Dəccal

Текст
0
Отзывы
Читать фрагмент
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

Bir canlıya, bir növə, bir fərdə, instinktlərini itirmişsə, özünə zərərli olanı seçirsə, üstünlük verirsə – mən ona əxlaqsız deyirəm. “Ali duyğular”ın, “insanlıq idealları”nın bir tarixi (ola bilsin ki, bu tarixi şərh etmək elə mənim işim olsun) hardasa insanın nə üçün bu dərəcədə pozul-duğunun izahı ola bilər.

Həyatın özünü mən böyümənin, dözümlülüyün, gü-cə sahib olmanın instinkti kimi dəyərləndirirəm: hakimiyyət əldə etmək üçün iradə çatmadığı yerdə eniş vardır. Mən iddia edirəm ki, bəşəriyyətin bütün ali dəyərlə-rində bu iradə azlıq edir; ən müqəddəs adlar altında isə

çöküş dəyərləri hakimlik edir – nihilistik9 dəyərlər....

9 Nitsşenin ən əhəmiyyətli anlayışlarından: İnsanın, hər vaxt bir “istək” mövzusu olan dəyər və məqsədlərdən məhrum olunca, “heçliyi arzulayacaq”

11

7.

Xristianlığı mərhəmət dini adlandırırlar. Mərhəmət insanı fəaliyyətə gətirən affektlərə əks duyğudur: əzabverici təsirə malikdir. İnsan mərhəmət hiss edəndə gücünü itirir. Mərhəmət göstərməklə, əzab çəkmənin yaratdığı güc itkisi getdikcə böyüyür və daha da mürəkkəbləşir.

Mərhəmət nəticəsində əzab hissinin özü də yoluxucu hal alır; bəzi vəziyyətlərdə, mərhəmət onu yaradan səbəblərlə

tərs mütənasib olaraq, həyat eşqinin azalması ilə nəticələnə bilər. Nasıralının (Nazaretlinin10 ölümündə olduğu kimi) ilk dünyagörüşü budur; amma daha da əhəmiyyətli baxış bucağı var. Mərhəmətin doğurduğu reaksiyalara görə ölçüldüyünü düşünsək, həyat üçün daşıdığı təhlükəli xüsusiyyət daha da aydınlaşar. Mərhəmət, inkişafın qanununu, təbii seçmə qanununu11 böyük çevrədə təsirsiz edir, məhv olmaq üçün yarananları qoruyur, həyatı mənasız yaşayanların, sonu müəyyənləşdirilmişlərin işinə

yarayır; yaşam yolunda ağıldankəmlərin çoxluğuna səbəb olur və həyatın özünə pessimist, problemli bir görünüş

verir. Mərhəmət fəzilət dərəcəsinə qaldırılan bir duyğudur (halbuki bütün həqiqi əxlaq sistemlərində zəiflik olaraq qəbul edilir); daha da irəli getsək, mərhəmət fəzilətin özü, bütün fəzilətlərin təməli və qaynağı hesab edilmişdir; təbii, həmişə göz önündə tutmaq lazımdır ki, bu, vəziyyətə düşməsini xarakterizə edən həm “psixoloji”, həm də “fəlsəfi” məz-munlu termin

10 İsaya doğulduğu Nazaret şəhərinə uyğun verilən addır.

11 Selection – Darvinin, təbiətdə gücsüzlərin seçilməsini və güclülərin həyatlarını davam etdirmək üzrə seçilmələrini açıqlamaq üçün istifadə etdiyi termin.

12

nihilist fəlsəfəyə əsaslanan bir fikirdir. Onunsa əsas sipəri həyatın özündən imtinadır.

Şopenhauer haqlı idi: mərhəmət həyatı inkar edir; onu inkar edilməyə daha layiq hala gətirir – mərhəmət nihilizmin təcrübəsidir. Təkrar qeyd edək: bu zülmkar və

yoluxucu instinkt həyat dəyərlərini qorumaq və yüksəlt-mək üçün mövcud olan instinktlərdən yaranır: bədbəxt-likləri çoxaldaraq və bədbəxtlik olan hər şeyi qoruyaraq o decadensin ən başlıca silahına çevrilir. Mərhəmət heçliyə

sürükləyir!…

Təbii ki, buna “heçlik” demirlər. “O biri dünya”,

“Tanrı”, “həqiqi Həyat”, ya da “nirvana”12, “xilas”, “əbədi xoşbəxtlik” deyirlər… Dini-mənəvi idiosinkraziya13 sahə-sindən əldə edilmiş bu günahsız ritorika14 hansı meylin fəlsəfi sözlərlə burada cildə girdiyini qavrayınca, daha az günahsız görünməyə başlayır; bu, həyata düşmən meyil-dir. Şopenhauer həyata düşmən idi: buna görə də mərhəmət onun üçün məziyyətə çevrildi…

Bilindiyi kimi, Aristotel mərhəməti zərərli və təhlükəli bir vəziyyət olaraq izah edirdi. Hərdənbir işlətmə

dərmanı ilə aradan qaldırılması düzgün ola bilər; O, fa-ciəni belə bir vasitə olaraq görürdü. Doğrudan da, Şopenhauer (və çox təəssüf, Peterburqdan Parisə qədər, Tols-toydan Vaqnerə qədər bütün yazılı və teatral dekaden-timizə) müşahidə edilən bu zərərli və təhlükəli mərhəmət təcrübəsi üçün həyat instinktlərində bir müalicə yolu axtarmaq lazım idi ki, bu təcrübə məhv olsun. Sağlam olma-12 Sanskritcədə “sönmək, itmək” mənasını verən söz, Buddizmdə adamın dini fəzilətin yüksək nöqtəsində çatdığı tam dinclik, dinclik vəziyyətini xarakterizə

edir.

13 Orqanizmin bəzi şeylərə, qoxulara qarşı xəstəlik dərəcəsində olan həssaslığı 14 Yunanca “danışma sənəti”

13

yan müasirliyimiz içərisində xristian tərəfindən göstəri-lən mərhəmətdən daha ziyanlı bir şey yoxdur. Burada həkim olmaq, burada mərhəmətsiz olmaq, burada nəştər-dən istifadə etmək – bizə aid olan işdir. Bu, bizim insana olan sevgimizdir; çünki biz filosoflarıq, biz Hiperborlu-larıq!

8.

Kimləri özümüzə əks-qütb hesab etdiyimizi demə-liyik: teoloqlar15 və qanına teoloqluq qarışmış hər kəs –

bütün fəlsəfəmiz… Faciəni yaxından görmək lazımdır; bundan da daha çox, onu öz canında hiss etməlisən, hətta ölümə qədər getməlisən ki, onunla zarafata yer qalmasın.

(Bizim cənab təbiətşünaslar və fizioloqlarımızın azad ruhlu olması, fikrimcə, zarafatdır; onlarda bu məsələlərlə

bağlı ehtiras yoxdur; onlar bu mövzularla əlaqəli əzab çəkməyiblər). Bu zəhərlənmə, düşünüldüyündən daha uzaqlara gedib çıxır; mən teoloqlara xas olan yekəxanalıq instinktini hər yerdə gördüm – bu gün insanın özünü

“idealist” hesab etdiyi, yüksək mənşəyi üzündən həqiqəti əks etdirən hər şeyə kənardan baxma haqqını özündə

tapdığı hər yerdə… İdealist, eynilə rahib kimi, bütün böyük anlayışları əlində tutub (yalnız əlində deyil!), onları yaxşı niyyətli bir tolerantlıqla, “anlama bacarığı”na, “mə-na”ya, “qürurlar”a, “xoşbəxt həyat”a, “elm“ə qarşı istifadə edir. Bütün bunlara o, yuxarıdan-aşağı baxır. Yüksək bir səviyyədə özlüyündə azad olan “ruh”un üzərində

uçuşduğu zərərli və şirnikləndirici şeylərə baxırmış kimi baxır… Sanki bu vaxta qədər həyat özünə təmizliyi, kasıb-15 İlahiyyatçılar

14

lığı… bir sözlə, müqəddəsliyi ilə istənilən bir dəhşət və

günahlardan daha çox zərər vurmayıb.

Təmiz ruh – təmiz yalandır. Nə qədər ki, kahin, bu inkarçı iftiraçı, bütün bacarığı ilə həyatı zəhərləyən adam ali insan hesab edilir – bu sualın cavabı yoxdur: həqiqət nədir? Heçin və olmazların bu şüurlu vəkili, “Həqiqət”in sözçüsü yerinə qoyulduğunda, doğru onsuz da təpəsi üstünə çevrilir.

9.

Mən teoloqun bu instinktinə müharibə elan edirəm: onun izini, demək olar ki, hər yerdə tapdım. Damarla-rında teoloq qanı axanlar bütün şeylərə əvvəldən əyri, dürüst olmayan bir münasibət göstərirlər. Bu yanaşmanın nəticəsi olan ehtiras inanc adlandırılır; daha dəqiq desək, buna qarşındakı heç zaman düzəlməyəcək yalanı görüb əzab çəkməmək üçün gözünü həmişəlik olaraq qapamaq deyilir. Bu optik yanlışlıqdan özləri üçün əxlaq, fəzilət, müqəddəslik yaradırlar; təmiz vicdanı saxta baxışla əla-qələndirirlər; şəxsi dünyagörüşlərinə “Tanrı”, “Qurtuluş”, “Əbədiyyət” sözləri ilə aydınlıq gətirərək hansısa başqa bir optik növün dəyər qazanmasına imkan ver-mirlər.

Mən hər yerdə teoloq instinktini araşdırıb ortaya çı-xarmağa çalışdım: bu instinkt, yer üzündə mövcud olan yalanın ən məşhur və ən geniş yayılmış yeraltı formasıdır.

Bir teoloqun doğru kimi hiss etdiyi şey mütləq saxta olmalıdır: bu az qala düzgünlük ölçüsüdür. Teoloqun ən dərin və gizli özünüqoruma instinkti imkan vermir ki, 15

reallıq hər hansı bir baxımdan ehtirama layiq görülsün, ya da heç olmasa, öz mövcudluğunu elan etsin.

Teologiyanın təsirlərinin yayıldığı hər yerdə dəyər mühakiməsi alt-üst olur; “doğru” və “yanlış” anlayışları qaçılmaz bir şəkildə yer dəyişdirir: burada, həyata ən zərərli olan şey “həqiqət” adlandırılır; onu yüksəldən, ucal-dan, təsdiq edən, haqlı və üstün edən isə “yanlış”…

Teoloqlar hökmdarların (ya da xalqların) “vicdan”larına təsir etmək yolu ilə hakimiyyətə doğru əl uzatdıqları zaman isə şübhə etmirik ki, belə bir proses baş verir: son istəyi, nihilist bir hakimiyyət istəyi hakimiyyətə doğru sürükləyir…

10.

Teoloqların qanının fəlsəfəni zəhərlədiyini söyləsəm, almanlar mənim nə demək istədiyimi dərhal anlayacaq-lar. Protestant keşiş alman fəlsəfəsinin babasıdır16; protes-tantlığın özü isə onun ”peccatum originale”dir17.

Protestantlığın tərifi belədir: xristianlığın və ağlın bir tərəfini vurmuş iflic… “Tubingen məktəbi”18 ifadəsini demək yetər ki, alman fəlsəfəsinin öz təməli ilə şeytani bir teologiya olduğu meydana çıxsın…

Şvablar19 Almaniyada olan ən yaxşı yalançılardır –

onlar məsumcasına yalan danışırlar… Kant meydana çıx-16 Müəllif alman fəlsəfəsindəki mistik detallara işarə edir. Nitsşenin öz atası və babası protestant keşiş olublar.

17 Başlanğıcdakı günah. Adəm və Həvvanın qadağan olunmuş meyvəni yemələrinə işarədir.

18 Dini təhsil verən məktəb; eyni zamanda, xeyriyyə məqsədi ilə yaradılmış

vəqf.

19 Tübingenlə Şvabitsanın arasında yaşayış məntəqəsi, bir çox alman filosofu şvablıdır. Məsələn, Şellinq və Hegel.

16

dığı zaman dörddə üçü keşiş və müəllim övladlarından ibarət olan alman elm dünyasında yaranan şadyanalıq hardan gəlir? Almanların indiyə qədər də əks-sədası eşi-dilən inancları – “Kantla daha yaxşıya doğru bir gedişat başladı” düşüncəsi hardan əmələ gəlib? Alman alimində

olan teoloq instinkti artıq hər şeyin yenidən mümkün ola biləcəyini aşkar etdi… Köhnə ideala doğru uzanan kiçik bir cığır açılmışdı; “Həqiqi dünya” anlayışı, əxlaqın dünyanın məğzi olması anlayışı (mövcud ola biləcək iki ən böyük səhv!) – bu iki düşüncə bir məsələdə – çox hiyləgər skeptisizm20 sayəsində, əgər sübut edilmirsə də, artıq heç rədd də edilmir. İdrak və idrak hüququ bura gəlib yetiş-mir…

Reallıqdan “görüntü” yaradıblar; tamamilə yalan dünyadan, mövcudluq dünyasından isə “reallıq” düzəl-diblər… Kantın21 müvəffəqiyyəti sadəcə teoloq müvəffə-qiyyətidir: Kant Lüter kimi, Laybnits kimi özgücünə ayaq üstə dayana bilməyən alman dürüstlüyü qarşısında qoyu-lan artıq bir maneə idi.

11.

Əxlaqdan dəm vuran Kanta da bir sözümüz var: xeyirxahlıq bizim öz kəşfimiz, dərin fərdi müdafiə vasitəmiz və tələbatımız olmalıdır; digər bütün mənalarda o, təhlü-kədən başqa bir şey deyil. Bizim həyatımıza səbəb olmayan bir şey ona zərər verir; Kantın istədiyi kimi, “xeyirxahlıq” anlayışına hörmət duyğusundan xeyirxah olan bi-ri daha çox zərərlidir. “Xeyirxahlıq”, “öhdəçilik”, “öz-20 Şübhə; burda fəlsəfi termindir.

 

21 Nitsşe burda Kantın tezislərini tənqid edir.

17

özlüyündə yaxşılıq“, xaraktercə simasız və ümumi olan xeyirxahlıq – bütün bu xülyalarda çöküş, həyatın tamamilə gücdən salınması, “köniqsberq çinliliyi”22 ifadə olunur; özünüqorumanın və inkişafın ən vacib qanunları bunun əksini buyurur: hər kəs özü üçün öz “xeyirxah”ını tapsın, öz dəqiq tələbini müəyyən etsin.

Bir xalq öz missiyasını ümumilikdə missiya anlayışı ilə səhv salarsa, məhv olar. Heç bir şey “şəxssiz” vəzifə

anlayışı qədər dərindən, əsaslı şəkildə məhv edə bilməz –

hər bir qurban Moloh23 mücərrədliyinə verilən qurban-dır…

– Məgər Kantın qəti tələbində həyata zərərli şeylərin olduğu hiss edilmirmi?… Onu öz müdafiəsi altına alan şey teoloq instinktindən başqa bir şey deyildi!

– Həyat instinktinin təhrik etdiyi hərəkət həzz duyğusunda onun doğurduğu bir hissi – haqlı olduğunun sübutunu daşıyır. O xristian-doqmatik içalatlı nihilist isə

həzz duyğusunu etiraz hissi kimi qəbul edir… Və əgər insanı daxili tələbat olmadan, xüsusi şəkildə seçmədən, xüsusi zövq almadan işləməyə, düşünməyə, hiss etməyə

vadar edərsənsə – bu daha dağıdıcı təsir göstərər. “Öhdəçilik” avtomatı kimi… Bu məhz dekadensin, hətta idiot-luğun bir reseptidir.

Kant axmağa çevrilməkdəydi.

– Həm də o, Getenin müasiri idi! Bu bədbəxt hörümçək, alman filosofu hesab edilirdi.

– Elə indi də hesab edilir!… Mən almanlar haqqında düşündüklərimi söyləməkdən ehtiyat edirəm… Məgər Kant fransız inqilabı zamanı dövlətin qeyri-üzvi for-22 “Köniqsberq çinliliyi” deyəndə Nitsşe balacaboy Kanta sataşır.

23 İnsanların özlərini qurban verməsini istəyən qədim Semit tanrısı 18

masından üzvi formasına keçid halını görməmişdimi?

Məgər o öz-özünə elə bir sual vermirdi ki, insanın əxlaqi əhvalında başqa bir şey adlandırıla bilməyəcək bir hadisə

–“insanlığın yaxşılığa meyli”ni tamamilə sübut edə biləcək hadisə var, ya yoxdur?

Kantın cavabı: “Bu inqilabdır”.

Yanlış instinktdir və ümumiyyətlə də, xüsusi olaraq da instinkt kimi təbiətə ziddir; və alman dekadensi fəlsəfə

kimi – bax budur Kant!

12.

Fəlsəfə tarixinin dürüst nümayəndələrini – bir-iki skeptiki bir kənara qoyuram, o zaman yerdə qalanlar intellektual dürüstlüyün ilk tələblərinə belə cavab ver-mirlər. Bütün bu böyük xəyalpərəstlər və əcaib adamların hamısı birlikdə arvad kimi davranırlar – ”gözəl duyğular”ı arqument kimi qəbul edirlər, yarlar, “könül həsrəti-ni” tanrının ”havasoran maşını” kimi qəbul edir, etiqadı isə həqiqət meyarı kimi… Hər halda hələ Kant “alman günahsızlığı”nda korrupsiyanın bu formasını, intellektual vicdanın bu çatışmazlığını “praktik idrak” anlayışı altında elmə birləşdirməyə çalışırdı: o bilərəkdən bu hadisə

üçün “idrak” kəşf etmişdi, halbuki idrak haqqında heç söhbət belə gedə bilməzdi, o zaman ki, məhz əxlaq öz ali tələbini elan edirdi: “Sən borclusan”. Nəzərə alsaq ki, bütün xalqlarda filosof kahin tipinin gələcək tərəqqi formasıdır, o zaman bu kahinlik mirasına – onun özünün öz qarşısında etdiyi fırıldaqçılığına təəccüblənmək lazım deyil.