Cəbhədən cəbhəyə

Text
Aus der Reihe: Milli ədəbiyyat #15
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

Teymurgil milis şöbəsinə yetişib, onların motosikle-tinin müşayiəti ilə birbaş hadisə yerinə tələsdilər. Qırx də-qiqədən sonra motosikletin və yük maşınının gur işığı yoldan xeyli kənarda durmuş “ZİS-101” markalı maşını işıqlandırdı. Maşının ətrafında iki maşın və üç-dörd mo-tosiklet var idi. Milis işçilərilə bura toplaşanlar nə isə öl-çür, nəyin isə şəklini çəkirdilər. Teymur milis kapitanına yaxınlaşıb meyitin yanına getməyə icazə istədi. Kapitan icazə verdi. Teymur onunla gələn sürücülərə tərəf dönüb başının işarəsi ilə çağırdı. Lakin onlar yerlərindən tərpənmədilər. Deyəsən, onlar istəkli yoldaşlarının meyitinə baxmağa ürək eləmirdilər. Teymur ağır-ağır yaxınlaşıb maşından iki addım kənarda, motosikletin örtüyü üstün-də uzadılmış meyitin yanında dayandı. Diz çöküb əlin-dəki fənərlə onu işıqlandırdı. Həmişə gülərüzlü Ələddin üzüqoylu yıxılmışdı. Onun əllərinin, üzünün qanı qaç-mışdı. Peysərində kələ-kötür bir şiş var idi.

Çoxdan bəri kütləşib xatirindən silinməyə başlayan bir hadisə bütün aydınlığı ilə Teymurun gözləri qarşısında canlandı və onu sarsıtdı. Ələddini toppuzla vurub öldür-müşdülər. Vaxtilə bu toppuz Teymurun da başına dəy-mişdi. Ancaq… Teymur nədənsə iki hadisəni bir-birilə əlaqələndirməyə başladı. Deyəsən, axı onun başına gəldi-yi kimi, Ələddinin başına gələn bu qorxunc hadisədə də cinayətkarların izinə düşməyə imkan verən heç bir tutarlı dəlil yox idi. Lakin elə bir cinayət var ki, onun üstü açıl-masın? İntəhası geci-tezi var. Əgər Teymurun başına də-yən toppuzun sahibləri Ələddini öldürən cinayətkarlar-dısa, deməli, onlar son dərəcə təhlükəli, həm də təcrübəli cinayətkarlardır. Çünki iki ilə yaxın bir müddət ərzində onlar ələ keçməmişdilər.

Milis mayoru yavaş-yavaş yaxınlaşıb Teymurun başı üstündə durdu. Teymur dikəlib ona müraciət etdi:

– Yoldaş mayor, mən cəbhədə kəşfiyyatçı olmuşam. Əlbəttə, cəbhə bir başqadır, bura bir başqa. Hər halda bəl-kə mənim də köməyim dəydi. İcazə verin, bu yoxlamada mən də iştirak edim.

Mayor, Teymuru diqqətlə süzüb köksünü ötürdü və astadan dilləndi:

– Buyurun.

Teymur kriminalist Mansurovla birlikdə yaxınlaşıb maşının içərisini işıqlandırdı. Dal oturacağının ayaq ye-rində palçıqlı çəkmə izləri var idi. Bu izlərdən məlum ol-du ki, dalda üç nəfər kişi oturub. Qabaq oturacaqda isə bir dəstə xrizantema səpələnmişdi. Burda, ayaq altında heç bir palçıq izi yox idi. Ancaq bir yerdə xırda nöqtə ki-mi görünən bir ləkə var idi. Bu da yəqin ki qadın ayaq-qabısının izi idi.

– Qadın çəkməsidir. – Mansurov gözünü güclə nəzərə çarpan çəkmə izindən ayırmayaraq dilləndi, əl lampası-nın güclü işığı qabaq oturacağın üzərində xeyli gəzdi və nə isə parıldayıb gözdən itdi. Mansurov işığı bir də geri qaytardı, cib dəftərindən bir vərəq cırıb o xırdaca şeyi hə-min kağızın üstünə götürdü və diqqətlə nəzərdən keçirdi. Bu, qadın saçından sürüşüb düşən kiçik sancaq idi. Sanca-ğın ucuna uzun, qara tük ilişmişdi.

– Qadın tüküdür, – deyə Mansurov yenə dilləndi, – özü də onun saçı qıvrım deyil, görürsünüz necə düzdür.

Teymur sancağı və tükü diqqətlə nəzərdən keçirib so-ruşdu:

– Əgər qabaqda oturan bu qadınla, dalda oturan o kişi-lər arasında bir əlaqə vardısa, bəs nə üçün qadın çəkmə-ləri palçığa batmamışdı?

Mansurov bir qədər fikirləşdikdən sonra cavab verdi:

– Mənə elə gəlir ki, bunu ancaq, bir şeylə izah etmək olar: qadın maşına bir yerdə minmişdir, kişilər isə başqa yerdə.

Teymur bir müddət dinmədi. Deyəsən, bu təcrübəli kriminalist ilə razılaşırdı. Sonra yenə soruşdu:

– Deməli, o qadının bu kişilərlə bir dəstədən olduğuna sizin heç bir şübhəniz yoxdur.

– Hələlik yoxdur, – deyə Mansurov çiyinlərini çəkdi. – Əgər onlar əlaqədar olmasaydılar, biz bir neçə məchul məsələ qarşısında aciz qalardıq. Əvvələn, o qadın özü də ya həlak olmalı, ya da ona müəyyən bir bədbəxtlik üz verməli idi. Çünki arxada oturan bu üç nəfərin qatil ol-mağına heç bir şübhəmiz yoxdur. İkincisi, əgər o qadının başına bir iş gəlsəydi, yəqin əri, yaxud yaxın qohumları onu da axtarardılar və biz bu barədə məlumat alardıq. Üçüncüsü, əgər o qadın bu adamlarla əlaqədar deyildisə baş vermiş hadisə haqqında hökmən gəlib bizə xəbər ve-rərdi.

Teymur daxilən Mansurovla razılaşdısa da, ona rahat-lıq verməyən şübhələrini bir-bir təcrübəli kriminalistə bil-dirdi:

– Bəlkə, bu qatillər o qızı götürüb qaçıblar və Ələddi-nin şahid çıxmaması üçün onu vurub öldürüblər?

Mansurov başını buladı:

– Elə olsaydı, biz hökmən həmin qadınla kişilər arasın-da getmiş mübarizənin izlərinə təsadüf edərdik.

– Bəs bu sancaq? – deyə Teymur soruşdu.

– Bu mübarizə əlaməti deyil. Əgər diqqət vermişsiniz-sə, çox yerdə – teatrda, kinoda, qonaqlıqlarda qadınların başından belə sancaqların sürüşb düşməsinə təsadüf edərsiniz. Güllərə diqqət verin, heç biri əzilməyib. Mənə elə gəlir ki, sizin Əllədin özü də həmin qatillərə heç bir müqavimət göstərməmişdir. Onu hədələyib əl-qolunu bağlamışlar. Sonra da aparıb maşının yük qoyulan yerinə itələmişlər. Çünki meyitin qollarında ip izlərinin göyər-miş yeri qalmışdı. Maşının yük qoyulan yerində isə biz onun cibindən düşmüş vəsiqəsini tapmışıq.

Teymur yenə fikrə getdi.

– Elə isə bu qadının həmin kişilərlə bir dəstədə olma-sına heç bir şübhə qalmır. Amma mənim ağlıma bir şey də gəldi; tutalım bu qadının həmin kişilərlə heç bir əlaqəsi yoxdur, siz yüz faiz əminsiniz ki, o gəlib sizə xəbər ve-rərdi?

– Çox vaxt bizə xəbər verirlər. Ancaq bəzən qorxaq adamlar da olur. Onlar qatillərin qorxusundan cinayətin üstünü ört-basdır etməyə çalışır, bizdən gizlədirlər.

– Deməli, siz yenə öz fikrinizdə qalırsınız?

– Əsas nəticəyəəməliyyat müvəkkili gəlməlidir. Ancaq biz işimizi heç vaxt bir ehtimal ətrafında qurmuruq. Bu saat siz özünüz bir neçə ehtimal irəli sürdünüz. Əməliy-yat müvəkkili də, istintaq aparanda belə edir.

Bütün bu söhbət vaxtı bir fikir Teymurun beynindən çıxmırdı ki, çıxmırdı: “Axı, Ələddin Montindən Keşləyə getməli idi. O bura necə gəlib çıxmışdı? Ona vacib bir tap-şırıq verildiyi halda, bu məchul qadını nə üçün maşına mindirmişdi? Bu kişilər kim idilər? Əgər onlar maşını oğurlamaq fikrində deyildilərsə, Ələddini nə üçün öldür-müşdülər!” Bu sirr, Teymurun ürəyində uzun zaman sax-ladığı sirrə nə qədər oxşayırdı. Elə bil, bu iki cinayətin ikisini də eyni adamlar etmişdilər.

Ələddinin meyitini motosikletin örtüyü arasında yük maşınına qoydular, bayaqkı sürücülər yenə də meyitə ya-xınlaşa bilmədilər. Onların ikisi də kabinəyə keçib qapıla-rı möhkəm bağlamışdılar. Teymur kuzaya qalxdı, meyitin yanında oturub kürəyini kuzaya söykədi. Maşın Narda-ranın kələ-kötür yolu ilə hərəkət etdikcə Ələddinin ya-naqları titrəyirdi. Teymurun bütün varlığını dəhşət bürü-dü. O, üzünü yana çevirib meyitə baxmamağa çalışdı.

Ələddini basdırdlar. Sürücülər əlbir olub onun üçünü, yeddisini, qırxını verdilər. Qırx beşinci gün Ələddinin bir qızı oldu.

Teymur, tez-tez Ələddinin ailəsinə baş çəkir, milis şö-bəsinə gedib Ələddinin ölümü ilə əlaqədar olan işin və-ziyyəti ilə maraqlanırdı. Sonrakı əməliyyatın verdiyi nə-ticəyə görə aşağıdakılar ehtimal olunmuşdu. Ələddin bə-zən boş vaxtından istifadə edib kənar, təsadüfi adamları maşını ilə lazımi yerlərə aparır və bundan əlavə qazanc əldə edirdi. Həmin gecə Keşlədə hazırlanan hissənin geci-kəcəyini guman edən Ələddin boş vaxtdan “səmərəli” istifadə etmək qərarına gəlit. Əlində gül dəstəsi olan bir qadının yolun kənarında durub ona işarə etdiyini görür. Qadın təbiidir ki, ya bir qonaqlığa, ya bir ad gününə, ya da toya getdiyini və çox tələsdiyini bildirir. Həm də ya-ğışın altında islanırmış. Heç şübhəsiz ki, Ələddin bu qadı-nın xahişini yerinə yetirir. O, maşını asfalt yolda saxla-dığından qadının çəkməsinin altı palçıqlı yox, ancaq yaş olur. Çox güman ki, qadın Pirşağı qəsəbəsinə tələsir, çün-ki Pirşağı yolu yağıntı vaxtı palçıqlı olur. İkinci Zabratdan Pirşağı yoluna dönəndən sonra həmin palçıqlı yolda üç kişi görünür. Qadın onları görcək “saxlayın, bu bizim adamlardır” – deyə Ələddindən xahiş edir. Ələddin əlin-də gül dəstəsi olan belə geyimli-kecimli qadından şübhə-lənmir. O, maşını saxlayır, həmin kişiləri götürür. Onlar yollarına davam edirlər. Kürdəxanıya çatmamış kişilər Ələddini üç tərəfdən tapança ilə hədələyib maşını sax-latdırır, onu rolun dalından düşürüb əl-qolunu bağlayır, gətirib maşının yük qoyulan yerinə itələyirlər. Sonra onlar maşını geri döndərib Nardarana tərəf üz tuturlar, Nar-daranda kolxoz briqadiri Həkimzadənin evdə olmadığını bildikləri üçün onun evini yarır, bütün geyimvə qiymətli şeylərini yığıb aparırlar. Yolda maşının çarxlarından biri buraxır. Ehtiyat çarxı çıxarmaq üçün yük qoyulan yerin qapağını açırlar. Ələddini ordan çıxarıb çarxı dəyişdirmə-yi əmr edirlər. Ələddin vəziyyətin nə yerdə olduğunu başa düşür, qaçmaq istəyir, qatillər arxadan çatıb toppuz-la bir neçə dəfə onun başına vururlar. Sonra isə cəld şeyləri yığışdırıb çölə çıxır və hadisə yerindən iki-üç kilo-metr aralı, yolda bir yük maşınını saxlayıb minirlər, hə-min maşının sürücüsü Arşair Muradyanı eyni qayda ilə hədələyib keçib Xırdalan tərəfə gedir və maşının sürücüsünü həmin toppuzla öldürürlər. Sonra şeyləri aparıb la-zımi yerdə gizlədirlər. Qatillərdən biri izi itirmək üçün həmin yük maşınını Şubanı dağlarının ətəyinə, Lökbatan tərəfə aparıb bir dərəyə salır və özü tələsmədən Heybət stansiyasına tərəf gəlib, dəmir yolu ilə Bakıya qayıdır.

Bu sonuncu rəvayət konkret faktlar və dəlillər əsasında qurulmuşdu. Çünki həmin gecə Nardaranda evi oğurlan-mış Həkimzadə milis orqanlarına şikayət etmişdi. Eyni zamanda həmin gecə Haykanuş Muradyan adlı bir qadın oğlunun evə gəlmədiyini görüb onun işlədiyi idarəyə get-miş, həmin saat sürücü Arşavir Muradyanın axtarışına başlanmış və milis orqanları gecə saat üç radələrində Ar-şavirin meyitinin Xırdalan tərəfdə, onun sürdüyü yük maşınını isə Lökbatan tərəfdə tapmışdılar. Yük maşınının kuzasında tapılmış meşin qadın əlcəyinin tayı Həkimza-dənin arvadı, Nardaran məktəbinin müəllimi Şölə Həkim-zadənin əlcəyi olduğu təsdiq edilmişdir.

 

Bu qədər dəlil olduğu halda cinayətkarların izi tapılmamış, onların kim olduğu və harda yaşadıqları müəy-yən edilməmişdi. Bir şey aydın idi ki, onların üçü kişi, biri qadındır. Bu adamların yaşları, miliyyəti, harda yaşa-dıqları, məşğuliyyəti haqqında heç bir məlumat yox idi.

Bir neçə aydan sonra da bu cinayətin izinə düşə bilmədilər. Bu vəziyyət Teymuru son dərəcə səsəbiləşdirdi. Çünki ona elə gəlirdi ki, həmin cinayətkarları görməsə, onları öz əlləri iləparçalamasa, ürəyi sakit olmaz. Teymur nədənsə hökmən həmin o qadının üzünə, onun gözlərinin içinə baxmq istəyirdi. Axı bu adamlar nə cür adamlar idi-lər. Başqalarını belə asanlıqla öldürməyə, onları nə məc-bur edirdi? Görünür, bu adamlar səhərlər gizlənir, gecələr bayquş kimi ova çıxırlar. Özü də dar dalanlar, sökük ha-sarlar, ucqar məhəllələr, kimsəsiz səhralar axatarır, öz çirkin işlərini belə yerlərdə görürdülər.

Ələddinin faciəli ölümündən sonra Teymur qarajda nə isə sıxıntı keçirir, rahatlıq tapa bilmirdi. Nəhayət, bir gün davam gətirməyib birbaş raykoma getdi və ona başqa bir iş vermələrini xahiş etdi. Qarajdan nə üçün getmək istə-diyini ondan soruşanda Teymur Ələddinin əhvalatını da-nışdı, sakit işdə işləyə bilmədiyini, qaynar, qızğın bir işlə məşğul olmaq istədiyini bildirdi və özü də gözləmədiyi halda birdən dedi:

– İstəyirsiniz, lap milis idarəsinə göndərin, zənnimcə, orda daha çox xeyir verərəm.

Teymurun xahişini bəyəndilər. 1945-ci ilin payızında o, milis şöbələrindən birində əməliyyat müvəkkilinin kö-məkçisi vəzifəsində işləməyə başladı. Burada da cəbhədə olduğu kimi kiçik leytenant rütbəsini daşıdı.

3

Teymura elə gəlirdi ki, ilk gündən çox gərgin bir işə başlayacaq, çətin düyünləri açacaq, xalqın dincliyini po-zan cinayətkarların izinə düşəcək, onları tapıb məhşər ayağına çəkəcəkdir. Lakin ilk aylar Teymurun təsəvvür etdiyi bütün bu xəyalları heçə çıxdı. O, çox adi işləri apar-malı oldu. Ona az əhəmiyyətli yoxlamalar tapşırılırdı. Teymur düşünürdü ki, bütün bu işləri əməliyyat müvək-kili aparmamalıdır. Onun fikrincə, əməliyyat müvəkkili əlində silah, qatilləri, caniləri, oğruları izləyib axtarmalı və cəmiyyəti tüfeylilərdən, yaramazlardan təmizləməli-dir. Onun üçün yalnız bir cür cinayətkar vardır – öldürən, başqasının qanını axıdan, başqasının malına sahib olan cinayətkarlar! Lakin müxtəlif işləri aparmağa məcbur olan Teymur cinayətkarların da cürbəcür olduğunu –saxta-karların, dövlət əmlakını mənimsəyənlərin, böhtançılıqla məşğul olanların, alverçilərin, insanların rahat həyatını pozanların, mağazalarda süni surətdə növbə yaradanların da mövcud olduğunu get-gedə dərk etdi. Bununla bəra-bər şöbənin rəisinə bir neçə dəfə müraciət edib ciddi, gər-gin və çətin əməliyyatlar tapşırılmasını xahiş etmişdi. Amma Teymur deyən mürəkkəb hadisələr o qədər də tez-tez baş vermirdi; baş verəndə də işin aparılmasını daha təcrübəli əməliyyat müvəkkillərinə tapşırırdılar. Teymur həmişə gözdə-qulaqda olur, elə bil nə isə axtarırdı. Bəzi yeni-yetmələrin papiros çəkməsi onu yaman narahat edir-di. Bir dəfə o, belə bir mənzərənin şahidi oldu: səliqə ilə geyinmiş on üç-on dörd yaşlı bir oğlan zibil yeşikləri dü-zülmüş darvazada gizlənib ovucunda nə isə ovuşdurur-du. Oğlanın başı o qədər qarışmışdı ki, Teymurun qapının arasından baxdığını hiss etmirdi. Ovcunun içindəki tünd-qəhvəyi rəngli tozu cibindən çıxardığı tənbəki ilə qarışdırırdı; dişində tutduğu boş gilizi əlinə aldı və məha-rətlə doldurmağa başladı. Oğlan üst-ba-şından mədəni bir ailədə böyümüş uşağa oxşayırdı. Üzünün rəngi solğun idi. Elə bil ağır xəstəliyə tutulmuşdu. Teymur oğlanın tü-tünə qatdığı tozun anaşa olduğunu görən kimi dar-vaza-ya girdi. Oğlan cəld əllərini ciblərinə soxdu. Teymur onu diqqətlə süzüb soruşdu:

– Əlindəki nədir?

– Heç nə,– deyə oğlan xoruzlandı.

– Bəs onda niyə gizlədirsən?

– Sənə nə?

Teymur gülümsündü:

– İstəyirsən deyim əlindəki nədir?

Oğlanın qaşları düyünləndi:

– Sənin pulunla almamışam, öz pulumla almışam.

– Pulu sənə kim verib?

– Atam.

– Atan kimdir?

Oğlan cavab vermədi. Birdən Teymur kənar səs eşidib cəld geri döndü və zibil yeşiyinin üstünə hoppanmış pi-şiyi görüb yenə də üzünü oğlana sarı çevirdi. Oğlan cəld sivişib küçəyə atılmışdı. Teymur onun ardınca tələsdi. La-kin gec idi…

Sonralar məhəllə komsomolçularının köməyi ilə məlumat toplamışdı ki, anaşa alveri eləyən adamın Çapıq Şəm-si olduğu ehtimal olunur. Lakin bu, sübut edilməmişdi. Həmin ehtimalı həqiqətə yaxınlaşdıran səbəblərdən biri də o idi ki, Çapıq Şəmsi özü də yaman anaşa çəkirdi. Tey-murun anası narkotik alveri ilə məşğul olan adamlarla maraqlandığını eşidəndə anaşa düşkünləri onun gözünə görünməməyə çalışırdılar. Bir sözlə, Teymurun milis paltarı geyməsi məhəllədə bəzilərinin xoşuna gəlməmişdi. Belələrindən biri də Çapıq Şəmsi idi. Teymur xüsusilə son zamanlar Çapıq Şəmsiyə şübhə ilə baxırdı. Məhəllədə hə-mişə məst halda gəzən Şəmsi Teymurdan qaçmaqdansa, ona rast gələndə özünü daha da həyasız aparırdı. Sanki: “Sənin paltarlarından da, silahından da qorxmuram” –demək istəyirdi. Teymur isə bu adamın adına heç bir ci-nayət işində təsadüf etməyi arzulamırdı. Çünki məhəl-lədən adam tutmaq, çoxdan bəri tanıdığı ailələrdən adam aparmaq ona ağır gəlirdi. Amma Çapıq Şəmsi əksinə ola-raq, onu saymadığını sübut etmək üçün həmişə bəhanə axtarırdı. Bir gün onlar yenə toqquşdular…

Çapıq Şəmsi öz tay-tuşları ilə səkinin üstündə oturub nərd oynayırdı. Teymur da qoltuğunda dəftər-kitab uni-versitetdən qayıdırdı. O, cavanların başlarının qarışıq ol-duğunu görüb, onlara salam vermədən ötüb keçdi. Elə bu vaxt arxadan Çapıq Şəmsinin səsi eşidildi:

– Hürə-hürə it oldu!..

Teymur özünü eşitməzliyə vurdu. Kimsə astadan dedi:

– Eşitmədi…

Çapıq Şəmsi daha ucadan səsləndi:

– Sərfəli deyil axı!..

Teymur addımlarını yavaşıtdı. Fikirləşdi ki, indi də cavabını verməsə, gələn dəfə daha böyük qələt eləyəcək. Ayaq saxlayıb geri döndü və ağır-ağır Çapıq Şəmsiyə ya-xınlaşdı. Çapıq Şəmsi onu saymadı. Heç üzünü də ona sarı döndərmədi. Əsasən qaradinməz olan Teymurun qə-ribə bir xüsusiyyəti də var idi. Gərgin dəqiqələrdə rəng-ruhu dəyişmirdi. Ancaq gülümsünürdü. Bu anlarda onun möhkəm, sarsılmaz bir iradəyə malik olduğu açıq-aydın görünürdü. Dinməzcə sol əlini uzadıb enli pəncəsilə Şəm-sinin yaxasını qarmaladı və birdən dartıb kürəyini divara dirədi. Çapıq Şəmsi boğulurdu, çapalayıb yaxasını Teymurun polad məngənə kimi get-gedə sıxılan barmaqları arasından çıxarmaq istədi, amma bacarmadı. Çığırmaq istədi, boğazından güclə eşidilən xırıltılı səs çıxdı. Teymur Şəmsini divara qısdıqca az qalırdı ki, onun ayaqları yer-dən üzülsün.

Bayaqdan pıqqıldayıb gülən oğlanlar kənara çəkilib qorxu, heyrət və qibtə ilə Teymura baxırdılar. Teymur məngənə kimi sıxılmış barmaqlarını boşaldıb Çapıq Şəm-sini buraxdı. O, taqətsiz halda divara söykənib udqundu.

– Sözlərini geri götür! – deyə Teymur qəzəblə dilləndi.

Çapıq Şəmsi dinmədi. Teymurun dodaqlarında oyna-yan təbəssüm onun xoşuna gəlmədi.

– Götürürəm, – deyə inildədi və yavaş-yavaş özünə gə-lib nifrətlə Teymuru süzdü, yenə də dilini saxlamadı:

– Bu sənə baha oturacaq, Teymur…

– Neyləyəcəksən?

– Görərsən!..

– Sağlıq olsun! – deyə Teymur Çapıq Şəmsinin taqət-dən düşmüş bədəninə bir nəzər salıb yoluna davam etdi.

Teymur, Çapıq Şəmsinin çoxdan bəri axtardığı quldur dəstəsilə əlaqədar olub-olmadığı haqda düşünür və hər dəfə belə nəticəyə gəlirdi ki, onların arasında əlaqə yox-dur. Çünki Çapıq Şəmsi Teymurdan qaçmırdı. Əksinə, həmişə savaşmağa, sözləşməyə bəhanə axtarırdı. Əgər o, bir cinayət işləmiş olsaydı, çalışırdı ki, Teymurun gözünə mümkün qədər az görünsün. Bununla belə, Teymur onu da öz diqqət mərkəzində saxlamaq istəyirdi. Ancaq Çapıq Şəmsi Teymuru əhatə edən minlərlə adamdan biri idi. Mi-lis idarəsində işləmək isə hadisələr burulğanına düşmək kimi bir şey idi. Odur ki, Teymur bəzən uzun zaman Ça-pıq Şəmsini görmür, onun işlərindən xəbər tutmurdu. Daha doğrusu, Çapıq Şəmsini cinayətdə təqsirləndirmək üçün hələlik Teymurun əlində quru ehtimaldan başqa heç bir əsas yox idi.

– Sən Şəmsi ilə görüşürsən? – deyə bir dəfə qardaşın-dan soruşdu.

Seymur təəccüblə gözlərini döydü:

– Şəmsi kimdir?

– Çapıq Şəmsini deyirəm.

Bu sual Seymura olduqca yersiz görünsə də təmkinlə cavab verdi:

– Mənim onunla nə alış-verişim…

Teymur yenə fikirli-fikirli soruşdu:

– Bilmirsən o, nə ilə məşğul olur?

Seymur gülümsünüb çiyinlərini çəkdi:

– Bunu sən məndən yaxşı bilməlisən.

– Mən niyə?

– … Heç…

– Sözlü adama oxşayırsan…

– … Yox… nə söz…

Teymur hiss elədi ki, qardaşı sorğu-sualdan yayınmaq istəyir, daha da təkidlə soruşdu:

– Niyə belə sıxılırsan?

Seymur qardaşının üzünə baxmadan astadan dilləndi:

– Məhəllədə söz gəzir ki, sən camaatın hər işini qurtdalayırsan. Adamların haqqında pis-pis kağız-kuğuz yazır-san…

Bu sözlər Teymura çox ağır gəldi. Haqqında deyilən bu sözlərə görə qardaşının da xəcalət çəkdiyini hiss edib soruşdu:

– Sən də deyilənlərə inanırsan?

Seymur yenə də onun üzünə baxa bilmədi. Bir qədər susub astadan, həm də üzr istəyirmiş kimi cavab verdi:

– Sənin işin… yəni demək istəyirəm ki, səndə heç bir təqsir yoxdur… Təqsir sənin işindədir…

– Təqsir?!

Seymur başını qaldırıb qardaşının üzünə baxdı:

– Anam yaman fikir çəkir, Teymur.

Teymur qardaşına yaxınlaşıb səmimiyyət, etibar və ürək ağrısı ilə onun gözlərinin içinə baxdı:

– Anam da, sən də, başqaları da, səhv eləyirsiniz. Mən heç kəsə pislik eləmək niyyətində deyiləm… Mən pislik eləməyi bacarmıram. – Nə barədə isə fikirləşib əlavə etdi, – Bir də, axı mən orda ömürlük işləməyəcəm ki. Univer-siteti bitirən kimi sənətimi dəyişməli olacağam.

Teymurun son sözləri Seymuru sevindirdi. Onun do-daqları qaçdı:

– Onda daha anamızım dərdi olmaz.

Teymur tez-yez axşamlar da milis şöbəsində qalırdı. Bəzən şahidləri dindirir, bəzən də növbətçi olurdu. Buna görə də çox vaxt evə gecəyarı qayıdırdı.

Bir gecə saat on iki radələrində onun başına qəribə bir əhvalat gəldi. Sovet küçəsini keçib yanğın dəstəsinin uca qülləsi yanından ötəndə uzaqdan bir qız səsi eşidib ayaq saxladı. Kimsə arxadan sürətlə ona tərəf qaçırdı. Teymur cəld geri dönüb gördü ki, qızı izləyən iki kölgə yoxa çıxdı. O, tələsik qıza tərəf yüyürdü və:

– Nə olub, ay bacı? – deyə soruşdu.

Qız titrək səslə:

– Axmaqlar, adamın yolunu kəsirlər ki, iş bilmişəm, – deyə cavab verdi.

Qızın səsini eşitdikdə nədənsə Teymurun ürəyi şiddət-lə çırpırdı. O, Ələddinin və özünün başına dəyən toppuzu xatırladı. “Ax, nə yaxşı oldu, yamanca düşmüsən əlimə. Bu dəfə səni buraxdı yoxdur” – deyə qəribə bir hiddətlə sevindi və elə bil qızı hürkütməmək üçün yumşaq səslə dilləndi:

– Gedək, bacı, gedək səni ötürüm. Harda olursan?

Qız dönüb ötkəm bir nəzərlə ona baxdı. Deyəsən, milis işçisinin belə cavan olması onun ürəyindən deyildi.

– Lazım deyil.

Teymur heç vəchlə ondan əl çəkmək istəmirdi.

– Mən səni tək buraxa bilmərəm, bacı. Əgər bu məhəl-lələrə bələdsənsə, bilməlisən ki, dalanın birindən baş bu-rub o birindən çıxmaq olar. Bir də gördün başqa yerdə sə-ni yaxaladılar.

– Hə olsun, –deyə qız eyni ötkəmliklə onun sözünü kəsib yoluna davam etmək istədi. Lakin Teymur əlini onun çiyninə qoyub qızı dayandırdı:

– Olmaz, bacı, mən bu saat bir növ sənin həyatına ca-vabdehəm.

Qız nədənsə güldü və çiyinlərini çəkib istehza ilə dedi:

– Məni yola salmaqdansa, çalışın bu məhəllədə xuli-qan-zad olmasın.

Qızın belə inad göstərməsi Teymurun şübhəsini daha da artırır və o “öldü var, döndü yoxdur” – deyə bu qız-dan əl çəkmək istəmirdi.

– Əgər istəmirsən mən səninlə yanaşı gedim, irəlidə gedə bilərsən. Ta səni qapınıza qədər ötürməsəm, evinizə sağ-salamat girdiyinizi görməsəm, rahat olmaram, çünki bu mənim borcumdur.

– Özünüz bilin, – deyə qız çiyinlərini çəkib irəli düşdü və tələsmədən yoluna davam etdi. Onun sağ çiynindən iri, yastı bir çanta asılmışdı. Qız səliqə və həm də zövqlə geyinmişdi. “Bəs bu çanta nədir, görən bu çantada nə var” – deyə ondan beş-altı addım aralı gedən Teymur dü-şünür və nə yolla olursa-olsun, həmin çantanı ələ keçirib onun içində nə olduğunu öyrənmək istəyirdi. Qız tələs-mirdi: elə bil, onu milis işçisi müşayiət etdiyi üçün çox arxayın idi. Bütün yolu bir dəfə də olsun üzünü geri dön-dərmədi. Onu müşayiət edən adamın ayaq səsləri sakit gecədə o qədər aydın eşidilirdi ki, qız geri baxmağa heç bir ehtiyac hiss etmirdi. Uzun müddət yol gedəndən son-ra onlar üzüyuxarı qalxan işıqlı bir dalana yetişdilər. Qız dalana girib bir neçə addım da getdi və birdən ayaq sax-layıb geri döndü. Teymur onun üzünü açıq-aydın gördü. “Nə yaxşı oldu, – deyə sevindi. – Daha mən bu sifəti heç zaman unutmaram. Özü də zalım qızı necə qəşəngdir”. Açıqalınlı, xurmayısaçlı bu qızın xumar gözləri o qədər də iri deyildi, ancaq çox işıqlı idi, elə bil gülürdü. Boyu da uca deyildi. Demək olar ki, Teymura nisbətən gödək idi. Amma Teymurun qarşısında necə də sərbəst durmuşdu. Çox qəribə idi, Teymur nədənsə bir müddət dinib-danışa bilmədi. Qız dodaqlarını təəccüblə büzüb gülümsündü:

 

– Niyə dayanmısınız? Mən daha evimizə çatdım. Ge-din.

– Elə bu? – deyə Teymur mənalı-mənalı qımışdı.

Qız qəşəng nazik qaşlarını dartdı:

– Daha nə deyim? – o, birdən güldü. – Mən evimizə sağ-salamat çatdım, çox sağ olun. Baxın, o qapıdı.

Teymur diqqətlə qapının üstündəki nömrəyə baxdı. “82”.

Qız eyni arxayınlıqla dönüb getmək istədi. Teymur cəld onu çağırdı:

– Dayan.

Qız dayandı. Teymur ona yaxınlaşdı:

– … Məni bağışla, bacı, amma ürəyinə başqa şey gəlməsin, deyərsən ki, bu milis leytenantı zəli kimi nə yapışıb mənim yaxamdan! Bir-iki sualıma cavab verərsənmi?

Qız Teymuru təpədən-dırnağa qədər süzüb narazı hal-da başını tərpətdi:

– Yox!

– Səni məcbur etmirəm, bacı. Xahiş edirəm, məni başqa cür başa düşməyəsən.

Qız yenə də onu diqqətlə süzüb çiyinlərini çəkdi. Onun baxışları çox dərin və ağıllı idi. Elə bil başqalarının görmədiyi, hiss edə bilmədiyi şeyləri duyur, lakin buna o qədər dəəhəmiyyət vermirdi. Özü dəən çoxu on doqquz-iyirmi yaşı olardı. Teymurun onun-bunun dalınca düşüb müvəqqəti tanışlıq axtaran yelbeyin bir oğlan olmadığını, deyəsən, duymuşdu. Qız, bu zəhmli və yekəpər oğlanın ona nə sual verəcəyini təsəvvür edə bilmirdi.Canını inad-kar milis işçisinin əlindən tez qurtarmaq üçün razılaşdı:

– Yaxşı.

Teymur başının işarəsilə qızınçiynindən asılmış çanta-nı göstərdi:

– Rəssamsan?

– Bəli, – deyə qız cavab verdi.

– Biz eşitmişik ki, rəssamlar gün işığında şəkil çəkər-lər, gecə vaxtı… – Teymur sözünün dalını tamamlaya bil-mədi. Qız eyni təmkinlə onun cavabını verdi:

– Məktəbdə idim, imtahanda…

Teymur şapkasını peysərinə itələyib gülümsündü.

Onun zənci saçını xatırladan qıvrım saçları və təbəssü-mü üzündəki zəhmli ifadəni silib apardı. Elə bil, on yaş cavanlaşdı.

– Ürəyinə bir şey gəlməsin, bacı. Sənin adını bilmək olarmı?

– Adım nəyinə lazımdı?

– Heç, deyirəm, bəlkə gələcəkdə sənin çəkdiyin şəkillə-ri sərgidə-zadda gördük; bilək ki, hansı sənindir.

– Yox, bu daha ağ oldu, – deyə qız birdən ciddiləşdi. Getmək istədi. Teymur onun yolunu kəsdi, qız hiddətlə xurmayı saçlarını geri atdı, qəşəng, incə qaşları çatıldı, qəzəbləndi:

– Həddinizi aşmayın!.. – deyib əli ilə Teymuru yolun-dan kənar etdi, dalanın dibindəki qapıya sarı yüyürdü və həyətə girdi.

“Bu nə işdir mən düşdüm? – deyə Teymur çaşıb qaldı. – Mən düzmü hərəkət etdim? Əgər bu doğrudan da o qız-dırsa, deməli, mən onu hürkütdüm? Hürkütdüm. Əgər həmin o qızdırsa, deməli, elə bu saat yaxalaya bilərəm. Bəlkə bu, o qız deyil? Təqsirsiz bir adamı yaxalayıb gecə vaxtı evindən-eşiyindən etməyə, onun valideynini qor-xutmağa mənim nə haqqım var? Amma bu qızın səsi, hə-rəkətləri, gecə qaranlığında kimisə köməyə çağırmaq istə-məsi, əriyib yox olan kölgələr, bu adamların məhz o məc-hul cinayətkarlar kimi hərəkət etdiklərini göstərirdi. Qa-ranlıq gecə, özü də saat birə işləyib. Bu vaxt bu küçələrlə tənha gəzən bir qız! Bu qəribə deyilmi? Bu vaxt onun küçədə nə ölümü var idi? Bu vaxt nə məktəb, nə imtahan? Gecə saat on ikidə də imtahan olarmı?” Özü də Teymura elə gəldi ki, bu qız da həmin o Turac kimi danışanda “r” hərfi olan sözlər işlətmirdi. Daha doğrusu, bu qızla Tura-cın eyni adam olduğuna onun heç şübhəsi qalmırdı. Elə isə Teymurun səhvi nədə olmuşdu? Bəlkə o tələsmişdi? Öz suallarını verməyə, bu qızın şəxsiyyəti ilə maraqlandı-ğını göstərməyə tələsmişdi. Çünki bu qızı heç bir cinayət üstündə tutmamışdı. Buna görə də bu saat onu, qız xeylağını özü ilə milis idarəsinə aparmağa, səhərə qədər orda saxlamağa, səhər isə yoxlama işlərinə başlamağa hələ onun əlində heç bir əsas yox idi. Ola bilsin ki, (buna Tey-mur heç cür inanmaq istəmirdi) bu qız heç də Turac deyil. Birdən bu, həmin yırtıcı Turacdırsa, deməli, onun Turac olduğunu sübut edənə qədər o, bütün izləri itirə bilər. Elə isə Teymur nə etməli idi? “Yox, məndən əməliyyat mü-vəkkili çıxmaz, mən bütün işləri korladım” – deyə Tey-mur qəzəblə üst dodağını çeynəməyə başladı. Cəbhədə vəziyyət başqa cür idi. Orda mən bilirdim ki, cəbhə xətti-nin o tərəfində düşmən durur. Onun geyimi də, dili də, silahı da başqa idi. Onun açıq-aydın düşmən olduğuna mən əmin idim. Burda isə yox, burda vəziyyət çətindir, çox çətindir. İndi mən nə edim? Gör özümü nə axmaq vəziyyətə saldım! O Turacdırsa, yəqin ki, bu saat evdə oturub mənə gülür. Əlbəttə, o mənim kim olduğumu, vaxtilə onun dəstəsinin adamları tərəfindən soyulan adam olduğumu ağlına gətirməz. Lakin bir milis işçisi ki-mi onun bu gecə vaxtı hardan gəldiyi, çiynində nə apardığı və şəxsiyyəti ilə maraqlandığım, şübhəsiz ki, onu duyuq salacaq. Mən özümü necə sadəlövh, bacarıqsız apar-dım.

Teymur bir müddət dalanın ağzında dayanıb nə edəcəyini bilmədi. Qapının üstündə yanan parlaq işıq söndü. “Deməli, bu həyətə daha heç kəs gəlməyəcək, deməli, hə-mişə bu qız gələnə qədər qapının üstündə işıq yanır, o gə-ləndən sonra isə söndürürlər. Heç olmazsa bu dalanda bir az məlumat toplaya bilərdim. Kim bilir, bəlkə də belə et-səm, az məlumat toplaya bilərdim. Kim bilir, bəlkə də be-lə etsəm, daha bir səhv buraxmış olaram. Bəlkə mənim burda qalıb qonşuları sorğu-suala tutmağım qızı daha da duyuq saldı?”

Saat ikini vurdu. Daha gec idi. Teymur kor-peşman evə qayıtdı, soyunmadan yerinə uzandı. Tezliklə yuxuya getdi. Birdən çəkmələrini kiminsə ehmalca dartdığını hiss edib ayıldı. Gözlərini açıb gördü ki, Seymur onu soyun-durur. Yorğun halda qalxıb çarpayı üstündə oturdu, əlini uzadıb qardaşının saçını oxşadı.

– Əl vurma, – dedi, – bir azdan durub getməliyəm. Sə-hərə nə qalıb ki?

– Heç olmazsa iki-üç saat rahat yat, – deyə Seymur as-tadan dilləndi, – belə də olmaz, lap özünü üzürsən.

– Mənə belə gəlir ki, bu gecə o qıza rast gəldim.

– Hansı qıza? – deyə Seymur təəccüblə soruşdu.

– Ələddini öldürən dəstədəki qıza.

Seymur cəld çömbəlib çarpayının qabağındakı xalça-nın üstündə oturdu və dizlərini qucaqlayıb qəribə bir na-ğıla qulaq asan uşaq kimi maraqla gözlərini bərəltdi:

– Sən o qızı görüb-eləmişdin bəyəm?

– Yox!

– Bəs nə bilirsən ki, onun izinə düşübsən?

Teymur istədi desin ki, onun səsi, adamları öz toruna salmaq üçün işlədiyi hiyləsi və adı ona tanışdır. Sonra fikirləşdi ki, vaxtilə bu şeyləri qardaşından gizlətmişdir. İn-di də bunun üstünü açmağa dəyməz. Ona görə də çiyinlə-rini çəkib başını buladı:

– Heç özüm də bilmirəm. Amma nə isə elə bil mənə dedilər ki, bu qızdır. Gözümə birtəhər dəydi. Gecənin bir aləmində, özü də yuxarı məhəllədə.

– Adını dedi?

Teymur qardaşının üzünə baxıb yorğun-yorğun gü-lümsədi :

– Sən bilən deyər?

– Mən bilən, yox.

– Elədir, demədi. Üstəlik hirsləndi də!

– Sonra, sonra nə oldu? – deyə Seymur daha da maraqlandı.

Teymur bir müddət dinmədi. Sonra astadan cavab verdi:

– Heç nə, qapının arxasında yox oldu.

– Eh, kaş mən sənin yanında olaydım, – deyə Seymur təəssüfləəlini dizinə vurdu.

– Neylərdin?

– Səhərəcən qapının ağzından heç yerə getməzdim. Sən də rayonun milis şöbəsinə gedib həmin evdə yaşayan adamların kağız-kuğuzlarını yoxlardın, görərdin orda kimlər olur, adları nədir, harda işləyirlər?

Teymur məhəbbətlə qardaşının üzünə baxıb gülümsündü:

– Səndən yaxşı milis işçisi çıxardı.

– Nə üçün?

– Ona görə ki, mən də bayaqdan sən deyən kimi etmək istəyirəm. Gərək ala-qaranlıqdan gedəm onların rayon şö-bəsinə.

O, qardaşının köməyi ilə uzunboğaz çəkmələrini çıxa-rıb qalan paltarlarını soyunmadan çarpayıya uzandı və o dəqiqə də yuxuya getdi. Seymur səhər alaqaranlıqdan qardaşını oyatdı.

– Nə var? – deyə Teymur yuxulu-yuxulu soruşdu.

Seymur anasını oyatmamaq üçün astadan cavab verdi:

– Axı sən tezdən getmək istəyirdin?