Cəbhədən cəbhəyə

Text
Aus der Reihe: Milli ədəbiyyat #15
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

Teymur cəld ayağa qalxıb geyindi, qardaşının süzdüyü çaydan içib bir az qəlyanaaltı elədi və tələsik küçəyə çıxdı.

Yarım saatdan sonra o, həmin qızın yaşadığı rayonun milis şöbəsinə gəldi, pasport stolu hələ açıq deyildi. Tey-mur küçəyə çıxıb səbirsizliklə gözlədi və bir azdan pas-port stolunda işləyən qadını görüb cəld ona yaxınlaşdı, qızın ünvanını istədi.O həyətdə yalnız bir ailə – Böyükağa Əşrəfzadənin ailəsi yaşayırdı. Kişi özü musiqi məktəbin-də tardan dərs deyirdi, arvadı Siddiqə isə evdar qadın idi. Onların qızı Ləman rəssamlıq məktəbində, oğlu Nəri-man isəaltıncı sinifdə oxuyurdu.

Teymur pasport stolunun rəisinə təşəkkür edib küçəyə çıxdı və rəssamlıq məktəbinə tələsdi. Onun Ləman haq-qındakı şübhələri heç də əriyib yox olmamışdı, çünki Lə-man həm rəssamlıq məktəbinin tələbəsi, həm də Turac ola bilərdi. Teymur bu qızla əlaqədar olaraq hələ çox şeyi yoxlamalı idi. Doğrudanmı bu qız dünən gecə saat on iki-yədək rəssamlıq məktəbində imtahanda olmuşdu? O, nə vaxtlar oxuyur? Nə vaxt məktəbdən çıxır, nə vaxt evə gə-lir? Kimin evində olur? Bütün bu suallara cavab almaq la-zım idi. Teymur fikirləşirdi ki, əgər işə gecikirsə, gecə mi-lis şöbəsində olduğunu və evə çox gec getdiyini deyər. O, rəssamlıq məktəbinə gəlib birbaş tədris hissə müdirinin otağına girdi. Ləman Əşrəfzadə haqqında məlumat almaq istədiyini bilirdi. Tədris Hissə müdiri Cəfərzadə ucaboy-lu, əlli beş-altmış yaşlarında, ağsaçlı bir kişi idi. O, eynəyi-ni çıxarıb gözlərini qıydı, Teymuru diqqətlə süzüb soruş-du:

– Bilmək olmazmı ki, bizim Ləman nə təqsirin sahibi-dir?

– Heç bir təqsiri yoxdur, bizim işimiz, təkcə oğruları, cinayətkarları tutmaqla bitmir. Bəzən cavanların tərbiyəsi ilə də məşğul olmaq lazım gəlir.

Cəfərzadə yenə maraqlandı:

– Axı, bu qızın əlindən nə xəta çıxıb? Çox yaxşı ailədəndir; atası Böyükağanı tanıyıram, əla tarçalandır, təcrü-bəli müəllimdir. Qız özü də yaxşı rəssam olacaq. Düzdür, bir az dildən itidir, bu da ona görədir ki, çox ağıllıdır. –Cəfərzadə stolun üstündəki şeyləri səliqə ilə yerbəyer elə-yib, yenə də Teymurun üzünə baxdı, – Bir məni başa salın görüm, bizim Ləman neyləyib?

Tədris hissə müdirinin verdiyi xasiyyətnamədən sonra Teymur bir qədər özünü itirdi.

– Açığı heç bir şey. Dünən gecə saat on ikidə mən onu küçədə gördüm, özü də şəhərin ucqar yerlərində. Evə qa-yıdırdım. Əvvəl qışqırıq eşitdim, tez geri döndüm, o dəqi-qə iki kölgə harasa yoxa çıxdı. Sonra o qızı evlərinə ötür-mək istədim, özünü çox şübhəli aparırdı. Adını soruş-dum, demədi. Əgər o, iki kölgədən qaçırdısa, bəs niyə onu ötürməyə razılıq vermirdi?!

– Burda təəccüblü nə var ki? Ləman o tərəflərdə olur. Özü də çox həyalı qızdır. Siz də ki, cavan oğlan…

Teymur şapkasını əlində oynada-oynada soruşdu:

– Deyin, görüm, dünən burda imtahan vardırmı?

– Vardı.

– İmtahan saat neçədə qurtardı?

– Axşam saat doqquz olardı.

– Doqquz? Bəs sonra? Burda heç bir iclas, yaxud bir məşğələ keçirilməyib?

– Məncə, yox. Dayanın! – Cəfərzadə qarşısındakı ka-ğızları araşdırıb eynəyini gözünə taxdı və əlavə etdi. – Dünən axşama yaxın komsomol iclası olub.

– Ləman Əşrəfzadə komsomolçudur?

– Bəs necə!

– Hm… bilmək olmazdı komsomol iclası dünən nə vaxt qurtarıb?

– Axı bu qız nə edib ki, belə sorğu-sual aparırsınız?

– Dedim ki, heç bir şey… Ancaq tərbiyə məsələsidir.

Tədris hissə müdiri zəngi basdı. Göy xalat geymiş yaşlı bir qadın içəri girdi.

– Gülnaz bacı, dünən komsomol iclası saat neçədə qurtardı?

Arvad təəccüblə Teymura baxıb tələsik cavab verdi:

– Heç on beş dəqiqə çəkmədi. Nə olub ki?

– Heç bir şey. Çox sağ ol, Gülnaz bacı, gedə bilərsən, –deyə Cəfərzadə razılıqla başını tərpətdi.

Gülnaz çıxdı. Teymur ayağa qalxdı.

– Daha heç bir şübhəniz qalmadı ki? – deyə tədris hissə müdiri də ayağa qaldı.

Teymur şapkasını başına qoydu.

– İndi mən ancaq bircə şeyi bilmək istəyirəm. Saat doqquzla on iki arasında bu qız harda idi?

Cəfərzadə nədənsə mənalı-mənalı gülümsündü və Teymuru süzüb məzəmmətlə başını buladı:

– Yoldaş leytenant, yaxşı iş görmürsünüz, axı o, qız xeylağıdır, niyə onun hqqında şübhə yaradırsınız? Özü də mənə belə gəlir ki, başqalarına tərbiyə verməkdən qa-baq bir az…

Cəfərzadə sözünün dalını demədi. Bu an Ələddinin meyiti Teymurun gözü qabağında durdu və bunu da edənlərin birinin qəşəng geyimli, zəif səsli, ilk nəzərdə çox həyalı, təmiz, saf görünən bir qız olduğunu xəbər ve-rib bu ağsaçlı kişini acılamaq istədi. Lakin özünü saxladı, təmkinlə dilləndi:

– İnanın ki, mənim heç bir pis niyyətim yoxdur.

– Olsa da, olmasa da… – deyə Cəfərzadə yenə öz dediyinin üstündə durdu, – Bizim nə işimizə? – O, deyəsən, “sənin nə işinə” demək istəyirdi, lakin bir qədər yumşalt-maq üçün “bizim” dedi. – Bizim nə işimizə, o qız hara ge-dib. Bəlkə kinoya gediblər. İmtahandan sonra adam istira-hət etmək istəyir. Bəlkə bir evə yığışıb şadlıq ediblər, çün-ki imtahanı yaxşı veriblər.

Deyəsən, Cəfərzadə Ləmanın harda olduğunu yaxşı bilirdi, nədənsə gizlədirdi.

Teymur məchulbir şeyi, yaxud çətin bir düyünü açmaq istəyirmiş kimi gözlərini qaldırıb bu ağıllı, bir az da acıdil kişinin üzünə baxdı.

– Axı, o mənə dedi ki, imtahandan gəlir…

Kişi gözlənilmədən güldü, özü də çox quru bir tərzdə güldü:

– Mənə elə gəlir ki, yoldaş, siz macəra axtarırsınız. Ancaq məsləhət görürəm ki, bu məktəbdə axtarmayası-nız, bura siz deyən yer deyil. Sağ olun.

Teymurun başına yenə də elə bil ağır bir toppuz endirdilər. O, suyu süzülə-süzülə otaqdan çıxdı, dar pilləkən-lərlə ağır-ağır enməyə başladı. Küçə qapısında dayanıb, elə bil, yerə mıxlandı. Yüngül addımlarla pilləkənlərə tə-rəf tələsən Ləmanla üz-üzə gəlmişdi. Ləman əvvəl təəc-cübləndi, sonra gülməyini güclə saxlayıb sərbəst bir hərə-kətlə başını geri atdı, xurmayı saçları dalğalandı:

– Salam, yoldaş leytenant, nə əcəb? Yoxsa siz də rəs-sam olmaq fikrinə düşmüsünüz?

Teymur özünü itirmədi.

– Bəlkə də.

Qız yenə də onu iti baxışlarla süzüb soruşdu:

– Çoxdan bu fikrə düşmüsünüz?

Teymur gülümsündü:

– Dünən axşamdan…

Ləman qımışdı:

– Nahaq yerə. Bu paltar sizə daha çox yaraşır. – Onun qəşəng sifəti ciddiləşdi, – Mən bilirəm nə üçün bura gəl-misiniz. Mənim adımı öyrənməyə. Öyrəndinizmi?

Teymur daha bir psixoloji təcrübə keçirmək qərarına gəldi. O, iti baxışlarını qızın üzünə sancıb cəld cavab ver-di:

– Mən səninadını çoxdan bilirəm.

– Çoxdan? – deyə qız təəccübləndi. – Maraqlıdır. Elə isə mənim adım nədir?

– Turac!

Ləman ucadan gülüb bir neçə pillə qalxdı və Teymura sarı döndü:

– Əgər bu adı məktəbdə deyiblərsə, sizi aldadıblar…

Teymur qızı diqqətlə süzür, heç cür təslim olmaq istəmirdi:

– Demək, sənin ancaq bircə adın var, Ləman, eləmi?

– Bəli, xahiş edirəm bu bircə adımı da həmişəlik yadınızdan çıxarasınız, – deyə Ləman qəti bir səslə cavab ver-di və dönüb uzaqlaşdı…

Teymura elə gəlirdi ki, yenə də səhv addım atmışdır. Onun səhvi nədən başlamışdı? Bu qızla görüşdüyü za-man onu ötürməyi təklif edəndəmi? Əgər təklif etməyib izləsəydi, təcrübəli cinayətkar onun izinə düşdüklərini hiss etməzdimi? Bu daha pis olardı. Amma onu ötürmək istəməsi nisbətən təbii görünməli idi. Qıza sataşmaq istə-mişdilər, çığırıb xuliqanların əlindən qaçmışdı. Milis işçisi də qayğı göstərib onu ötürmək qərarına gəlmişdi. Düz-dür, qız razı olmamışdı, o isə təkid etmişdi. Bəlkə ilk səhv addım burda atılmışdı? Lakin o nə edə bilərdi? Razılaşıb qızı ötürməkdən imtina etmək, sonra da gizlincə onu izləmək? Axı beləliklə yenə də öz niyyətini büruzə verərdi. Bircə yol qalırdı. Təkid etmək. Bu daha az şübhə doğura bilərdi. Həm də inadkar milis leytenantı həddindən artıq sadəlövh bir adam kimi təsir bağışlardı. Onun bu hərəkə-tindən daha bir nəticə çıxarmaq olardı: milis leytenantı ca-van idi, qız isə qəşəng. Deməli, bu qız cavan milis leyte-nantının xoşuna da gələ bilərdi. Deyəsən, belə də olmuş-du. Bütün səhvlər də burdan başla-mışdı. Qız işıqlı dalan-da ayaq saxlayıb ona tərəf dönəndə, elə bil, Teymurun qa-nı qaynamağa başlamışdı. Necə də yapışıqlı, məlahətli qız idi! Kim bilir, bəlkə də, bu qız başqalarının gözünə bu qədər şirin görünməzdi, amma Teymuru elə bil bir anda ov-sunlamışdı. Onun gözəlliyi gənc leytenantın gözlərini du-manlatmış, mərdliyi, ağıllı, gülümsər, mənalı baxışları Teymurun fikrini çaşdırmış və nə vaxt səhv addım atdığı-nı özü də duymamışdı. Sonra da qızın çiynindən asılmış rəng çantası haqqında yersiz sual verib öz şübhələrinin üstünü açmışdı, bir halda ki qız özü çığırıb ona tərəf qaç-mışdı, deməli, bu çantada şübhəli bir şey ola bilməzdi. Bəs qızın adını, hardan gəldiyini soruşmaq nəyə lazım idi? Onun şəxsiyyətini təyin etmək üçün təkcə ünvanını yadda saxlamaq kifayət deyildimi? Bəlkə qızın girdiyi həyətin başqa bir qapısı da var idi? Teymur bunu da yox-laya bilərdi. Bu yoxlama qıza yersiz suallar verməkdən daha yaxşı olardı. Deməli, bu sualları verən milis işçisi deyil, fikri dumanlaşmış, ürəyi bu vaxta qədər ona tanış olmayan anlaşılmaz bir həyəcanla çırpınan bir gənc idi. Bəlkə Teymur özü də bilmədən qəribə bir sövq-təbii iləbu qızın əsla cina-yətkar olmadığını duymuşdu. Bəs elə isə ertəsi gün apardığı yoxlamalar nəyə lazım idi. Bəlkə bu da bir növ bəhanə idi? Ancaq bütün bu işləri görən Teymur əmin idi ki, ciddi əməliyyat aparır. O hələ də buna inanır və Ləman Əşrəfzadənin ona dünən saat doqquz-dan on ikiyədək guya imtahanda ləngidiyini deyib, əslindəsə olduğu yeri gizlətməsinin səbəbini aşkara çıxar-mağa çalışırdı. Lakin o, Ləmanın bu yoxlamadan cinayət-kar kimi çıxmasını istəyirdimi? Kəşfiyyatçı ehtirası cina-yətkarı tapmaq üçün alışıb yanır, amma bu vaxtadək bir qıza könül verməmiş bu qaradinməz oğlanın ürəyi isə heç bir vəchlə onun cinayətkar olmasını istəmirdi. Elə buna görə də gözlərini yumub nişan atan adamlar kimi hədəfə dəyməyən suallar verir və şübhələrini mümkün qədər tez dağıtmağa çalışırdı.

 

Əlbəttə, başına gələn bu qəribəəhvalat haqqında Teymur milis şöbəsində heç kəsə bir kəlmə demədi. Çünki Ləmanın doğrudan da təqsirsiz olduğu aşkara çıxarsa, ha-mı Teymura gülərdi. Digər tərəfdən, o, Ləmanın saf bir qız olmasını arzulayırdı. Yaxşı ki, o, “r” hərfini aydınca deyə bilirdi. Lakin bir şey hələ də Teymuru narahat edir-di. Həmin gecə saat doqquzdan on ikiyədək Ləman harda idi?

Bununla bərabər, milis şöbəsində olan işlər gündən günə Teymurun vaxtını alır, fikrini məşğul edirdi. O, yenə də tapşırılan yoxlamaları aparır, protokollar yazır, sorğu-sual edir və bu işlər Ləman Əşrəfzadəni öyrənməyə Tey-mura imkan vermirdi…

Oktyabr ayının axırları idi. Bakının küçələrində vıyıltı iləəsən külək yoldan keçənləri az qala yıxmaq istəyir, kişilərin şlyapalarını, qadınların örpəklərini başlarından qoparırdı. Növbəti əməliyyatdan qayıdan Teymur Ca-hangirov papağını gözünün üstünə çəkib çiyninə yağış-dan qorunmaq üçün plaş salmışdı. Bədəninin ağır, ad-dımlarının mətin olmasına baxmayaraq, o da bu şiddətli küləyə güclə müqavimət göstərirdi.

Bu gün üçüncü dəfə idi ki, Teymur rəssamlıq məktəbinin yanından keçirdi. Özü də bilmirdi nə üçün bu mək-təbin həndəvərində hərlənir. Daha doğrusu o, Ləmanı görmək istəyirdi. Amma bilirdi ki, qızı, cinayətkarı axta-ran milis işçisi kimi, yoxsa ürəyində bu vaxta kimi ona ta-nış olmayan şirin həyəcan və narahat hisslər oyanmış bir gənc kimi görmək istəyir. Birdən iri çərçivəyə tarım çəkil-miş kətanı sinəsinə sıxaraq divara qısılmış bir qızı görüb ayaq saxladı. Kətan bir saat gəmi yelkənini andırırdı. Kü-lək ona çırpılır, az qala qızı da özü ilə bərabər divarın di-bindən qoparıb aparmaq istəyirdi. Teymur qızı bu vəziyyətdə görüb tez ona tərəf tələsdi və ikiəlli kətandan ya-pışıb soruşdu:

– Hansı tərəfə gedirsən?

Qız bir əli ilə şlyapasını tutub ona tərəf döndükdə, Teymurun ürəyi həyəcanla çırpındı. Bu Ləman idi.

– Yenə sizsiniz, – deyə qız dartıb kətanı Teymurun əlindən almaq istədi. Lakin elə bil, külək milis leytenantı ilə dilbir olub, kətanı onun əlindən qoparıb Teymura sarı itələdi. Teymur soruşdu:

– De, görüm, hara gedirsən?

– Evə, – deyə qız Teymurun təkidinə deyil, küləyin gücünə təslim oldu və istər-istəməz milis leytenantının enli kürəkləri arxasında gizlənərək üzüyuxarı qalxmağa başla-dı. Yol uzunu bir kəlmə belə kəsmədilər. Nəhayət, bir evə çatanda Ləman irəliləyib Teymuru qabaqladı:

– Mən çatdım.

Teymur kətanı ona uzatdı, qız dinmədi. Hətta təşəkkür də etmədi. Kətanı sinəsinə sıxdı, pilləkənlərlə tələsik yu-xarı qalxıb gözdən itdi. Bir necə saat keçdi… Hava tama-milə qaralmış, külək daha da şiddətlənmişdi. Birdən sellə-mə başladı, iri yağış damcıları evlərin pəncərələrinə, kü-çələrin səkilərinə çırpılıb bütün şəhərə qəribə bir uğultu saldı. Az sonra Yuxarı dağlıq küçəsi boyu sel axmağa baş-ladı. Küçələrdə bir nəfər də görünmürdü. Ləman qapını açıb eşiyə çıxanda üzbəüz səkinin tinində dayanmış ada-mın sifətini yaxşı görməsə də boy-buxunundan həmin mi-lis leytenantı olduğunu o saat başa düşdü. Bərk qəzəblən-di, lakin möhkəm iradəli olduğundan geri dönmədi. Qapını çırpıb yoluna düzəldi. Teymur tələsmədən, iri ad-dımlarla ona çatıb çiynindəki plaşı açdı və qızın çiyninə saldı. Ləman ayaq saxlayıb ona tərəf döndü, acı bir söz deyib təhqir etmək istədi, amma elə bil, hansı bir qüvvə isə onu saxladı.

Yağış ara vermədən yağırdı. Bu dəfə də Ləman yağışa təslim oldu. Özü irəli keçib tələsik addımlarla kələ-kötür səkilərdəki gölməçələri atılıb keçir, uzaqlaşırdı, tini buru-lan kimi, üzüyuxarı yüyürdü. Get-gedə bir az da bərk qaçdı, birdən nəfəsi təngləşdi. Axı, yağışlı, küləkli, soyuq havada qaçmaq o qədər də asan deyildi! Tövşüyə-tövşüyə sağa döndü, bir tini də burulub nədənsə ayaq saxladı. Yağış daha da şiddətlənmişdi. Ləman plaşla başını örtüb gözləməyə başladı. Bir neçə dəqiqədən sonra tələsmədən, lakin iri addımlarla tini burulub üzüyuxarı qalxan milis leytenantını gördü. Leytenant yaxınlaşıb onun iki addımlığında dayandı.

– Yorulmusan? – deyə təmkinlə soruşdu.

– Yox, alın plaşınızı.

Teymur gülümsündü:

– Narahat olma, – dedi, – mənim şinelim möhkəmdir.

Ləman yenə də yerindən tərpənmədi. Nə qəribə qız idi. Gah Teymuru yaxına buraxmaq istəmir, gah da ona acıyırdı. Teymurun heç vəchlə plaşı geri götürmək istə-mədiyini görüb yoluna davam etdi, amma bu dəfə tələs-mirdi, asta-asta yeriyirdi.

Yağış da xeyli seyrəlmişdi. Ləman başını yuxarı qaldı-rıb parçalanmış buludların arasından görünən ulduzlara baxdı və üzünə düşən tək-tək damcılarını silib dedi:

– Çatdıq…

Onlar 82 nömrəli evin qarşısında dayandı.

– Mən bilirəm, sizi bir şey çox narahat edir. O gecə saat doqquzdan on ikiyədək mənim harda olduğumu bilmək istəyirsiniz. – Qız qapının üstündə yanan lampanın işığın-da Teymurun üzünə baxıb hikmətlə gülümsündü. – Mən o gecə də bu axşam getdiyim evdə idim. Bilirsinizmi orda kim olur?

– Bilirəm. Orda sizin tədris hissə müdiriniz Cəfərzadə yaşayır.

– İndi ki, bilirsiniz, bəs nə üçün məni izləyirsiniz?

Teymur onun zərif xallı yanağına nəzər salıb astadan cavab verdi:

– Vaxt gələr, başa salaram.

Qız vüqarla güldü.

– Onu bilin ki, biz bir daha görüşməyəcəyik. Buna görə də mən sizin bütün şübhələrinizi indidən dağıtmaq üçün bir məsələnin də üstünü açmalıyam. Yəqin ki, sizi maraq-landıran mənim o evə nə üçün getməyimdir. Bunu mən, sizə deyərəm, ancaq hesabat kimi nəzərə almayın. Xahiş edirəm hələlik gizlin saxlayın. Bizim Cəfərzadə ağır tərpə-nən adamlardandır. O, təsviri sənəti çox sevir, özü də mənə görə yaxşı rəssamdır. Onun qəribə fırçası var, am-ma hələ gənc vaxtlarından bəzi rəssam yoldaşları onun istedadına şübhə etmiş, bir neçəəsəri haqqında tənqidi fi-kirlər deyib onu həvəsdən salmışdılar. O vaxtdan bu adam haqqında səhv bir fikir yaranmışdı. “Cəfərzadəninki gətirmədi, Cəfərzadə hansı mövzuya əl atırsa, müvəffəqiyyətsizliyə uğrayır”. Bu əhvalat lap “molla, azar olma-sın”, əhvalatına bənzəyirdi. İndi Cəfərzadə bizə təsviri incəsənətin tarixindən dərs deyir. Ancaq bu qoca sənətka-rın söhbətlərindən, fikirlərindən mən həmişə hiss edirdim ki, o nə isə axtarır və gizlincə işləyir. Bir dəfə o xəstələn-mişdi. Mən ona baş çəkməyə getdim. Axı, o təkdir. Heç kəsi yoxdur. Xəstə halda nə isə çəkirdi. Qəribə bir şəkil idi: ətraf qarlı dağlar silsiləsi, bu dağların ən uca zirvə-sində cavan bir qız dayanıb qollarını geniş açmışdı. Elə bil o, bütün dünyanı, bütün kainatı qucmaq, yaxud qanad çalıb uçmaq istəyrdi. Düzdür, bu şəkildə bir qədər idealizm ruhu var idi, amma çox maraqlı idi. Cəfərzadə mü-əllim məni görüb şəkli gizlətmək istədi, amma gec idi. Mən onun çəkdiyi şəkillərə baxıb çox düşündüm. Cəfər-zadə rəssam idi. Həqiqi, öz yolu ilə gedən, nə isə axtaran maraqlı bir rəssam idi.

Ləman birdən gözlərini qaldırıb Teymurun üzünə baxdı və yaşlı bir adamın uşaqdan soruşduğu kimi sual etdi:

– Siz mənim dediklərimi yaxşı başa düşürsünüz?

Teymur başının hərəkəti ilə təsdiq etdi.

– Mən Cəfərzadə müəllimin hamıdan gizlətdiyi bir sir-ri açdım. Sən demə o işləyirmiş, nə isə çəkirmiş, axtarır-mış, onun yaradıcılığının ən yaxşı xüsusiyyətlərindən biri də o idi ki, bütün etüdlərində, eskizlərində, portretlərin-də, mənzərələrində nə isə bir böyüklük, genişlik, ülviyyət axtarırdı. Mən Cəfərzadə müəllimi həvəsə gətirmək üçün əlimdən gələni etməyi qərara aldım. Axırda o, mənə söz verdi ki, Nizaminin 800 illik yubileyinə onun böyük –bizim dildə monumental deyirlər – monumental portreti-ni çəksin. Biz bəzən saatlarla oturub onunla söhbət edirik; o öz axtarışları haqqında danışırdı. Bilirsinizmi, mənə be-lə gəlir ki, məktəbdə, dərs saatlarında eşitmədiyim çox qiymətli sözləri dərin, gözəl fikirləri mən Cəfərzadə müəllimdən həmin saatlarda eşidirdim. Həm də onu tək bu-raxmaq olmazdı. Çünki biz az hərdəmxəyal idi. Bir də görürsən ki, yenə dəəlləri yanına düşdü, süstləşdi: “Mə-nimki gətirmir” – dedi. Bu saat Cəfərzadə müəllim Niza-minin portrerini çəkmək üçün cürbəcür eskizlər yaradır. Mən də onun üçün kətanları düzəldib gətirirəm.

Ləman yenə də dayandı. Heç bir maraq ifadə etməyən nəzərlə Teymuru süzüb soruşdu:

– Siz Nizaminin şeirlərini oxumusunuz?

Teymur yenə də gözlərini ondan ayırmayaraq başının işarəsi ilə təsdiq etdi. Elə bil o öz qalın səsinin ahəngi ilə qızın səsindəki musiqini pozmaq istəmirdi.

Ləman qaytanı boynundan açıb plaşı Teymura uzatdı.

– Çox sağ olun. Zənnimcə, indi bütün şübhələrimiz dağıldı. Gecəniz xeyrə qalsın.

O, qapını açdı, nədənsə geri dönüb bir daha milis ley-tenantına baxdı. Milis leytenantı yerindən tərpənmədi. Ləman onu ilk dəfə ciddi bir nəzərlə süzdü, bu adama acıyırmış kimi, onun halına yanırmış kimi dedi:

– Nahaq yerə özünüzü üzürsünüz, yoldaş leytenant. Məni bir daha axtarmayın, bunun heç bir mənası yoxdur, inandırıram sizi…

Teymur yenə də dinmədi. Elə bil, onun nitqi kəsilmiş-di. Ləman üzünə təkbir damcılıyan, saçlarına ilişib qalan iri yağış damcılarına fikir vermədən eyni səsləəlavə etdi:

– Siz yaxşı adama oxşayırsınız, nəcib adamsınız, amma nahaq yerə özünüzü üzməyin, gedin!

Qapı örtüldü.

4

Qış gəldi. Lakin Teymur Cahangirovun həyatında əhəmiyyətli bir hadisə baş vermədi. Yenə dəəvvəlki kimi ki-çik yoxlamalar aparır, həlli yüngül olan əməliyyatlarla məşğul olurdu. Bəzən ciddi hadisələr baş verəndə şöbə rəisinin yanına gedib əməliyyatın ona tapşırılmasını xahiş etmək istəyirdi, lakin Ləman Əşrəfzadə əhvalatını, onun qarşısında özünü necə itirdiyini və necə kobud səhvlər buraxdığını xatırlayıb başa düşürdü ki, belə ciddi əməliy-yatlardan yapışmağa hələ təcrübəsi azdır. Buna görə də baş əməliyyat müvəkkili kapitan Tərlanovdan xahiş edir-di ki, ciddi əməliyyatlara onu da özü ilə aparsın.

Kapitan Tərlanov qırx beş yaşlarında, möhkəm bədən-li, ortaboylu, qırmızısifət bir kişi idi. O, necə deyərlər, qoymurdu ki, başladığı işin canına yel dəysin, cinayətka-rın izi itirmək üçün nə kimi hiylələr işlədəcəyini qabaqca-dan duymaqda Tərlanov fitri bir istedada malik idi.

Bir dəfə onlar bir cinayətin izinə düşüb birbaş Binəqədiyə gəlib çıxmışdılar. Huşunu itirmiş inkassatoru yoldan xeyli uzaq bir dərədə tapmış və əməliyyatı isti-isti davam etdirmişdilər. Bu əməliyyatda Teymuru hər şeydən çox maraqlandıran kapitan Tərlanovun yerli əhali ilə yaxşı əlaqə saxlaması idi. Elə bil, bu əməliyyatda üç-dörd nəfər deyil, bütün xalq iştirak edirdi: inkassatorun birdən-birə yox olduğunu xəbər verənlər, onun səsini eşidənlər, “M-1” markalı maşının Buynaksk küçəsi ilə yuxarı şığıdığını, maşının nömrəsini görənlər – bütün bu məlumatı topla-maqda milis işçilərinə çox kömək edirdilər. Ən qiymətli məlumatı o, on bir yaşlı Vladimir Sorokin adlı pionerdən aldı. Sorokinin verdiyi xəbərə görə o, bacısını yaxındakı uşaq bağçasından evə aparırdı. Dar dəmir yolu körpüsü-nün altından keçəndə bir maşın yel kimi onun yanından ötdü. Maşının işıqları sönmüşdü, kimsə maşından hop-panıb sağa – taxta-şalban anbarına tərəf qaçdı. Onun əlin-də yekə bir bağlama var idi. Özü də,deyəsən, çox ağır idi, dizinə, ayaqlarına toxunub ona qaçmağa mane olurdu… Beləliklə Tərlanov lazım olan məlumatı yoxlayıb, əməliy-yat xəttini təyin edir və dərhal cinayətin izinə düşərək ci-nayətkarı yaxalayır.

İlk vaxtlar Teymur kapitan Tərlanovun iş üsuluna, bacarığına heyran qalır, zəngin təcrübəsi olan bu adama qib-tə edirdi. Ona belə gəlirdi ki, Tərlanovun işi hamı üçün, bütün əməliyyat müvəkkilləri üçün nümunə ola bilər. Lakin get-gedə, mürəkkəb əməliyyatların həllində iştirak edə-edə bəzi şeylər Teymura təəccüblü gəlir, daha doğru-su, baş əməliyyat müvəkkilinin işində olan bəzi cəhətlər onu qane etmirdi. Bəla burasında idi ki, kapitan Tərlanov onun işində nöqsan tutanları sevmirdi. Əvvəla, ona görə ki, doğrudan da, bacarıqlı bir işçi idi, ikincisi də onun şöbəsinin apardığı işlərin həştad faizinin üstü açılır, özü də bu həştad faizi açan Tərlanov qalan iyirmi faizini aça bilməyən isə başqaları, o cümlədən Teymur olurdu. Bun-lardan əlavə, Tərlanov çox hazırcavab adam idi. O, nöq-sanlı fikrini belə müdafiə edib istədiyini danışığındakı məntiqlə yeridə bilirdi. Teymurun fikrinə görə Tərlano-vun səhvi onda idi iki, o, apardığı işin dərinliyinə getmir, üzdən keçir, bir sözlə keyfiyyətə yox, açılan hadisələrin sayına fikir verirdi. Teymuru qane etməyən nə idi? “M-1” markalı maşın Binəqədinin dar dəmir yolunu keçəndən sonra bir anlığa dayanmış, pioner Vladimir Sorokinin dediyi kimi, orda, əlində ağır bağlama olan bir nəfər maşın-dan hoppanıb taxta-şalban anbarına tərəf qaçmışdı. Axı bu adamların bir qismi maşının o biri qapısından da çıxıb qaranlıq içində yox ola bilərdilər! Tərlanov bütün bu cinayətin iki nəfər – FTŞ-a mənsub “M-1” markalı minik maşınlarının sürücüsü Şəfi Atamoğlanov və heç bir peşə-si olmayan Əlibala Əsədov tərəfindən edildiyi ilə kifayət-lənmişdi. İnkassator pəhləvan cüssəli bir kişi idi. Belə kişini toppuzla vurub bir an içərisində maşına sürükləmək və cəld aradan qaçmaq üçün iki nəfər adam kifayət idimi? Teymur müstəntiq Səmədovun bu iki nəfəri ayrı-ayrılıqda dindirməsində də iştirak edirdi.

 

Səmədov adəti üzrə qəribə bir tərzdə gülərək soruşdu:

– Deməli, sən nəinki familiyanı, atanın adını, hətta öz adını da yaddan çıxarmısan?

Dustaq oğlan ayağını ayağının üstünə aşırıb bir qolunu stulun söykənəcəyinin dalına keçirdi və həyasız-həyasız dişlərini ağartdı.

– Ad zəhrimar bəyəm birdir, ikidir, adamın yadında qalsın?

– Adamın bir neçə adı ola bilməz. Ad bir olar. Amma mən bir neçə ləqəbi olan adamlara da rast gəlmişəm.

– Kefə bax!

– Adını, atanın adını, familiyanı de.

– Dedim ki, çoxluğundan zəhrimarın heç biri yadımda qalmır. Çoxluq da ki, özünüz bilirsiniz, yoldaş nəçənnik… Kimin kefi necə istəyib mənə elə ad qoyub.

– Nə üçün səni öz adınla çağırmırdılar.

– Ona görə ki, əsl adımı bilmirdilər.

– Nə üçün bimirdilər?

– Ona görə ki, özüm də bilmirdim.

Səmədov yumruğunu stola çırpıb ayağa qalxdı:

– Bəsdir, özünü tülkülüyə vurdun, murdar!

Oğlan dinmədi, vəziyyətini dəyişmədi. Qaralmış do-daqları qaçdı, bir-birindən aralı iri dişləri ağardı, gözləri məst olmuş adamların gözləri kimi axdı. O gülürdü.

– Adın, familiyan, atanın adı! – deyə Səmədov dəmir kimi cingiltili möhkəm bir səsləəmr etdi. Bu səsdə itaət tə-ləb edən bir güc var idi. Lakin oğlan yenə cavab vermədi. Sonra çox sakit, etinasız bir tərzdə çiyinlərini oynadıb ayağa qalxdı:

– Bizim söhbətimiz baş tutmayacaq, nəçənnik. Mənim yaddaşım xarabdır, sənə dürüst cavab verə bilməyəcə-yəm.

Səmədov stol arxasından çıxıb ağır-ağır ona yaxınlaşdı və iti xəncər kimi adamın qəlbinə işləyən gözlərini arsız oğlanın gözlərinə sancdı:

– Sən duza gedəndə, mən duzdan qayıdırdım, bildin. Mənə mayor Səmədov deyərlər.

Oğlan yenə də çiyinlərini çəkdi.

– Adımı bilsəydim, mən də deyərdim ki, mənə də fi-lankəs deyərlər.

– Sənin adın Əlibala Məmmədşir oğlu Əsədovdu. Sən oğrusan, quldursan, yolkəsənsən, tüfeylisən, sən xalqın düşmənisən! İndi bildin kimsən?

Əlibala eyni arsız tövrlə cavab verdi:

– Bildim.

– Otur!

Əlibala “üç aşıq” oynamağa adət etmiş adamlar kimi pencəyin ətəklərini yığışdırıb əvvəlki yerində əyləşdi.

– Harda, nə vaxt anadan olmusan?

– Yadıma gəlmir.

– Mənə bax, Əsədov, yəqin ki, öz tay-tuşların arasında deyirsən: “Mən kişiyəm, ceyiləm”. Amma burda ceyillik-dən bir əsər görmürəm. Bəsdir, təlxəklik elədin!

Əlibala da birdən-birə ciddiləşib kobud-kobud cavab verdi:

– Heç dəxli var? Sənin, mənim ata-anamla nə işin var? Söz soruş, söz eşit. Bax, nəçənnik, uzun sözün qısası, o ki-şini mən soymuşam.

– Təkbaşına?

– Lap təkbaşına. Yəni belə ölü olduq ki, onu da bacarmadıq?

– Sən inkassatroun o vaxt əmanət kassasında olacağını hardan bilirdin?

– Çoxdan onun izinə düşmüşdüm. Yəni demək sitəyirəm ki, o kişinin qanı çoxdan getmişdi.

– Neçə vaxt idi ki, onu izləyirdin?

– On-on beş gün.

– Onun saat beş tamamda həmin əmanət kassasında olacağını sənə kim xəbər vermişdi?

– Dedim ki, heç kəs, özüm dalınca düşmüşdüm. İki-üç kassaya girib çıxandan sonra ora getməli idi.

– Nə bilirdin?

– O kişinin marşrutu elə idi.

– Bəs maşını kim sürürdü?

– Özüm.

– Maşını sürməyi hardan öyrənmişdin?

– Eh, bizim məhəllədə daşı itə vursan, maşın sürənə dəyər.

– Maşın kimin idi?

– Bilmirəm.

– Bəs o maşını hardan ələ keçirmişdin?

– Qaçırtmışdım.

– Hardan?

– Restoranın qapısından.

– Hansı restoranın?

– “Novı Yevropa”nın.

– Nə yaxşı işin rast gətirib, maşın da düşüb sənin üçün?

– O maşın hər gün o vaxtlar restoranın yanında durur-du.

– Deməli, maşının da yerini əvvəlcədən nişanlamışdın?

– Bəs necə!

– Maşında səndən başqa daha kim var idi?

– Heç kəs.

– Mənə bax, Əsədov, dedim ki, özünü təlxək yerinə qoyma. O inkassator kişi sənə bir qapaz vursaydı, ordaca canın çıxardı. Onu vurub yıxmaq üçün azı beş nəfər sənin kimisi lazım idi. De, görüm, səninlə daha kim var idi?

– Heç kəs!

– Əsədov, onu bil ki, yalan izahat verməklə öz təqsirini daha da ağırlaşdırırsan!

– İslanmışın yağışdan nə qorxusu!

– De, görüm, səninlə daha kim var idi?

– Deyirəm ki, tək idim. İnanmırsan yoxla.

– Deməli, o kişini tək özün vurdun?

– Bəli.

– Nə ilə?

– Bilmirəm. Əlimə nə keçibsə onunla da “xosunvay” elədim. Bilmirəm qənbərdi, yoxsa maşının açarı idi?

– Bəs o ağırlıqda adamı səninlə maşına kim çəkib apardı?

– Özüm.

– Onda sən lap pəhləvansan ki?

– Təqsirini daha da ağırlaşdırırsan. Axı sən tək olmamısan.

– Bunu mənə kim sübut edə bilər?

– Sən Binəqədi keçidinin yanında maşından düşüb qaçandan sonra o maşını sürən adam.

– Yox, nəçənnik, sən deyən Pirquludur. Maşında məndən başqa ins-cins yox idi. Mən maşını harda qoymuşamsa, sən də onu ordan tapmısan.

– Maşını Fatmayı yolunda tutmuşuq.

– Onda yəqin, maşını boş görüb qaçırmaq istəyiblər. O qədər mənim kimi dələduz var ki!

Səmədov qələmi ona uzatdı:

– Oxu, qol çək!

Əlibala protokolu alıb imza yerində kələ-kötür bir qol çəkdi.

– Oxumaq nəyə gərəkdir, nəçənnik? Mən sizə inanı-ram, sən mənə inanmırsan.

– Sənin nəfəsin yalanla gedib-gəlir, özü də nahaq yerə! Get fikirləş, gələn dəfə yoldaşlarının adını deyərsən.

Əlibala güldü:

– Bu da sənin üçün mənm ad, familiyam deyil ki, gedib ev dəftərini axtarıb tapasan. Bu çətin məsələdir, nəçənnik! Mən deyirəm bu işi tək görmüşəm. Sən deyirsən ki, yol-daşların olub. Axtar, nəçənnik, taparsan, qəmin kəm. Tap-mazsan, olar mən deyən, xudahafiz.

O, əllərini pencəyinin cibinə salıb otaqdan çıxdı.

Səmədov “M-1” markalı minik maşınının sürücüsü Şə-fi Atamoğlanovu da bu tərzdə dindirdi. Şəfi də Əliabala Əsədov kimi, təqsiri ancaq öz boynuna aldı, bu işi tək gördüyünü dedi. Onlar heç biri digərinin ələ keçdiyindən xəbərdar deyildi.

Səmədov onları üzləşdirəndə Əlibala Əsədov öz yol-daşına istiqamət vermək üçün cəld dilləndi:

– Qəmin tək, nəçənnik! Məsələnin üstünü açdın, bu işi ikimiz görmüşük.

Səmədov bu işi iki nəfərin tutmadığını sübut etmək üçün bir az da cəhd göstərdi. Lakin heç bir dəlil tapa bilmə-di…

Həm o iki nəfər möhkəm dayanmışdı, həm də, deyə-sən, mayor Səmədovun işi çox da qurdalamağa həvəsi gəlmirdi. Beləliklə “cinayətkarlar” tutulmuş, təqsirlərini boyunlarına almış, inkassatorun əlindən qapılmış içi pul-la dolu çanta dövlətə qaytarılmışdı.

Cinayətkarlar inkassatorun öldüyünü düşünüb onu Binəqədi tərəfdə yerə tullamışdılar. Lakin huşunu itirmiş inkassator bir neçə saatdan sonra özünə gəlmiş, bir müd-dət xəstəxanada yatıb yaxşılaşmış və gəzməyə başlamışdı. Qəribə burası idi ki, o, başına gələn bu əhvalat haqqında heç bir tutarlı izahat verə bilmirdi. Bircə onu deyirdi ki, hava qaralmağa başlamışdı. Bərk soyuq idi. Əmanət kas-sası xəlvət yerdə olduğundan nə küçədə, nə də tində bir adam var idi. “Birdən elə bil ev uçdu, başıma nə isə ağır bir şey dəydi, gözüm hər şeyi dörd gördü, vəssalam”. İn-kassatorun özündən şübhələnmək olmazdı. Bu işdə o, çoxdan bəri işləyirdi, özü də təmiz adam idi. Odur ki, onun bu cavabı mayor Səmədovu təmin etmişdi. Teymur isə nədənsə uzun müddət rahat ola bilmədi. Əgər onun im-kanı olsaydı, hökmən həmin əmanət kassasında işləyən adamlarla məşğul olar, iki cinayətkarın yaxasından belə asanlıqla əl çəkməzdi. Teymurun fikrincə, iki nəfəri təq-sirləndirib işi bitmiş hesab etməklə bu işdə iştirak edən və ələ keçməyən qalan cinayətkarlara bəraət qazandırılmışdı. Demək, məsuliyyətə cəlb edilməyən, heç bir şeydən qorx-mayan bu adamlar yeni cinayətlər edə bilərdilər. Çünki canlarını asanlıqla qurtarmışdılar.

Bundan sonrakı işlərdə də kapitan Tərlanovun və ma-yor Səmədovun iş üsulundakı həm güclü, həm zəif cəhət-ləri görüb dərk edən Teymur gələcək əməliyyat müvək-kili kimi get-gedə püxtələşirdi. Bununla bərabər, hüquq-şünaslıqla məşğul olan milis leytenantı bir çətin nəzəri məsələ ətrafında da tez-tez düşünməli olurdu. Oxumaq, işləmək, yaratmaq üçün hər cür şərait, geniş imkanlar olan bir ölkədə bu cür cinayətkarlar hardan və necə törə-yirdi? Teymur onu düşündürən dərin, bəzən də fəlsəfi məsələlər haqqında arabir söhbət açaraq qardaşı Seymura deyirdi:

Sie haben die kostenlose Leseprobe beendet. Möchten Sie mehr lesen?