqlandırdı. Karen duruxaraq gözlərini yumdu.

O qorxurdu ki, kiçicik bir hərəkəti ilə hərbçilərin diqqətini cəlb edə bilər. Tamamilə tünd geyimdə olmasına baxmayaraq, xurmayı saçlarını gizlətməyi unutmuşdu və bu, onu narahat 49

edirdi. Lakin heç nə baş vermədi, xəta sovuşdu. Hərbçilərin uzaqlaşan addımlarının səsi eşidildi. Karen zibil qutusunun arxasından boylanaraq, gözlərini açdı və rahatlıqla nəfəsini dərdi.

Elə bu an qaranlıqdan həyəcanlı bir pıçıltı eşidildi.

– Nə oldu? Getdilər?

Karen ayağa qalxdı.

– Hə, az qalmışdı ki, yaxalanaq.

– Bunu etməməliydik. – deyə, dizi üstə kolların arasından sürünərək çıxan Karenin rəfiqəsi dedi.

Karen, Miyuki Nakonaya ayağa qalxmağa kömək etdi. Bu yapon xanım isə elə hey dodaqaltı deyinir, ingiliscə don-quldanırdı. Əlbəttə ki, ingilis dili onun ikinci dili sayılırdı.

Çünki, Yapon Universitetindəki professorluq vəzifəsini atandan sonra, Miyuki ABŞ-a köçmüş və iki il Paloaltoda internet xidmətləri göstərən firmada işləyərkən, ingilis dilini mükəmməl öyrənmişdi. Lakin, indi bu zərif yapon mü-əlliməsi zibilliklər içərisindən çıxan zaman, heç də normal görünmürdü. Çünki o, hər zaman təmiz, ağappaq ütülənmiş xalatı ilə Rükü Universitetinin bilgisayar laboratoriyasında iş başında olan xanım olub. Bu səhər isə hər şey tamamilə başqa cür idi.

Miyukinin əynində tünd qırmızı köynək və qara cins şalvar var idi. O, çiyninə yapışan zibili nifrət hissi ilə qırağa tullayaraq dedi:

– Əgər sən mənim ən yaxın rəfiqəm olmasaydın…

– Bilirəm, – deyə Karen onun sözünü kəsdi. – bilirəm…

bağışla. Miyuki, axı mən səni özümlə çağırmamışdım, – deyə, Karen üzünü çevirərək əlavə etdi.

50

– Mən imkan verə bilməzdim ki, gecə vaxtı şəhərdə tək gəzəsən. Birdən sən hansısa əclaflara rast gələrdin. Bu, çox qorxulu ola bilərdi.

Karen razılaşaraq başını tərpətdi. Son cümlələr tamamilə

ədalətli idi.

Naxo şəhərinin hər tərəfindən siqnal səsləri eşidilir, müvəqqəti quraşdırılmış xilasedici düşərgələrin pro-jektorlarının şüaları ziqzaqvari hərəkətlərlə göy üzünü işıqlandırır, komendant saatının olmasına baxmayaraq, hər tərəfdən qış-qırıq və atəş səsləri eşidilirdi.

Karen şəhərdə bu cür qarmaqarışıq vəziyyətin hökm sürməsini heç gözləmirdi.

Miyuki isə onların necə təhlükəli situasiyaya düşmələri barədə elə hey deyinirdi.

– Kim bilir, bizi orada kim gözləyir? Bəlkə insan alveri ilə

məşğul olanlardı? Bəlkə narkotik daşıyıcılarıdı?

– O sadəcə yerli balıqçıdır. Samo ona zamindir.

– Sən hansısa başdanxarab süpürgəçinin sözünə ina-Nırsan?

Karen üzünü turşutdu. Miyukunin bu mızıl-danmaları hətta koala ayısını belə özündən çıxara bilərdi.

– Samo başdan xarab deyil, tamamilə normaldır. Əgər o, balıqçının bizi ora aparıb, Əjdahaları göstərəcəyini de-disə, deməli, belə də olacaq. Bir də ki, məndə bax bu var, – deyə

Karen gödəkçəsini qaldırıb rəfiqəsinə tapançanı nü-mayiş

etdirdi. 38 kalibrdi, avtomatikdir və tamamilə do-ludur.

Miyukini gözləri təəccübdən bərəldi.

– Yaponiyaya tapança aparmaq? Bu ki, qeyri-qanunidir!

Sən onu hardan....

51

– İndiki zamanda gənc qız özünü qorumağı bacarmalıdır,

– deyə Karen onun sözünü kəsdi və tindən başını çıxarıb kü-çəyə boylandı.

– Yol boşdur! – deyə xəbər verdi.

Miyuki bir əli ilə rəfiqəsinin çiynindən tutub onun arxasıyca irəlilədi.

– Gedək!

Karen irəlidə gedərkən,eyni zamanda həm qorxu həm də

həyəcan keçirirdi. O başını qaldırıb göyə baxdı:havanın işıqlanmasına bir saat qalırdı,demək ki,vaxt az idi.

Komendant saatı. Amma yox, o bu təyinolunmuş görüşü buraxmaq istəmirdi. Bu cür imkan insana həyatında bir dəfə

verilir. Üç il əvvəl o Britaniya Kolumbiyasından Yaponiyaya, Rükü universitetindəki qədim Polineziya sakinlərinin miqrasiyası yollarına dair doktorluq disertasiyasını bitirmək üçün gəlmişdir. Bu iş üçün ma-teriallar toplayarkən, 1991-ci ildə universitetin professoru Masaaki Kimuranın Okinava adası sahilində tapdığı iki sualtı piramidanın – Okinava əjdahaları haqda hekayəsini eşitmişdi. Professor tapdığı bu qurğuları Mərkəzi Amerikadakı Mayya piramidaları ilə

 

müqayisə edirdi.

Karen şəkilləri görməyənədək bütün bunları fantaziya adlandırıb şübhə ilə yanaşırdı: dəniz dibindən 20 metr hündürlüyə qalxan ,yuxarısında meydança olan ikipilləli piramidalar. Onları görcək, Karen coşmuşdu. Mayya və

Polineziya sivilizasiyaları arasında əlaqə varmı? Son on ildə

alimlər adaların sahillərindən Tayvana qədər sualtı tikililər tapmağa davam edirdilər. Artıq həqiqəti fantaziyadan, təbiət məhsulunu insan əlinin məhsulundan ayırmaq da çətinləşib.

İndi Rükü adaları zəncirinin balıqçıları arasında belə bir şayiə yayılıb: Okinava Əjdahaları okeandan baş qaldırıblar!

52

Bu həqiqət idi yoxsa yox, amma Karen o piramidaları şəxsən gözdən keçirmək şansını əldən verə bilməzdi. Dərman prepapatlarının və digər lazımi əşyaların daşınması üçün təyin olunan yerli balıqçı Karenə öz xidmətlərini təklif etmişdi. Amma o Karenlə və ya onsuz səhər açılan kimi yola düşməliydi. Məhz buna görə Karen velosipedə atlayıb gizlincə Nahu universitetindən çıxıb, sonra da polislər və hərbçi patrullarla siçan-pişik oynayırdı.

Karen küçə ilə şux addımlarla yeriyir və özü öz yrişindən həzz alırdı. Dənizdən əsn külək onun xurmayı saçlarını qarışdırdı və o üzünə düşən kəkilini yana çəkdi. Əgər polislər onu və Miyukini tutsalar hər ikisinə universitetdən qovulma qorxusu ola bilər. Amma yox, miyukini yəqin saxlayacaqlar.

Onun rəfiqəsi universitetin daha çox nəşr olunan və tələb olunan əməkdaşlarındandır. O öz “arsenal”ında kifayət qədər elmi dərəcələri və mükafatları olan birisi idi. Onun işləri haqda heyranlıq sədaları dünyanın bütün yerlərindən gəlirdi.

O bilgisayartexnologiyaları sahəsindəki tədqiqatlara görə

Nobel mükafatına namizədliyi layiq görülən yegənə ilk qadın olmuşdur. Məhz bu səbəblərə görə,karen Miyukunin onunla bu riskli səyahətə getməsinə mane olmamışdı. Əgər onları tutsaydılar, ən azından Miyukini populyarlığı onların cəzasını yüngülləşdirəcəkdi. Hər halda Karen buna ümud edirdi.

Karen saatına baxdı. Çox ləngimişdilər. Xoşbəxtlikdən zəlzələ zamanı baş verən dağıntılar şəhərin bu hissəsində

özünü o qədər də göstərməmişdi və yol boş idi.

– Deyəsən, vaxtında çata bilməyəcəyik, – deyə Miyuki çiynindəki çantanı və fotoaparatı düzəldərək dedi.

Karen təkistifadəlik “kodak” götürsə də,r əfiqəsi rəqəmli fotoaparat, “Polaroid”, videokamera və hətta cib bilgisayarını da götürməyi təkid etmişdi.

53

Karen Miyukidən çantanı götürüb öz çiyninə asdı.

– Çatırıq, – addımlarını sürətləndirərək inamla cavab verdi. Tezliklə küçənin sonuna çatdılar. Körfəzə çatmaq üçün bir neçə yüz yard keçmək lazım idi. Karen tindən boylandı və

küçənin boş olduğuna əmin olub, yoluna davam etdi. Miyuki də onun arxasınca gedirdi. Getdikcə dənizin ətri daha çox gəlməyə başlayırdı: havadan duz və yosun iyi gəlirdi. Bir qədər sonra onlar körfəzin sahilində yanan işıqları görüb, qaçmağa başladılar.

Küçənin sonuna çatar-çatmaz, əmrverici səs eşidildi:

–Dayan!

Fənərin işıqları Karenin üzünü işıqlandırdı və o gözlərini qamaşdırdı. Qaranlıq içərisində,2 binanın arasında bir kişi göründü.Fənərin şüaları bir az aşağı enəndən sonra, Karen kişinin əynində amerikalı dənizçinin geyimini gördü. O fənəri Miyukinin üzünə istiqamətləndirdi, sonra isə fənər guşəni işıqlandırdı. Daha sonra, qaranlıqdan yenə 2 dənizçi çıxdı.Çox güman ki, onlar mobil hərbi patrullardan idilər.

Birinci dənizçi yaxınlaşaraq soruşdu:

–Siz ingiliscə danışırsınız?

– Bəli, – deyə Karen cavab verdi.

Dənizçi fənərin şüasını yerə yönəldərək yenidən soruşdu:

– Amerikalısız?

Karen hirsli halda üzünü turşutdu. Yaponiyada yaşayanda bu suala cavab verməkdən təngə gəlmişdi.

–Kanadalı, – dedi.

– Mən də kanadalıyam, – deyə başını yelləyərək,digər dənizçi dostlarına patrul etmələrinə davam etmək üçün işarə

etdi. – Mən bazara qayıdıram, – bunlarla isə özüm məşğul olacam.

54

Digər iki dənizçi qadınları başdan-ayağa süzərək, tüfənglərini çiyinlərinə atıb yollarına davam etdilər. Sonda isə

Miyukiyə baxıb pıçıldaşdılar və ucadan qəhqəhə çəkib gülüşdülər.

Karen dişlərini qıcadı. Kobud amerikalı hərbiçilərin ağlına da gəlmirdi ki, bu cür davranış buralarda təhqir sayılırdı.

–Xanım, məgər siz komendant saatı haqqında heç nə

eşitməmisiniz? – deyə dənizçi bildirdi.

– Nə saatı? – deyə Karen özünü bilməzliyə vurdu. Dənizçi yorğun halda nəfəsini dərdi.

– Bu saatda burada olmanız, hələ üstəlik iki qadın üçün, çox təhlükəlidir. Mən sizi evinizə ötürərəm. Siz harda yaşayırsınız?

Karen qaşlarını çataraq nəsə cavab verməyə cəhd etdi.

”İmprovizə zamanıdır”– deyə beynindən belə bir fikir keçdi.

O,üzərində “Times” jurnalının loqotipi və içərisində

Miyukinin kamerası olan çantanı dənizçiyə göstərərək dedi:

– Mən bu nəşriyyatın ştatdan kənar əməkdaşıyam. Daha sonra cibindən Rükü universitetinin vəsiqəsini götürüb onu həmyerlisinə göstərdi. İlk baxışdan vəsiqə sanballı görünsə

də, hərbçi yapon heroqliflərini bilmədiyi üçün onu yoxlaya bilməzdi.

– Budur, yerli hakimiyyət tərəfindən mənə verilən etimadnamə.

Dənizçi əyildi və Kareni vəsiqədəki şəkillə müqayisə

etməyə başladı.

Yaponca bir kəlmə belə oxumağı bacarmayan hərbçi razılıqla başını tərpətdi.

Karen ciddi görünüşünü saxlayaraq vəsiqəni cibinə

qoydu və Miyukini təqdim etdi:

55

– Bu yerli qadın mənə kömək üçün təyin olunub, həm də

fotoqrafı da əvəz edir. Biz Yaponiyadakı adaların vəziyyəti haqda fotoreportaj hazırlayırıq. Bizim gəmi hava işıqlanan kimi Tayvan istiqamətində yola düşəcək, ona görə də biz tələsirik.

Hərbçinin baxışlarında şübhə oxunurdu. O,demək olar ki, Karenin sözlərinə inanmışdı, amma sona qədər yox. Bu dəfə Miyuki onları vəziyyətdən çıxartdı. O, çanyasını açıb oradan rəqəmsal fotoaparatı götürüb ingilis dilində dedi:

– Nə yaxşı ki, biz sizə rast gəldik! Elə indicə miss Karen Qreys deyirdi ki, yerli camaata bu bədbəxt hadisələrdə kömək olan Amerika hərbçilərinin şəklini çəksək, yaxşı olar. – Miyuki Karenə tərəf çöndü və başı ilə dənizçiyə işarə edərək soruşdu.

– Necədir?

Karen Miyukinin bu cür dəyişib rola girməsinə məəttəl qalmışdı. Bir xeyli öskürərək vaxt əldə edəndən sonra yenidən soruşdu:

– Hə, yaxşıdır. “Amerika sülh-məramlılarıınn iş gün-ləri”

məqaləsi üçün. Karen fikirli siması ilə başını yana əyib duruxan hərbçini süzürdü.

– Hə, məhz beləsi bizə lazımdır. Tipik amerikalı.

Miyuki kameranı qaldırıb dənizçiyə tərəf yönəltdi.

–Etiraz etmirsinizsə, sizin şəklinizi jurnalda bütün dünya görəcək. – deyə Karen soruşdu.

– Hə,doğrudan?

Karen gülməyini güclə gizlətdi. O, elə bir amerikalı tanımırdı ki, şöhrətə qarşı laqeyd olsun.

Karen işgüzar görkəm alıb, tam ciddiyyətlə dənizçiyə

müraciət etdi:

56

– Biz sənin bir neçə şəklini müxtəlif formalarda cəkəcəyik. Yəqin ki, onlardan biri yarayacaq. – Amerikalı sülhməramlı…Hə, bu çox maraqlı olacaq!

Miyuki dənizçini müxtəlif formalarda çəkəndən sonra, fo-toaparatı yığışdırdı, onun adını və şəxsi nömrəsini dəftərçəsinə qeyd etdi.

– Biz sizə faksla sənəd göndərəcəyik, siz onu doldurub bizə Nyu-Yorka göndərərsiniz. Ancaq siz bunu mütləq həftə

sonuna qədər etməlisiniz!

–Əlbəttə! – deyə hərbçi böyük həvəslə başını yellətdi.

Karen göyün üzünə baxdı, artıq hava açılırdı. – Miyuki, biz tələsməliyik. Mətbuatın gəmisi istənilən vaxt yola düşə

bilər.

– Mən sizi körpüyə qədər yola sala bilərəm, onsuz da yolum elə o tərəfədi- deyə dənizçi təklif var idi.

– Çox sağ ol, Harri, – deyə Miyuki hərbçiyə adı ilə

müraciə edərək, təşəkkürünü bildirdi. – Bizi 4-cü körpüyədək ötürsəniz, çox yaxşı olar, – deyə Miyuki dənizçiyə gülümsündü, sonra üzünü Karenə çevirərək, gözləri ilə him-Cim elədi. – Gedək, biz gecikməməliyik.

Və onlar dənizçinin müşayiəti altında körpüyə tərəf yollandılar. Hava işıqlandıqca körfəzin suyu pa-rıldayır, qağayıların səsi ətrafa yayılırdı.Liman büsbütün zəl-zələ

nəticəsində qəzaya uğrayan gəmi və qayıqların sınmış

hissələri ilə dolu idi. Bütün bu hissələri suyun altından təmizləmək üçün buraya artıq iri kranlar, ağır texnika və

xüsusi qurğular gətirilmişdir. Liman şəhər üçün mühüm olduğuna görə, onun təmizlənməsi birinci növbədə lazım idi.

Onlar limanın girişinə çatanda günəş artıq göy üzünün Şərq hissəsini işıqlandırırdı. Miyuki və Karen Harriyə

57

təşəkkürünü bildirib onunla mehribancasına vidalaşdılar və o gedəndən sonra cəld körpüyə tərəf tələsdilər.

Təzə tanışlarını , onları izləmədiyindən əmin olmaq üçün Karen arxaya boylandı, amma dənizçinin izi-tozu da yox idi.

Sonra üzünü rəfiqəsinə çevirdi və gülməyini güclə saxlayaraq dedi:

– Ay səni yalançı! İndi mən heç vaxt sənə inana bilməyəcəm! – deyə yapon xanımı bu özünəməxsus tərifdən qıpqırmızı qızararaq dedi. -Yaxşı ki,”Tayms” jurnalına illik abunə olmağım və həmin jurnalın loqosu ilə verilən çanta bizə kömək oldu.

Və hər iki qadın elə qəhqəhə çəkdiləər ki,gözlərindən yaş

gəldi.

Karen 12 yaşlı limana tərəf üz tutdu. Orada,dalğaların üstündə yırğalanan, o qədər də böyük olmayan, təxminən 20

fut ağırlığında ağacdanndüzəldilmiş və içərisində qırmızı xaç cəmiyyətinin yeşikləri olan gəmi dayanmışdı. İki kişi gəmini artıq sahildə saxlayan kəndirləri

– Dayanın! – deyə Karen əlini yelləyərək qışqırdı.

Kişilərdən biri onlara tərəf baxdı və bortda dayanan digər dənizçiyə müraciət etdi. Deyəsən həmin dənizçi elə kapitanın özü idi. Ağsaçlı yapon kapitan sükan çarxını tərk etdi və

qadınları gəminin arxa tərəfində qarşıladı. Onun əynində

“Levis”firmasının cinsi və yağışdan qorunmaq üçün yaşıl plaşı var idi. Əlini uzadaraq kapitan Karen və Miyukiyə gəmiyə qalxmağa kömək etdi.

– Bizi Samo göndərib, – deyə Karen pis bildiyi yaponca dedi:

– Bilirəm, – deyə yapon ingiliscə cavab verdi. Amerikalısınız?

– Kanadalıyam, – deyə düzəliş verdi.

58

– Əşşi, eyni şeydir. Tərpənmək lazımdır. Onsuz da yetərincə ləngidim.

Karen razılıqla başını tərpətdi və çantasını gəminin göyərtəsinə qoydu. Ona və Miyukiyə,yanında bükülmüş balıq toru olan və başdansovma düzəldilmiş skamyada yer göstərdilər. Göyərtənin taxtaları üzərində qurumuş balıq iça-latının iyrənc görüntüsündən və qan iyindən qadınlar az qaldı qaytarsınlar.

Bayaqkı iki matros kəndiri ayırıb göyərtəyə tul-landılar.

Kapitan gəmidəki taxta tikili qarşısında dayanaraq nəsə əmr verdi. Mühərrik işə düşdü,gəminin arxa tərəfində su köpükləndi və gəmi yavaş-yavaş limandan uzaqlaşdı.

Matroslar yerlərini aldılar:biri gəminin arxa tərəfində,digəri bortun sağ hissəsində dayanaraq diqqətlə irəliyə baxdılar.

Sudakı sınmış hissələr gəminin hərəkətini çətinləşdirirdi.

Karen indi başa düşdü ki, , nəyə görə kapitan məhz dan yeri ağaranda yola düşmək istəyirdi. Səhər axını başlaması ilə

bu sular daha qorxulu ola bilərdi.

Körfəzin əks tərəfindəki sahilində ABŞ-ın hərbi-dəniz bazası alışıb-yanırdı. Vaxtilə zəlzələlər zamanı baş verən yanğınlar indi də yeraltı sisternaları alovlandırıb yuxarıya doğru qaldırırdı. Qatı tüstü göyə doğru qalxır, daha hündürdə isə vertolyotlar yanğını söndürmək üçün yerə qum və dəniz suyu səpirdilər. Amma hələ də yanğını tam söndürməyə müvəffəq olmurdular.

Boz rəngli hərbi nəqliyyat təyyarəsi, mühərrikinin qulaqbatıran səsi ilə gəmi üzərindən uçdu. Balıqçı gəmisinin kapitanı onu yumruğu ilə hədələdi. Amerikaliların burada olaması əsasən hərbiçilərin, yerli sakinlərin hiddətinə səbəb olurdu. Hələ 1974-cü ildə bu torpağın ada sakinlərinə

59

qaytarılması haqda sazış bağlanmasına baxmayaraq, hələ də

yerinə yetirilməmişdi.

Nəhayət gəmi körfəzdən çıxıb,istiqamətini açıq okeana yönəltdi.Hava tüstüdən təmizləndi və kapitan baş işarəsi ilə

köməkçisinə sükan çarxında dayanmağı işarə etdi,özü isə

sərnişinlərə yaxınlaşdı.

– Mənim adım Oşidir, – deyəözünü təqdim etdi. – Mən sizi Əjdahaların yanına aparacam,günəş batana qədər isə geriyə

qayıdacağıq.

– Əla! – deyə Karen başı ilə razılığını bildirdi.

Yapon kapitan mükafatlandırılması üçün əlini uzatdı.

Karen ayağa qalxdı və cibindən bir bağlama pul çıxartdı. O, Oşinin belindəki qoburu gördüyünü hiss etdi və fikirləşdi:

”Yaxşı oldu, qoy əvvəlcədən yerlərini bilsinlər”. Pulun yarısını sayıb, qalanını cibinə qoydu.

Karen pulu kapitana uzatdı. – Qalan pulu isə Nahuya qayıdandan sonra verəcəm.

Bir neçə saniyə Karenə baxandan sonra pulun cibinə

qoydu və burnunun altında nəsə donquldandı. Karen qayıdıb yerinə oturdu.

– O nə dedi? – deyə Karen Miyukidən soruşdu.

Miyuki gülümsünərək dedi:

 

– Dedi ki, siz amerikalılar hamınız eynisiniz: verdiyiniz sözü tutmadığınıza görə heç kəsə də inanmırsınız.

– Mən ki, amerikalı deyiləm! – deyə Karen ümidsiz səslə

dilləndi.

Miyuki əlini Karenin dizinə qoyub dedi:

– Əgər sənin saçların sarıdırsa və sən ingiliscə danışaraq pulu sağa-sola xərcləyirsənsə, deməli onun üçün sən amerikalısan.

60

– Gedək!Əgər mən amerikalıyamsa və ekskursiya üçün pul ödəmişəmsə,deməli mən bundan dayaxşı yerdə otura bilərəm.

Onlar

gəminin

burun

hissəsindəki

sürahilərə

yaxınlaşdılar. Bu zaman gəmi Okinavanın cənub hissəsi olan balaca Tokasikidzima adasının yanından keçirdi. Rükü adaları demək olar ki, Tayvanın ucqar Şimal bölgələrinə

qədər uzanırdı. Əjdahalar Yonaquni adası yaxınlığında yerləşməsinə baxmayaraq, okinava adasına aid edilirdi.

Matroslardan biri qadınların qarşısına içərisində iki balaca farfor fincanda yaşıl çay və bir nəlbəki peçenye qoydu.

Karen yaponca təşəkkür edərək, fincanlardan birini götürüb əllərini qızdırmağa başladı. Miyuki peçenye götürüb dişlədi.

Onlar sakitcə ötüb keçdikləri yaşıl adalara tamaşa edirdilər.

Sükutu birinci Miyuki pozdu.

– Əslində,getdiyimiz yerdən sən nə tapmaq istəyirsən? -

deyə soruşdu.

– Cavabları. – Karen surahıya söykənmişdi. -Sən professor Macaakinin dissertasiyasını oxumusan?

Miyuki başını tərpətdi.

– Hə, o yazır ki, nə vaxtsa bu adalar batmış kontinentin bir hissəsi olub. Fikrimcə bu kifayət qədər mübahisəli məsələdir.

– Heç də yox. Qolosen zamanında, təxminən on min il bundan əvvəl dənizin səviyyəsi 300 fut aşağı idi, bu isə o deməkdi ki, bir çox indiki adalar öz aralarında quru ilə

birləşmişdilər.

– Amma sən öz şəxsi tədqiqatlarından bilirsən ki, Sakit okeanın cənub hissəsindəki adalar on deyil, cəmi bir neçə min il bundan qabaq insanlar tərəfindən məskunlaşıb.

61

– Bilirəm. Mən demək istəyirəm ki, sən haqlı deyilsən, Miyuki. Mən sadəcə olaraq bu piramidaları öz gözlərimlə

görmək istəyərəm. – Birdən professor Masaakinin dediklərinə

sübut olaraq nə isə tapdım?Təsəvvür edirsən, onda nə olar?

Bu ərazinin tarixinə dair bütün müasir baxış sistemlərini alt-üst edəcək, bir-birinə zidd olan bir çox nəzəriyyələrin ortaq məxrəcə gəlməyinə səbəb olacaq! Karen tərəddüd edərək əlavə etdi:

– Nəhayət, bu itmiş MU kontinenti haqda məlumat əldə

etməyə kömək ola bilər.

– MU? – Miyuki ağız- Burnunu büzüzdürdü. Karen başını tərpətdi.

–20-ci əsrin əvvəlində polkovnik Ceyms Çorçuord elan etmişdi ki, o Sakit okeanının mərkəzi hissələrində yerləşən mayya qəbilələrinin itmiş kontinent haqda yazılarını aşkar edib.Çorçuord onu MU adlandırıb və onun haqda kitablar toplusu və esselər yazıb. Sonra onu rüsvay edib yalançı adlandırıblar.

– Necə,rüsvay etmişdilər? – deyə Miyuki təkrar soruşdu.

– Hə, – Karen təsdiqlədi, – Miyuki daha çox təəccübləndi.

Onun gözləri bərələ qaldı. -O sənin ulu baban idi?

Karen qızardığını hiss etdi. İndiyə qədər o hələ heç vaxt bu barədə heç kəsə danışmamışdı.

–Polkovnik Çorçiord ana tərəfdən mənim ulu babam idi.

Mən balaca olanda anam mənə bizim kədərli məşhur ulu babamız haqqında tez-tez danışırdı, hətta məni yatızdıranda onun şəxsi gündəliyindən mənə müəyyən əhvalatlar oxuyardı. Məhz həmin əhvalatlar məni Sakit okeanın cənub hissəsinə gəlməyə sövq edirdi.

–Və sən hesab edirsən ki, əjdahalar sənin ulu babanın nəzəriyyəsini təsdiq edə bilər?

62

– Niyə də yox? – deyə Karen çiyinlərini sıxdı.

– Dəlisov fikirdi! Bu,dünənki günü axtarmaq kimi bi şeydir.

“Dünənki günü axtarmaq? – Karen kədərlə fikirləşdi. -

Bu fikir bizim ailənin əhvalına çox yaxındır”. Karenin atası 20

il əvvəl arvadını və iki qızını Alyaskada neft axtarmaq ideyası ilə atıb getmişdi. Əgər gedəndən bir il sonra gələn boşanma ərizəsini saymasaq, bir daha onun haqqında heç bir məlumat olmamışdı. Onun qaçışından sonra ailənin üzərinə bir yığın dərd çökmüşdü. İki uçaqla atılmış anasının, artıq xam-xəyallara dalmağa belə vaxtı olmamışdı. Əvvəlcə o darıxdırıcı katibəlik işinə girmiş,daha sonra, ondan da darıxdırıcı olan ikinci nigahını bağlamışdı. Karenin böyük bacısı Emili ali təhsil alandan sonra, əkizlərə hamilə qalmış və balaca Muz-Cou şəhərciyinə köçmüşdü.

Karenə gəldikdə isə o, atasından səyahətə olan həvəsini və bir yerdə oturmamaq xüsusiyyətini irsən almışdı. O vaxtilə

“Uçan ala-balıq”restoranında işlədiyi zaman çay pullarını yığır, bundan başqa repetitorluqla məçğul olur və nəticədə

müəyyən bir summa yığıb Toronto universitetinə qəbul olmuşdu. Diplom işini isə artıq Britaniya Kolumbiyasında yazmışdı.

Ona görə də onu tanıyan insanlar eşidəndə ki, son nəticədə karen Qreys Sakit okeanın düz mərkəzinə yollanıb heç də təəccüblənmirdilər. Bütün bunlara baxmayaraq,Karen atasının gedişindən lazım olan dərsi almışdı:hər ay o anasına müəyyən məbləğdə pul göndərirdi. Beləcə Karen atasından laqeydliyi deyil, bir yerdə oturmamaq xüsusiyyətini götürmüşdü.

63

Bu fikirlərdən onu Kapitan budkasından gələn səs ayırdı.

Kapitan yaponca nə isə qışqıraraq cənub tərəfdən əli ilə sol tərəfdəki böyük adanı göstərdi.

– Catdıq, – Karen dedi. -Yonaquni adası.

– Mən heç nə görmürəm, – deyə Miyuki özünü itirmiş

halda dedi-Bəs sən?

Elə bu an qayaların arxasından, sahildən təxminən 100metr uzaqda sudan, enli pillələri yosunlarla örtülmüş iki nəhəng piramida ucaldı.

Balıqçı gəmisi yaxınlaşdıqca ayrı-ayrı detallar aydın görünməyə başladı:piramidanın terrasında dəniz yosunlarını dimdikləyən ağ durnalar görünürdü.

– Onlar doğurçudur! – deyə Karen həyacanla dedi.

– Buola bilməz! – deyə Miyuki ehtiramla pıçıldadı.

Duman tüstüsü dağıldı və açılan mənzərəni daha aydın görməyə imkan verdi.Piramidaların arxasında damı olmayan tikililər və mərcanlarla örtülmüş sütunlar sıra ilə

düzülmüşdü.Həmçinin bir az aralıda yosunlarla bürünmüş, bazaltdan olan, geniş geyimli qadın heykəli görünürdü.

Sanki,köməyə çağırırmış kimi, o daş əlini göyə qaldırmışdı.

Bir az daha uzaqda anlaşılmayan daş yığınaqlar və dağılmış

obelisklər görünürdü.

–Aman Tanrım! – deyə Karen heyrətlə səsləndi.

Dəniz dərinliklərindən çıxan Əjdahaların yanında qədim bir şəhər peyda olub.

64

3

QIRINTILAR

25 İyul 12:15

Enevak mərcan adasından şimal-qərbə 82 dəniz milində

Okeaniya

Cek “Fathom”un kabinəsində kapitan kreslosunda out-rub ayaqlarını digər kreslonun üzərinə uzatmışdı. O ağ

hamam xalatı və “Nike” firmasının qırmızı üzgüçü tumanı geyinmişdi. Səhər mülayim hava ilə açılmış və getdikcə də

istilənirdi.”Fathom”un budkasında kondisioner olmasına baxmayaraq, Cek onu yandırmamışdı, çünki nəmli okean havasını çox sevirdi.

Onun sağ əli sükan çarxının üstündə idi. Dünəndən bəri

“Kayu-Marunun” məhv olduğu yeri tərk edən “Fathom”avtopilotda gedirdi, ancaq arxayın olmaq üçün Cek əlini sükanın üstündə saxlayırdı. Qəlbinin dərinliyində o müxtəlif növ avtomatlaşdırılmaya güvənmirdi və istənilən situasiyanı şəxsən özü control etməyə üstünlük verirdi.

Ağzının kənarında sallanan “Prezident” Kuba siqarının tüstüsü yavaş-yavaş qalxıb açıq pəncərədən çölə çıxırdı.

Ondan sağ tərəfdə pleyer Motsartın həzin musiqiləri səslənirdi. Adətən ona lazım olan da elə bu idi:açıq dəniz, səyahət etmək üçün gözəl gəmi. Ancaq bu gün bütün bunlar ona az görünürdü.

Cek qlobal yerdəyişmə sisteminin göstəricilərinə “Şimal ulduzu-800” peykindən baxdı. Gəminin indi getdiyi sürətlə

onlar təyin olunmuş yerə təxminən 3 saata çatacaqdılar.

65

“Fathom”u,prezidentin qızaya uğramış təyyarəsinin xilasetmə operasiyasında iştirak etmək üçün çağırmışdılar.

Gəmi qəza yerinə daha yaxın olduğuna görə və su dərinliklərinə enmə cihazları ilə təchiz olunduğu üçün, bu kimi digər fövqəladə situasiyalarda gələn əmrlərə tabe olmaq məcburiyyətində idi. Cek bütün bunları başa düşsə də belə

halları heç bəyənmirdi.

Cek hirsli halda siqarı ağzından çıxardıb yanan hissəsini külqabıya basdı.

“Fathom”gəmisini Cek 12 il bundan əvvəl “Atlantis”in qəzasından sonra,”Ceneral daynemiksdən” kompensasiya şəklində aldığı pul vasitəsilə gəmi auksionundan almışdı. 80

futluq “Fathom” hələ 1973-cü ildə tədqiqat gəmisi adı ilə

Vuds Xoulun okeanoqraf institutunda inşa edilmişdi. Əvvəl yatırılmış məbləğdən əlavə Cek daha çox xərcləməliydi ki, köhnə qayığı müasir xilasetmə gəmisinə çevirsin. O gəmini

“A” şəkilli dirək formasında düzəltdirmiş və dizellə işləyən

“Katepiller” mühərrikini əsaslı təmir etdirmişdi. Amma bu da hələ hamısı deyildi. Cek “Fathom”u yeni müasir avadanlıqla təchiz etmiş və beləliklə də şəxsi səyahətə çıxdığı zaman həftələrlə açıq dənizdə qalma imkanı yaratmışdı. O “Nayada”

kompaniyasının stabilizatorlarını, balonların enerji toplaması üçün “Bauer” firmasının kompressorunu və “Villic Marin”

firmasının şor suyu şirinləşdirən cihazını quraşdırmışdı.

Cek qənaət etdiyi bütün pullarını “Fathom”a xırclədiyi üçün heç də heyfslənmirdi, çünki, az bir vaxt ərzində onun evinə çevrilmişdi. Daha doğrusu gəmi onun dünyasıydı. Bir neçə il ərzində o böyük həvəslə xəzinə axtarışına tutqun olan, alimlərdən ibarət komanda toplamış,eynilə ion kimi və indi bu komanda onun yeni ailəsi sayılırdı. Budur, indi onu 12 il keçəndən sonra geridə buraxdığı illərə çağırırdılar.