Tanınmış sifarişçi

Text
0
Kritiken
Leseprobe
Als gelesen kennzeichnen
Wie Sie das Buch nach dem Kauf lesen
  • Nur Lesen auf LitRes Lesen
Schriftart:Kleiner AaGrößer Aa

– Kifayətdir, – dostum qəfil dilləndi. – Tapançanı atın! Vatson, götürün və onun başına söykəyin. Minnətdaram sizə. Siz Karruters, tapançanızı mənə verin. Bəsti qan axıtdıq. Verin, verin onu mənə!

– Siz kimsiniz?

– Şerlok Holms.

– Ola bilməz!

– Görürəm ki, mənim adım sizə tanışdır. Lap yaxşı. Mən indi rəsmi polisi təqdim edirəm, onlar özləri gələnə qədər. Ey, siz, qulaq asın! – o, otluğun kənarında qorxmuş halda dayanan mehtərə səsləndi, – bura gəlin! Bu məktubu götürün və dərhal Farnemə gedin. – O, öz dəftərçəsinin səhifəsində bir neçə söz yazdı. – Bunu polis bölməsinin rəisinə çatdırın. Hələliksə, onun adından mən çıxış edirəm. Holmsun mükəmməl ağlı və iradəsi indi bu faciəvi səhnəni idarə edirdi, qalanları isə ona tabe idi. Uilyamson və Karruters yaralı Budlini evə apardılar, mənsə bu vaxt çox qorxmuş qıza əlimi uzatdım. Yaralını yatağa uzatdılar və Holmsun xahişi ilə mən onu yoxladım. Sonra mən Holmsu mətbəxdə, həbs olunmuş iki nəfər isə onun qarşısında əyləşmişdi.

– O yaşayacaq, – mən dedim.

– Nə? – Karruters tez ayağa qalxdı. – Mən gedib onu öldürəcəyəm. Hərhalda bu qızın, bu mələyin ömürboyu bu vəhşi Budliyə dözməli olacağını demək istəmirsiniz.

– Bunun üçün narahat olmağa dəyməz! – Holms dedi. – Ən azından bunun üçün iki səbəb var. Məcburi şəkildə o heç vaxt onun həyat yoldaşı olmayacaq. Öncə biz sual qaldıracağıq ki, cənab Uilyamsonun nikah kəsmək ixtiyarı var idi, ya yox.

– Mən mənsəb qəbul etmişəm, – qoca əclaf dedi.

– Sonra məhrum oldunuz.

– Keşiş hər zaman keşiş olaraq qalır.

– Şübhə edirəm. Bəs nikah kağızı?

– O mənim cibimdədir.

– O zaman siz onu saxtakarlıqla əldə etmisiniz. Hər necə olur-olsun, məcburi nikah nikah deyil, cinayətdir, yaxında bundan əmin olacaqsınız. Hesab edirəm ki, bunlar haqqında düşünməyə ən azı doqquz iliniz olacaq. Sizə gəldikdə isə, Karruters, kaş ki, həmin tapançanı cibinizdən heç çıxarmayaydınız!

– İndi görürəm ki, siz haqlısınız, cənab Holms. Lakin anlayın: mən bu xanımı sevirəm və ilk dəfədir ki, sevməyin nə olduğunu anladım. Onu qorumaq üçün mən necə qərarlar aldım! Birdən hər şey tərsinə getdi və o, Cənubi Afrikanın ən əclaf, adı Kimberlidən İohannesburqa qədər hər kəsi vahiməyə salan adamının əlinə düşdü! Təsəvvür edirsiniz, cənab Holms? Bu qız mənim yanımda işləməyə başlayandan mən bir dəfə də olsun onu evə tək getməyə qoymadım, çünki bu əclafların yığıncaqlarından xəbərim var idi. Mən hər dəfə velosipedlə onu müşayiət edirdim. Əlbəttə, mən lazımlı məsafəni qoruyurdum, eləcə də, süni saqqal taxırdım ki, o məni tanımasın. Xanım Smit elə müstəqil və qürurludur ki, onu hər yerə gizli şəkildə ötürdüyümü bilsəydi heç vaxt yanımda çalışmağa davam etməzdi.

– Bəs siz təhlükə haqqında onu niyə xəbərdar etmədiniz?

– Çünki bu halda da o məni tərk edərdi. Mən bunu edə bilməzdim. O məni sevməsə belə onu evimdə görmək, səsini eşitmək məni xoşbəxt edirdi.

– Deməli belə, – mən dedim, – siz bunu sevgi adlandırırsınız, cənab Karruters, amma məncə, bunun adı eqoistlikdir.

– Bəlkə də siz haqlısınız. Bəs sevgi və eqoistlik bir-birinə yoldaş deyil? Bir sözlə, onun məni tərk edəcəyi fikrinə belə dözə bilməzdim. Bundan əlavə, bu quldurların planları elə idi ki, qızın qorunmağa ehtiyacı var idi. Sonra teleqram gəldi və mən anladım ki, onlar hərəkətə keçəcəklər.

– Hansı teleqram?

Karruters onu cibindən çıxardı.

– Budur o. – dedi.

Teleqramda yazılanlar qısa və aydın idi:

“Qoca öldü”.

– Hm! – Holms dedi. – Mənə elə gəlir ki, hadisələrin bütün məqsədini görürəm və anlayıram ki, teleqram niyə belə böyük rol oynayıb.

– And içirəm, – qışqırdı, – Bob Karruters, əgər bizi satsan, sənin Cek Budliyə elədiyini mən sənə edəcəyəm! Öz dostlarını bu sivil geyimli faraona satsan axırıncı it olacaqsan, aydındı?

– Bu qədər narahat olmayın, əla həzrətləri, – Holms papirosunu çəkə-çəkə dedi.

– Məsələ onsuzda açıq-aydın ortadadır və əgər mən bəzi xırdalıqlarla maraqlanıramsa bunu sadəcə maraqdan edirəm. Ümumiyyətlə, danışmaq istəmirsinizsə icazə verin mən danışım və o zaman siz görəcəksiniz ki, necə də az şey gizlətməyi bacarırsınız. Hər şeydən öncə, siz üçünüz, daha dəqiq desək, siz Uilyamson, siz Karruters və siz Budli, Cənubi Afrikadan gəlmisinizki…

– Bir nömrəli yalan! – keşiş bağırdı. – Mən onları ilkdəfə ikiay əvvəl görmüşəm və heç vaxt Afrikada olmamışam.

– Bəli, biz cəmi iki ay əvvəl tanış olmuşuq. – Karruters dedi.

– Yaxşı, deməli, siz ikiniz Afrikadan gəlmisiniz. Onun həzrəti milli dəyərdir. Cənubi Afrikada siz Ralf Smitlə tanış idiniz. Onun çox yaşamayacağını düşünməyiniz üçün səbəbləriniz var idi. Araşdırıb öyrəndiniz ki, onun mirası qardaşı qızına qalacaq. Necədir? Düzdür hər şey?

Karruters başını tərpətdi, Uilyamson isə yenə lənətlər yağdırmağa başladı.

– Qız ən yaxın qohum idi və siz bilirdiniz ki, əmisi vəsiyyət yazmayıb.

– Onə yaza, nə də oxuya bilmirdi. – Karruters dedi.

– Beləliklə, siz ikiniz buraya gəlib qızı axtarıb tapdınız. Düşündünüz ki, sizdən biri onunla evlənəcək, digəri isə öz payını alacaq. Ər rolunu isə Budli oynamalı idi. Niyə?

– Biz kart oynayıb buna qərar vermişdik, çünki o qalib gəlmişdi.

– Anlayıram. Siz qızı öz yanınızda çalışmağa ona görə dəvət etmişdiniz ki, Budli də burada onunla yaxından tanış ola bilsin. Lakin qız bu əclafı tez tanıdı və onu görmək belə istəmədi. Sonraisə siz qızı sevdiniz və bu səbəbdən bütün plan dağılmalı idi. Bu əclafın qıza sahib olacağı fikri belə sizin üçün dözülməz idi.

– Dözülməzdi, and içirəmki, dözülməzdi!

– Aranızda dava oldu, Budli hirsli halda evinizi tərketdi və öz şəxsi planını həyata keçirməyə başladı.

– Düşünürəmki, Uilyamson, bu kişiyə verməyə məlumatımız yoxdu!

– Karruters ucadan güldü. – Bəli, biz dava elədik. O məni vurdu və mən yıxıldım. İndi hərhalda, mən ondan əvəzimi çıxmış oldum. Sonra o, yoxa çıxdı. Bu müqəddəs ata ilə tanış oldu. Mən öyrəndim ki, onlar yolun kənarındakı həmin evdə məskunlaşıblar. Hiss edirdim ki, onlar mənfur nəsə planlaşdırırlar və qızdan gözümü çəkmirdim. Arada mən onların yanına gedirdim ki, bəlkə planları haqda nəsə öyrənim. Sırağa gün Budli Ralf Smitin ölüm xəbərini verən teleqramla yanıma gəldi. O məndən bu planın həyata keçirilməsində iştirak edib-etməyəcəyimi soruşdu. Mən “yox” dedim. O zaman o soruşdu ki, mən qızla evlənib, payın yarısını ona verməyə razıyam ya yox. Mən dedim razıyam lakin qız mənimlə evlənmək istəmir. Belə olduqda isə o bildirdi: “Onu sənə zorlada olsa ərə verərik, bir ya da iki həftədən sonra əhvalı dəyişə”. Mən zorla heç nə eləmək istəmədiyimi bildirdim. O əclaf kimi dalaşmağa başladı. Əslinə baxsan, o elə əclafdır ki var! Dedi ki, nə olursa olsun istədyinə nail olacaq və getdi. Bu şənbə qız mənim yanımdan çıxıb gedirdi. Mən araba tapdım ki, bağban onu stansiyaya aparsın. Amma yenə də məni narahatlıq bürüdü və mən velosipedlə onların ardınca getdim. Onlar artıq kifayət qədər uzağa getmişdilər və mən arabaya çatanda artıq gec idi. Mən arabanın içində onun əvəzinə sizi görəndə bunu başa düşdüm.

Holms ayağa qalxdı və papiros kötüyünü buxarıya atdı.

– Mən bucür axmaq ola bildim, Vatson! – dedi. – Siz axı mənə dediniz ki, velosipedçi qaltsukunu düzəldirdi. Yadınızdadır, o cığırla evə tərəf gedəndə? Bütün bu hekayəni qarışdırmaq üçün təkcə bu kifayətidi. İstənilən halda, çox maraqlı, demək olar ki, öz aləmində bu cür yeganə araşdırma münasibətilə özümüzü təbrik edə bilərik. Görürəm ki, üç nəfər polis evə tərəf addımlayır və mən şadam ki, gənc mehtər gümrah halda onların ardından gəlir. Beləcə nə o, nə də bizim maraqlı bəyimiz bu günkü macəralarımızın qurbanı olmayacaq. Düşünürəm ki, Vatson, siz indi özünüzün professional diqqətinizi xanım Smitə yönləndirməlisiniz. Əgər o ayılıbsa, biz onu məmnuniyyətlə evinə, anasının yanına yola salarıq. Yox, əgər o, hələ tam özünə gəlməyibsə, ona çatdırınki, biz Midlendəki gənc elektrikə teleqram göndərməyə hazırlaşırıq. Bu ən yaxşı dərman olacaq. Sizə gəldikdə isə, Karruters, hesab edirəmki, söhbətdə əvvəlki iştirakınıza görə sizə əfv düşür. Buyurun, cənab, bu da mənim kartım, əgər mənim ifadəm məhkəmədə sizə kömək edəcəksə mən sizin qulluğunuzdayam.

Oxucu, bəlkə də, artıq diqqət yetirib ki, adətən oçerklərimi lazımi şəkildə sonlandırmaqda və onu maraqlandıracaq ətraflı xırdalıqları verməkdə çətinlik çəkirəm. Holmsla fəaliyyətimiz belə gərgin və coşqun idi. Hər məsələ sanki digərinin başlanğıcı idi və hər pyess ona çatan kimi onun əsas üzləri bizim nəzər nöqtəmizdən yayınırdı. Çünki biz onların sonrakı talelərilə maraqlanmayacaq qədər çox məşğul idik. Lakin mənim qaralamalarımda araşdırmaya aid qısa yazışma var. Ora da qeyd olunub ki, xanım Vayolet Smit həqiqətən böyük miras qazandı və Vest minsterdən olan tanınmış mühəndis-elektriklərin “Morton və Kennedi” şirkətinin baş şəriki Siril Mortonla evlidir. Uilyamson və Budli xanım Smiti zorla qaçırtdıqları və zorla nikah kəsdikləri üçün məhkəmə qarşısına çıxarıldılar: Uilyamson 7 il, Budli isə 9 il müddətində azadlıqdan məhrum edildi. Karrutersin taleyi haqda yazışmada heç nə qeyd edilməyib, amma əminəm ki, onun tapançasından açılan atəşi məhkəmə xoşməramlı qarşılayıb, çünki Budli hər yerdə təhlükəli əclaf adını qazanmışdı.

Susseksdə vampir

Holms axşam poçtuyla çatdırılan kiçik, bir neçə sətirdən ibarət məktubu oxudu və qısa, quru, onun aləmində əyləncə ifadə edən bir təbəssümlə onu mənə ötürdü.

– Düzdür, müasir və orta əsr dövrünün bundan daha səfeh qarışıqlığını, daha vəhşi fantaziyasını təsəvvür etmək çətindir. Siz bu haqda nə deyə bilərsiniz, Vatson?

Məktubda qeyd olunmuşdu:

“Old-Curi 46

19 noyabr

Vampirlərə aid.

Cənab!

Bizim müştəri cənab Robert Ferqyuson, Minsinq-leyndəki “Ferqyuson və Myuirhed, çay tədarükçüsü” ticarət evinin şəriki bizi vampirlərlə əlaqədar sorğu-suala tutdu. Bizim şirkətimiz makinə avadanlıqlarının qiymətləndirilməsi və vergi tətbiq edilməsi ilə məşğul olur. Bu sualın bizim sahə ilə heç bir əlaqəsi olmadığından Ferqyusona sizə müraciət etməyini məsləhət gördük. Matilda Briqsin işini necə uğurla araşdırmağınız yaxşı yadımızdadır.

 

Hörmətlə,

Morrison, Morrison və Dodd”.

– Matilda Briqs, dostum Vatson, heç də gənc bir qızcığazın ismi deyil, – Holms fikirli tərzdə qeyd elədi.

Gəmi belə adlanırdı. Hekayədə nəhəng Sumatra sıçovulu əsas rol oynamışdı. Lakin dünyaya həmin hadisələri tanıtmağın vaxtı hələ çatmayıb. Beləliklə, bizə vampirlər haqqında nə agahdır? Yoxsa bu bizim səlahiyyətlərimizə daxil deyil? Əlbəttə, hər şey darıxmaq və işsizlikdən daha yaxşıdır, amma görünür bizi Qrimm qardaşlarının nağılına dəvət edirlər.

Əlinizi uzadın, Vatson, görək “V” hərfi altında nə tapacağıq.

Arxaya addım ataraq mən arxamdakı rəfdən qalın lüğət çıxardım. Holms onu dizinin üstünə qoyub hər bir sözü diqqətlə oxuyaraq, uzun ömür boyunca toplanmış istintaqlarının qeydlərini nəzərdən keçirirdi.

– “Qloriya Skottun dəniz səyahəti” – o oxuyurdu. – Bədxah bir hadisə idi.

Yadıma gəlir ki, Vatson, siz bu hadisəni qeyd etmişdiniz, nəticə mənə sizi təbrik etməyə icazə verməsə belə. “Viktor Linç, saxtakar”; "Gila, və ya zəhərli kərtənkələ”. Heyrətləndirici bir iş idi. “Vikrotiya, sirk gözəli”

"Viqor, Hammersmit möcüzəsi"… "Vanderbilt və Yeqman”, Aha! Tam da bizə lazım olan! Sağ olsun, qoca, bizi məyus etmədi. Başqa belə kitabça tapa bilməzsən! Qulaq asın, Vatson: "Macarıstanda vampirlər” Daha biri: “Transilvaniyada vampirlər”.

Üzündə dərin və canlı bir maraq ifadəsilə, böyük diqqətlə kitabçanı oxuyaraq səhifələyirdi, lakin tez bir vaxtda kitabı kənara ataraq məyusluqla dedi:

Boş şeylərdi, Vatson, boş şeylər. Yalnız ürəklərindən yaralayaraq qəbirlərinə geri qaytara biləcəyimiz, yer üzündə gəzən ölülərdən bizə nə? Tam bir səfehlikdir.

Ancaq ki, vampirlər mütləq ölü olmalı deyil… – deyə etiraz etdim. – Sağ insanlar da bu cür işlərlə məşğul olur. Məsələn, mən, öz cavanlığını qaytarmaq ümidilə körpələrin qanını içən qocalar haqqında oxumuşdum.

Tamamilə doğrudur. Burada da bu nağıllar qeyd olunur. Amma belə məsələlərə ciddi yanaşmaq olarmı? Bizim şəxsi axtarış agentliyimiz həmişə hər iki ayağıyla yerin üzərində durub və bu şəkildə də davam edəcək. Real həqiqət budur ki, dünya bizim fəaliyyət sahəmiz üçün yetərincə genişdir, qoy ruhlarla əlaqədar olaraq bizə müraciət etməsinlər. Düşünürəm ki, cənab Robert Ferqyusonu ciddi qəbul etməməliyik. İstisna deyil ki, bu məktub onun özü tərəfindən yazılıb və onu nəyin narahat etdiyini aşkara çıxaracaq. Holms elə həmin poçtla gələn, ilk məktub oxunan zaman stolun üstündə unudulan digər zərfi götürdü. Kinayəli gülüşlə ikinci məktubu da oxumağa başladı, lakin, daha sonra bu gülüş yerini dərin maraq və diqqət ifadəsilə dəyişdi. Sonadək oxuduqdan sonra o, bir müddət susqun, fikirlərə qərq olmuş halda və kağız əlində oturdu. Nəhayət, Holms fikirlərindən qəfil ayıldı.

– Çizmen, Lemberli. Lemberli harada yerləşir?

– Susseksdə, Horşemin cənubunda.

– Elə də uzaq deyil, hə? Bəs Çizmen?

– Mən bu balaca şəhərciyi tanıyıram, köhnə, əsrlər əvvəl onları tikmiş insanların adıyla adlandırılan evlərlə doludur. Çizmen, Odli, Harvi, Karriton – İnsanlar unudulub, amma onların adı tikdikləri evlərdə yaşayır.

– Tamamilə doğrudur, – Holms soyuq cavab verdi. Onun qürurlu, azad təbiətininin qəribəliklərindən biri inanılmaz cəldliklə istənilən yeni məlumatı beyninə həkk etməyi idi. Lakin, nadir hallarda bu məlumatı onunla paylaşanın zəhmətini nəzərə alardı.

– İstintaqın sonunda, çox güman ki, biz Lemberlidəki Çizmen haqqında çox şey öyrənəcəyik. Məktub, elə mənim ehtimal etdiyim kimi Robert Ferqyusondandır. Bu arada, o sizinlə artıq tanış olduğunu qeyd edir.

– Mənimlə?

– Özünüz oxuyun.

O masanın üzərindən məktubu mənı uzatdı. Göndərənin ünvanı belə idi: “Çizmen, Lemberli”

Mən oxumağa başladım.

“Hörmətli cənab Holms!

Mənim vəkillərim Sizə müraciət etməyi məsləhət gördülər, lakin mənim məsələm o qədər incədir ki, mən onu kağız üzərində izah etməyə çətinlik çəkirəm. Mən dostumun adından çıxış edirəm. Beş il bundan öncə o, Perudan olan gənc bir xanımla – nitratların idxalı ilə bağlı aparılan danışıqlar zamanı tanış olduğu Perulu tacirin qızı ilə ailə qurdu. Gənc perulu xanım çox gözəldir, lakin onun əcnəbi mənsubluğu və başqa dini baxışı ər və arvad arasında fikir və maraq ayrılığına gətirib çıxardı və mənim dostumun həyat yoldaşına olan məhəbbəti yavaş-yavaş soyumağa başladı. O, hətta az qalsın, onların nikahını səhv hesab etməyə başlayırdı. O görürdü ki, xanımın xasiyyətinin bəzi cizgiləri həmişəlik onun üçün anlaşılmaz olaraq qalacaq.

Bütün bunlar ona görə daha da çətinləşirdi ki, onun həyat yoldaşı artıq dərəcədə ərini sevən və ona sadiq olan bir xanım idi.

Görüşümüz zamanı haqqında daha ətraflı danışacağımı ümid etdiyim hadisələrə keçid alıram. Bu məktubun səbəbi yalnız onlar haqqında ümumi məlumat vermək və sizin bu işlə məşğul olmağa razı olub-olmamağınızı öyrənməkdir. Son zamanlar dostumun həyat yoldaşı özünü çox qəribə aparmağa başladı, onun hərəkətləri adətən yumşaq və incə xasiyyətinə zidd gedirdi. Bu, dostumun ikinci evliliyidir və ilkin evliliyindən on beş yaşlı oğlu var. Yumşaq və məhəbbət dolu ürəyə sahib yaxşı bir oğlandır, baxmayaraq ki, bədbəxt hadisə hələ uşaqlıqda onu şikəst qoyub.

Dostumun indiki yoldaşı iki dəfə və heç bir səbəb olmadan yazıq uşağı döymək üçün üstünə cumub. Bir dəfə çubuqla əlinə elə bərk vurub ki, zərbədən uşağın əlində böyük iz qalıb.

Amma bütün bunlar onun öz, heç bir yaşı tamam olmamış körpə oğluna qarşı olan rəftarı ilə müqayisədə bir o qədər əhəmiyyətli deyil. Bir dəfə dayəsi onu otağında tək qoyub, sonra uşağın bərk və dəhşətli ağlamağı dayəni qaçaraq geri qayıtmağa məcbur edib. O zaman o görüb ki, gənc ana dişləri ilə uşağın boynundan yapışıb. Körpənin boynunda dişlərinin yeri görünürdü və oradan dəhşətli qan axırdı. Dayə bu hadisədən dəhşətə gəlib və həmin andaca uşağın atasını çağırmaq istəyib, lakin, qadın ona heç kimə heç bir şey deməmək üçün yalvarıb və hətta susmağı qarşılığında ona pul da verib. Sonrasında bununla bağlı heç bir izahat gəlməyib və məsələ belə də qalıb.

Sie haben die kostenlose Leseprobe beendet. Möchten Sie mehr lesen?